müsabiqəsində sözü azərbaycan dilində

müsabiqəsində

Yazılış

  • müsabiqəsində • 95.8460%
  • Müsabiqəsində • 4.1361%
  • MÜSABİQƏSİNDƏ • 0.0179%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kipr Avroviziya Mahnı Müsabiqəsində
Kipr Avroviziya Mahnı Müsabiqəsinə 1981-ci ildə qoşulmuş və ümumilikdə 36 dəfə müsabiqədə iştirak etmişdir. Ada ölkəsi iştirak etdiyi illər ərzində heç vaxt müsabiqədə qələbə qazana bilməmişdir və əldə etdikləri ən yüksək nəticə 2018-ci ildə Eleni Fureyranın ifa etdiyi "Fuego" mahnısı ilə 2-ci yeri qazanmaqları olmuşdur. Kipr 21 dəfə yunan, 13 dəfə ingilis, bir dəfə fransız və bir dəfə isə yarı yunan və yarı italyan dilində səslənən mahnılar ilə Avroviziyada təmsil olunmuşdur. 1998-ci ildə müsabiqədə SMS səsverməsinin tətbiqindən sonra Kipr hər il Yunanıstana, Yunanıstan isə Kiprə maksimum xallarını vermişdir. Bu ardıcıllıq ilk dəfə 2015-ci ildə Kiprin Yunanıstana 8 xal, Yunanıstanın isə Kiprə 10 xal verməsi ilə pozulmuşdur. Kipr böhranı səbəbindən Türkiyə və Kipr 2004-cü ilə kimi bir-birinə səs verməmişdir. İlk dəfə İstanbulda keçirilən müsabiqədə Kipr Türkiyəyə 4 xal, Türkiyə isə Kiprə 1 xal vermişdir. Kipr 1988-ci ildə Avroviziyanın qaydalarını pozaraq, daha öncə səsləndirilmiş bir mahnını müsabiqəyə göndərmək cəhdinə görə həmin müsabiqədən diskvalifikasiya edilmişdir. Eyni zamanda ölkə bir neçə il ard-arda göstərdiyi zəif nəticələr səbəbindən 2001-ci ildə müsabiqədən bir illik kənarlaşdırılmışdır. 2014-cü ildə isə Kiprin CYBC telekanalı maliyyə problemləri səbəbi ilə Avroviziyada iştirakdan imtina etmiş və 2015-ci ildə Kipr yenidən müsabiqəyə geri dönmüşdür.
Latviya Avroviziya Mahnı Müsabiqəsində
Latviya Avroviziya Mahnı Müsabiqəsinə 2000-ci ildə qoşulmuş və ümumilikdə 20 dəfə müsabiqədə iştirak etmişdir. Latviya Avroviziyaya qoşulan dördüncü (Estoniya, Litva və Rusiyadan sonra) Postsovet respublikası olmuşdur. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində bir dəfə 2002-ci ildə Mariya N-in ifa etdiyi "I Wanna" mahnısı ilə qələbə qazanmışdır. Latviya eyni zamanda müsabiqədə qısa zaman ərzində 4 dəfə sonuncu yerdə qərarlaşmışdır. Latviya 2009-cu ildən 2014-cü ilədək Avroviziyada final mərhələsinə adlaya bilməmişdir. Altı ildən sonra ilk dəfə 2015-ci ildə ölkə təmsilçisi Aminata Savadoqo ifa etdiyi "Love Injected" mahnısı ilə Latviyanı finala yüksəltməyə nail olmuşdur. Latviyanın Avroviziyadakı 20 mahnısından 17-si ingilis dilində, biri latış, biri rus, biri isə italyan dilində səsləndirilmişdir. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Litva Avroviziya Mahnı Müsabiqəsində
Litva Avroviziya Mahnı Müsabiqəsinə 1994-cü ildə qoşulmuş və ümumilikdə 20 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədəki ilk təmsilçisi Ovidiyus Vışnyauskas litva dilində ifa etdiyi "Lopšinė mylimai" mahnısı ilə heç bir ölkədən səs almayaraq, sonuncu yerdə qərarlaşmışdır. Məyusedici nəticənin ardınca Litva 1999-cu ilədək Avroviziyada iştirak etməmişdir. Bundan başqa ölkə göstərdiyi zəif nəticələrə görə 2000 və 2003-cü illərdə müsabiqədən kənarlaşdırılmışdır. Litva Avroviziyada iştirak etdiyi illər ərzində heç vaxt qalib olmamışdır və əldə etdikləri ən yüksək nəticə 2006-cı ildə LT United qrupunun ifa etdiyi "We Are the Winners" mahnısı ilə tutduqları 6-cı yerdir. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Livan Avroviziya Mahnı Müsabiqəsində
Livan Avroviziya Mahnı Müsabiqəsində heç vaxt iştirak etməmişdir. Müsabiqəni yayımlayan Tele Liban, 2005-ci ildə müsabiqədə iştirak üçün ilk dəfə müraciət etmişdir. Yarışmaya Alin Lahudun ifa edəcəyi "Quand tout s’enfuit" adlı mahnı ilə iştirak etmək istəyən Livan, İsrailə aid olan məzmunun yayımlanmasını qadağan edən qanunlara əsaslanaraq sonradan bu qərardan imtina etmişdir. Bundan sonra Livan üç illik müsabiqədə iştirak edə bilməmə cəzasını almışdır. Livan əsilli ingilis müğənni Mika Livan adına müsabiqədə iştirak etmək istədiyini bildirsə də, Livan bu günədək yarışmada iştirak etmək üçün başqa bir müraciət etməmişdir. == Seçimlər == 21 oktyabr 2004-cü ildə Livan dövlət televiziyasının sədri İbrahim əl-Huri Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək 2005 Avroviziya Mahnı Müsabiqəsində Livanın da iştirak edə biləcəyini açıqlamıştır. 3 noyabr 2004-cü ildə Livanı Avroviziyada təmsil etmək məqsədilə dövlət televiziyası tərəfindən Alin Lahudun təyin olunduğu bildirildi. 2005-ci ilin fevral ayının ikinci həftəsində mahnının İngiliscə və ya Fransızca olacağı bildirildi, çünki Alin Lahud hər iki dildə də yaxşı danışırdı. Sonradan mahnının şərq-qərb sintezində olduğu və mahnının dilinin fransızca olacağı bildirildi. Mahnı fevral ayının ortalarında seçilmişdi və müəllifləri Cad Rəhbani və Romeo Lahud idi.
