Əlibəy sözü azərbaycan dilində

Əlibəy

Yazılış

  • Əlibəy • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əlibəy Feyruzlu
Əlibəy Samir oğlu Feyruzlu (14 sentyabr 1998; Şəmsabad, Ağdaş rayonu, Azərbaycan — 25 oktyabr 2020 (dəfn tarixi); Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlibəy Feyruzlu 14 sentyabr 1998-ci ildə Ağdaş rayonunun Şəmsabad kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə M.İ.Əfəndizadə adına Ağdaş rayon Şəmsabad kənd tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Əlibəy Feyruzlu 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə eyni hərbi qüvvələrin sıralarında hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Əlibəy Feyruzlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əlibəy Feyruzlu Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 25 oktyabr 2020-ci ildə dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əlibəy Feyruzlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Əlibəy Feyruzlu 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əlibəy Feyruzlu ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Əlibəy Feyruzlu ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Əlibəy Hüseynzadə
Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) (24 fevral 1864, Salyan – 17 mart 1940, Üsküdar, İstanbul ili) — Azərbaycan mütəfəkkir yazıçısı, publisist və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş, bu sahələrin hər birində özünəməxsus iz qoymuşdur. XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əli bəy Hüseynzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Əli bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda dindar bir ailədə anadan olub. Əslən Sabirabad rayonunun Quruzma kəndindəndir. Atası Molla Hüseyn Qafqaz müsəlman ruhani məclisinin Tiflisdəki altısinifli məktəbinə müəllim təyin olunduğundan Əli bəy də bu şəhərdə yaşamış və ilk təhsilini də bu məktəbdə almışdı. Lakin atasının çox erkən ölümündən sonra o, ana babası Qafqaz şeyxülislamı Axund Əhməd Salyaninin himayəsində böyümüşdür. Tiflis gimnaziyasını bitirmiş (1875–1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi. Əli bəy Hüseynzadə babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin (1812–1878) söhbətlərindən faydalanmış və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanımışdı.
Əlibəy Məmmədov
Məmmədov Əlibəy Rahib oğlu (30 oktyabr 1988, Moskva) — Tarixçi, Şərqşünas."Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyası"nın sədri. Yaponiyanın Hokkaido Universitetində konfliktologiya elmi üzrə fəlsəfə doktoru. == Həyatı == Əlibəy Məmmədov 30 oktyabr 1988-ci ildə Moskvada tarixçi ailəsində anadan olmuşdur. == Fəaliyyəti == Yaponiyada yaşayır. Bakalavr dərəcəsini Bakı Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsindən Filologiya elmləri (yapon dili və ədəbiyyatı) üzrə aldıqdan sonra, 2009–2010-cu illərdə Füzuli rayonunun N saylı hərbi hissəsinə hərbi xidmətə yola salınmışdır. Manqa Komandiri olaraq xidməti uğurla başa vurmuş, digər hərbi hissələrə hərbi texnikadan dərs keçmək üçün göndərilmişdir. Əsgərlikdən geri döndükdən sonra yapon dili tərcüməçisi və müəllimi kimi fəalliyyət göstərmişdir. 2012-ci ilin Aprel ayından Yaponiya hökumətinin təqaüdünü qazanaraq Yaponiyaya təhsil almağa göndərilmişdir. 2015-ci ilin Mart ayının 25-də Yaponiyanın Hokkaido Universitetində tarix elmləri üzrə magistr dərəcəsi əldə etmişdir. Onun əsasında ilk 28 səhifəlik elmi məqaləsi 2016-cı ilin mart ayında Yaponiyanın məşhur "Sərhəd Araşdırmaları" jurnalında yapon dilində çapdan çıxmışdır.
Əlibəy Novruzi
Əlibəy Nəzərəli oğlu Novruzi (8 noyabr 1942, Bakı – 4 mart 2021, Bakı) — Azərbaycan memarı, rəssam, Azərbaycan Memarlar İttifaqının üzvü, Azərbaycan Respublikasının əməkdar arxitektoru (1991), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978). == Həyatı == Əlibəy Novruzi 8 noyabr 1942-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə Moskva Memarlıq İnstitutunu bitirib. Memarın əsas fəaliyyəti elə gənc yaşlarından, təhsilini bitirdiyi illərdən – 1967–1969-cu illərdən başlayır və bu yaş üçün qeyri-adi olan yeniliklərə imza ataraq ölkədə və ölkə hüdudlarından kənarda tanınmağa başlayır.. Əlibəy Novruzi 3 il dalbadal SSRİ–nin "İlin ən yaxşı memarlıq layihəsi" müsabiqəsinin qalibi olub. "Küləyin binada hərəkəti" mövzusunda dissertasiya yazıb.Əlibəy Novruzi Sumqayıtın baş memarı olub.600-dən artıq memarlıq layihəsinin, 400-yə yaxın rəsm əsərinin və 3 kitabın müəllifi olmuşdur.Əlibəy Novruzi 2021-ci ildə vəfat edib..
Əlibəy Qayıbov
Əlibəy İsmayıl oğlu Qayıbov — Azərbaycan səhiyyəsinin təşkilatçılarından, tibb elmləri namizədi, Naxçıvan MSSR Səhiyyə Nazirliyinin baş cərrahı, Ali Sovetinin deputatı. == Həyatı == Əlibəy Qazaxın məşhur Qayıboğulları (Qayıbovlar, Qayıbzadələr) nəslindən idi. Bu nəsildən olan ziyalılar, alimənsəb ruhanilər, maraqlı peşə sahibləri, hərbçilər, elm adamları Azərbaycanın ictimai, elmi və mədəni həyatında dərin iz buraxmışlar. Əlibəy Qayıbovun babası Molla Yusifin oğullarından Molla Həsən 1874-cü ildən Qazax qəzası üzrə Salahlı nahiyəsinin ruhani mollası idi. Oğlu - praporşik İsmayıl ağa Qayıbov 1880-cı illərdə bir müddət Salahlı nahiyəsi üzrə polis rəisi işləmişdir. == Təhsili == İsmayıl ağanın oğlu Əlibəy Qayıbov (1889–1960) da Xarkov Universitetinin məzunu. Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunun materialları içərisində Əlibəy Qayıbova 1916-cı ildə verilən 756 saylı şəhadətnaməyə əsasən, o, həmin il avqust ayının 11-də Xarkov Universitetinin tibb fakültəsinin tam kursunu bitirmişdir. Bu sənədlə ona, Rusiya imperiyasının bütün ərazisində öz ixtisasına uyğun olaraq işləmək hüququ verilirdi. Lakin şəhadətnamədə onun neçənci ildə Universitetə daxil olması qeyd edilməmişdir. O dövrdə Universitetin tibb fakültəsində təhsilin 6 illik olması nəzərə alınsa, Ə.Qayıbovun 1909-cu ildə ali məktəbə daxil olmasını söyləmək mümkündür.
