* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Yeni doğmuş heyvanın ilk südündən bişirilmiş yemək. 2. Xəmirinə süd, şəkər, yumurta, yağ qatılaraq bişirilən girdə şirin çörək.
Azərbaycan dilinin izahlı lüğəti / kətəməz1 Ağız (aquz) və ondan bişirilən yemək adlanır. Biləsuvar rayonunda ağuz sözünün yerinə kələkə sözü işlədilir. Ehtimal olunur ki, kətəməz və kələkə sözləri eyni kökə malikdir. Füzuli rayonunda kətəməz sözünün sinonimi kimi kitıl sözü də işlədilir. Bu da Biləsuvardakı kələkə kəlməsinin dəyişmiş formasıdır. Ordubadda kətəməz əvəzinə, məhz kələkə işlədilir. Bu da yuxarıdakı fikri sübut edir. Şamaxıda kasamaz sözü var, “kasada çalınmış qatıq” anlamında işlədilir. Deməli, buradakı maz (mas kimi də işlədilir) qatıq deməkdir. Kətəməz də kətilməz sözü zəminində yaranmış ola bilər. Kətil və kət sözləri eyni mənaya malikdir, “birinci” deməkdir (kətəməz “ilk süd və ondan hazırlanan” deməkdir). V.Radlov qayğanaq (kağanaq) və kətəməz (вареное, первое молоко...) sözlərini sinonim kimi işlədilib. Görünür, kətəməz sözü qaynamaq (bişmək) kəlməsi ilə bağlı yaranıb. Mübahisəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / kətəməz1 сущ. диал. кетемез: 1. сырообразный молочный продукт, получаемый кипячением молозива 2. кушанье, приготовленное из молозива и муки
Azərbaycanca-rusca lüğət / kətəməz(Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Gədəbəy, Göyçay, Xocalı, Xocavənd, İmişli, Kürdəmir, Qazax, Şuşa, Tovuz, Ucar, Yevlax, Zəngilan, Zərdab) bax katamaz. – Camışım doğdu, bir qavlama ağız sağdım, kətəməz pişirdim (Yevlax); – İnəyin kətəməzin yedix’ (Tovuz); – İnəx’ doğanda uşaxlara kətəməz pişirdim (Gədəbəy); – Mən bu gün kətəməz yedim (Beyləqan)
Azərbaycan dilinin dialektoloji lüğəti.