Lixtenşteyn Avroviziya Mahnı Müsabiqəsində
Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest; fr. Concours Eurovision de la chanson) — 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi. Avroviziya dünyanın ən uzun ömürlü musiqi hadisəsidir və buna görə də müsabiqənin adı 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Müsabiqə 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalının əsasında qurulub. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və şounun sonunda iştirak edən ölkələr arasında keçirilən səsvermədə ən çox səs toplayan mahnı müsabiqənin qalibi elan edilir. Müsabiqə 1956-cı ildən bəri hər il altmış altı dəfə keçirilib. Avroviziya eyni zamanda dünyanın ən çox baxılan qeyri-idman hadisələrindən biridir. Müsabiqənin izləyici kütləsi hər il 100 milyon və 600 milyon arasında dəyişir. Avroviziya həmçinin Avropadan kənarda yerləşən müəyyən ölkələrdə də yayımlanır; Amerika Birləşmiş Ştatları, Kanada, Yeni Zelandiya, Qazaxıstan və s.
Lüksemburq Avroviziya Mahnı Müsabiqəsində
Lüksemburq Avroviziya Mahnı Müsabiqəsinə ilk Avroviziyanın keçirildiyi il olan 1956-cı ildə qoşulmuş və ümumilikdə 37 dəfə müsabiqədə iştirak etmişdir. Müsabiqəyə qoşulduğu ildən 1993-cü ilə kimi Lüksemburq yalnız bir dəfə 1959-cu ildə Avroviziyada iştirak etməmişdir. Lüksemburq Avroviziyada beş dəfə qələbə qazanmışdır. Ölkə müsabiqədə ilk dəfə 1961-ci ildə Jan-Klod Paskalın ifa etdiyi "Nous les amoureux" mahnısı ilə qalib gəlmişdir. 1965-ci ildə Frans Qall ifa etdiyi "Poupée de cire, poupée de son" mahnısı ilə Lüksemburqa ikinci Avroviziya qələbəsini yaşatmışdır. Üçüncü dəfə ölkəni 1972-ci ildə Viki Leandros səsləndirdiyi "Après toi" mahnısı ilə qalib etmişdir. Növbəti 1973-cü ildə Ann-Mari David ifa etdiyi "Tu te reconnaîtras" mahnısı ilə Lüksemburqa ikinci il ard-arda qələbə sevinci yaşatmışdır. Ölkənin indiyədək olan ən son qalibiyyəti isə 1983-cü ildə Korin Hermenin ifa etdiyi "Si la vie est cadeau" mahnısı ilə olmuşdur. Lüksemburq eyni zamanda 13 dəfə Avroviziyada ilk beşlikdə yer almış və üç dəfə sonuncu yeri tutmuşdur. Ölkə 1994-cü ildə müsabiqədə iştirakdan imtina etmiş və bir daha qayıtmamışdır.
Macarıstan Avroviziya Mahnı Müsabiqəsində
Macarıstan Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 17 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1993-cü ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Macarıstan həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir. Avroviziyada iştirak etdiyi illər ərzində heç vaxt birincilik əldə etməyən Macarıstan müsabiqədəki ən yaxşı nəticəsini məhz ilk iştirakında, 1994-cü ildə göstərmişdir. Həmin müsabiqədə ölkə təmsilçisi Friderika Bayer ifa etdiyi "Kinek mondjam el vétkeimet?" mahnısı ilə dördüncü yeri qazanmışdır. Bundan başqa isə Macarıstan bir daha 2014-cü ildə Andras Kallay-Saundersin ifa etdiyi "Running" mahnısı ilə müsabiqədə ilk beşlikdə yer almışdır. Macarıstan göstərdiyi zəif nəticələr səbəbindən 1996 və 1999-cu illərdə müsabiqədən kənarlaşdırılmışdır. Kənarlaşdırılmanın müddəti bir il olsa da, Macarıstan iştirakdan imtina edərək bir daha müsabiqəyə 2005-ci ildə geri dönmüşdür. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Makedoniya Avroviziya Mahnı Müsabiqəsində
Şimali Makedoniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1998-ci ildə qoşulmuş və ümumilikdə 19 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1996-cı ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Şimali Makedoniya həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir. Şimali Makedoniya Avroviziyanın ən az uğur qazanan ölkələrindən biridir. Belə ki, ölkə müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt ilk onluğa daxil ola bilməmişdir və 19 iştirakdan yalnız 9-da müsabiqənin final mərhələsinə yüksələ bilmişdir. Şimali Makedoniyanın indiyədək Avroviziyada əldə etdiyi ən yaxşı nəticə 2019-cu ildə Tamara Todevskanın ifa etdiyi "Proud" mahnısı ilə tutduqları 7-ci yerdir. == Təmsilçilər == QEYD: a. ↑ Şimali Makedoniya SMS səsverməsi ilə 2008 və 2009-cu illərdə 10-cu yeri əldə etdiyi halda 2008-ci ildə İsveç, 2009-cu ildə isə Finlandiya münsiflərin dəstəyi ilə finala vəsiqə qazanmışdır. == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Malta Avroviziya Mahnı Müsabiqəsində