Əlibəy kəhrizi
Əlibəy kəhrizi- Ordubad şəhərinin Təbriz küçəsində tarixi abidə. == Ümumi məlumat == Kəhriz Əli bəy tərəfindən inşa edilmişdir.O,Ordubad çayının gətirmə çöküntülərində qazılmış və öz təbiiliyini saxlayan sadə formalı kəhriz abidəsidir.Abidənin pillələri kəhrizin axını xəttinə perpendikulyar istiqamətdə enir.Tez xarab olan ərzaq məhsullarını saxlamaq üçün xüsusi yer vardır.Onun divarları səliqəli şəkildə qazılmış,yalnız üst hissədə iri qaya parçası olduğu kimi saxlanmışdır.Abidənin plan üzrə uzunluğu 4.93 metr,eni 1.5 metr,yer səthindən dərinliyi 4.56 metrdir.Çıxışın yer səthindən hündürlüyü 1.9 metrdir.Onun suyundan içmək və məişət məqsədilə istifadə olunur.
Əlibəy Əlibəyov
Əlibəy Əlibəyov (22 mart 1878, Füzuli, Dədəli – 7 aprel 1964, Bakı) — Azərbaycan gigiyenisti, həkim, pedaqoq. Tibb elmləri doktoru (1936), professor (1932). Azərbaycan SSR Əmək Qəhrəmanı (1933). Azərbaycan SSR əməkdar elm xadimi (1943). == Həyatı == Əlibəyov Əli bəy Qulu bəy oğlu 1878-ci ildə Cəbrayıl qəzasının Dədəli obasında anadan olmuşdu. 1894-cü ildə Qarğabazar kənd məktəbini bitirəndən sonra Bakıya gəlmişdi. Elm-təhsil yolunda fədakarlığı bundan sonraya aiddir. Əmək fəaliyyətinə Bakı limanında fəhləliklə başlamışdır. Yeniyetmə Əli bəyə Azərbaycan və rus dillərində savadlı yazdığı üçün gəmiçilik kontorunda iş verirlər. О, günçıxandan günbatanadək limanın yük qəbulu məntəqəsində qeydiyatçı işləyir.
Əlibəy Şükürov
Əlibəy Şükürov (2 may 1977, Mahaçqala) — Azərbaycanı təmsil edən yüngül atlet. == Həyatı == Əlibəy Şükürov 1977-ci il mayın 2-də anadan olub. == Karyerası == Əlibəy Şükürov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə 800 metr məsafəyə qaçış turnirində 1:52.11 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 7-ci pillədə başa vurdu.
Əlibəy Səmədov
Əlibəy Səmədov (26 mart 1982, Dağıstan) — Azərbaycanı təmsil edən ağır atlet. == Karyerası == Karyerası ərzində Əlibəy Səmədov dəfələrlə Dünya və Avropa Çempionatlarında mübarizə aparsa da, uğurlu nəticələ imza ata bilmədi. 2009-cu ildə Cənubi Koreyada Dünya Çempionatında 10-cu pillə və 2008-ci ildə İtaliyada Avropa Çempionatında 8-ci pillə onun beynəlxalq turnirlərdə qeydə alınan ən yaxşı nəticələridir. Əlibəy Səmədov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi. Əlibəy Səmədov birdən qaldırma mərhələsində birinci cəhdində 155.0, növbəti cəhdində isə 160.0 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Sonuncu cəhdində 165.0 kiloqramlıq ştanqı qaldırmağı bacaran Əlibəy Səmədov birdən qaldırma mərhələsini başa vurdu (nəticəsi 165.0). Təkanla qaldırma mərhələsində isə Əlibəy Səmədov birinci cəhdində 195.0 kiloqramlıq ştanqın öhdəsindən gəldi. Növbəti cəhdində 200.0 kiloqramlıq ştanq sifariş verən Əlibəy Səmədov ştanqı qaldıran zaman zədələndi və turnirdə mübarizəsini başa vurdu. Ümumi nəticədə Əlibəy Səmədov olimpiadanı 360.0-lıq (165.0+195.0) nəticə ilə 15-ci pillədə başa vurdu.
Çoban şamxal ibn I Əlibəy
Çoban şamxal ibn I Əlibəy (? - 1574) — Dağıstan əmiri, Qumuq şamxalı. == Həyatı == Abbasqulu ağa Bakıxanov mümkün olan mənbələrə əsasən yazır ki, Çoban "Qaytaqdan tutmuş, Kürə dairəsi, Avarstan, Çərkəzlər və Terek çayı, Xəzər dənizinə qədər ölkənin hakimi idi və 1574-cü ildə Buynakda vəfat edib". Şamxalların nəsil şəcərəsinin öyrənmiş etnoqraf Lavrov hesab edir ki, Bakıxanovun məlumatı "naməlum mənbələrdən" götürülüb. Lakin etnoqraf səhv edir, mənbələr məlumdur-bu 1758-ci il şəcərəsi və 1842-ci il knyaz Xasay xan Usmiyevin, D. M. Şeyxəli Kurumov və Y. Klıcyevin tərtib etdiyi "Qeyd"dir. Çoban şamxalın xatırlanması daha erkən 1569-cu il Rus mənbələrində göstərilir. Çobanın ölüm tarixi XIX əsrin mənbələrində 1574-cü ildir. Amma bu məlumat da, doğru deyil. Şərqşünas Vasili Bartold Çobanın ölüm tarixi kimi 1578-ci ili göstərir. Lakin bu tarix də, səhvdir, zira Türkiyə və digər mənbələrin məlumatlarının təhlili göstərir ki, Çoban şamxal hökmdar qismində nəinki 1574-1578-ci illər, həm də, bütün sonrakı illərdə, 1579-cu ildə də, qeyd olunur.
