* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Yazı yazmağa məxsus rəngli maye – boya. Qırmızı mürəkkəb. Qara mürəkkəb. – [Mirzə Səfər] dörd-beş kərrə qələmi mürəkkəbə batırdıqdan sonra durub otaqda bir-iki baş gəzindi. Ə.Haqverdiyev. Uşaq qələm, mürəkkəb və kağız hazırlayıb nə yazacağını gözlədi. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / mürəkkəb2 sif. [ər.] 1. Bir neçə hissədən, ünsürdən ibarət olan (sadə ziddi). Mürəkkəb cümlə. Mürəkkəb cihaz. Mürəkkəb maddə. – Gənclər maşınla bərabər bu mürəkkəb mexanizmi hərəkətə gətirən cavan oğlanı da diqqətlə seyr edirdilər. Ə.Sadıq. // İbarət, əmələ gələn, düzəlmiş, təşkil edilmiş. İraq, Ərəb, Rey qoşunlarından mürəkkəb düşmən ordularına qarşı ancaq Azərbaycanda mövcud olan ordunu qoymaq mümkün idi. M.S.Ordubadi. 2. Tərkibini təşkil edən hissələrinə, ünsürlərinə, əlaqələrinə, münasibətlərinə görə çox müxtəlif olan; çoxcəhətli. Mürəkkəb elmi məsələ. Mürəkkəb problemlər. // Müxtəlif, bəzən də zidd xüsusiyyətləri, cəhətləri özündə birləşdirən (insanın daxili aləmi, hissləri haqqında). Mürəkkəb xasiyyət. O çox mürəkkəb adamdır. 3. Quruluşuna, şəklinə, formasına görə çətin başa düşülən; müəmmalı. Mürəkkəb ornament. 4. Başa düşülməsi, qavranılması, yerinə yetirilməsi, həlli və s. cəhətdən çətinlik törədən; çətin. Mürəkkəb sual. Mürəkkəb əməliyyat. – Şirvan şahlığı məsələsi mürəkkəb bir məsələdir. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / mürəkkəb3 MÜRƏKKƏB1 ə. 1) bir neçə ünsürdən ibarət olan; 2) birləşmiş, tərkibə daxil olmuş, tərkibə salınmış; 3) qurma, düzəltmə. MÜRƏKKƏB2 ə. yazı yazmaq üçün rəngli maye boya.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / mürəkkəb1 Yazı yazmaq üçün işlətdiyimiz vasitəyə bizdə qara deyiblər (ağ kağıza yaz qara). Maraqlıdır ki, rus dilindəki чернила sözü də qara anlamı ilə bağlıdır (çin mürəkkəbi) kimi işlədilir. Mürəkkəb ərəb sözüdür, tərkib sözü ilə kökdaşdır, qaranın tərkibi mürəkkəb olduğu üçün elə deyiblər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / mürəkkəb2 1. MÜRƏKKƏB Molla Fərzəli qələmi mürəkkəbə batırıb yazmaq istədi (A.Şaiq); ÇERNİL (dan.) Qoyuram qənşərimə kağızimi, çernilimi; Gəlirəm yazmağa bir kəlmə, – tutursan əlimi (M.Ə.Sabir). 2. mürəkkəb bax çətin
Azərbaycan dilinin sinonimlər lüğəti / mürəkkəb1 MÜRƏKKƏB – ASAN Mən miss Hanna ilə bu kimi mürəkkəb bir məsələ ətrafında mübahisəyə girmək istəmirdim (M.S.Ordubadi); Silvionun dueli indiki vuruşmadan çox asandır (M.Hüseyn). MÜRƏKKƏB – SADƏ Cümlə quruluşuna görə sadə və ya mürəkkəb olur.
Azərbaycan dilinin antonimlər lüğəti / mürəkkəb1 MÜRƏKKƏB I is. [ ər. ] Yazı yazmaq üçün işlədilən rəng. Qurumuş mürəkkəb qabına samovarın qırnasından su süzüb, bir kitabın arasından qələmi tapıb çıxartdı (Ə.Əylisli). MÜRƏKKƏB II sif. [ ər. ] Çətin, qatışıq. Sualınız çox mürəkkəbdir, zatialiləri! (İ.Şıxlı).
