Kərimbəy sözü azərbaycan dilində

Kərimbəy

Yazılış

  • Kərimbəy • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəhram bəy Kərimbəyli
Bəhram bəy Nurulla bəy oğlu Kərimbəyli (6 dekabr 1896, Kərimbəyli, Cəbrayıl qəzası – 22 avqust 1977, Bakı) — sərhəd komandiri, milis rəisi. == Həyatı == Bəhram bəy Kərimbəyli 1896-cı ildə Cəbrayıl qəzasının Kərimbəyli obasında dünyaya göz açmışdı. Qaryagin 2 sinifli rus-tatar məktəbini bitirəndən sonra, 1915-ci ildə Bakıya gəlmişdi. Gündüzlər işləmiş, gecələr həkimlik kursunda oxumuşdu. Nəriman Nərimanovun leksiyalarını dinləmişdi. Kursu bitirəndən sonra doktor Rəfibəylinin köməkliyi ilə Zurnabad taun əleyhinə stansiyasında feldşer işləmişdi. Sonra Bakıya dönüb hərbi məktəbdə oxumuşdu. General-leytenant, müdafiə naziri Səməd bəy Mehmandarovdan dərs almışdı. Hərbi məktəbi bitirəndən sonra ADR yıxılmış, Azərbaycanda sovet hökuməti qurulmuşdu. 1920-ci ilin aprel ayının 30-da Hərbi-Dəniz Komissarı Çingiz İldırımın adyutantı, şəxsi yavəri vəzifəsinə təyin edilmişdi.
Fətulla bəy Kərimbəyov
Fətulla bəy Kərbəlayı Abbas bəy oğlu Kərimbəyov — Kiyev universitetinin məzunu, notarius, sahibkar. == Həyatı == Fətulla bəy Kərimbəyov 1869-cu ildə Cəbrayıl qəzasının Kərimbəyli kəndində anadan olmuşdu. Qarğabazar kəndindəki rus-tatar məktəbinin 3-cü sinifini, Cəbrayıl kəndindəki məktəbin 5-ci sinifini, Şuşa şəhəri real məktəbin 7-ci sinifini bitirmişdi. Bakıda gimnaziyada oxuyandan sonra Kiyev şəhərinə yollanıb universitetə qəbul olur. Universiteti tamamlayandan sonra Bakı şəhərinə dönmüşdü. Uzun illər şəhər notariusunun rəisi vəzifəsində çalışmışdı. Bakı şəhərində 40 mənzillik üçmərtəbəli, 60 mənzillik ikimərtəbəli evlər tikdirmişdi. 60 mənzilli ev köhnə Ketsxoveli küçəsindəki Şəhər polisi ilə üzbəüz olan binadır. Fətulla bəy repressiya illərində Stavrapol şəhərinə köçmüşdü. Orda vəfat edib.
Kərimbəyli
Kərimbəyli (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Kərimbəyli (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. Kərimbəyli (Babək) — Azərbaycanın Babək rayonunda kənd. Kərimbəyli (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Kərimbəyli (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd.
Kərimbəyli (Babək)
Kərimbəyli (əvvəlki adı: Leninabad) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kərimbəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Leninabad kənd inzibati-ərazi vahidi tərkibindəki Leninabad kəndi Kərimbəyli kəndi, Leninabad kənd inzibati-ərazi vahidi Kərimbəyli kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Kərimbəyli kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Kərimbəyli (Bərdə)
Kərimbəyli — Azərbaycan Respublikasının Bərdə rayonunun Yeni Əyricə kənd inzibati ərazi dairəsində kənd. Kənd Yeni Əyricə kənd sovetliyinə daxildir. Qalabəyovlar nəslindən olan Kərim bəy Qalabəyovun kəndidir.Qarabağ düzundədir. Kür və Tərtər çaylarının yaxınlığında yerləşir. Kənddə ibtidai məktəb, kitabxana və həkim məntəqəsi fəaliyyət göstərir.