Aşağı Əlibəyli (Çaroymaq)
Aşağı Əlibəyli (fars. علي بيگلوي سفلي‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (20 ailə).
Balabəy Əlibəyov
Balabəy Əlibəyov — texnika elmləri doktoru, professor. Balabəy Əlibəyov — diplomat, kolleksioner, muzeyşünas.
Balabəy Əlibəyov (diplomat)
Balabəy Əlibəyov (d. 1855 – ö. XX əsrin 40-cı illəri) — diplomat, kolleksioner, muzeyşünas, Naxçıvan SSR-in Qarsdakı müvəkkili, Naxçıvan Dövlət Tarix Muzeyinin qurucusu. == Həyatı == Hələlik Qarsdakı müvəkkil Balabəyin məhz Balabəy Əlibəyov olduğunu göstərən ən dəqiq fakt filologiya elmləri doktoru Fərman Xəlilovun "Naxçıvanı öyrənən elmi cəmiyyət" kitabında əksini tapmışdır. Belə ki, müəllif Naxçıvan Muzeyi ilə bağlı tədqiqatlar apararkən ədəbiyyatşünas, "İstiqlal" ordenli, Azərbaycanın əməkdar müəllimi, filologiya elmləri namizədi Lətif Hüseynzadənin fikirlərini öyrənmişdir. Müəllif yazır: "…B.Əlibəyovu yaxından tanıyan filologiya elmləri namizədi L.Hüseynzadənin 2005-ci il iyun aynda bizimlə söhbəti zamanı xatırladığına görə B.Əlibəyov Qarsda səfirlikdə (konsulluqda) hansısa bir vəzifədə işləyirmiş və Qarsla əlaqələri yaxşı imiş". Qeyd edək ki, Balabəy Əlibəyovun Naxçıvan Muzeyi haqqında Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov da tədqiqat aparmış və onun muzeyçilik fəaliyyəti ilə bağlı qiymətli məlumatlar vermişdir. Akademik İsmayıl Hacıyev və Elnur Kəlbizadənin tədqiqatlarına görə Balabəy Əlibəyov 1855-ci ildə Naxçıvanda anadan olmuşdur. Çünki, Naxçıvan Diyarının təhqiqi üzrə Xüsusi Komissiyanın 4 aprel 1925-ci ildə tərtib olunmuş 6 nömrəli protokolunda Balabəy Əlibəyov haqqında verilən məlumatda onun 70 yaşı olduğu göstərilmişdir. Balabəy 1903-1908-ci illərdə polis zabiti, 1908-1911-ci illərdə Qars polis idarəsinin rəsmi tərcüməçisi kimi xidmət etmişdir.
Balabəy Əlibəyov (mühəndis)
Əlibəyov Balabəy İsa oğlu - texnika elmləri doktoru, professor == Həyatı == Əlibəyov Balabəy İsa oğlu Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olmuşdur. 1935-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1935-1941-ci illərdə "Leninneft" NQÇİ-də neft hasilatı ustası, mühəndis, müdir işləmişdir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1945-ci ildən "Orcenikidzeneft" trestinin rəhbəri işləyib. 1954-1969-cu illərdə "Leninneft" trestinin müdiri olub. 1961-ci ildə "Dik hündürlük boyu enən neft yataqlarına (Qoşanohur-Balaxanı-Sabunçu-Ramanı yatağı sahəsinin V horizontu timsalında) kombinə edilmiş təsir prosesinin və aşağı lay təzyiqli və intensiv qum təzahurlu yataqların istismarının texnika və texnologiyasının xüsusiyyətlərinin tədqiqi" mövzusunda namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968-1977-ci illərdə Azərbaycan EA DNQYPİ-da elmi işlər üzrə direktor müavini işləyib. 1977-1988-ci illərdə AzNKİ-nun "Sənayedə iqtisadiyyatın təşkili və idarə edilməsi" kafedrasının müdiri, "Neft quyularının işlənilməsi və istismarı" kafedrasının professoru olub. == Elmi fəaliyyəti == Əlibəyov B.İ. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.
Balabəy Əlibəyov (professor)
Əlibəyov Balabəy İsa oğlu - texnika elmləri doktoru, professor == Həyatı == Əlibəyov Balabəy İsa oğlu Azərbaycan Respublikasının Lənkəran şəhərində anadan olmuşdur. 1935-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. 1935-1941-ci illərdə "Leninneft" NQÇİ-də neft hasilatı ustası, mühəndis, müdir işləmişdir. Böyük Vətən Müharibəsi iştirakçısıdır. 1945-ci ildən "Orcenikidzeneft" trestinin rəhbəri işləyib. 1954-1969-cu illərdə "Leninneft" trestinin müdiri olub. 1961-ci ildə "Dik hündürlük boyu enən neft yataqlarına (Qoşanohur-Balaxanı-Sabunçu-Ramanı yatağı sahəsinin V horizontu timsalında) kombinə edilmiş təsir prosesinin və aşağı lay təzyiqli və intensiv qum təzahurlu yataqların istismarının texnika və texnologiyasının xüsusiyyətlərinin tədqiqi" mövzusunda namizədlik, 1966-cı ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968-1977-ci illərdə Azərbaycan EA DNQYPİ-da elmi işlər üzrə direktor müavini işləyib. 1977-1988-ci illərdə AzNKİ-nun "Sənayedə iqtisadiyyatın təşkili və idarə edilməsi" kafedrasının müdiri, "Neft quyularının işlənilməsi və istismarı" kafedrasının professoru olub. == Elmi fəaliyyəti == Əlibəyov B.İ. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir.
