kəmərlər sözü azərbaycan dilində

kəmərlər

Yazılış

  • kəmərlər • 97.1781%
  • Kəmərlər • 2.8219%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avropanın alkoqol kəmərləri
Avropanın alkoqol kəmərləri — Avropanı ənənəvi spirtli içkilərinə görə üç yerə bölür: pivə, şərab və ya likorlar. Onlar mütləq mövcud içmə vərdişləri ilə uyğun gəlmir, məsələn, pivə dünyada ən populyar alkoqollu içkidir. Ona görə də kəmərlər tamamilə obyektiv deyildir.
Azərbaycanın tunc kəmərləri (son tunc-ilk dəmir dövrü)
Azərbaycanın tunc kəmərləri (son tunc-ilk dəmir dövrü) — Cənubi Qafqazda, xüsusilə Azərbaycan ərzisində tapılmış son tunc-erkən dəmir dövrünə aid tunc kəmərlərin tədiqi və öyrənilməsi. Azərbaycan dünyada qədim insanların məskunlaşdığı, həmçinin, qədim mədəniyyətlərin yaranıb, ətraf regionlara yayıldığı ərazilərdən biridir. Arxeoloji ədəbiyyatda Xocalı-Gədəbəy mədəniyyəti adı ilə tanınan son tunc-ilk dəmir dövrü Azərbaycanın qədim tarixinin öyrənilməsində xüsusi rol oynayır. Bu dövrdə cəmiyyətin həyatındakı əsaslı dəyişikiliklər, təsərrüfatın bütün sahələri — əkinçilkik, maldarlıq, metallurgiya,metalişləmə və digər sənətkarlıq sahələrinin inkişaf edərək,yüksək səviyyəyə çatmasına rəvac verdi. Azərbaycan xalqının metalişləmə sənətkarlığının inkişaf etməsində xammal ehtiyatının zənginliyi mühüm rol oynamışdır. E.ə. II minilliyin sonu-I minilliyin əvvəllərində Xocalı-Gədəbəy mədəniyyətinin yaradıcıları metaldan,xüsusilə tuncdan müxtəlif əşyalar, silahlar,əmək alətləri, yüksək bədii tərtibata malik bəzək və geyim aksesuarları istehsasl etmişlər ki, onlarında içərisində nadir incəsənət əsərləri sayılan tunc kəmərlər xüsusi yer tutur. Tunc kəmərlərin üzərində olan kompazisiyalar qədim Azərbaycanda yaşamış tayfaların zəngin dünyagörüşünü, estetik zövqünü, ibtidai dini təsəvvürlərini və s. özündə əks etdirir. Kəmərlərin üzərindəki təsvirlər müxtəlif heyvan, insan rəsmlərindən, döyüş, ov, təbiət səhnələrindən, həmçinin astral işarələrdən, müxtəlif həndəsi fiqur və naxışlardan ibarətdir.
Azərbaycanda boru kəmərləri
Azərbaycanda boru kəmərləri — Azərbaycan neft sənayesinin ilk başladığı yerlərdən biridir və onun tarixi 19-cu əsrə gedib çıxır. Bu, əsrin sonlarından gələn neft sərvəti ilə bağlıdır. Azərbaycanda magistral boru kəmərinin ümumi uzunluğu 4600 kilometrdir (2900 mil). Ölkənin neft sənayesinin mərkəzi və boru kəmərlərinin birləşdirici məntəqəsi Bakıdadır. Ölkədə ilk neft kəməri Abşeron rayonunda yaradılıb. Ölkənin neft kəmərinin ümumi uzunluğu 1500 kilometrdən (930 mil) artıqdır ki, onun da 80%-i Abşeron İqtisadi rayonunda yerləşir. Ölkədəki əsas neft kəmərlərinə aşağıdakılar daxildir: Şirvan-Bakı, 130 km (81 mil); Şirvan-Daşgil, 40 km (25 mil); Dübəndi-Böyük Şor, 40 km (25 mil); Dübəndi-Keşlə, 40 km (25 mil); Daşgil-Sangaçal-Keşlə, 90 km (56 mil); Buzovna-Sabunçu, 20 km (12 mil); və Binəqədi-Keşlə, 8 km (5,0 mil). == Boru kəmərləri == Bakıda 17-ci əsrdən neft sənayesi var. 19-cu əsrdən başlayaraq neft yataqlarından neft emalı zavodlarına xam neft nəql etmək üçün boru kəmərləri tikilməyə başlandı. İlk boru kəməri 1878-ci ildə Bakı Neft Emalı Zavodu tərəfindən Balaxanı Mədənlərinə çəkilmişdir.800 kilometr (500 mil) uzunluğunda olan Bakı-Batumi neft kəməri 20-ci əsrin əvvəllərində istifadəyə verilmişdir.

"kəmərlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəmərlər nədir? #kəmərlər sözünün mənası #kəmərlər nə deməkdir? #kəmərlər sözünün izahı #kəmərlər sözünün yazılışı #kəmərlər necə yazılır? #kəmərlər sözünün düzgün yazılışı #kəmərlər leksik mənası #kəmərlər sözünün sinonimi #kəmərlər sözünün yaxın mənalı sözlər #kəmərlər sözünün əks mənası #kəmərlər sözünün etimologiyası #kəmərlər sözünün orfoqrafiyası #kəmərlər rusca #kəmərlər inglisça #kəmərlər fransızca #kəmərlər sözünün istifadəsi #sözlük