* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Möhkəm hala gəlmək, möhkəm olmaq, möhkəmləşmək. // Bərkimək, sərtləşmək. Sümüyü möhkəmlənmək. 2. məc. Cismən və ruhən sağlamlaşmaq, qüvvətlənmək, bərkimək, möhkəmləşmək. İdman nəticəsində bədən möhkəmlənir. 3. məc. Qüvvətlənmək, güclənmək. Təşkilat günü-gündən möhkəmlənir.
Azərbaycan dilinin izahlı lüğəti / möhkəmlənmək1 MÖHKƏMLƏNMƏK – BOŞALMAQ Sülh ordusu getdikcə möhkəmlənir (İ.Şıxlı); Əvvəldən yaxşı demişdi, sonra birdən boşaldı (M.F.Axundzadə). MÖHKƏMLƏNMƏK – ZƏİFLƏMƏK Bəli əsəblərim möhkəmləşir, möhtərəm təbiblərim (S.S.Axundov); Əsəb sistemi xeyli zəifləmişdir (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / möhkəmlənmək1 крепнуть, укрепляться, упрочиться, закрепляться, закаляться, окрепнуть
Azərbaycanca-rusca lüğət / möhkəmlənmək2 глаг. крепнуть, окрепнуть, укрепляться, укрепиться: 1. сделаться более крепким, прочным. Beynəlxalq əlaqələr möhkəmlənir крепнут международные связи 2. сделаться более здоровым. Əsəbləri möhkəmləndi укрепились его нервы 3. сделаться более сильным, мощным. Ordumuzun qüdrəti möhkəmlənir крепнет мощь нашей армии; yeri möhkəmlənib kimin прочно устроился кто
Azərbaycanca-rusca lüğət / möhkəmlənmək1 f. to get* / to become* stronger; to get* firmly established / consolidated; to gain strength
Azərbaycanca-ingiliscə lüğət / möhkəmlənmək1 гл. 1. мягькем хьун, кӀеви хьун; 2. пер. кӀеви хьун, сагълам хьун, къуватлу хьун; 3. пер. мягькем хьун, гужлу хьун.
Azərbaycanca-ləzgicə lüğəti / möhkəmlənmək