Cəmil Əlibəyov
Əlibəyov Cəmil Ədil oğlu — Azərbaycan yazıçısı, "Azərbaycanfilm"in direktoru (1974–1984). == Həyatı == Cəmil Əlibəyov 1927-ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində dünyaya gəlmişdir. Atası Ədil bəy Həsəy bəy oğlu üç yüz il əvvəl Dədəli oymağının başçısı Əli ağa Əlibəyov soy adının davamçısı olmuşdur. Sovet hakimiyyətindən əvvəl ata-baba mülkünü idarə etmişdir. XX əsrin 20-ci illərinin axırlarında mülkədar–bəy silkinə məxsus olanlar sıxışdırılarkən İrana mühacirət etmiş, bir neçə il sonra orada həyatını dəyişmişdir. Anası Ziba xanım Cəbrayıl qəzasının qazisi Mirzə Əli Axundzadənin ailəsində təvəllüd tapmışdır. C.Əlibəyovun atası mühacirətə gedəndən sonra bir müddət ailə anasının və dayılarının himayəsində olmuşdur. Bir tərəfdən atasının sovet qurumunun sinfi düşməni, digər tərəfdən babasının ali ruhani silkinə məxsusluğu ilə əlaqədar maddi və mənəvi sıxıntılara məruz qalmışdır. Əlibəyovlar kulaka salınmış, təqib olunmuşdur. C.Əlibəyov kəndlərindəki (müsadirə edilmiş evlərində yerləşən) məktəbdə təhsil almağa başlamış, lakin mühacirətdə olan atası İrandan göndərdiyi məktublar ona ünvanlandığından altı yaşında olan uşaq birinci sinifdən kənarlaşdırılmışdır.
Elməddin Əlibəyzadə
Elməddin Məhəmməd oğlu Əlibəyzadə (5 noyabr 1925, Muxas, Oğuz rayonu, Azərbaycan SSR – 26 mart 2015, Bakı) — Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, professor. == Həyatı == Elməddin Əlibəyzadə 5 noyabr 1925-ci ildə Oğuz rayonunun Muxas kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Son iş yeri AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutu olub. İslamaqədərki Azərbaycan mədəniyyəti (xüsusən Şumer mədəniyyəti ilə əlaqələr aspektində), Azərbaycan-Şumer mədəniyyətinin ümumi mənşəyi problemi, dünya və xüsusən Azərbaycan yazı mədəniyyətinin yaranması və inkişafı, Yenisey abidələrinin tərtibi prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycan-türk bədii təfəkkürünün xüsusiyyətəri, dünya dinlərinin mənşəyi və təsir dairələri, xüsusiylə ilk dini-ədəbi abidə olan "Avesta", onun tarixi kökləri və b. məsələlərin tədqiqi ilə məşğul olmuşdur. 26 mart 2015-ci il tarixində Bakı şəhərində vəfat edib. == Kitabları == Ədəbi şəxsiyyət və dil. Bakı: Yazıçı, 1983, 200 s. Qədim dünyamızın ulu kitabı.
Elçin Əlibəyli
Elçin Əlibəyli (tam adı: Əlibəyli Elçin Vidadi oğlu; 5 dekabr 1978, İrəvan) — televiziya xadimi, teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru (2005), Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvü (2006). == Həyatı == Elçin Əlibəyli 5 dekabr 1978-ci ildə İrəvan şəhərində doğulub. 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub, 2002-ci ildə ADMİU-nun magistraturasını fərqlənmə ilə bitirib. 2002-2005-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında oxuyub. 1995-1998-ci illərdə "Virtuoze" və "Korifey" productionlarda redaktor, 1998-2005-ci illərdə "SOY TV"də Baş redaktor, 2005-2007-ci illərdə "CNF production"da Baş direktor vəzifəsində çalışıb. 2007-2011-ci illərdə Azad Azərbaycan Teleradio Yayım Şirkətinin Bədii rəhbəri olub. 2011-2012-ci illərdə "Azərbaycan xalçaları" elmi-bədii jurnalının Baş direktoru təyin olunub. 2012-2013-cü və 2016-2017-ci illərdə Publika.az portalında Baş direktor kimi çalışıb. Azərbaycan Media Akademiyasına rəhbərlik edir.Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvü (ru:Международная академия телевидения и радио Международная академия телевидения и радио), sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Azərbaycanda mövcud olan telekanalların yaradıcı axtarışları, TV-nin ictimai funksiyaları və onların təcəssüm mənzərəsini təhlil edən kitablarının müəllifidir.
Gülrux Əlibəyli
Gülrux Əlibəyli və ya Gülrux Əlibəyova (tam adı: Gülrux Sabir qızı Əlibəyli;12 yanvar 1928, Bakı – 15 fevral 2016, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1967), ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (1974), professor (1978). == Həyatı == Gülrux Əlibəyli 12 yanvar 1928-ci ildə Bakı şəhərində müəllim ailəsində dünyaya gəlib. Burada orta məktəbi bitirdikdən sonra 1947–1952-ci illərdə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetində şərqşünaslıq fakültəsini bitirib. Daha sonra 1954–1958-ci illərdə Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib. == Fəaliyyəti == Gülrux Əlibəyli Bakı Dövlət Universitetinin filologiya fakültəsində 1947–1952-ci illərdə müəllim kimi çalışıb. Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunda 1958–1961-ci illərdə kiçik elmi işçi, yenə orada 1961–1962-ci illərdə böyük elmi işçi olaraq işləyib. Eyni zamanda 1962-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim olub.Gülrux Əlibəyli 1962–1965-ci illərdə Azərbaycan Mədəniyyət nazirinin müavini, 1965–1971-ci illərdə isə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərib. Həmçinin o, 1971–1974-cü illərdə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda əvvəlc baş müəllim, sonra isə fəlsəfə 1974–1989-cu illərdə fəlsəfə kafedrasının professoru olub.Habelə G. Əlibəyli bir müddət ədəbi yaradıcılıqla məşğul olmuşdur. O, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bədii şuranın, Kinomatoqrafiya ittifaqının, BDU-nin ədəbiyyat nəzəriyyəsi üzrə elmi dərəcə verən ixtisaslaşmış müdafiə şurasının üzvü olmuşdur. Gülrux Əlibəyli 2009-cu ildən Slavyan Universitetinin Yaradıcılıq prosesi fakültəsinin professorudur.Gülrux Əlibəyli tələbəlik illərindən dövri mətbuatda ədəbi-tənqidi məqalələrlə çıxış etmişdir.