Kərimbəyli (Füzuli)
Kərimbəyli — Azərbaycan Respublikasının Füzuli rayonunun Kərimbəyli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Bərdə rayonunun Yeni Əyricə inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir. Düzənlikdədir. Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Kəndin ilk sakinləri Kərimbəyov, Şıxlıbəyov və Hüseynbəyovların tarlalarında muzdla işləyən ailələr olmuşlar. Kəndin adını Kərimbəyovun adı ilə bağlayırlar. Lakin oykonimin Qarabağdan gəlmiş Kərimbəyli tayfası ilə əlaqədar olması da istisna deyil; Sədərək rayonunun Dəmirçi inzibati ərazi vahidində kənd. Araz çayının sahilində, Arazboyu düzənlikdədir.
Kərimbəyli (Qaraqoyunlu)
Kərimbəyli — Türkiyənin İğdır ilinin Qaraqoyunlu ilçəsinə daxil olan kənd. == Tarixi == Kəndin adı 1902-ci ildə qaynaqlara Abbasabad olaraq keçməkdədir. Kürdçədə Mıllo adıyla anılan kənd, 1928-ci ildən bəri eyni adı daşımaqdadır. == Coğrafiyası == İğdır ilçə mərkəzinə 25 km, Qaraqoyunlu ilçə mərkəzinə 14 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 273 nəfər kürd yaşayırdı.
Kərimbəyli (Salyan)
Kərimbəyli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 2006-cı ilə qədər Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidində tabe kənd. Əmr http://www.e-qanun.az/framework/11605. Şirvan düzündədir. Kəndin ilk sakinləri Kərimbəyov, Şıxlıbəyov və Hüseynbəyovların tarlalarında muzdla işləyən ailələr olmuşlar. Kəndin adını Kərimbəyovun adı ilə bağlayırlar. Lakin sakinlərin Qarabağdan gəlmiş kərimbəyli tayfası ilə əlaqədar olması da istisna deyildir. Rəvayətə görə təxminən XIX əsrin ortalarında bu kəndin yerləşdiyi yerdə Şirvan əyalətinin Bico bəylərindən olan Kərim bəyin evi, mal-qara qışlağı var imiş. Sovet dövründə kənd Kür çayı kənarında yerləşdiyinə görə, pambıq əkin sahələrini suvarmaq üçün burada su nasosları quraşdırılmışdır. 1950-60-cı illərdə buraya Sabirabad rayonunun Həşimxanlı kəndindən buraya iş üçün bir qrup ailə köçüb gəlmişdir.
Kərimbəyli (soyad)
Kərimbəyli — Azərbaycanda daha çox işlədilən təxəllüs və soyad. Bu soyadı və təxəllüsü olan tanınmış insanlar Bəhram bəy Kərimbəyli — sərhəd komandiri, milis rəisi. Şirinxanım Kərimbəyli — şair-dramaturq, publisist.
Kərimbəyli (Şərur)
Kərimbəyli — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Kərimbəyli oyk., sadə Şərur r-nunun Dəmirçi i.ə.v.-də kənd. Araz çayının sahilində, Arazboyu düzənlikdədir. Yaşayış məntəqələri qazaxlı tayfa birliyinə daxil olan kərimbəyli tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kərimbəylilər Qazax mahalından Qarabağa köçüb gəlmiş, sonralar bir sıra yaşayış məntəqələrinin əsasını qoymuşlar.
Kərimbəyli bələdiyyəsi
Kərimbəyli bələdiyyəsi (Babək) — Azərbaycanın Babək rayonunda bələdiyyə. Kərimbəyli bələdiyyəsi (Bərdə) — Azərbaycanın Bərdə rayonunda bələdiyyə. Kərimbəyli bələdiyyəsi (Füzuli) — Azərbaycanın Füzuli rayonunda bələdiyyə. Kərimbəyli bələdiyyəsi (Salyan) — Azərbaycanın Salyan rayonunda bələdiyyə.
