* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Bədən və qanadları toz kimi incə pullarla və cürbəcür rənglərlə bəzənmiş dördqanadlı böcək. …Bir gözəl kəpənək gəlib Ağca xanımın oturduğu skamyanın üstünə qondu. S.S.Axundov. …Quşların bir paraları oxumaqda, o biri paraları uçub özləri üçün yem gəzməkdə və kəpənəklər çiçəklərin başına qonmaqda idilər. A.Divanbəyoğlu. Dünya bahar, ömrün yolu gül-çiçək; Uçur güldən-gülə, qonur kəpənək. R.Rza. // Pərvanə.
Azərbaycan dilinin izahlı lüğəti / kəpənək2 Yapıncı; çobanların qışda geydikləri döymə yundan keçə, keçədən tikilən qolsuz çoban plaşı, çoban yapıncısı. (“Kitabi-Dədə Qorqud” leksikası)
Azərbaycan dastanlarının leksikası / kəpənək3 Yapıncı. (“Koroğlu” dastanının lüğəti) Yaxınlaşanda Koroğlu baxdı ki, bu – çiynində kəpənəyi, əlində dəyənəyi cavan bir oğlandı. (“Düratın itməyi”) * Koroğlu dərhal kərcami kəpənəyini çiyninə atıb Yaqubun dükanına gəldi. (Paris nüsxəsi, 4-cü məclis)
Azərbaycan dastanlarının leksikası / kəpənək1 Qopmaq feili ilə qohumdur. Üzərində tozcuqlar (qabıq, pulcuqlar, qopuq, kəpək) olduğu üçün belə adlanıb. Deməli tozlu, kəpəkli deməkdir. İkinci ehtimal da mümkündür: qədim təsəvvürə görə, kəpənək ölülərin ruhu hesab olunurmuş. Bu mənada “bədəndən qopan” (yəni ruh) kimi də başa düşülə bilər. Başqa bir yozuma görə kəpənək sözünün mənası “ətsiz, əti olmayan” deməkdir. Birinci yozum daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / kəpənək1 KƏPƏNƏK (zər qanadlı həşərat) Çiçək altında bir kiçik kəpənək; Düşüb əfsürdə, çırpmır bipər (A.Şaiq); KƏLƏBƏK [Sitarə:] Yainki, göz işlədikcə, çiçəklərlə bəzənmiş zümürdin bir çəmənzar üzərində şatır münəqqəşpər bir kələbək, canlı bir çiçək kimi sevinə-sevinə, xəfif-xəfif, gurultularla, çiçək-çiçək dolaşır (A.Şaiq); LÜLƏPƏR (dial.) Lüləpər yerə qondi (ADDL); PƏRVANƏ Çəmənlərdə, seyrəngahlarda, çiçəklər qönçələrində gizlənmiş pərvanələri və arıları oyatdı (M.F.Axundzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / kəpənək2 сущ. 1. бабочка (насекомое с двумя парами крыльев, покрытых пыльцой). Gecə kəpənəkləri ночные бабочки, gündüz kəpənəkləri дневные бабочки, çiçək kəpənəkləri бабочки-бражники, ağacovan kəpənəklər бабочки-древоточцы, yarpaqbükən kəpənəklər бабочки-листовертки 2. мотылёк (дневная, небольшая по размерам бабочка из сем. огневок). Qarğıdalı kəpənəyi кукурузный мотылек, çəmən kəpənəyi луговой мотылек
Azərbaycanca-rusca lüğət / kəpənək