Malta Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1971-ci ildə qoşulmuş və ümumilikdə 32 dəfə müsabiqədə iştirak etmişdir. Ada ölkəsi müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt müsabiqədə qalib olmamışdır və əldə etdikləri ən yüksək nəticə 2002 (İra Losko) və 2005-ci (Kyara) illərdə tutduqları 2-ci yerlərdir. Malta Avroviziyaya ilk qoşulduqda malta dilində səslənən mahnılarla təmsil olunmuşdur. Lakin həmin mahnıların ölkəyə çox aşağı nəticələr göstərməsi səbəbi ilə Malta 1975-ci ildən etibarən Avroviziyada ingilis dilində olan mahnılarla təmsil olunur. Malta 1976-cı ildə maliyyə problemlərini səbəb göstərərək müsabiqədə iştirakdan imtina etmiş və bir daha 1991-ci ildə yenidən Avroviziyaya qatılmışdır. Maltanın 16 illik fasilədən sonra müsabiqəyə geri dönüşü ölkə üçün uğurlu olmuşdur. Belə ki, ölkə təmsilçiləri səkkiz il ard-arda ilk onluqda yer almışdır. 1991-ci ildən bəri Malta fasiləsiz olaraq hər il Avroviziyada iştirak etmişdir. == Təmsilçilər == == Səsvermə tarixi == QEYD: Yarımfinallarda verilən xallar nəzərə alınmamışdır.
Moldova Avroviziya Mahnı Müsabiqəsində
Moldova Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 2005-ci ildə qoşulmuş və ümumilikdə 15 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt qalib olmamışdır. Ən yaxşı nəticələri 2017-ci ildə SunStroke Project qrupunun Kiyev səhnəsində ifa etdiyi "Hey, Mamma!" mahnısı ilə əldə etdikləri 3-cü yer olmuşdur. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Monako Avroviziya Mahnı Müsabiqəsində
Monako Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1959-cu ildə qoşulmuş və ümumilikdə 24 dəfə iştirak etmişdir. Knyazlıq ilk dəfə 1971-ci ildə Severinin ifa etdiyi "Un banc, un arbre, une rue" mahnısı ilə Avroviziyada qələbə qazanmışdır. Monakonun 1972-ci ildə müsabiqəyə ev sahibliyi etməsi gözlənilsə də, maliyyə problemləri səbəbindən knyazlıq bu fürsətdən imtina etmişdir. Monako Avroviziyada qalib gələn yeganə mikro-dövlətdir. Knyazlıq eyni zamanda müsabiqədə on dəfə ilk beşlikdə yer almış və iki dəfə də sonuncu yeri tutmuşdur. Monako maliyyə problemləri səbəbi ilə 1980-ci ildən 2003-cü ilə kimi Avroviziyada iştirak etməmişdir. Knyazlıq iyirmi beş illik fasilədən sonra 2004-cü ildə müsabiqəyə geri dönmüşdür, lakin yarımfinal mərhələsinin də tətbiq olunduğu müsabiqədə Monako üç il ard-arda heç bir nəticə əldə edə bilməmişdir. Nəticə olaraq Monako 2007-ci ildə yenidən Avroviziyadan kənarlaşmışdır. == Təmsilçilər == == Səsvermə tarixi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Monteneqro Avroviziya Mahnı Müsabiqəsində
Monteneqro Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 2007-ci ildə qoşulmuş və ümumilikdə 11 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə daha öncə 1961-ci ildən 1991-ci ilə kimi Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində, 2004-cü ildən 2006-cı ilə kimi isə Serbiya və Monteneqronun tərkibində Avroviziyada iştirak etmişdir. 2007-ci ildə müsabiqədə müstəqil respublika kimi qoşulan Monteneqro Avroviziyanın ən az uğur qazanan ölkələrindən biri hesab olunur. Belə ki, ölkə müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt ilk onluğa daxil ola bilməmişdir və 11 iştirakdan yalnız 2-də müsabiqənin final mərhələsinə yüksələ bilmişdir. Monteneqronun indiyədək Avroviziyada əldə etdiyi ən yaxşı nəticə 2015-ci ildə Knezin ifa etdiyi "Adio" mahnısı ilə finalda 13-cü yeri qazanmaqları olmuşdur. Maliyyə çətinlikləri və eyni zamanda müsabiqədə göstərilən məyusedici nəticələr səbəbindən Monteneqro 2010 və 2011-ci illərdə müsabiqədə iştirakdan imtina etmiş və 2012-ci ildə müsabiqəyə geri dönmüşdür. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Mərakeş Avroviziya Mahnı Müsabiqəsində
Mərakeş 1980-ci ildə Avroviziyada iştirak edib. Ölkə Avropa ölkəsi olmasa da, Avropa Yayım İttifaqının üzvü olduğu üçün müsabiqədə iştirak etmək hüququ vardır.
