ləzzətli sözü azərbaycan dilində

ləzzətli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ləzzətli • 95.8140%
  • Ləzzətli • 3.9535%
  • LƏZZƏTLİ • 0.2326%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.19 dəfə / 1 mln.
2003 •••• 0.39
2004 ••••••• 0.67
2005 •••••••••••••• 1.35
2006 ••• 0.23
2007 ••••••••• 0.85
2008 •••••••••• 0.97
2009 ••••••••••• 1.12
2010 ••••••••••• 1.09
2011 ••••••••••••• 1.29
2012 •••••••••••••••••••• 1.98
2013 •••••••••••••••••••• 2.04
2014 •••••••••••••• 1.37
2015 ••••• 0.51
2016 ••••••••••• 1.04
2017 ••••••••••••• 1.30
2018 ••••••••••••••• 1.50
2019 ••••••••••••••• 1.53
2020 •••• 0.40

ləzzətli sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Ləzzət verən, dadlı, yeməli, tamı gözəl. Ləzzətli xörək. Ləzzətli yeməklər. – Məşədi İmaməli çox ləzzətli plova və bal qayğanağına bizi qonaq elədi. C.Məmmədquluzadə. Xörəklər olduqca lətif və ləzzətli idi. M.S.Ordubadi. Bütün nahar dəstgahı qızıl qablarda gəldi; Qızıl piyalələrdə ləzzətli mey verildi. B.Vahabzadə. 2. məc. Xoşagələn, xoş. Sözü ləzzətli, şirindilli uşaqdır uşağım; Nə ədəb vaxtıdı, qoy söysün, uşaqdır uşağım! M.Ə.Sabir. [Əhməd:] Xeyr aa, elə adam deyil, ləzzətli oğlandır. N.Vəzirov. 3. məc. Ürəyəyatan, zövqverən, xoşagələn; xoşlanılacaq, şirin. Ver pulunu dadlı, ləzzətli zad al! Qoy babalın boyuma, get arvad al! M.Ə.Sabir. Ləzzətli xəyalatdan, bir söz də olsa, Əhməd yadında bir şey saxlamamışdı. B.Talıblı.

    Azərbaycan dilinin izahlı lüğəti / ləzzətli

ləzzətli sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 3 LƏZZƏTLİ (dadı, tamı olan) ...yəni nə elə artıq ləzzətli, nə də elə artıq ləzzətsiz, yeni miyana (C.Məmmədquluzadə); DADLI Bəlkə [əmidostu] ömründə heç belə ətirlisini, dadlısını yeməmişdi (S.Qədirzadə); LƏZİZ Qəmər: Gör bacın sənə badımcandan, pomidordan nə dürlü-dürlü ləziz xörəklər bişirəcəkdir (S.S.Axundov); MƏCUN (dan.) (çox dadlı) Firəngiz: Ağzının ləzzətini bilmirsən, bunun kababı məcundur (B.Bayramov); TAMLI Halal zəhmətlə bişən buğda çörəyimiz də; Heç vaxt belə ətirli, belə tamlı olmayıb (Ə.Cəmil).

    Azərbaycan dilinin sinonimlər lüğəti / ləzzətli

ləzzətli sözünün rus dilinə tərcüməsi

  • 1 вкусный, смачный

    Azərbaycanca-rusca lüğət / ləzzətli
  • 2 прил. 1. вкусный. Ləzzətli xörəklər вкусные блюда, ləzzətli yemək вкусное кушанье (еда), ləzzətli plov вкусный плов, ləzzətli meyvələr вкусные фрукты (плоды), ləzzətli içkilər вкусные напитки 2. приятный (доставляющий удовольствие); интересный. Ən ləzzətli epizod самый интересный эпизод, ən ləzzətli yeri nəyin самое интересное место чего

    Azərbaycanca-rusca lüğət / ləzzətli

ləzzətli sözünün inglis dilinə tərcüməsi

  • 1 s. tasty; tasteful, piquant, pleasurable, pleasant, pleasing, delicious, delightful; d.d. savoury; ~ yemək a tasty / savoury food (dish); Yemək ləzzətli idi The food was delicious; ~ armud a savoury pear; ~ sous a piquant sauce

    Azərbaycanca-ingiliscə lüğət / ləzzətli

ləzzətli sözünün fransız dilinə tərcüməsi

ləzzətli sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. лезетлу, лезет гудай, дадлу (мес. къафун); 2. пер. хуш(униз) къведай, хуш (мес. гаф); 3. пер. рикӀиз хуш, верцӀи, ширин (мес. хиял, затӀ).

    Azərbaycanca-ləzgicə lüğəti / ləzzətli

"ləzzətli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ləzzətli nədir? #ləzzətli sözünün mənası #ləzzətli nə deməkdir? #ləzzətli sözünün izahı #ləzzətli sözünün yazılışı #ləzzətli necə yazılır? #ləzzətli sözünün düzgün yazılışı #ləzzətli leksik mənası #ləzzətli sözünün sinonimi #ləzzətli sözünün yaxın mənalı sözlər #ləzzətli sözünün əks mənası #ləzzətli sözünün etimologiyası #ləzzətli sözünün orfoqrafiyası #ləzzətli rusca #ləzzətli inglisça #ləzzətli fransızca #ləzzətli sözünün istifadəsi #sözlük