Gülrux Əlibəyova
Gülrux Əlibəyli və ya Gülrux Əlibəyova (tam adı: Gülrux Sabir qızı Əlibəyli;12 yanvar 1928, Bakı – 15 fevral 2016, Bakı) — Azərbaycan Yazıçılar Birliyinin üzvü (1967), ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (1974), professor (1978). == Həyatı == Gülrux Əlibəyli 12 yanvar 1928-ci ildə Bakı şəhərində müəllim ailəsində dünyaya gəlib. Burada orta məktəbi bitirdikdən sonra 1947–1952-ci illərdə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetində şərqşünaslıq fakültəsini bitirib. Daha sonra 1954–1958-ci illərdə Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib. == Fəaliyyəti == Gülrux Əlibəyli Bakı Dövlət Universitetinin filologiya fakültəsində 1947–1952-ci illərdə müəllim kimi çalışıb. Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunda 1958–1961-ci illərdə kiçik elmi işçi, yenə orada 1961–1962-ci illərdə böyük elmi işçi olaraq işləyib. Eyni zamanda 1962-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim olub.Gülrux Əlibəyli 1962–1965-ci illərdə Azərbaycan Mədəniyyət nazirinin müavini, 1965–1971-ci illərdə isə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərib. Həmçinin o, 1971–1974-cü illərdə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda əvvəlc baş müəllim, sonra isə fəlsəfə 1974–1989-cu illərdə fəlsəfə kafedrasının professoru olub.Habelə G. Əlibəyli bir müddət ədəbi yaradıcılıqla məşğul olmuşdur. O, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bədii şuranın, Kinomatoqrafiya ittifaqının, BDU-nin ədəbiyyat nəzəriyyəsi üzrə elmi dərəcə verən ixtisaslaşmış müdafiə şurasının üzvü olmuşdur. Gülrux Əlibəyli 2009-cu ildən Slavyan Universitetinin Yaradıcılıq prosesi fakültəsinin professorudur.Gülrux Əlibəyli tələbəlik illərindən dövri mətbuatda ədəbi-tənqidi məqalələrlə çıxış etmişdir.
Gəray Əlibəyov
Gəray Ayaz oğlu Əlibəyov (29 mart 1955, Dədəli, Füzuli rayonu, Azərbaycan SSR) — Azərbaycanlı aktyor. == Həyatı == Füzuli rayonunun Dədəli kəndində 29 mart 1955-ci ildə doğulub. Səkkizilliyi həmin kəndə, 1970–72-ci illərdə isə orta məktəbi Füzuli rayonu B. Sərdarov adına məktəbdə təhsil almışdır. 1973–1977-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstutunda təhsil alıb. Sumqayıt Dövlət Teatrında aktyor, Veteran klubunda direktor (1986–1988), Araz kinoteatrında müdir müavini (1988–1990), Araz kinoteatrında direktor (1990–1993), "Sinema" kiçik dövlət müəssisəsində direktor (1988–1993) "Elşad K" şirkətinin prezidenti (1996–2000), Mədəni İnkişaf Mərkəzi ictimai birliyinin sədri (2007), ULUS FİLM prodüsser mərkəzinin direktoru (2008), Simurq.info saytının baş redaktoru (2017) vəzifələrində çalışır. "Cavad xan" filminin təbliğatına və yayımına rəhbərlik edərək Moskvada, Tehranda, Budapeştdə, Varşavada, Kiyevdə və Nyu-York şəhərlərində təqdimatınin keçrilmisinə nail olmuşdur. 2005-ci il tarixdən 565 №-li Şəhadətnamə ilə Azərbaycan Respublikası Əsilzadələr Məclisinin üzvüdür. 2021 — il iyul ayından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədridir.
Həsən Əlibəyli
Həsən Əlibəyli — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü, "Azərbaycanın beynəlxalq əlaqələri tarixi" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor, Beynəlxalq Siyasi Elmlər Akademiyasının üzvü. == Həyatı == Həsən Əlibəyli 1935-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirdikdən sonra 1958-1959-cu illərdə həmin fakültənin dekan köməkçisi vəzifəsində işləmişdir. 1959–1963-cü illərdə Əfqanıstanda fars dili mütərcimi, Əfqanıstan üzrə ekspert kimi vəzifələri icra etmişdir. 1964-1967-ci illərdə SSRİ Elmlər Akademiyasının Asiya Xalqları İnstitutunun aspiranturasında oxumuş və 1967-ci ildə həmin institutda "Əfqanıstanın xarici siyasətinin əsas problemləri (1946–1966-cı illər)" adlı namizədlik dissertasiyasını vaxtından dörd ay əvvəl müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almağa layiq bilinmişdir. 1967–1972-ci illərdə İranda metallurgiya zavodunda baş mühəndisin köməkçisi və ictimai əsaslarla SSRİ-nin İsfahandakı Baş Konsulluğunda Protokol məsələləri üzrə attaşe vəzifəsində işləmişdir. 1972-ci ildən 1992-ci ilə kimi Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi, baş elmi işçi və İran tarixi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1992–1995-ci illərdə Azərbaycan Respublikasının İrandakı səfirliyində müşavir və 1993–1995-ci illərdə Azərbaycan Respublikasının İranda müvəqqəti işlər vəkili vəzifəsində işləmişdir. O, 7 aprel 1992-ci il tarixində Azərbaycan Respublikaçılar Partiyası təmsilçisi olaraq Mərkəzi Seçki Komissiyasının üzvü seçilmişdir.1989-cu ildə SSRİ Xarici İşlər Naziriliyinin Diplomatiya Akademiyasında "İranın həmsərhəd Şərq ölkələri ilə siyasi münasibətləri (problemlər və təmayüllər)" adlı doktorluq dissretasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsi almışdır. Görkəmli alim 2018-ci il noyabr ayının 28-də Bakı şəhərində dünyasını dəyişmişdir.