Niderland Avroviziya Mahnı Müsabiqəsində
Niderland Avroviziya Mahnı Müsabiqəsinə ilk Avroviziyanın keçirildiyi il olan 1956-cı ildə qoşulmuş və ümumilikdə 60 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə Avroviziyada yalnız dörd dəfə 1985, 1991, 1995 və 2002-ci illərdə iştirak etməmişdir. İndiyədək Niderland müsabiqədə beş dəfə qələbə qazanmışdır. Qazandığı beş qalibiyyət ilə Niderland Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri hesab olunur. Ölkəyə ilk Avroviziya qələbəsini 1957-ci ildə Kori Brokken ifa etdiyi "Net als toen" mahnısı ilə qazandırmışdır. Bir il sonra 1959-cu ildə Teddi Sxolten "Een Beetje" mahnısı ilə ölkəyə ikinci Avroviziya qələbəsini yaşatmışdır. 1969-cu ildə ölkə təmsilçisi Lenni Kür ifa etdiyi "De troubadour" mahnısı ilə Niderlanda müsabiqədə üçüncü qalibiyyət qazandırmışdır. Lakin həmin müsabiqədə Niderland təmsilçisi ilə yanaşı həm də Fransa, İspaniya və Böyük Britaniya təmsilçiləri də müsabiqənin qalibi elan edilmişdir. Hər dörd ölkə səsvermənin sonunda eyni xalı toplayaraq birinci yerdə qərarlaşmışdırlar. Həmin ilədək Avroviziyada oxşar hadisə ilə rastlaşılmadığı üçün səslərin bərabərliyi vəziyyət ilə bağlı müsabiqədə ümumi qayda yox idi və nəticə olaraq, gecənin sonunda dörd ölkənin hər biri müsabiqənin qalibi elan edilmişdir.
Norveç Avroviziya Mahnı Müsabiqəsində
Norveç Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1960-cı ildə qoşulmuş və ümumilikdə 58 dəfə müsabiqədə iştirak etmişdir. Avroviziya qatılmasından sonra ölkə yalnız iki dəfə müsabiqədə iştirak etməmişdir. 1970-ci ildə müsabiqənin qaydalarına etiraz olaraq ölkə iştirakdan imtina etmiş, 2002-ci ildə isə bir neçə il ard-arda göstərdiyi zəif nəticələr səbəbindən Avropa Yayım İttifaqı tərəfindən müsabiqədən kənarlaşdırılmış və növbəti il yenidən geri dönmüşdür. Norveç üç dəfə Avroviziyada qələbə qazanmışdır. Müsabiqəni ölkədə yeganə yayımlamaq hüququ olan NRK telekanalı Norveçin Avroviziya təmsilçilərini telekanalın təşkil etdiyi Melodi Grand Prix mahnı festivalı vasitəsilə seçir. Üç dəfə Avroviziyada qalibiyyət əldə edən Norveçin ilk qələbəsi 1985-ci ildə Bobbysocks qrupunun ifa etdiyi "La det swinge" mahnısı ilə qazanılmışdır. İkinci Avroviziya qalibiyyətini isə Norveçə Secret Garden qrupu norveç dilində səsləndirdikləri "Nocturne" mahnısı ilə qazandırmışdır. Norveç müsabiqədə üçüncü dəfə 2009-cu ildə Aleksandr Rıbakın ifa etdiyi "Fairytale" mahnısı ilə qələbə qazanmışdır. 2009-cu ildə Norveçin müsabiqədə topladığı 387 xal Avroviziyanın 1975-2015-ci illərdəki səsvermə metoduna görə rekord saydır. Norveç eyni zamanda dörd dəfə müsabiqəni 0 xalla başa vurmaqla və həmçinin, 11 dəfə müsabiqədə sonuncu yeri tutmaqla özünə məxsus antirekordlara da malikdir.
Polşa Avroviziya Mahnı Müsabiqəsində
Polşa Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 22 dəfə müsabiqədə iştirak etmişdir. Avroviziyada iştirak etdiyi illər ərzində heç vaxt birincilik əldə etməyən Polşa müsabiqədəki ən yaxşı nəticəsini məhz ilk iştirakında, 1994-cü ildə göstərmişdir. Həmin müsabiqədə ölkə təmsilçisi Edita Qurnyak ifa etdiyi "To nie ja!" mahnısı ilə Polşaya ikinci yeri qazandırmışdır. Bundan başqa Polşa üç dəfə ilk onluqda yer almışdır. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Polşa bir-birini izləyən uğursuz cəhdlərin ardınca 2012-ci ildə müsabiqədə iştirakdan imtina etmişdir. Ölkə iki illik fasilədən sonra 2014-cü ildə Avroviziyaya geri dönmüş və həmin ildən etibarən Polşa dörd il ard-arda finala yüksələ bilmişdir. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Portuqaliya Avroviziya Mahnı Müsabiqəsində
Portuqaliya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1964-cü ildə qoşulmuş və ümumilikdə 51 dəfə müsabiqədə iştirak etmişdir. Müsabiqəyə qoşulduğu ildən sonra Portuqaliya yalnız beş dəfə 1970, 2000, 2002, 2013 və 2016-cı illərdə Avroviziyada iştirakdan imtina etmişdir. 50 il ərzində Avroviziyada iştirak edən ölkə ilk dəfə 2017-ci ildə müsabiqədəki 49-cu iştirakında qələbə qazanmışdır. Avroviziyanı Portuqaliyada yeganə yayımlamaq hüququ olan RTP telekanalı Portuqaliyanın Avroviziya təmsilçilərini telekanalın 50 ildən artıq təşkil etdiyi Festival da Canção mahnı festivalı vasitəsilə seçir. Portuqaliya Avroviziyada ən az uğur qazanan ölkələrdən biridir. İştirak etdiyi 51 il boyunca ölkə yalnız altı dəfə ilk onluqda yer almışdır. 2017-ci ilədək Portuqaliyanın müsabiqədə əldə etdiyi ən yüksək nəticə 1996-cı ildə ölkə təmsilçisi Lusiya Monisin ifa etdiyi "O meu coração não tem cor" mahnısı ilə finalda altıncı yeri tutması olmuşdur. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra isə Portuqaliya doqquz dəfə yarımfinalda məğlub olmuşdur. Eyni zamanda Portuqaliya iki dəfə sıfır xalla ümumilikdə dörd dəfə müsabiqədə sonuncu yeri tutmuşdur. Ölkə Avroviziyada illərlə gözlənilən ilk qələbəsini Kiyevdə keçirilən müsabiqədə Salvador Sobralın ifa etdiyi "Amar Pelos Dois" mahnısı ilə qazanmışdır.
