Məmmədli sözü azərbaycan dilində

Məmmədli

Yazılış

  • Məmmədli • 99.6380%
  • MƏMMƏDLİ • 0.3342%
  • məmmədli • 0.0278%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Məmmədli
Məmmədli — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Şurəddin Məmmədli — filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas alim, jurnalist, şair, Arif Məmmədli — müəllim, şair, jurnalist, "Laçın yurdu" jurnalının təsisçisi və baş redaktoru Qulam Məmmədli — publisist, teatrşünas, salnaməçi, İmir Məmmədli — şair, nasir, tərcüməçi, dramaturq, ictimai xadim, Cahangir Məmmədli — Jurnalist, kino redaktoru, filmlərdə iştirak edən. Elnur Məmmədli — Azərbaycan cüdoçusu. Valid Məmmədli İsmayıl Məmmədli — Azərbaycan filoloq-alimi, filologiya elmləri doktoru, professor, İlham Məmmədli — yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Nadir Məmmədli Nadir Məmmədli (dilçi) — filologiya elmləri doktoru (2001), professor (2004), naşir. Nadir Məmmədli (nazir) — Naxçıvan Diyar Xalq Səhiyyə Komissarı.
Elbariz Məmmədli
Elbariz Məmmədli — şair, publisist. == Həyatı == Elbariz Məmmədli 1960-cı ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "Azərbaycan dəmiryolçusu" qəzetinin müxbiridir. 1996-cı ildə publisistik fəaliyyətinə görə "Qızıl qələm" mükafatına layiq görülüb. "Durna harayı" adlı kitabı 1993-cü ildə, "Mən savaşa çağırıram" kitabı 2006-cı ildə, "Dünya iki rəngdədir" kitabı 2010-cu ildə çap olunub.Sonrakı illərdə Vasif Sülüymanla birgə yazdığı, dəmiryolçuların fəaliyyətindən bəhs edən "Məxmər yolların sirri" , " Bitməyən ömür karvanı" və "Mənim nağıllı dünyam" (2023) kitabları nəşr olunub.
Elməddin Məmmədli
Elnur Məmmədli
Elnur Məmmədli (29 iyun 1988, Bakı) — Azərbaycanlı cüdoçudur. 2008 Yay Olimpiya Oyunlarının qızıl medalçısı, 2 qat Avropa Çempionu, Əməkdar bədən tərbiyəsi və idman xadimi. == Həyatı == Elnur Məmmədli 29 iyun 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2009-cu ildə Polis Akademiyasına daxil olmuşdur. 2008-ci il Yay Olimpiya Oyunlarından sonra Azərbaycan Respublikası Daxili İşlər naziri Ramil Usubov tərəfindən Elnur Məmmədliyə polis baş leytenantı rütbəsi vermişdir. == Karyerası == Elnur Məmmədli 2003-cü ildə Maştağa qəbəsində baş tutan Azərbaycan Çempionatında mübarizə apardı. Həmin turnirin final görüşündə İlqar İsrafilova məğlub olan 15 yaşlı Elnur Məmmədli Azərbaycan Çempionatının gümüş medalına sahib oldu. 2004-cü ilin mayında isə Elnur Məmmədli beynəlxalq turnirlərdə debüt elədi. Kiyev şəhərində baş tutan U-20 European Cup beynəlxalq turnirində mübarizə aparan Elnur Məmmədli final görüşündə Rusiya nümayəndəsi İvan Nifontova qalib gəldi və turnirin qalibi oldu. Həmin ilin 2-4 iyulunda Niderlandın Rotterdam şəhərində mövsümün əsas turniri hesab olunan gənclər arasında Avropa Çempionatı baş tutdu.
Elxan Məmmədli
Elxan Hüseynqulu oğlu Məmmədli (1 yanvar 1946, Faxralı, Bolnisi rayonu) — filologiya elmləri namizədi, "Əməkdar mədəniyyət işçisi" (2008), Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü. == Həyatı == Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Borçalı mahalının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə fəhləlikdən başlayan Elxan Məmmədli bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra, 1976–1979-cu illərdə Pedaqoji Elmlər İnstitutunda elmi işçi işləmişdir. 1979-cu ildən etibarən müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1994-cü ilə kimi Ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan E. Məmmədli böyük elmi işçi kimi həmin ildən Folklor Elmi-Mədəni Mərkəzinə köçürülmüşdür. 1998-ci ildə "Azərbaycan aşıq yaradıcılığında təcnis" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və filolodiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1999-cu ildən AMEA-nın Folklor İnstitutunda "Aşıq yaradıcılığı" şöbəsinin müdiridir. 1969–2009-cu illər ərzində Azərbaycan radio və televiziyasında "Bulaq", "Ustadnamə", "Sazın-sözün sehrində", "Gözəlləmə" və "Sarıtel" verilişlərinin müəllifi və aparıcısı olmuşdur. O, 1 monoqrafiya, 10-dan çox toplama-tərtib kitabını nəşr etdirmiş, 30-dan çox kitabın redaktoru, rəyçisi olmuşdur.
Famil Məmmədli
Fazil Məmmədli
Firuzə Məmmədli
Firuzə Məmmədli (azərb. Firuzə Nurəddin qızı Məmmədli‎;) — Azərbaycan şairi, tərcüməçi, ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983), filologiya elmləri namizədi (1980). == Həyatı == Firuzə Məmmədli 1940-cı il yanvarın 10-da Xaçmaz rayonunun Canaxır kəndində anadan olmuşdur. Orada Hülövlü kənd orta məktəbini gümüş medalla bitirəndən sonra 1963-cü ildə Quba şəhər tibb məktəbində təhsil almışdır. 1964-1968-ci illərdə APİ-nin dil və ədəbiyyat fakültəsini fərqləmə diplomu ilə başa vurmuşdur. == Əmək fəaliyyəti == Firuzə Məmmədli institutun Naxçıvan filialında, eyni zamanda Naxçıvan pedoqoji məktəbində çalışmışdır. 1970-ci ildə APİ-nin Azərbaycan dilçiliyi kafedrasına dəyişdirilmişdir. Həmin vaxtdan orada Azərbaycan dilini tədris edir. 1990-cı ildən müasir Azərbaycan dili kafedrasının dosentidir. "Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslublub xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Həsən Məmmədli
Keçəl Məmmədli
Keçəl Məmmədli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Soltanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Kənan Məmmədli
Murad Məmmədli
Mürşüd Məmmədli
Mürşüd Əsəd oğlu Məmmədli (5 may 1939, Kirovabad – 24 dekabr 2006, Bakı) — ictimai-siyasi fəal, Milli Azadlıq Hərəkatının aparıcı üzvlərindən biri, Ali Sovetin deputatı, istiqlalçı millət vəkili, 1991–1995-ci illərdə Milli Məclisin üzvü, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı. Mürşüd Əsəd oğlu Məmmədli 5 may 1939-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1946–1956 ci illərdə Gəncə şəhər 2 saylı orta məktəbdə təhsil almışdır. 1956–1961-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Ədəbiyyat-tarix" fakültəsində təhsilini davam etdirmişdir. 1962–1964-cü illərdə hərbi xidmətdə olmuşdur. 1964–1973-cü illərdə Gəncə şəhər 18 saylı orta məktəbdə müəllim işləmişdir. 1972-ci ildə ailə həyatı qurmuş və bu izdivacından 3 övladı dünyaya gəlmişdir. 1973–1992-ci illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Universitetində müəllim, daha sonra dosent vəzifələrində çalışmışdır. 1981-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1988-ci ildə ölkəmizdə başlanan milli azadlıq hərəkatının öncüllərindən olmuşdur.
