ləkəsi sözü azərbaycan dilində

ləkəsi

Yazılış

  • ləkəsi • 97.3214%
  • Ləkəsi • 2.6786%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Monqol ləkəsi
Monqol ləkəsi — insanın bel və arxa nahiyələrində rast gəlinən göyümtül ləkə. Bu əsasən melamin piqmentinin derma qatına yığılması ilə əlaqədardır. Bu adın verilməsi əsasən ilk dəfə monqol uşaqlarında aşkarlanması ilə əlaqədar olmuşdur. Əslinə qalanda isə nəyinki monqoloid irqinə mənsub insanlarda həm də digər irqin nümayəndələrində belə müşahidə edilir. == Təsvir == «Monqol ləkəsi» yeni doğulan uşaqlarda açıq-aşkar şəkildə müşahidə edilən bir izdir. Əsasən uşaqların 12-14 aylığında tamamən yoxa çıxır. Nadir hallarda zəif şəkildə yetkin insanlarda görünə bilir. Sarı-göy-qara rənglərinin yarışığına bənzəyir. Diametri elədə böyük olmayan qəpik böyüklükdə olur. Bəzən diametri 6-10 sm ola bilir.
Qan ləkəsi (roman)
Qan ləkəsi —romanı tanınmış detektiv ustası, vətən­pərvər yazıçı Elxan Elatlının yaradıcılığında ən iri­həcmli əsərdir. Buna baxmayaraq, birnəfəsə oxunur və indiyədək saysız-hesabsız oxucu kütləsinin qəlbini fəth etmişdir. Romanda Azərbaycan milli təhlükəsizlik orqanları əməkdaşlarının, Azərbaycan polisinin çətin və şərəfli fəaliyyətindən, düşmənlərimizin iyrənc siyasətindən, ağlasığmaz cinayətlərdən, iki güclü Azərbaycan türkü ailəsinin qanlı qarşıdurmasından bəhs olunur. Fikrimizcə, “Qan ləkəsi” romanı ədəbiyyatımızda milli birliyi təbliğ edən ən güclü əsərdir. == Məzmun == Namus üstündə törədilmiş qətl... Bu qətlin qan donduran amansız qisası... Peşəkar erməni agentin hiyləgər planları və şəxsən öz əlləri ilə Bakıda törədilmiş silsilə qanlı cinayətlər... Uğursuz əməliyyat-axtarış tədbirləri, sonu görünməyən istintaq və təhqiqatlar... Azərbaycan polisinin və xüsusi xidmət orqanları əməkdaşlarının gərgin axtarışları... Məcnunanə sevgi, çirkin xəyanət, qısqanclıq, zorlama, şər-böhtan, ailə faciələri...
Qan ləkəsi analizi
Qan ləkəsi analizi (QLA) (ing. Bloodstain Pattern Analysis) — qan ləkəsi və sıçrayış analizi ilə məşğul olan ədli tibbin şöbəsi. Elmi sahədə, xüsusən qan və DNT molekullarının analizində hər hansı bir irəliləyiş, detektivlər və kriminalistlər tərəfindən cinayətkarları araşdırmaq və tutmaq üçün geniş istifadə olunur. Buna görə qanın məhkəmə tibbi müayinəsinin çoxdan mövcud olmasına baxmayaraq, yeni texnologiyalar bu metoddan istifadə edərək daha yüksək nəticələr əldə etməyə və ədli tibbdə daha çox yayılmasına imkan yaratdı. Qan ləkəsi nümunələrini analiz etmək kimya, biologiya, fizika və həndəsə kimi elmlər haqqında geniş praktik bilik tələb edir. == QLA ilə nəticələr və nailiyyətlər == Bu elmin köməyi ilə qan sıçrama zamanı bir insanın hərəkəti və istiqaməti, yaralıların məkanda yeri, yaraların vurulduğu silah və ya obyekt, zərbədən sonra qan hərəkətinin trayektoriyası, kəsilmə və s. cinayətin törədilməsi zamanı baş verən hadisələrin ardıcıllığını qurur. Hadisələrin necə baş verdiyini bilirsinizsə, bundan sonra nə edəcəyinizi bilirsiniz. Qan tökülməsinin təhlili cinayətlərin istintaqında fəal və effektiv kömək üçün xüsusi təlim və təcrübə tələb edir. Potensial məhkəmə mütəxəssisləri Əsas Qan Sprey Analizi kurslarında təhsil alırlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.39 dəfə / 1 mln.
2003 •••••••••••••••••• 0.79
2004 •••••••• 0.34
2006 ••••• 0.23
2008 •••••• 0.24
2009 •••• 0.16
2010 •••••••••••••••••••• 0.91
2011 •••••••••••• 0.51
2012 •••••••• 0.34
2013 ••••••••••••••••• 0.73
2014 •••••••••••• 0.51
2015 •••••••••••• 0.51
2016 •••• 0.17
2017 •••••••• 0.33
2019 ••••••••••••• 0.56

"ləkəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ləkəsi nədir? #ləkəsi sözünün mənası #ləkəsi nə deməkdir? #ləkəsi sözünün izahı #ləkəsi sözünün yazılışı #ləkəsi necə yazılır? #ləkəsi sözünün düzgün yazılışı #ləkəsi leksik mənası #ləkəsi sözünün sinonimi #ləkəsi sözünün yaxın mənalı sözlər #ləkəsi sözünün əks mənası #ləkəsi sözünün etimologiyası #ləkəsi sözünün orfoqrafiyası #ləkəsi rusca #ləkəsi inglisça #ləkəsi fransızca #ləkəsi sözünün istifadəsi #sözlük