Qazaxıstan Avroviziya Mahnı Müsabiqəsində
Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest; fr. Concours Eurovision de la chanson) — 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi. Avroviziya dünyanın ən uzun ömürlü musiqi hadisəsidir və buna görə də müsabiqənin adı 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Müsabiqə 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalının əsasında qurulub. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və şounun sonunda iştirak edən ölkələr arasında keçirilən səsvermədə ən çox səs toplayan mahnı müsabiqənin qalibi elan edilir. Müsabiqə 1956-cı ildən bəri hər il altmış altı dəfə keçirilib. Avroviziya eyni zamanda dünyanın ən çox baxılan qeyri-idman hadisələrindən biridir. Müsabiqənin izləyici kütləsi hər il 100 milyon və 600 milyon arasında dəyişir. Avroviziya həmçinin Avropadan kənarda yerləşən müəyyən ölkələrdə də yayımlanır; Amerika Birləşmiş Ştatları, Kanada, Yeni Zelandiya, Qazaxıstan və s.
Rumıniya Avroviziya Mahnı Müsabiqəsində
Rumıniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 20 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə indiyədək heç vaxt müsabiqədə birincilik əldə etməmiş olsa da, Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri hesab olunur. Rumıniyanın indiyədək müsabiqədə qazandığı ən yaxşı nəticə 2005-ci ildə Luminitsa Anqel və Sistem qrupunun ifa etdiyi "Let Me Try" və 2010-cu ildə Paula Selinq və Ovi duetinin ifa etdiyi "Playing with Fire" mahnıları ilə əldə etdikləri 3-cü yerdir. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Rumıniya hər il müsabiqənin finalına vəsiqə qazansa da, ilk dəfə 2018-ci ildə ölkə təmsilçiləri yarımfinalda məğlub olmuşdur. Avroviziyada 17 illik iştirakının ardınca 2016-cı ildə Avropa Yayım İttifaqı tərəfindən Rumıniyanın müsabiqədə iştirakı dayandırılmışdır. Rumıniya Ovidiu Antonun ifa etdiyi "Moment of Silence" mahnısı ilə 12 may tarixində keçirilən Avroviziya 2016-nın ikinci yarımfinalında təmsil olunmalı idi. Lakin 19 aprel 2016 tarixində müsabiqəni ölkədə yayımlama hüququ olan TVR telekanalının AYİ-nə 2007-ci ilin yanvar ayından bəri üst-üstə yığılan və toplamda 14.56 milyon€ təşkil edən borc səbəbi ilə ölkənin son anda müsabiqədən uzaqlaşdırıla biləcəyinin mümkün olduğu açıqlanmışdır. AYİ Rumıniya dövlətinə 20 aprel tarixinədək borcun ödənilməsi ilə bağlı müraciət etsə də, heç bir nəticə görülməmişdir və 22 aprel tarixində ölkə rəsmi olaraq 2016 Avroviziya Mahnı Müsabiqəsində iştirakdan azad olunmuşdur. Məsələ həllini tapdıqdan sonra Rumıniya 2017-ci ildə müsabiqəyə geri dönmüş və finalda 7-ci yerdə qərarlaşmışdır. == Təmsilçilər == == Səsvermə tarixi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Rusiya Avroviziya Mahnı Müsabiqəsində
Rusiya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 22 dəfə müsabiqədə iştirak etmişdir. Müsabiqəyə qoşulduqdan sonra göstərdiyi zəif nəticələr səbəbindən Rusiya Avropa Yayım İttifaqının qərarı ilə 1996, 1998 və 1999-cu illərdə müsabiqədə iştirak etməmişdir. Ölkə 2008-ci ildə Dima Bilanın ifa etdiyi "Believe" mahnısı ilə Avroviziyada qələbə qazanmışdır. Rusiya müsabiqədə ümumilikdə 9 dəfə ilk beşlikdə yer almışdır. 2000-ci ildə Alsu, 2006-cı ildə Dima Bilan, 2012-ci ildə Buranovskiye Babuşki qrupu və 2015-ci ildə Polina Qaqarina ilə ikinci, 2003-cü ildə T.A.T.u. qrupu, 2007-ci ildə Serebro qrupu, 2016-cı ildə Sergey Lazarev və 2019-cu ildə yenidən Sergey Lazarev ilə üçüncü və 2013-cü ildə isə Dinə Qaripova ilə beşinci yeri tutmuşdur. Avroviziyada yarımfinalların tətbiq olunduğu 2004-cü ildən etibarən Rusiya həmişə müsabiqənin finalına yüksələ bilsə də, ilk dəfə 2018-ci ildə Yuliya Samoylovanın təmsilində yarımfinal mərhələsində məğlub olmuşdur. == Rusiyanın Avroviziya 2017-də iştirakı == Rus şərhçilər Ukraynaya 2016-cı ildə Avroviziyada qələbə qazandıran "1944" mahnısını tənqid edərək, mahnının İosif Stalinin əmri ilə baş tutmuş Krım tatarlarının deportasiyasına aid olduğunu və bu tip siyasi mövzuda olan mahnının müsabiqənin qaydalarını kobud şəkildə pozduğunu bildirmişdirlər. Lakin mahnıda hansısa birbaşa siyasi mesaj olmaması səbəbindən mahnının Avroviziyanın qaydalarını pozmadığı daha öncə Avropa Yayım İttifaqı tərəfindən təsdiqlənmişdir. Müsabiqənin qalibi Camala da verdiyi müsahibələrdə ifa etdiyi və bəstələdiyi mahnının siyasi mövzuda olmadığını və mahnını yazmaqla əsas məqsədinin 1944-cü ildə nənəsinin yaşadığı acıları, dəhşətli anları dinləyiciyə çatdırmaq olduğunu bildirmiş və mahnının onun üçün yalnız şəxsi anlam daşıdığını vurğulamışdır.
