* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Eşq, sevgi, sevmə, sevişmə. Aralarında məhəbbət var. □ Məhəbbət bağlamaq (salmaq) – sevmək, vurulmaq, eşq yetirmək. İlk zamanlar körpə ilə o qədər də maraqlanmayan ata yavaş-yavaş balasına məhəbbət saldı. Ə.Vəliyev. 2. Ürəkdən, fədakarcasına bağlılıq; sevgi, dostluq, sədaqət; mehribanlıq. Vətənə məhəbbət. Ana məhəbbəti. – [Mehribanın] çocuqlarına qarşı bəslədiyi məhəbbət onu məcbur edirdi ki, Zeynalın “işlərinə” qatlaşıb bir növ ilə keçinsin. S.Hüseyn. Ana! Sənin tükənməz əməyin, oxşayıcı şəfqətin, bəsləyici məhəbbətin, qəlb ülviyyətin kimə məlum deyil! Mir Cəlal. □ Məhəbbət bağlamaq – ürəkdən bağlanmaq, sevmək, istəmək. [Piri baba:] …Amma atanın qıza elə məhəbbət bağladığını görməmişəm. S.S.Axundov. Məhəbbət( ini) qazanmaq – yaxşı işi, rəftarı ilə özünə məhəbbət doğurmaq, özünü istətmək, özünü sevdirmək. Yoldaşların məhəbbətini qazanmaq. – …Xalqın məhəbbətini qazandığımız bizim üçün böyük bir qələbədir. M.S.Ordubadi. 3. Bir şeyə sonsuz maraq; meyil, həvəs, istək. Musiqiyə məhəbbət. – Bəziləri belə güman eləyirlər ki, müsəlmanların yekə papaqlara məhəbbəti o vədədən başlayıb ki, uşaqlar başlayıblar Quran oxumağa. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / məhəbbət4 \– insanların qarşılıqlı maraq və meyllərinə əsaslanan ünsiyyət və yaxınlıq münasibətlərindən doğan dərin intim hiss.
Fəlsəfə terminlərinin izahlı lüğəti / məhəbbət1 Ərəbcə həbib, məhbubə kimi sözlərlə eyni kökə malikdir. “Dost, əziz” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / məhəbbət3 1. MƏHƏBBƏT, EŞQ, SEVGİ (sevişmə) Qaraş Göyçəyə necə dil açsın? Yeni-yeni pardaqlanmağa başlayan qızılgül misallı eşqə, məhəbbətə, sevgiyə necə arxa çevirsin (Ə.Vəliyev); MEHR İşıqlar yandırmısan mehrabında zəhmətin; Həyat verir insana qayğın, mehrin, şəfqətin (M.Rahim); MEYİL Mən sənə mayiləm, səndədir meylim: Demə səndən qeyri kəsdədir, ay qız! (M.P.Vaqif); SEVDA [Qəndab:] Mənə elə gəlirdi ki, əgər Çingiz qağa ilə Qönçənin sevgisi baş tutmasa, biz o mehriban insanı əbədi itirəcəyik (B.Bayramov). 2. məhəbbət bax mehribanlıq 1 3. məhəbbət bax həvəs 4. məhəbbət bax təmas
Azərbaycan dilinin sinonimlər lüğəti / məhəbbət1 MƏHƏBBƏT – NİFRƏT Məhəbbət sonsuz, nifrət dərin (H.Hüseynzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / məhəbbət2 I сущ. любовь: 1. чувство глубокой привязанности к кому-, к чему-л., преданности к ому -, чему-л. Ana məhəbbəti материнская любовь, xalqa məhəbbət любовь к народу, ümumxalq məhəbbəti всенародная любовь, insanlara məhəbbət любовь к людям, məhəbbətini qazanmaq kimin завоевать любовь чью, кого, məhəbbət aşılamaq прививать любовь 2. сильное чувство, влечение к лицу другого пола. İlk məhəbbət первая любовь, gizli məhəbbət тайная любовь, qarşılıqlı məhəbbət взаимная любовь, qızğın məhəbbət страстная любовь, təmiz məhəbbət чистая любовь, qadına məhəbbət любовь к женщине, məhəbbəti vəsf etmək воспевать любовь 3. влечение, интерес, тяготение к чему-л. Öz işinə məhəbbət любовь к своему делу, incəsənətə məhəbbət любовь к искусству, idmana məhəbbət любовь к спорту 4. чувство расположения, симпатии кому-л. Müəlliminə məhəbbət любовь к своему учителю, iş yoldaşlarının məhəbbəti любовь товарищей по работе II прил. любовный. Məhəbbət lirikası любовная лирика; məhəbbət bağlamaq kimə полюбить кого, məhəbbət bəsləmək kimə питать любовь к кому, məhəbbətini izhar eləmək объясняться, объясниться в любви
Azərbaycanca-rusca lüğət / məhəbbət1 I. i. love, affection (towards, for); birtərəfli ~ unrequited love; ~ bağlamaq / bəsləmək to come* to love (d.), to grow* fond (of); bir kəsə ~ izhar etmək to make* smb. a declaration of love; cinsi ~ sexual love; natural love; vətənə ~ love for one’s country II. s. love; ~ məktubu love-letter; ~ lirikası love lyrics pl.; ~ macərası love affairs
Azərbaycanca-ingiliscə lüğət / məhəbbət1 is. amour m ; affection f ; ana ~i amour maternel ; ilk ~ premier amour ; ötəri ~ amourette f ; ~ini bəyan etmək déclarer son amour ; qarşılıqlı ~ amour partagé
Azərbaycanca-fransızca lüğət / məhəbbət1 [ər.] сущ. муьгьуьббат (1. ашкъ, кӀанивал, кӀан хьунухь; məhəbbət bağlamaq (salmaq) кӀан хьун; ашукь хьун; 2. рикӀяй кӀан хьун, ашкъи, кӀанивал, дуствал; мегьрибанвал; məhəbbət(ini) qazanmaq муьгьуьббат къазанмишун, вич гзав кӀан жедайвал авун, вич кӀанарун, гьуьрмет къазанмишун (хъсан краралди, рафтардалди ва мс.); 3. гьевес, ашкъи, майилвал, рикӀ хьунухь, мес. музыкадал).
Azərbaycanca-ləzgicə lüğəti / məhəbbət