Kərimbəyli bələdiyyəsi (Bərdə)
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kərimbəyli bələdiyyəsi (Füzuli)
Füzuli bələdiyyələri — Füzuli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kərimbəyli bələdiyyəsi (Salyan)
Salyan bələdiyyələri — Salyan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kərimbəyovlar
Kərimbəyovlar — Azərbaycan xalqın tanınmış soylarından biri. == Soyun yaranması == Kərimbəyli obasının ünlü uruqlarından biri Kərimbəy uşağıdır. Kərim bəy Balu bəy oğlu XVIII əsrin ortalarında yaşayıb. Qaradağ vilayətində butalanan Hacıəlili elinin Qızılca qışlağında olurmuş. Kərim bəy Nazlı xanımla və Yaxşı xanımla dünya evinə girmişdi. Abdulla bəy, Qasım bəy, Fətulla bəy və Məmmədqulu bəy adlı oğulları vardı. Kərim bəyin övladları 1820-ci ildə Qarabağa üz tutub, Cəfərqulu xan Sarıcalı-Cavanşirin mülkü olan yurdda binələdilər. == Soyun tanınmış nümayəndələri == Fətulla bəy Kərimbəyov — Kiyev Universitetinin məzunu, notarius, sahibkar. Bəhram bəy Kərimbəyli — sərhəd komandiri, milis rəisi. == Şəkillər == Ailə arxivindən == Mənbə == Ənvər Çingizoğlu.
Nərmin Kərimbəyova
Rzaqulu bəy Kərimbəyli
Rzaqulu bəy Cabbar bəy oğlu Kərimbəyli -(d. 1881-ö. 1921) Azərbaycan Xalq Cumhuriyyəti dövründə Gəncə quberniyası Sərhəd Mühafizə Dəstəsinin rəisi Rzaqulu bəy Cabbar oğlu Kərimbəyli - 1918-1920-ci illər ərzində Gəncə quberniyasının Sərhədi Mühafizə Dəstəsinin (DİN-ə tabe idi) rəisi vəzifəsində xidmət göstərmişdi.
Rüstəm bəy Kərimbəyov
Məhəmməd bəy Süleymanbəyov — Lənkəran qəzası rəisi (1919–1920). Rüstəm bəy (ağa) Heybət bəy oğlu Kərimbəyov 1878-ci ildə Quba qəzasında anadan olmuşdu. Quba qəza polisində kiçik rütbədə polis məmuru vəzifəsində işə başlamış, sonra polis pristavı və Quba qəza rəisinin böyük köməkçisi (1-ci müavini) olmuşdu. Rüstəm bəy 1919-cu ildə Cavad qəza rəisinin də böyük köməkçisi vəzifəsində xidmət edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri N. Yusifbəylinin 23 oktyabr 1919-cu il tarixli 156 nömrəli əmri ilə Rüstəm bəy Heybət bəy oğlu Kərimbəyov tutduğu vəzifədən azad olunaraq, xidmətdə irəli çəkilmiş və Bakı quberniyasının Lənkəran qəzasının rəisi vəzifəsinə (1-ci dərəcə üzrə aylıq əmək haqqı 3.000 min manat olmaqla) təyin olunmuşdu. O, bu vəzifədə 1920-ci il aprelin 19-dək işləmişdi. Rüstəm bəy Kərimbəyov daxili işlər naziri əvəzi Şəfi bəy Rüstəmbəylinin əmr-teleqramı ilə sonuncu tarixdən tutduğu vəzifəsindən azad olunaraq Bakıya- DİNin sərəncamına çağırılmışdı. Bakının general-qubernatoru, general-mayor Murad Gəray bəy Tlexasın təqdimatı üzrə cəmi 1 gün sonra, Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri Mustafa bəy Vəkilovun 21 aprel 1920-ci il tarixli 60 nömrəli əmri ilə R. Kərimbəyov yenə xidmətdə irəli çəkilərək polkovnik Rüstəm bəy Mirzəyevin yerinə Balaxanı-Sabunçu polismeysteri təyin olunmuşdu. Rüstəm bəy Kərimbəyov Balaxanı-Sabunçu polismeysteri vəzifəsində Azərbaycanda sovet hakimiyyəti qurulanadək (28 aprel 1920) xidmət göstərmişdi.