Serbiya Avroviziya Mahnı Müsabiqəsində
Serbiya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 2007-ci ildə qoşulmuş və ümumilikdə 12 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə daha öncə 1961-ci ildən 1991-ci ilə kimi Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində, 2004-cü ildən 2006-cı ilə kimi isə Serbiya və Monteneqronun tərkibində Avroviziyada iştirak etmişdir. İlk dəfə 2007-ci ildə müsabiqəyə müstəqil respublika kimi qoşulan Serbiya elə həmin müsabiqədə Mariya Şerifoviçin ifa etdiyi "Molitva" mahnısı ilə qələbə qazanmışdır. Ölkənin Avroviziyadakı ikinci ən yaxşı nəticəsi 2012-ci ildə Jelko Yoksimoviçin ifa etdiyi "Nije ljubav stvar" mahnısı ilə qazandıqları üçüncü yer olmuşdur. Serbiya maliyyə problemləri səbəbi ilə 2014-cü ildə Avroviziyada iştirak etməmiş və növbəti ildə müsabiqəyə geri dönmüşdür. Həmin ilədək müsabiqədə yalnız serb dilində səslənən mahnılarla təmsil olunan ölkə 2015-ci ildən 2017-ci ilə kimi Avroviziyada ingilis dilində mahnılarla çıxış etmişdir. == Təmsilçilər == QEYD: a. ↑ Serbiya SMS səsverməsi ilə yarımfinalda 10-cu yeri tutduğu halda münsiflər heyətinin qərarı ilə Xorvatiya finala vəsiqə qazanmışdır. == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Slovakiya Avroviziya Mahnı Müsabiqəsində
Slovakiya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və cəmi 7 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1993-cü ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Slovakiya həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir. Slovakiya Avroviziyanın ən az uğur qazanan ölkələrindən biridir. Ölkənin müsabiqədə əldə etdiyi ən yüksək nəticə 1996-cı ildəki 18-ci yerdir. Müsabiqədə əldə etdiyi zəif nəticələr səbəbindən Slovakiya 1995, 1997 və 1999-cu illərdə Avropa Yayım İttifaqının qərarı ilə Avroviziyadan kənarlaşdırılmışdır. 2000-ci ildə isə ölkə müsabiqədə iştirakdan könüllü olaraq imtina etmiş və bir daha 2009-cu ildə Avroviziyaya qayıtmışdır. 2012-ci ilə kimi fasiləsiz olaraq müsabiqədə iştirak edən Slovakiya hər dörd cəhdində yarımfinalda məğlub olaraq, 2013-cü ildə Avroviziyadan kənarlaşmışdır. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Sloveniya Avroviziya Mahnı Müsabiqəsində
Sloveniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1993-cü ildə qoşulmuş və ümumilikdə 25 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə müsabiqədə əldə etdiyi zəif nəticələr səbəbindən 1994 və 2000-ci illərdə Avropa Yayım İttifaqının qərarı ilə Avroviziyada iştirak etməmişdir. Sloveniya müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt qələbə qazanmamışdır və indiyədək əldə edilən ən yüksək nəticə 1995-ci ildə Darya Şvayqer və 2001-ci ildə Nuşa Derendanın təmsilində qazandıqları yeddinci yerdir. 2004-cü ildə Avroviziyada yarımfinalların tətbiqindən sonra Sloveniya 10 dəfə yarımfinal mərhələsində məğlub olmuş və yalnız 2007, 2011, 2014, 2015, 2018 və 2019-cu illərdə müsabiqənin finalına yüksələ bilmişdir. == Təmsilçilər == == Səsvermə tarixi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Türkiyə Avroviziya Mahnı Müsabiqəsində
Türkiyə Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1975-ci ildə qoşulmuş və ümumilikdə 34 dəfə müsabiqədə iştirak etmişdir. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Türkiyə hər il müsabiqənin finalına vəsiqə qazansa da, ilk dəfə 2011-ci ildə ölkə təmsilçiləri yarımfinalda məğlub olmuşdur. 1975-ci ildə Semiha Yankının ifa etdiyi "Seninle Bir Dakika" mahnısı ilə Avroviziyaya qoşulan Türkiyə müsabiqədə sonuncu yeri tutmuşdur. Daha sonra 1976 və 1977-ci illərdə müsabiqədə iştirak etməmiş, 1978-ci ildə yenidən Avroviziyaya geri dönmüşdür. Həmin müsabiqədə də məyusedici nəticə əldə edən ölkə 1979-cu ildə yenidən iştirak etməyi planlaşdırsa da, ərəb ölkələrinin basqısı ilə Türkiyə Radio Televiziya Qurumu İsrailin paytaxtı Qüdsdə keçirilən müsabiqədə iştirakdan imtina etmişdir. Lakin Türkiyə 20 il sonra 1999-cu ildə Qüdsdə keçirilən Avroviziyada iştirak etmişdir. Ölkənin Avroviziyada 80-ci illərdə iştirakı ərzində əldə etdiyi ən yüksək nəticə 1986-cı ildə Klips ve Onlar qrupunun ifa etdiyi "Halley" mahnısı ilə tutduqları 9-cu yer olmuşdur. Həmin dövrdə Türkiyə eyni zamanda iki dəfə sonuncu yeri də tutmuşdur. 80-ci illərdə Türkiyəni Avroviziyada Ajda Pekkan, MFÖ qrupu və Candan Erçetin (Klips ve Onlar qrupunun üzvü) kimi ölkənin tanınmış sənətçiləri təmsil etmişdir. 1990-cı ildə Türkiyəni müsabiqədə ölkənin tanınmış sənətçilərindən biri olan Kayahan təmsil etmiş, lakin 22 ölkə təmsilçisi arasında 17-ci yeri tutaraq, ölkəyə gözlənilən yüksək nəticəni qazandıra bilməmişdir.
