kəmənd sözü azərbaycan dilində

kəmənd

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kəmənd • 67.4419%
  • Kəmənd • 32.5581%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kəmənd paradoksu
Zaman kəməndi və ya kəmənd paradoksu — zaman səfərinə görə keçmişdə olan hadisə gələcəkdə olan hadisənin nəticəsində olması. Onda keçmişdə olan hadisə də həmin gələcəkdə hadisənin qismən və ya tamamilə səbəbi olur.
Zaman kəməndi
Zaman kəməndi və ya kəmənd paradoksu — zaman səfərinə görə keçmişdə olan hadisə gələcəkdə olan hadisənin nəticəsində olması. Onda keçmişdə olan hadisə də həmin gələcəkdə hadisənin qismən və ya tamamilə səbəbi olur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 0.67
2011 ••• 0.09
2017 •••••••••• 0.33

kəmənd sözünün leksik mənası və izahı

  • 1 is. 1. Qədim müharibələrdə düşməni tutmaq üçün uzaqdan atılan ucuilməkli uzun ip. [Dəmirçioğlu] axırda belindən kəməndini açıb, qayaya atdı. “Koroğlu”. // Ovda heyvanı və ya xam atı tutmaq üçün işlədilən həmin ip. [Dərviş:] Bir dəfə xam at tuturduq, at Ruqiyyənin yanından keçən zaman Ruqiyyənin əlindən kəmənd çıxdı. A.Divanbəyoğlu. Beyrək qulaylanıb kəməndi atdı. M.Rzaquluzadə. // İlmək, bağ, düyün. □ Kəməndə düşmək – 1) kəməndlə tutulmaq (at və s. haqqında). Göy ürkəyə kəmənd atdılar. At kəməndə düşdü. Ə.Vəliyev; 2) məc. tora düşmək. 2. klas. Şairanə təşbehlərdə gözəlin saçına, zülfünə işarə. O tari-zülfə əsirəm, şikayətim çoxdur; Özüm kəməndinə bağlanmışam iradə ilə. S.Ə.Şirvani. □ Kəmənd kimi – şairanə təşbehlərdə. Kəmənd kimi tökülübdür gərdənə; Dönübdür sərasər şahmara tellər. M.P.Vaqif. ◊ Kəməndə keçmək (düşmək) – ilişmək, dolaşmaq, tora düşmək, hiylənin qurbanı olmaq. [Qulu:] Qoca elə kəməndə keçməyib ki, qurtara bilsin. N.Vəzirov. Kəməndə salmaq – tora salmaq, hiylə ilə tutmaq. Çərxifələk saldı məni kəməndə; Buların oduna düşmüşəm mən də. Aşıq Ələsgər. Şirin söz ilə saldı o, ahunu kəməndə. M.Ə.Sabir. [Təlxək əcinnə:] Xoş gördük, ay mənim gülüm! Yenə kimi kəməndə salıbsan? Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / kəmənd

kəmənd sözünün etimologiyası

kəmənd sözünün rus dilinə tərcüməsi

  • 2 сущ. 1. аркан (длинная веревка с подвижной петлей на конце для ловли лошадей и других животных), лассо. Kəmənd atmaq набрасывать аркан, kəməndin ilməyi петля аркана, kəməndlə tutmaq ловить, поймать арканом, арканить, заарканить 2. устар. поэт. локоны, волосы возлюбленной 3. морск. строп (кольцо для проволоки или стального троса для подхвата грузов) ◊ kəməndə salmaq kimi поймать в свои сети кого, kəməndinə keçmək, düşmək kimin попадать, попасть в сети чьи

    Azərbaycanca-rusca lüğət / kəmənd

kəmənd sözünün inglis dilinə tərcüməsi

  • 1 i. lasso, noose; ~ atıb tutmaq to lasso (d.); ~lə tutmaq to capture with a lasso; to noose (d.); ~ə düşmək / keçmək (kəməndlə tutulmaq) to be* lassoed; (tora, tələyə düşmək) to be* entrapped; to fall* into pitfall; ~ə salmaq: (tutmaq) to lasso (d.); (tələyə salmaq) to entrap (d.), to ensnare (d.)

    Azərbaycanca-ingiliscə lüğət / kəmənd

kəmənd sözünün fransız dilinə tərcüməsi

kəmənd sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. кемен, гьалкъа; тӀвал, багъ, хангакӀ; // kəməndə düşmək а) кеменда гьатун (балкӀан ва мс.); б) пер. туруна гьатун; 2. клас. гуьзелдин чӀарариз, цӀвалариз, кифериз ишара (тешпигьра): ** kəməndə keçmək (düşmək) кеменда гьатун, туруна гьатун, гьилледин къурбан хьун; kəməndə salmaq кеменда ттун, туруна ттун, гьилледалди кьун.

    Azərbaycanca-ləzgicə lüğəti / kəmənd

kəmənd sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) ovda və ya sürüdə heyvanları, döyüşdə isə düşməni tutmaq üçün uzaqdan atılan ucu ilməkli uzun ip; 2) m. gözəlin saçına işarə olaraq işlədilir.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

qədim müharibələrdə düşməni tutmaq üçün istifadə olunan ilməkli kəndir.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"kəmənd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəmənd nədir? #kəmənd sözünün mənası #kəmənd nə deməkdir? #kəmənd sözünün izahı #kəmənd sözünün yazılışı #kəmənd necə yazılır? #kəmənd sözünün düzgün yazılışı #kəmənd leksik mənası #kəmənd sözünün sinonimi #kəmənd sözünün yaxın mənalı sözlər #kəmənd sözünün əks mənası #kəmənd sözünün etimologiyası #kəmənd sözünün orfoqrafiyası #kəmənd rusca #kəmənd inglisça #kəmənd fransızca #kəmənd sözünün istifadəsi #sözlük