Kəhrizə-i Əlibəyazıd (Soyuqbulaq)
Kəhrizə-i Əlibəyazıd (fars. كهريزه علي بايزيد‎‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Mikayıl Əlibəyli
Əlibəyli Mikayıl Xalıqverdi oğlu (23 dekabr 1992, Mingəçevir – 7 oktyabr 2020, Füzuli rayonu) — Əsgər, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlibəyli Mikayıl Xalqverdi oğlu 23 dekabr 1992-ci ildə Mingeçevir şəhərində anadan olub.Yevlax Rayon Balçılı tam orta məktəbini bitirib. Təhsilini bitirdikdən sonra Sumqayıtda hərbi xidmətdə olub. Xidmətdən sonra bir müddət Bakı şəhərində şirniyatçı kimi çalışıb.Daha sonra Mingeçevirdə çörəkçi kimi fəalliyət göstərib.Müharibə başlamazdan əvvəl sentyabrın 21 -də hərbi təlimlərə qatılıb.Oktyabrın 6-ı sonuncu dəfə anası ilə danişıb. 7 oktyabr Füzuli ügrunda gedən döyüşlərdə başından qəlpə yarası alaraq şəhid olub.
Mustafa bəy Əlibəyov
Mustafa bəy Əlibəyov (1872, Nuxa – 1945, SSRİ) — publisist, ədib, dramaturq, vəkil. İşıq jurnalının naşiri, "Nicat" xeyriyyə cəmiyyətinin, "Möhtaclara kömək" cəmiyyətinin üzvü, "Hidayət" xeyriyyə cəmiyyətinin katibi, Əhrar partiyasının üzvü olub. == Həyatı == Mustafa bəy Əlibəyov 1872-ci ildə Azərbaycanda Şəki şəhərində dünyaya gəlib. İlk təhsil illərində ərəb-fars dillərini mükəmməl öyrənib. Şəkidə rus-tatar məktəbində təhsil alıb. 1892-ci ildə Tiflis gimnaziyasını bitirib. Bu illər ərzində rus və fransız dillərini öyrənib. == Fəaliyyəti == 1892-ci ildə Bakı quberniyası dairə məhkəməsində baş müstəntiqin tərcüməçisi kimi fəaliyyət göstərməyə başlayıb. "Nicat" xeyriyyə cəmiyyətinin üzvü olub. O, hüquqşünas kimi tanınmaqla yanaşı, ədəbiyyatşünas kimi də tanınıb.
Məryəm Əlibəyli
Məryəm Əliəkbər qızı Əlibəyli (d. 1 oktyabr 1968) — bəstəkar, musiqişünas. == Həyatı == Məryəm Əli Əkbər Qızı Əlibəyli 1 oktyabr 1968-ci ildə Bakıda anadan olmuşdur. 1976-1987-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində "fortepiano və tarixi nəzəriyyə" ixtisası üzrə təhsil almış, 8-ci sinifdən hekayə, şeir və mahnılar yazmağa başlamışdır. 1987-1991-ci illərdə Bakı Musiqi Akademiyasının "tarixi nəzəriyyə və musiqişünaslıq" fakültəsində təhsil alaraq musiqişünas ixtisasına yiyələnmişdir. == Yaradıcılığı == 1993-2000-ci illərdə xalq artisti, bəstəkar Aqşin Əlizadənin tövsiyəsi ilə Azərbaycan Dövlət Teleradio şirkətində - televiziyada musiqi redaksiyasında, radioda "Xarici ölkələrə verilişlər" şöbəsində musiqi redaktoru vəzifələrində çalışmışdır. "Durna teli", "Ailələr və talelər", "Xəyalə və dostları", "Çərək, çərək, gəl görüşək", "Uşaqların şəhəri" adlı televiziya proqramlarının musiqi və ssenari müəllifi, musiqi redaktoru olmuşdur. 1990-cı ildə Xəyalə Manaflını 5 yaşında estrada janrında oxuyan ilk uşaq müğənni kimi səhnəyə gətirmiş, musiqi prodüseri kimi onun formalaşmasında əmək sahibi olmuşdur. 2000-ci ildə bəstəkar Natiq Qəzənfəroğlu ilə birlikdə gənclərdən ibarət "NM" pop qrupunun, 2004-cü ildə isə Azərbaycanda ilk uşaq pop qrupu olan "Can Bala" qrupunu yaratmış və bədii rəhbəri olmuşdur. 2005-2015-ci illərdə "Noğullar", "Gülən Notlar","Kəpənəklər", "Dostlar" kimi uşaq estrada qruplarının yaradıcısı və musiqi rəhbəri olmuşdur.
Paşa bəy Əlibəyov
Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Surxay oğlu Əlibəyli (1958, Köhnə Alvadı, Masallı rayonu) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü, Aydınlar Partiyasının sədri (2008-2023). == Həyatı == Qulamhüseyn Əlibəyli 1958-ci il sentyabrın 8-də Masallı rayonunun Köhnə Alvadı qəsəbəsində şəhərində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində hüquq üzrə ali təhsil alıb, təhsilini fərqlənmər diplomu ilə başa vurub. 1981–1985-ci illərdə S. Kirov adına Azərbaycan Dövlət Universitetində Konstitusiya hüququ Kafedrasının aspirantı olub. İngilis və rus dillərini bilir. Qulamhüseyn Əlibəyli ailəlidir, dörd övladı var. == Siyasi fəaliyyəti == Qulamhüseyn Əlibəyli 1992-ci ildən Azərbaycan Ali Soveti Aparatında əvvəlcə konstitusiya hüquq məsələləri bölməsinin, sonra isə dövlət quruculuğu şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1992-ci ilin noyabr ayından 1993-cü ilin iyun ayınadək Azərbaycan Prezidentinin (Əbülfəz Elçibəy) parlamentlə əlaqələr üzrə müşaviri vəzifəsində çalışmışdır. === Parlamentdə === 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyahısı üzrə 3-cü sırada olan Qulamhüseyn Əlibəyli I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Qulamhüseyn Əlibəyli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının və Azərbaycan—BƏƏ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyahısı üzrə 2-ci sırada olan Qulamhüseyn Əlibəyli II çağırış Milli Məclisin deputatı seçilib.
Surxay Əlibəyli
Surxay Əlibəyli (Əlibəyli Surxay Xasay oğlu; d. 1949, Ağdam – ö. 5 noyabr 2018, Bakı) — jurnalist, publisist. == Həyat və fəaliyyəti == Surxay Xasay oğlu Əlibəyli (Əliyev) 1949-cu ildə anadan olub. Ağdamda orta məktəbi bitirdikdən sonra Azərbycan Dövlət Univerisitetinin (indiki Bakı Dövlət Univerisiteti) Filologiya fakültəsində təhsil alıb, əmək fəaliyyətinə Elmlər Akademiyasında başlayıb. Ali məktəbdə oxuduğu illərdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmaq istəyən gənclərin gizli təşklatına qoşulub, buna görə hətta sovet dövlət təhlükəsizliyi orqanları tərəfindən nəzarətə götürülüb. Sonra Ağdama qayıdaraq, uzun illər burada mədəniyyət sahəsində çalışıb, şəhər mədəniyyət evinin müdiri, mədəniyyət və istirahət parkının direktoru vəzifələrində işləyib.1988-1993-cü illərdə xalq hərəkatının fəal üzvlərindən, Ağdamda ilk müstəqil demokratik qəzetin nəşrinin təşkilatçılarından biri olub. Məcburi köçkün kimi Bakı şəhərində məskunlaşdıqdan sonra burada bir sıra qəzetlərlə əməkdaşlıq edib, Qarabağın tarixi və insanları haqqında çoxsaylı yazılar yazıb, “Ağdamım – qibləgahım” adlı üçcilidlik çap etdiib.Azərbaycanın tanınmış sabiq idman şərhçisi Altay Əliyevin atasıdır.
Tapdıq Əlibəyli
Tapdıq Abış oğlu Əlibəyli (1 iyul 1961, Bürzünbül, Yardımlı rayonu) — Azərbaycan şairi, publisist, "Konstitusiya" qəzeti, "Heyrət" dərgisinin təsisçi və baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Türk Ağsaqqalları Birliyi (TAİB) İdarə Heyətinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Prezident təqaüdçüsüdür. == Həyatı == Tapdıq Abış oğlu Əlibəyli 1 iyul 1961-ci ildə Yardımlı rayonunun Bürzünbül kəndində anadan olub. Hamarkənd kənd orta məktəbini tərifnamə ilə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Dövlət Universitetində ali təhsil almışdır. == Əmək fəaliyyəti == Dövlət mustəqilliyimizin bərpa edilməsinin 20 illiyinə ithaf olunmuş “Azərbaycan” adlı diski (şeirləri səsləndirib: müəllif) kütləvi tirajla işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Ağsaqqallar Şurasının, Türk Ağsaqqalları Birliyi (TAİB) Təşkilat Komitəsinin, İdarə Heyətinin üzvü, “Heyrət” dərgisi və “Konstitusiya” qəzetinin təsisçisidir.Ədəbi yaradıcılığı “Qızıl qələm” media mükafatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Fəxri diplom” və “Hərbi vətənpərvərlik - 80” Yubiley medalı, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının, Alimlər Evinin və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Təşəkkürnamə” və diplomlarına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür. === Kitabları === Haqqa dayaq doğulmuşuq (şeirlər). Bakı: Mütərcim, 1997, 60 səh. Torpağın səsi (şeirlər). Bakı: Mütərcim, 1999, 148 səh.
Tetey Əlibəyova
Tetey Əlibəyova (d. 5 oktyabr 1971) — Dağıstan əsilli Rusiyanı təmsil edən sabiq qadın güləşçi. 1993-cü ildə Avropa çempionu olan Tetey Əlibəyova 1992 və 1993-cü illərdə baş tutan Dünya Çempionatlarında müvafiq olaraq gümüş və bürünc medala sahib olub. == Həyatı == Tetey Əlibəyova 1971-ci ilin 5 oktyabr tarixində anadan olub. Əlibəyovanın şəxsi məşqçisi Kusm Nasrudinovdur. == Karyerası == Tetey Əlibəyova beynəlxalq səviyyədə birinci yarışına Rusiya yığmasının heyətində 1992-ci ildə Fransanın Villeurbanne şəhərində baş tutan Dünya Çempionatı çərçivəsində qatıldı. Həmin yarışlarda Əlibəyova 2-ci yeri tutdu və gümüş medal qazandı. Bir il sonra, 1996-cı ildə isə Elmira Məhəmmədova Avropa Çempionatında qüvvəsini sınadı. Rusiyanın İvanovo şəhərində baş tutan yarışlarda Əlibəyova qızıl medal uğrunda görüşdə Ukraynalı Svetlana Odayı məğlub etdi və qızıl medal qazandı. Elə həmin eldəcə, Tetey Əlibəyova Dünya Çempionatının bürünc medalına layiq görüldü.
Vasif Əlibəyov
Əlibəyov Vasif Nüsrət oğlu — Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əlibəyov Vasif Nüsrət oğlu Sumqayıt şəhərində anadan olmuşdur. 19 iyul 1992-ci ildə Ağdərənin Həsənriz məntəqəsi istiqamətində gedən döyüş zamanı şəhid olmuşdur. == Təltifləri == Sıravi İlham Hüseynov 19 noyabr 1992-ci il tarixdə respublikamızın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə “Azərbaycan Respublikasının Fəxri fərmanı” ilə (ölümündən sonra) təltif edilmişdir. İgid döyüşçünün məzarı Bakı şəhərindədir.
