kəpənəyi sözü azərbaycan dilində

kəpənəyi

Yazılış

  • kəpənəyi • 95.5056%
  • Kəpənəyi • 2.2472%
  • KƏPƏNƏYİ • 2.2472%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kələm kəpənəyi
Kələm kəpənəyi-(lat. Pieris brassicae) Buğumayaqlılar tipinin Kəpənəklər dəstəsinə aid olan növ == Xarici quruluşu == Açılmış halda qanadlarının uzunluğu 55–60 mm-dir. Üstdən ağ, ön qanadlarının zirvəsində oraqşəkilli qara haşiyə və iki qara ləkə (dişilərdə ləkələr daha tünddür), altdan isə yaşılımtıl-sarıya çalır. Bığcıqları sançaqşəkillidir. Ön qanadlarının yuxarı küncləri qaradır. Yumurtaları sarı rəngdə olub, uzununa istiqamətdə 16 qırışı vardır. Uzunluğu 1,25 mm-dir. Tırtılın 3 cüt döş, 5 cüt qarıncıq ayağı vardır. Bədəni üst tərəfdən yaşıl, alt tərəfdən sarı rənglidir. Pupu sarımtıl-yaşıldır, üzərində qara, nöqtə şəkilli ləkələr vardır.
Turpəng kəpənəyi
Turpəng kəpənəyi (lat. Pieris rapae) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ağcalar fəsiləsinə aid olan növ == Xarici quruluşu == Kiçik ölçülü ağ rəngli kəpənəklərdir. == Həyat tərzi == Növün arealından asılı olaraq nəsilvermə qabiliyyəti müxtəlifdir. Belə ki, Sankt-Peterburq və Moskva vilayətlərində bu zərərverici 2 nəsil verir. Aşağı Povoljyevdə və Qafqazda bu növ 4-5 nəsil verir. Zaqafqaziya və Qara dəniz sahillərinin subtropik zonasında 5 nəsil verməsi mümkün hüsab olunur. Baykal ətrafında 3 nəsil verir. Turpəng kəpənəyinin aparılan tədqiqatlar nəticəsində pup mərhələsində qışladığı müəyyən olunmuşdur. Quba-Xaçmaz bölgəsində ilk kəpənəklər aprel ayının III ongünlüyündə uçmağa başlayır. Kəpənəklərin kütləvi uçuşu may ayının II yarısında müşahidə edilir.
Yemişan kəpənəyi
Yemişan kəpənəyi (lat. Aporia crataegi) — buğumayaqlılar tipinin kəpənəklər və ya pulcuqluqanadlılar dəstəsinin baramasarıyanlar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yemişan kəpənəyinin qanadları ağ, onun damarları isə qonur-qəhvəyi rənglidir. Yumurtaları qırmızı-sarı rəngli, saplaqlı, 1,5 mm uzunluqda olur. Tırtılın bədəni uzun tüklü olmaqla qaramtıldır. Bel hissəsində narıncı-qəhvəyi rəngli üç qara zolaq uzanır. == Həyat tərzi == 2 və 3-cü yaş tırtılları sapla bir- birinə bağlanan, yarpaqlardan düzəldilmiş yuvalarda qışlayırlar. Belə yuvalar ağacın kiçik budaqlarından sapla asılmış olur. Hər yuvada 25-30 ədəd tırtıl qışlayır. Yazın əvvəllərində, qış yuvasından çıxan tırtıllar, ağacların tumurcuqlarının içərisini, sonra isə çiçək, qönçə və yarpaqları ilə qidalanırlar.
