Səlimbəy sözü azərbaycan dilində

Səlimbəy

Yazılış

  • Səlimbəy • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səlimbəy (Urmiya)
Səlimbəy (fars. سليم بيگ‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 218 nəfər yaşayır (38 ailə).
Cəfər Səlimbəyov
Cəfər Vahab oğlu Səlimbəyov (18 sentyabr 1906, Bakı – mart 1979, Bakı) — dövlət xadimi, "Azdövsutəslayihə" institutunun (III) direktoru. == Həyatı == Cəfər Vahab oğlu Səlimbəyov 18 sentyabr 1906-ci ildə Bakı şəhərində doğulmuşdur. 1914-1918-ci illərdə 3-cü Rus-Tatar məktəbində, 1918-1923-cü illərdə isə 2-ci Bakı Realnı məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə 14 yaşında olarkən, 1920-ci ildə məktəbdə oxuduğu illərdə başlamışdır. 1920-1923-cü illərdə Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığında tərcüməçi işləmişdir. 1923-cü ildə Azərbaycan KP MK-nın qərarı ilə Moskva şəhərinə, Lomonosov adına Moskva Dövlət Universitetinə oxumağa göndərilmişdir. 1924-cü ildə Timiryazov adına Kənd Təsərrüfatı Akademiyasına köçürülmüş və 28 fevral 1930-cu ildə akademiyanı bitirərək mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir. Ali məktəbi bitirdikdən sonra 1930-1933-cü illərdə Moskva şəhərində SSRİ Əkinçilik Xalq Komissarlığının Su Təsərrüfatı Baş İdarəsində çalışmışdır. 1933-1944-cü illərdə Azərbaycan su təsərrüfatı sistemində çalışmış, Azərbaycan Su Təsərrüfatı Obyektlərinin Layihə-Axtarış idarəsində böyük mühəndis, layihə baş mühəndisi, layihə kontorunun başçısı, Samur-Dəvəçi kanalının tikintisini həyata keçirən idarədə rəis müavini işləmişdir. SSRİ Müdafiə Nazirliyinin 1941-1942-ci illərdə Mozdok və Rostov şəhərlərinin 5 rayonunda yaratdığı müdafiə obyektlərinin tikintisində baş mühəndis olmuşdur.
Məmmədəli bəy Səlimbəyov
Məmmədəli bəy Səlimbəyov (1877-?) — Nicat cəmiyyətinin sədri, həkim. Məmmədəli bəy Səlimbəyov 1877-ci ildə Bakı şəhərində doğulmuşdu. "Nicat"cəmiyyətinə növbə ilə Məmmədəli bəy Səlimbəyov (1906-1907), Həsən bəy Ağayev (9 mart-12 noyabr1907), Məhəmməd Əmin Rəsulzadə (12 noyabr 1907-17 dekabr 1913), eyni zamanda Qasım Qasımov, İsa bəy Aşurbəyov və Əlimərdan bəy Topçubaşov rəhbərlik etmişlər. Cəmiyyətin 1916- cı ildə böyük qalmagala səbəb olmuş və sonradan nəticələri ləğv olunmuş illik yığıncağında Murtuza Muxtarov cəmiyyətin fəxri sədri seçilmişdir. Məmmədəli bəy Səlimbəyov 1906-cı ildə Müəllimlərin qurultayında 9 avqustda "Diş ağrısı və onun müalicəsi" adlı mühazirə oxumuşdu. Dindirmə protokolu, Sənəd № 24. 1918-ci il, 5 dekabr. Bakı şəhəri. Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir: Məmmədəli bəy Səlimbəyov, diş həkimi, 41 yaşlı, Bakıda Mixaylovskaya küçəsi, №- 11 ünvanda, Aşumovun evində yaşayıram. 1918-ci i mart qırğınları vaxtı mən tələbəmlə birlikdə öz mənzilimdə idim.
Süleyman Səlimbəyov
Süleyman Cabbar oğlu Səlimbəyov (1888, Şamaxı – 1951, Bakı) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). Süleyman Səlimbəyov 1888-ci ildə Şamaxıda anadan olmuşdur. Səhnəyə 1907–1908-ci illərdə çıxmış, əsasən, "Nicat" cəmiyyətinin, 1919–1936-cı illərdə hazırkı Akademik Milli Dram Teatrının truppasında olmuşdur. 1936-cı ildə Lənkəranda yeni açılmış teatrın yaradıcılığına təkan vermək üçün oraya ezam edilmişdir. 1940-cı illərin ortalarına qədər qısa fasilələrlə Lənkəran Dövlət Dram Teatrında direktor və bədii rəhbər işləmişdir. Arada bir neçə rayon teatrında, həmçinin Akademik sənət ocağında aktyorluq etmişdir. Süleyman Səlimbəyov Lənkəran teatrında Mirzə İbrahimovun "Həyat", Üzeyir Hacıbəyovun "Ər və arvad", "Məşədi İbad", "Arşın mal alan", Cəfər Cabbarlının "Yaşar", "1905-ci ildə", "Od gəlini" əsərlərini tamaşaya hazırlamışdır. Aktyor 1951-ci ildə Bakıda vəfat etmişdir. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə).
Səlimbəyovlar
Səlimbəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Bu soy Bakı şəhərində yaranıb. Soyun ulu babası Mirzə Səlim bəydir. Onun törəmələri sonralar Səlimbəyov soyadını qəbul etdilər. Rəcəb bəy Mirzəsəlimbəyov-oğlanları: - Məmmədnağı bəy, Məmmədrza bəy, Məmmədrəsul bəy, Məmmədrza bəyin oğlu - Abutalıb bəy; Mirzə Əsgər bəy Mirzə Səlimbəyov. Ağa Məmməd bəy Mirzəsəlimbəyov - oğlanları Abdulla bəy, Hüseyn bəy, Məmməd bəy, Abasqulu bəy, Mirzəməmməd bəy. Əbdürrəhim bəy Mirzəsəlimbəyov-oğlanları:Abdulla bəy, Əsədulla bəy, Hüseynbala bəy, İbadulla bəy, Əlabbas bəy. Əbülfəz bəy Vahab oğlu Səlimbəyov Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun podporuçiki. 18 noyabr 1897-ci ildə Bakıda meşşan ailəsində anadan olmuşdu. Bakıda Ali ibtidai məktəbi və 1920-ci il aprelin iyirmi dördündə Azərbaycan Hərbiyyə məktəbini bitirmişdir.

Oxşar sözlər

#səlimbəy nədir? #səlimbəy sözünün mənası #səlimbəy nə deməkdir? #səlimbəy sözünün izahı #səlimbəy sözünün yazılışı #səlimbəy necə yazılır? #səlimbəy sözünün düzgün yazılışı #səlimbəy leksik mənası #səlimbəy sözünün sinonimi #səlimbəy sözünün yaxın mənalı sözlər #səlimbəy sözünün əks mənası #səlimbəy sözünün etimologiyası #səlimbəy sözünün orfoqrafiyası #səlimbəy rusca #səlimbəy inglisça #səlimbəy fransızca #səlimbəy sözünün istifadəsi #sözlük