Ukrayna Avroviziya Mahnı Müsabiqəsində
Ukrayna Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 2003-cü ildə qoşulmuş və ümumilikdə 15 dəfə müsabiqədə iştirak etmişdir. İştirak etdiyi illər ərzində ölkə iki dəfə müsabiqədə qələbə qazanmışdır. Ukraynanın ilk Avroviziya qələbəsi ölkənin müsabiqədə ikinci iştirak etdiyi il olan 2004-cü ildə Ruslananın ifa etdiyi "Wild Dances" mahnısı ilə qazanılmışdır. 2016-cı ildə Camalanın ifa etdiyi "1944" mahnısı ilə Ukrayna ikinci dəfə Avroviziyada qələbə sevincini yaşamışdır. Bundan başqa Ukrayna ümumilikdə altı dəfə müsabiqədə ilk beşlikdə yer almışdır. 2007-ci ildə Verka Serdyuçka və 2008-ci ildə Ani Lorak ilə ikinci, 2013-cü ildə Zlata Oqneviç ilə üçüncü və 2011-ci ildə Mika Nyuton ilə dördüncü yeri tutmuşdur. Avroviziyada yarımfinalların tətbiq olunduğu 2004-cü ildən etibarən Ukrayna həmişə müsabiqənin finalına yüksələ bilən az saylı ölkələrdən biridir. Avroviziya iki dəfə ölkənin paytaxtı Kiyevdə keçirilmişdir. Ukrayna 2015-ci ildə ölkədə yaşanan ciddi siyasi böhran səbəbindən Avroviziyada iştirak etməmişdir. Növbəti il ölkə müsabiqəyə geri dönmüş və qələbə qazanmışdır.
Hollandiya 1956 Avroviziya Mahnı Müsabiqəsində
Niderland 1956 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən yeddi ölkədən biri olub. Niderlandı müsabiqədə iki müğənni təmsil etmişdir. Yetti Parl "De vogels van Holland" mahnısı ilə çıxış etmişdir. Kori Brokken isə "Voorgoed voorbij" mahnısını ifa etmişdir. Müsabiqənin nəticələri açıqlanmadığı üçün tutduqları yer və topladıqları xal məlum deyil.
Kipr Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Kipr 2003-cü ildən etibarən Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak edir. Kipr adası iştirak etdiyi illər ərzində müsabiqədə heç vaxt qələbə qazanmamışdır. Müsabiqədə Kiprin indiyədək qazandığı ən yaxşı nəticə 2004 və 2006-cı ildə əldə etdikləri 8-ci yerdir.
Lüksemburq 1956 Avroviziya Mahnı Müsabiqəsində
Lüksemburq 1956 Avroviziya Mahnı Müsabiqəsində — Lüksemburq 1956 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən yeddi ölkədən biri olub. Lüksemburqu müsabiqədə bir çox ölkədən fərqli olaraq bir müğənni təmsil etmişdir. Mişel Arnaud əvvəlcə "Ne crois pas" mahnısı ilə çıxış etmişdir. Daha sonra isə "Les amants de minuit" mahnısını ifa etmişdir. Müsabiqənin nəticələri açıqlanmadığı üçün mahnıların tutduqları yer və topladıqları xal məlum deyil.
Macarıstan 2009 Avroviziya Mahnı Müsabiqəsində
Macarıstan 2009 Avroviziya Mahnı Müsabiqəsində — Macarıstannı 2009 Avroviziya Mahnı Müsabiqəsində Zoli Adok "Dance with Me mahnısı ilə təmsil etmişdir.
Macarıstan 2012 Avroviziya Mahnı Müsabiqəsində
Macarıstan 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək.