Yenilik kəpənəyi
İnnovasiya kəpənəyi, bazarları, tələbatı, məhsul xüsusiyyətlərini və firmanın imkanlarını birləşdirən sistemdə layihə planlarında kiçik görünən təxribatların (narahatlıqlar və ya dəyişikliklərin) layihəni və ya bütün layihələr portfelini geri qaytarıla bilməyəcək qədər aşağı istiqamətləndirə biləcəyini təsvir edən bir metafordır. texnologiya və bazarın təkamülü baxımından yol. == Mənşəyi == Bu metafor tədqiqatçılar Anderson və Joglekar tərəfindən hazırlanmışdır. O, xaos nəzəriyyəsində rast gəlinən daha ümumi "kəpənək effekti"nin xüsusi bir nümunəsi kimi düşünülmüşdür. == Bu necə işləyir == Yenilik kəpənəyi ona görə yaranır ki, bir çox innovasiya sistemləri daxili gecikmələri ehtiva edən bir neçə qeyri-xətti əks əlaqə dövrələri vasitəsilə bir-biri ilə qarşılıqlı əlaqədə olan çoxlu sayda elementdən ibarətdir və beləliklə, mürəkkəb bir sistem təşkil edir. Narahatlıqlar firma daxilində və ya onun rəqibləri tərəfindən qəbul edilən qərarlardan yarana bilər və ya hökumət qanunvericiliyi və ya ətraf mühitin mühafizəsi qaydaları kimi xarici qüvvələr və ya neftin qiymətində gözlənilməz sıçrayışlar nəticəsində yarana bilər. Yenilik kəpənəyi nəticəsində innovasiya sisteminin necə təkamül etməsi son nəticədə innovativ firmanın uğur və ya uğursuzluğuna səbəb ola bilər. Fizika, biologiya və ya sosiologiya kimi sahələrdə kompleks sistemlərin həm yoldan asılılığa, həm də yaranan davranışa meyilli olduğu məlumdur. İnnovasiya kəpənəyinin davranışını fərqli edən bazar seçimi, həmçinin paylanmış innovasiya parametrləri daxilində fərdi və qrup qərarlarının qəbulunda qərəzlilikdir ki, bu da fövqəladə davranışa təsir edə bilər. Bundan əlavə, biznesin əksər sahələrində menecerlər riski daha yaxşı idarə etmək üçün qeyri-müəyyənliyi azaltmağa çalışırlar.
Çəmən kəpənəyi
Çəmən kəpənəyi (lat. Loxostege sticticalis L.) — Ön qanadları bozumtul-qəhvəyi rəngdə olub, üzərində müxtəlif naxışlar olur. == Quruluşu == Ön qanadları bozumtul-qəhvəyi rəngdə olub, üzərində müxtəlif naxışlar olur. Sakit halda kəpənəyin qanadları üçbucaq formasını alır. Tırtılı yaşılımtıl bozdur. Beli üzərində bütün bədən boyu aydın seçılən tutqun zolaq vardır. Yan tərəflərdən uzanan zolaqlar arası ilə dalğavari yaşılımtıl sarı zolaqlar gedir. Qarıncıq ziyilcikləri ( 6 ədəd ) üzərindən əsası qara və iki konsentrik ağ zolaqla çevrələnmiş qılcıqlar çıxır. Başı qaradır. Uzunluğu 25-mm-dir.
Alma şüşəqanad kəpənəyi
Alma şüşəqanad kəpənəyi-(lat. Synanthedon myopaeformis)-buğumayaqlılar tipinin kəpənəklər dəstəsinin şüşəqanad kəpənəklər fəsiləsinə aid olan növ == Xarici quruluşu == Kəpənək qanadları açılan zaman 15–20 mm böyüklükdə olur. ön və dal qanadlar parlaqdır, şüşəni xatırladır. Bədəni tünd mavi rəngdədir. Qarıncığın dördüncü buğumu qırmızıya çalır. Yumurtası ovaldır və uzunluğu 1 mm-ə çatır. Tırtılın bədəni sarımtıl-ağ, yaxud çəhrayı rəngdə olur. uzunluğu 20 mm-ə qədərdir. Pupu sarımtıl qəhvəyi olub, qarıncıq buğumlarının üst tərəfində 2 cərgəli tüklü mahmızlar var. == Həyat tərzi == Hər bir dişi kəpənək 200-250 ə qədər yumurta qoyur.
Ağ Amerika kəpənəyi
Ağ Amerika kəpənəyi (lat. Hyphantria cunea) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Zərərvericinin kəpənəyi ağ rəngdədir. Qanadları açıq halda 40-50 mm-dir. Bığcıqları qaradır. Sanki ağ hissəciklərlə tozlanmışdır. Dişi fərdlər erkəklərdən böyük olur. Erkək fərdlərdə bığcıqlar lələkşəkilli, dişilərdə isə sapşəkillidir. Erkək fərdlərin ön ayaqlarının bud və burma hissələri tünd sarıdır. Erkək fərdlərin qanadları üzərində tünd-qəhvəyi rəngdə nöqtələr vardır.
