Məhdi
Mehdi, Məhdi; əsl adı Məhəmməd — İslam dinində sonuncu xəlifə və Qiyamətdən öncə gələcək xilaskar.
Cəfərilikdə on dördüncü məsum, on ikinci imam və xəlifə, qeybə çəkilib və qiyamətdən öncə zühur edib bəşəriyyəti xilas edəcəyi iddia olunan şəxs.
Sünni alimlərinin demək olar ki, hamısının Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətləri qəbul etdiyi məlum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir:
"Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (əleyhissəlam) Məhdinin arxasında namaz qılacaq…
Məşhur hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzar, İbn Macə, Hakim, Təbrani, Əbu Yəla Məhdi (əleyhissəlam) haqqında olan hədisləri öz kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (əleyhissəlam), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məsud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər.