Lazurit — mineral, (Na,Ca)8[(SO4, S, Cl)2ï (AlSiO4)6]
== Haqqında ==
Lazurit sodalit ilə izostrukturdur. Rəngi göy. Əsasi, bəzən turş püskürmə süxurların yaxınlığında kontakt-metamorfizmə uğramış əhəngdaşlarında və onların peqmatitlərində. Floqopit, humit, forsteritlə assosiasiya olur. Bəzək daşı. Sinonim: Ultramarin, Lyapis-lazur.
== İstinadlar ==
== Mənbə ==
Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Lazurit yolu Beynəlxalq Tranzit Dəhlizi
Lapis Lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizi— 2017-ci ilin 15 noyabr tarixində Türkmənistanın paytaxtı Aşqabat şəhərində keçirilən Regional İqtisadi Əməkdaşlıq konfransı çərçivəsində Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstan hökümətləri arasında imzalanan müqavilə. Yeni müqaviləyə əsasən bu ölkələr yaxın zamanda öz aralarında regional dəmir yolları və magistral yollarla birləşərək yeni ticarət dəhlizi formalaşdıracaqlar. Həmçinin yeni müqavilə tarixi Lapis Lazuli ticarət yolunun yenidən bərpasını nəzərdə tutur.
Lapis Lazuli beynəlxalq ticarət dəhlizi ideyası ilk dəfə 2012-ci ildə Əfqanıstan İslam Respublikası tərəfindən irəli sürülmüşdü. Layihə ilə bağlı ölkələrarası yekun görüş 2016-cı ilin noyabr ayında Bakı şəhərində baş tutmuşdu. Məqsəd dənizə çıxışı olmayan Əfqanıstan regional ölkələrlə ticarət və iqtisadi əlaqələrini gücləndirmək, həmçinin yerli Əfqan mallarının qısa və təhlükəsiz yolla Avropa bazarlarına daşınmasını təmin etmək idi. Layihənin ilkin mərhələdə büdcəsi 2 milyard ABŞ dolları həcmində müəyyən edilmişdir.
Dəhlizin başlağıc nöqtəsi kimi Əfqanıstan – Türkmənistan sərhədinin yaxınlığında yerləşən Aqina şəhəri (Fəryab əyaləti) və Torqundi şəhəri (Herat əyaləti)i təyin ediliblər. Bu şəhərlər qonşu Türkmənistanla dəmir yolu əlaqəsinə malik olub Əfqanıstanı Xəzər Dənizi hövzəsi ilə birləşdirəcək əsas şəbəkədir.
Türkmənistan ərazisindən dəmir yolu vasitəsilə daşınan yüklərin əvvəlcə Türkmənbaşı Dəniz limanına ordan isə Bakı beynəlxalq Ələt limanına daşınması nəzərdə tutulub.
#lazurit nədir?#lazurit sözünün mənası#lazurit nə deməkdir?#lazurit sözünün izahı#lazurit sözünün yazılışı#lazurit necə yazılır?#lazurit sözünün düzgün yazılışı#lazurit leksik mənası#lazurit sözünün sinonimi#lazurit sözünün yaxın mənalı sözlər#lazurit sözünün əks mənası#lazurit sözünün etimologiyası#lazurit sözünün orfoqrafiyası#lazurit rusca#lazurit inglisça#lazurit fransızca#lazurit sözünün istifadəsi#sözlük