ləngimək sözü azərbaycan dilində

ləngimək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ləngimək • 85.7143%
  • Ləngimək • 8.1633%
  • LƏNGİMƏK • 6.1224%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.26

ləngimək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Bir yerdə lazım olduğundan, yaxud bir səbəb üzündən artıq qalmaq, ilişib qalmaq. İki günə getdi, bir həftə ləngidi. – [Çimnaz:] Oğul, Bakıda ləngimə ha! Ə.Əbülhəsən. Sona ilə kəsdikləri şərtə görə [Bəhram] rayonda bir aydan artıq ləngiməməli idi. Ə.Vəliyev. 2. Vaxtında gəlməmək, gecikmək, yubanmaq. [Səlimə:] Heç indiyədək belə ləngidiyi yox idi. Ə.Haqverdiyev. [Şirin:] Rüstəm bəy həmişə müəyyən vaxta neçə dəqiqə qalmış hazır olar, bəs görəsən, bu gün niyə ləngidi? Çəmənzəminli. [Hətəmov katibə:] Bazar ertəsi, bəlkə bir az ləngidim. B.Bayramov. // Dayanıb durmaq, dayanıb gözləmək, ayaq saxlamaq. Qapı ağzında ləngimək. – [Əhməd] lampanı yandırmadan qaranlıq otaqda xeyli ləngidi. S.Rəhimov. 3. məc. Geridə qalmaq, çatmamaq, dala qalmaq. Qaçay sevinirdi ki, mebel hardasa ləngiyir. Kimsə onu yola salmağı unudub. İ.Məlikzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / ləngimək

ləngimək sözünün etimologiyası

  • 1 Sözün kökü (ləng) farscadır. “topal” deməkdir. Ondan bərkimək qəlibi üzrə ləngimək feili əmələ gəlib, “gecikmək” mənasında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / ləngimək

ləngimək sözünün sinonimləri (yaxın mənalı sözlər)

ləngimək sözünün rus dilinə tərcüməsi

  • 1 медлить, мешкать, задержаться, задерживаться, застревать, застрять, опаздывать, опоздать

    Azərbaycanca-rusca lüğət / ləngimək
  • 2 глаг. 1. задерживаться, задержаться: 1) оставаться, остаться где-л. дольше, чем предполагалось. Gəncədə ləngidim я задержался в Гяндже, iki gün ləngidim я задержался на два дня 2) медлить, замедлить своё движение, останавливаться, остановиться где-л. Qapıda ləngidim задержался в дверях 3) не делать, не сделать что-л. вовремя, медлить, промедлить. İş ləngiyir работа задерживается, səpində ləngimək задерживаться с посевом 2. опаздывать, опоздать: 1) прибывать, прибыть, приходить, прийти, приезжать, приехать позже, чем нужно. Qatar bir saat ləngiyir поезд опаздывает на час 2) слишком поздно делать, сделать, сообщать, сообщить что-л. Xəbərlə ləngimək опаздывать с известием, məktubla ləngimək опаздывать с письмом

    Azərbaycanca-rusca lüğət / ləngimək

ləngimək sözünün inglis dilinə tərcüməsi

ləngimək sözünün fransız dilinə tərcüməsi

ləngimək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. геж хьун, геждалди амукьун, галкӀана амукьун, гилеш хьун (фейи чкада); 2. вахтунда татун (агакь тавун), геж хьун; 3. пер. гуьгъуьна амукьун, агакь тавун, кьулухъ галамукьун.

    Azərbaycanca-ləzgicə lüğəti / ləngimək

Oxşar sözlər

#ləngimək nədir? #ləngimək sözünün mənası #ləngimək nə deməkdir? #ləngimək sözünün izahı #ləngimək sözünün yazılışı #ləngimək necə yazılır? #ləngimək sözünün düzgün yazılışı #ləngimək leksik mənası #ləngimək sözünün sinonimi #ləngimək sözünün yaxın mənalı sözlər #ləngimək sözünün əks mənası #ləngimək sözünün etimologiyası #ləngimək sözünün orfoqrafiyası #ləngimək rusca #ləngimək inglisça #ləngimək fransızca #ləngimək sözünün istifadəsi #sözlük