* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Keçmişdə quş ovlamaq üçün saxlanılan şahin cinsindən yırtıcı, alıcı quş. Laçın yatağıdır bizim məkanlar. Q.Zakir. Eşq ilə çırpınan cəfayə dözər; Laçın alçaqda, həm fəzada süzər. A.Şaiq. // məc. tənt. Müqayisələrdə: cürət, hünər, igidlik rəmzi kimi işlənir. Eyvazım bənzər laçına; Sonalar heyran saçına. “Koroğlu”. [Qərib:] Ahu baxışlıdır, laçın cürətli; Uçmağa, qonmağa çıxası gözəl. “Aşıq Qərib”. 2. Bədii təşbehlərdə: gözəlin gözlərinə işarə. Səyyad olub, qurub məhəbbət torun; Laçın gözlü, xub şikarı tutmuşam. M.P.Vaqif. Gecə-gündüz gözüm baxdı yollara; Bir laçın gözlünün nigaranıdı. Q.Zakir.
Azərbaycan dilinin izahlı lüğəti / laçın2 Şahin cinsindən alıcı quş; cürət, hünər, igidlik rəmzi. Havada şahinə bənzər, Yerdəki laçına bənzər, Göydə göyərçinə bənzər, Əsli, qaşların, gözlərin. (“Əsli və Kərəm”)
Azərbaycan dastanlarının leksikası / laçın1 M.Kaşğaridə laçin kimi verilib. Göyərçin, bildirçin sözlərində olduğu kimi laçın da da -çin “quş” deməkdir. Sıldırımlı qayalara yalçın deyirik. Görünür, la və yal sözləri “uçurum”, “sıldırım” mənasını əks etdirib. Laçın “bərk şığıyan quş” kimi başa düşülə bilər. İkinci ehtimal da mümkündür: laçından yalnız başqa quşları ovlamaq üçün istifadə olunub. Belə quşa el arasında ley deyirlər. Laçın (leyçin) “quş ovlayan quş” kimi də başa düşülə bilər. Bu daha inandırıcı variantdır. M.Cümə yazır: “Cunday quşu laçınnan haçan bərabər gələ?” Çex dilində “laçın” anlamını ifadə edən söz ayıq-sayıq (трезвый) “ayıq” mənasını verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / laçın2 I сущ. сокол: 1. хищная птица сем. соколиных 2. перен. о человеке, отличающемся красотой, смелостью, удалью. Laçın kimi как сокол II прил. соколиный, соколий: 1. относящийся к соколу. Laçın yuvası соколиное гнездо, laçın qanadları соколиные крылья, laçın uçuşu соколиный полёт 2. перен. такой, как у сокола – гордый, смелый, красивый. Laçın gözlü с соколиными очами, laçın baxışlı с соколиным взглядом
Azərbaycanca-rusca lüğət / laçın1 I. i. zool. hawk, falcon; ~la ov etmək to hunt with a hawk II. s.: ~ gözlü hawk-eyed; ~ ovu hawking, falconry
Azərbaycanca-ingiliscə lüğət / laçın2 is. zool. faucon m, laneret m, lanier m ; ~la ov etmək chasser au faucon
Azərbaycanca-fransızca lüğət / laçın1 сущ. 1. лачин; // лачиндин; 2. пер. тешпигьра: жуьрэтдин, гьунардин, кьегьалвилин, игитвилин лишан; 3. тешпигьра: гуьзелдин вилериз ишара.
Azərbaycanca-ləzgicə lüğəti / laçın