Xanımana Əlibəyli
Xanımana Sabir qızı Əlibəyli (20 aprel 1920, Bakı – 7 may 2007, Bakı) — Azərbaycan yazıçısı. == Həyatı == Xanımana Sabir qızı 20 aprel 1920-ci ildə Bakı şəhərinin Keşlə kəndində maraqlı mədəni ənənələrə malik zadəgan ailəsində dünyaya göz açmışdır. Babası general Ağasəlim bəy Əlibəyov və nənəsi Xanımana o zamanın yüksək təhsil görmüş ziyalılarından olmuşlar. Bədii istedadı olan Xanımana nənə hərdən şeir də yazarmış. Atası genaral Ağasəlim bəy Əlibəyovun oğlu Sabir bəy Əlibəyov 1886-cı ildə Bakıda anadan olmuşdur. Məsumə xanım Qarayeva ilə evlənmişdir. Xanımana Əlibəylinin atası Sankt-Peterburq universitetini bitirmişdi və ölkəmizin xaricdə ixtisaslaşmış ilk ali təhsilli peşəkar hüquqşünaslarından biri kimi tanınırdı.1966-cı ildə vəfat etmişdir. Xanımananın anası Məsumə xanım Qarayeva H.Z.Tağıyevin məşhur Qızlar gimnaziyasını və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş, Əli Bayramov adına Qadınlar klubunun fəallarından olmuş, uzun illər Bakının orta məktəblərində dərs demiş, məktəb direktoru, rayon xalq maarif şöbəsinin müdiri vəzifələrində çalışmış, bu sahədə səmərəli fəaliyyətinə görə əməkdar müəllim fəxri adına layiq görülmüşdü.Xanımana dörd qızın və üç oğlanın böyüdüyü bu ailənin ilk uşağı idi. Gənc şair Bakıdakı 13 nömrəli orta məktəbdə təhsil almış, həmişə yaxşı oxumuş, müəllimlərinin sevimlisi olmuşdur. Onlardan biri, sonralar görkəmli yazıçı kimi tanınan Məhərrəm Əlizadə Xanımananın istedadını görüb onunla məşğul olmuş, ilk şeirlərinin kütləvi informasiya vasitələrinə yol açmasına, özəlliklə də balaca şairin Azərbaycan radiosu ilə çıxışlarına məsləhətçi və köməkçi olmuşdur.
Xədicə Əlibəyova
Xədicə Əlibəyova (1884, Tiflis – 1961, Bakı) — Azərbaycan maarifpərvəri, publisist, naşir, Azərbaycanda ilk qadın redaktor. == Həyatı == Xədicə Əlibəyova 1884-cü ildə Tiflisdə ruhani ailəsində doğulmuşdur. Atası Ələddin Sübhanquliyev ruhani olmasına baxmayaraq Xədicə Əlibəyova ilk təhsilini rus qız gimnaziyasında almış, sonra Zaqafqaziya Olginskaya Mamalıq İnstitutuna qəbul olmuşdur. Burada təhsilini davam etdirib 1907-ci ildə birinci dərəcəli mama ixtisasına yiyələnmişdir. Hüquqşünas Mustafa bəy Əlibəyovla ailə qurmuşdur. == Fəaliyyəti == Azərbaycan qadınlarının həyatında, qadın xeyriyyə cəmiyyətlərinin işində yaxından iştirak edirdi. Qadınların öz haqlarını bilmələri və maariflənmələri məqsədilə Azərbaycanda ilk qadın məcmuəsi olan "İşıq" qəzəti işıq üzü görür. 1911-ci ildə nəşr olunmağa başlayan qəzətin (cəmi 68 nömrəsi buraxılmışdır) redaktoru Xədicə Əlibəyova, naşiri isə Mustafa bəy Əlibəyov olmuşdur. Qadınların maarif və mədəniyyətə, zaman nə qədər çətin olsa da, öz haqlarını müdafiə etməyə çağıran "İşıq" qəzətində çalışanlar da əsasən qadınlar idi. Haqsızlığa və savadsızlığa qarşı özlərinə xas bir şəkildə mücadilə etməyə çalışanlar sırasında Asiya Axundzadə, Xuraman Rəhimbəyzadə, Maral Nəbizadə, Gövhər Şövqiyyə, Səidə Şeyxzadə, Nabat Nərimanova və başqa maarifpərvər qadınlar "İşıq"ın ətrafında böyük bir ümidlə birləşmişdilər.
Yuxarı Əlibəyli (Çaroymaq)
Yuxarı Əlibəyli (fars. علي بيگلوي عليا‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 116 nəfər yaşayır (21 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.63 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 4.72
2004 ••••••••••••• 3.03
2005 ••••••••••••••• 3.37
2006 •••••••••••••••• 3.60
2007 ••••• 1.06
2008 •••• 0.73
2009 ••••••••••• 2.40
2010 •••••• 1.27
2011 •••••• 1.37
2012 ••••••••••• 2.41
2013 ••••••••••••• 3.06
2014 ••••• 1.03
2015 •••• 0.85
2016 ••••••••• 2.08
2017 ••• 0.49
2018 •• 0.45
2019 •••••• 1.25
2020 •• 0.27

"əlibəy" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əlibəy nədir? #əlibəy sözünün mənası #əlibəy nə deməkdir? #əlibəy sözünün izahı #əlibəy sözünün yazılışı #əlibəy necə yazılır? #əlibəy sözünün düzgün yazılışı #əlibəy leksik mənası #əlibəy sözünün sinonimi #əlibəy sözünün yaxın mənalı sözlər #əlibəy sözünün əks mənası #əlibəy sözünün etimologiyası #əlibəy sözünün orfoqrafiyası #əlibəy rusca #əlibəy inglisça #əlibəy fransızca #əlibəy sözünün istifadəsi #sözlük