Oxim qızılı kəpənəyi
Qarğıdalı gövdə kəpənəyi
Qarğıdalı gövdə kəpənəyi (lat. Pyrausta nubilalis Hb.)-Dişi kəpənəklər erkəklərdən iri olur. == Quruluşu == Dişi kəpənəklər erkəklərdən iri olur. Dişilərin qanadları açıq- sarımtıl rəngdədir. Üzərində qəhvəyi rəngdə ləkə və dişli zolaq vardır. Qanadları açılmış halda 27–32 mm, bədəninin uzunluğu isə 13–15 mm-dir. Erkək kəpənəyin ön qanadları açıq- qəhvəyi və ya bozumtul rəngdə olur. Tırtıllar 16 ayaqlı olub, sarımtıl bozdur. Tırtılın beli uzunu tutqun zolaq gedir. Baş, peysər buğumu və axırıncı buğumda qonur rəngli qalxancıqlar vardır.
Talış məxməri kəpənəyi
Talış məxməri kəpənəyi (lat. Pararge adrastoides) — pararge cinsinə aid heyvan növü. Yoxa çıxmaqda olan Talış avtoxtonudur. == Yayıldığı yer == Talışın ovalıq, dağətəyi və dağları (meşənin yuxarı hissəsinə qədər). == Yaşadığı yer == Kölgəli sıx otluqlu meşə kənarları talaları və meşə zolaqları. == Sayı == Azsaylıdır. == Ekologiyası == Ovalıqda yazda və yayın ortalarında uçuşur, ildə iki nəsil verir, dağlarda (Lerik, Yardımlı rayonları) bir nəsil verir, kəpənəklər iyun – iyulda uçuşur. Tırtıllar yayın əvvəlində, payızda (ovalıqda) və avqustda (dağlarda) müxtəlif yabanı dənli bitkilər üzərində yaşayırlar. Pup mərhələsində qışlayır. Təbii düşməni və xəstəlikləri məlum deyildir.
Kəpənəyin yuxusu (film, 2013)
Kəpənəyin yuxusu — Yılmaz Ərdoğanın ssenari müəllifi, rejissoru və aktyoru olaraq çəkilən türk dram filmidir. Film 2013-cü ildə 86-cı Oskar mükafatlarında Türkiyənin ən yaxşı xarici film üzrə Oskara namizədliyi göstərilmişdir.Kəpənəyin yuxusu filminin musiqi bəstəkarı Rəhman Altın Amerikada keçirilən "Moondance Beynəlxalq Film Festivalında "Ən yaxşı Film Musiqisi " mükafatına layiq görülüb. "Kəpənəyin yuxusu" filmi üçün bəstələdiyi musiqilərə görə daha öncə İtalya, Belçika və Türkiyənin özündə müxtəlif mükafatlar alan bəstəkar ötən il film musiqiləri siyahısında birinci yeri qoruyub saxlamağı bacarmışdı. == Məzmun == Film Zonquldağda 1941-ci ili təsvir edir. İki gənc şair Rüşdü Onur və Müzəffər Tayyib Uslu yeni-yeni modernləşən bu mədən şəhərində məmur kimi həyatlarına davam edərkən, bir yandan da sənətlə, ədəbiyyatla, ən çox da şeirlə məşğul olurlar. Şairliyə və sənətə baxışın hələ inkişaf etmədiyi cəmiyyətdə şeir yazan bu iki vərəmli gənc cəmiyyətin hər üzvünə şeiri sevdirməyə çalışır. Bələdiyyə sədrinin qızı Suzan Özsoyun Zonquldağa gəlməsiylə Rüsdü və Müzəffərin şeirə inancı daha da artar. Ailəsinin istəməməsinə baxmayaraq Suzan onlarla dostlaşır. Fəqət 1940-cı illərin vəbası olan vərəm bu iki gəncin həyatını da təhdid etməyə başlayır, öz gələcəklərini qurmaq üçün gənclər həyat mübarizəsinə başlayırlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2008 •••••• 0.49
2009 •• 0.16
2010 •• 0.09
2012 ••• 0.17
2014 ••• 0.17
2017 •• 0.16
2018 •••••••••••••••••••• 1.65
2019 ••••••••••••••••••• 1.53
2020 •• 0.13

"kəpənəyi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəpənəyi nədir? #kəpənəyi sözünün mənası #kəpənəyi nə deməkdir? #kəpənəyi sözünün izahı #kəpənəyi sözünün yazılışı #kəpənəyi necə yazılır? #kəpənəyi sözünün düzgün yazılışı #kəpənəyi leksik mənası #kəpənəyi sözünün sinonimi #kəpənəyi sözünün yaxın mənalı sözlər #kəpənəyi sözünün əks mənası #kəpənəyi sözünün etimologiyası #kəpənəyi sözünün orfoqrafiyası #kəpənəyi rusca #kəpənəyi inglisça #kəpənəyi fransızca #kəpənəyi sözünün istifadəsi #sözlük