Azərbaycan dilinin omonimlər lüğəti / mürəkkəb2 1 I прил. 1. сложный: 1) состоящий из нескольких частей, элементов. Mürəkkəb dəzgah сложный станок 2) многообразный по составу входящих частей, отношений, связей. Mürəkkəb vəziyyət сложное положение, mürəkkəb həyat сложная жизнь, mürəkkəb şəraitdə в сложных условиях 3) обладающий различными противоречивыми качествами, свойствами. Mürəkkəb hisslər сложные чувства 4) представляющий затруднения для понимания, решения, осуществления и т.п.; трудный. Mürəkkəb məsələ сложный вопрос, mürəkkəb əməliyyat сложная операция II нареч. сложно. Mürəkkəb yazır он пишет сложно; лингв. tabeli mürəkkəb cümlə сложноподчинённое предложение, mürəkkəb söz сложное слово, mürəkkəb xəbər сложное сказуемое; мат. mürəkkəb ədəd сложное число, mürəkkəb funksiyalar сложные функции; хим. mürəkkəb efirlər сложные эфиры, mürəkkəb maddə сложное вещество, бот. mürəkkəb yarpaqlar сложные листья, mürəkkəb sünbül сложный колос, mürəkkəb süxur геол. сложная порода, mürəkkəb tikiş мед. сложный шов 2. смешанный (разнородный по составу). Mürəkkəb tərkib смешанный состав, mürəkkəb dərs пед. смешанный урок 3. комбинированный, осложнённый. Mürəkkəb sınıq мед. комбинированный перелом 2 1. сущ. чернила. Qara mürəkkəb чёрные чернила, qırmızı mürəkkəb красные чернила, mürəkkəblə yazmaq писать чернилами, qələmi mürəkkəbə batırmaq обмакнуть ручку в чернила (в чернильницу) II прил. чернильный. Mürəkkəb ləkəsi чернильное пятно ◊ mürəkkəbi qurumamış не успели высохнуть чернила (быстро, сразу)
Azərbaycanca-rusca lüğət / mürəkkəb1 I. i. ink; üzünü çıxartmaq üçün ~ copying ink; solmayan ~ indelible ink II. s. 1. composite; complex, compound; (çətin) complicated; ~ məsələ complicated question; knotty problem; ~ söz qram. compound word; ~ cümlə qram. composite sentence; tabeli ~ cümlə complex sentence; tabesiz ~ cümlə compound sentence; ~ rəqəm riyaz. complex number; 2. ~ ləkəsi ink-stain; ~ qələmi copying / indelible pencil
Azərbaycanca-ingiliscə lüğət / mürəkkəb1 I is. encre f ; şəffaf ~ encre sympathique ; ~lə yazmaq écrire à l’encre ; ~ tozu poudre f à encre ; ~ ləkəsi tache f d’encre II sif. composé, -e ; complexe ; compliqué, -e ; qram. ~ cümlə proposition f complexe ; qram. ~ söz mot m composé ; riyaz. ~ ədəd nombre m complexe ; ~ adam homme m difficile
Azərbaycanca-fransızca lüğət / mürəkkəb1 [ər.] сущ. ранг, чернил (кхьинардай); qara mürəkkəb чӀулав ранг.
Azərbaycanca-ləzgicə lüğəti / mürəkkəb2 [ər.] прил. муракаб (1. са шумуд паюникай (затӀуникай) ибарат тир, арадал атанвай, тешкил хьанвай, туькӀвенвай; сложный (мес. гаф, машин, затӀ ва мс.); mürəkkəb cümlə сложный предложение (муракаб жумла); 2. гзаф жигьетрин; жуьреба-жуьревилелди фаркьлу тир (мес. хесет); 3. четин; четин гъавурда гьатдай, кьил акъат тийир; мес. суал, месэла).
Azərbaycanca-ləzgicə lüğəti / mürəkkəb