Şirinxanım Kərimbəyli
Şirinxanım Ağabala qızı Kərimbəyli (Şirin xanım Kərimbəyli Şadiman; ədəbi təxəllüsü: Şadiman; 2 sentyabr 1955, Tuğay, Siyəzən rayonu) — şair-dramaturq, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü. Şirinxanım Kərimbəyli 2 sentyabr 1955-ci ildə Dəvəçi rayonunun hazırda Siyəzən rayonunun inzibati ərazisi sayılan Tağay kəndində anadan olub. Anadan olduğu kənddə səkkizillik məktəbi, sonra Siyəzən şəhər 2 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb (1978–1983). Azərbaycan Jurnalistlər Birliyinin nəzdində Jurnalist Sənətkarlığı İnstitutunun məzunudur (1992). 1983–1984-cü illərdə keçmiş Dəvəçi rayonunun hazırda Siyəzən bölgəsinin ərazisi sayılan Gilgilçay qəsəbəsində kitabxana müdiri vəzifəsində çalışıb. 1985–2007-ci illərdə ARDNŞ-nin "Mədən Geofizika" idarəsinin "Neft Daşları" Geofizika ekspedisyasında çizgiçi, texnik, mühəndis peşəsində işləyib. Həmin idarədən də 2007-ci ildən əmək təqaüdünə çıxıb. Ailəlidir.
Şirinxanım Kərimbəyli Şadiman
Şirinxanım Ağabala qızı Kərimbəyli (Şirin xanım Kərimbəyli Şadiman; ədəbi təxəllüsü: Şadiman; 2 sentyabr 1955, Tuğay, Siyəzən rayonu) — şair-dramaturq, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü. Şirinxanım Kərimbəyli 2 sentyabr 1955-ci ildə Dəvəçi rayonunun hazırda Siyəzən rayonunun inzibati ərazisi sayılan Tağay kəndində anadan olub. Anadan olduğu kənddə səkkizillik məktəbi, sonra Siyəzən şəhər 2 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb (1978–1983). Azərbaycan Jurnalistlər Birliyinin nəzdində Jurnalist Sənətkarlığı İnstitutunun məzunudur (1992). 1983–1984-cü illərdə keçmiş Dəvəçi rayonunun hazırda Siyəzən bölgəsinin ərazisi sayılan Gilgilçay qəsəbəsində kitabxana müdiri vəzifəsində çalışıb. 1985–2007-ci illərdə ARDNŞ-nin "Mədən Geofizika" idarəsinin "Neft Daşları" Geofizika ekspedisyasında çizgiçi, texnik, mühəndis peşəsində işləyib. Həmin idarədən də 2007-ci ildən əmək təqaüdünə çıxıb. Ailəlidir.

"kərimbəy" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kərimbəy nədir? #kərimbəy sözünün mənası #kərimbəy nə deməkdir? #kərimbəy sözünün izahı #kərimbəy sözünün yazılışı #kərimbəy necə yazılır? #kərimbəy sözünün düzgün yazılışı #kərimbəy leksik mənası #kərimbəy sözünün sinonimi #kərimbəy sözünün yaxın mənalı sözlər #kərimbəy sözünün əks mənası #kərimbəy sözünün etimologiyası #kərimbəy sözünün orfoqrafiyası #kərimbəy rusca #kərimbəy inglisça #kərimbəy fransızca #kərimbəy sözünün istifadəsi #sözlük