Macarıstan Avroviziya 2015 Mahnı Müsabiqəsində
Macarıstan Avroviziya 2015 Mahnı Müsabiqəsində, Boqqinin "Wars for Nothing"(azərb. Müharibələr boş yerə‎) adlı həzin sülh balladası ilə təmsil olunmuşdur. == Müsabiqə öncəsi == Macarıstan Avroviziya Mahnı Müsabiqəsinin, altmış illik ildönümündə, ölkəni təmsil edəcək ifaçı və mahnını, A Dal 2015 milli seçim yarışmasının sayca dördüncü buraxılışı vasitəsilə təyin etmişdir. 28 fevral 2015-ci il tarixində baş tutan final mərhələsində, tanınmış macar müğənnisi Boqqi "Wars for Nothing" mahnısı ilə bütün ifaçı namizədləri məğlub edərək, ölkəsini beynəlxalq yarışmada təmsil etmək hüququ qazanmışdır. == Müsabiqədə == Avropa Yayım Birliyinin (EBU), 26 yanvar 2015-ci il tarixində təşkil etdiyi ənənəvi püşkatma mərasimində, Macarıstanın, 19 may 2015-ci ildə baş tutacaq birinci yarı-finalın ikinci hissəsində mübarizə aparacağı açıqlanmışdır. Macarıstan təmsilçisi ilk yarı-finalda 67 xal toplayaraq, 8-ci sırada ölkəsini böyük finala yüksəltmişdir. Möhtəşəm finalda İspaniyadan sonra və Gürcüstandan əvvəl səhnədə 22-ci nömrə altında yer alan Boqqi, mahnısını bir daha canlı olaraq ifa etmiş və yarışmanın yekun səsvermə nəticələrinə əsasən, 19 xalla beynəlxalq müsabiqəni 20-ci sırada tamamlamışdır.
Makedoniya Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Şimali Makedoniya 2003-cü ildən etibarən Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak edir. Ölkə iştirak etdiyi illər ərzində müsabiqədə heç vaxt qələbə qazanmamışdır. Müsabiqədə Şimali Makedoniyanın indiyədək qazandığı ən yaxşı nəticə 2007 və 2008-ci ildə əldə etdikləri 5-ci yerdir.
Makedoniya Respublikası Avroviziya Mahnı Müsabiqəsində
Şimali Makedoniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1998-ci ildə qoşulmuş və ümumilikdə 19 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1996-cı ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Şimali Makedoniya həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir. Şimali Makedoniya Avroviziyanın ən az uğur qazanan ölkələrindən biridir. Belə ki, ölkə müsabiqədə iştirak etdiyi illər ərzində heç vaxt ilk onluğa daxil ola bilməmişdir və 19 iştirakdan yalnız 9-da müsabiqənin final mərhələsinə yüksələ bilmişdir. Şimali Makedoniyanın indiyədək Avroviziyada əldə etdiyi ən yaxşı nəticə 2019-cu ildə Tamara Todevskanın ifa etdiyi "Proud" mahnısı ilə tutduqları 7-ci yerdir. == Təmsilçilər == QEYD: a. ↑ Şimali Makedoniya SMS səsverməsi ilə 2008 və 2009-cu illərdə 10-cu yeri əldə etdiyi halda 2008-ci ildə İsveç, 2009-cu ildə isə Finlandiya münsiflərin dəstəyi ilə finala vəsiqə qazanmışdır. == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Malta Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Malta Avroviziya Uşaq Mahnı Müsabiqəsində 2003-cü ildən bəri iştirak edir. Ölkə müsabiqədə iştirak etdiyi illər ərzində iki dəfə qalibiyyət əldə edib. Malta adası uşaq Avroviziyasında ilk qələbəsini 2013-cü ildə Qaya Kaukinin ifa etdiyi "The Start" adlı mahnı ilə qazanıb. Müsabiqədə ikinci qələbəsini isə Malta 2015-ci ildə Destini Çukunyerenin ifa etdiyi "Not My Soul" adlı mahnı ilə qazanmışdır.
Moldova Avroviziya Mahnı Müsabiqəsində Uşaq
Moldova Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Monteneqro 2012 Avroviziya Mahnı Müsabiqəsində
2012 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2012; fr. Concours Eurovision de la chanson 2012) — sayca 57-ci Avroviziya Mahnı Müsabiqəsidir. Eldar Qasımov və Nigar Camalın ifa etdikləri "Running Scared" mahnısı ilə 2011 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2012-ci ildə Azərbaycan ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə paytaxt Bakı şəhərində, Bakı Kristal Zalında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2012-ci ilin 22 və 24 may, final isə 26 may tarixində baş tutmuşdur. 2012-ci ildə iki illik fasilədən sonra Monteneqro Avroviziyaya geri dönmüşdür. Polşanın dövlət kanalı TVP teleefirin digər vacib proqramlarla yüklənməsini səbəb göstərərək müsabiqədə iştirakdan imtina etmişdir. Ermənistan isə ilk öncə Bakıda keçiriləcək müsabiqədə iştirak edəcəyini elan etsə də, daha sonra ölkənin dövlət televiziyası Avroviziya 2012-də iştirak etməyəcəklərini bəyan etmişdir. Ümumilikdə 42 ölkənin iştirak etdiyi Avroviziya 2012-də İsveç təmsilçisi Lorin ifa etdiyi "Euphoria" adlı mahnı ilə 372 xal toplayaraq qalib gəlmişdirlər.
Monteneqro Avroviziya Uşaq Mahnı Müsabiqəsində

"müsabiqəsində" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#müsabiqəsində nədir? #müsabiqəsində sözünün mənası #müsabiqəsində nə deməkdir? #müsabiqəsində sözünün izahı #müsabiqəsində sözünün yazılışı #müsabiqəsində necə yazılır? #müsabiqəsində sözünün düzgün yazılışı #müsabiqəsində leksik mənası #müsabiqəsində sözünün sinonimi #müsabiqəsində sözünün yaxın mənalı sözlər #müsabiqəsində sözünün əks mənası #müsabiqəsində sözünün etimologiyası #müsabiqəsində sözünün orfoqrafiyası #müsabiqəsində rusca #müsabiqəsində inglisça #müsabiqəsində fransızca #müsabiqəsində sözünün istifadəsi #sözlük