Müşfiq Məmmədli
Müşfiq Məmmədli Fazil Oğlu (azərb. Müşfiq Məmmədli‎; 1 avqust 1972, Sumqayıt) — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı. Müşfiq Məmmədli 1972-ci il avqustun 1-də Sumqayıtda anadan olub. 1989-cu ildə Sumqayıt şəhər 25 saylı tam orta məktəbi bitirib. 1989-cu ildən 1990-cı ilə qədər 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) sanitar işləyib. 1990–1996-cı illər ərzində Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1996–1997-ci illərdə Sumqayıt şəhər Uşaq Xəstəxanasında internatura keçib, 1997–1999-cu illərdə isə qəbul şöbəsinin həkimi vəzifəsində çalışıb. 2000-ci ildə 3 il müddətində Türkiyənin İstanbul şəhərində təhsil alıb. 2004–2006-cı illər ərzində Tərtər bölgəsində N saylı hərbi hissənin tibb məntəqəsinin həkimi, sonra isə rəisi olub. 2006-cı ildən 2014-cü ilə qədər Təcili Tibbi yardım stansiyasının, daha sonra isə Sumqayıt Uşaq xəstəxanasının həkimi işləyib.
Məmmədli (Abşeron)
Məmmədli, Məhəmmədi — Azərbaycan Respublikasının Abşeron rayonunun Məmmədli kənd inzibati ərazi dairəsində kənd. Kənd dəniz səviyyəsindən 29 metr yüksəklikdə, Xırdalan şəhərindən 17, Bakıdan 21 km məsafədə yerləşir. Ən yaxın dəmir yolu stansiyası Qışlıdır. Qəsəbənin adı XIX əsrin sonunda bu ərazidə qışlaq salmış Muğanlı tayfasının adından götürülüb. Abşeronun bəzi digər kəndləri kimi Məhəmmədli də qəsr-qala ətrafında formalaşmışdır. Zaman keçdikcə Azərbaycanın başqa yerlərindən gələnlərin hesabına yaşayış məskəni genişlənib. Onlar burda ayrı-ayrı məhəllələr yaradırdılar. Bu məhlələr Cənubi Azərbaycanın Qaradağlı (Əhər), Qədimədili, Şahsevən (Muğan), Ənnədili, Tat və s. idi. 1886-cı il ailə siyahıya alınmasının materiallarına görə, kəndin əhalisi 997 nəfər olmuş, dini mənsubiyyətə görə isə şiə müsəlmanlar idilər.
Məmmədli (Bərdə)
Məmmədli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Məmmədli (İmişli)
Məmmədli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd.
Məmmədli bələdiyyəsi
Məmmədli bələdiyyəsi (Abşeron) — Abşeron rayonunda bələdiyyə
Məhəmməd Məmmədli
Nadir Məmmədli
Nadir Məmmədli (dilçi) — filologiya elmləri doktoru (2001), professor (2004), naşir. Nadir Məmmədli (nazir) — Naxçıvan Diyar Xalq Səhiyyə Komissarı.
Natiq Məmmədli
Natiq Məmmədli (Natiq Adil oğlu Məmmədov; 5 may 1977, Birinci Şahsevən, Jdanov rayonu) — azərbaycanlı yazıçı, jurnalist, tarixçi. 1977-ci il mayın 5-də Azərbaycan SSR Jdanov rayonunda (Azərbaycan Respublikası Beyləqan rayonu) Birinci Şahsevən kəndində anadan olub. 1998-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Tarix fakültəsinin əyani aspiranturasında təhsil alıb. 2006-cı ildə "Mərkəzi Asiyada müastəqil türk dövlətlərinin yaranması və Türkiyə ilə qarşılıqlı əlaqələri (1991–2001-ci illə)" mövzüsunda namizədlik dissertasiyasını müdafiə edib (tarix üzrə fəlsəfə doktoru) Ailəlidir, iki övladı var. 1990-cə illərin ikinci yarısından jurnalistika sahəsində çalışır. Müxtəlif KİV-lərdə baş redaktorun müavini, baş redaktor və s. vəzifələrdə çalışıb. Mətbuat tarixinə dair araşdırmaların, oçerklərin müəllifidir. Onun təşəbbüsü və redaktorluğu ilə Azərbaycan mətbuat irsinə, ictimai fikir tarixinə dair bir sıra nəşrlər işıq üzü görüb.
Nicat Məmmədli
Oruc Məmmədli
Oruc Məmmədli (tam adı: Məmmədli Oruc Mehbalı oğlu; 10 fevral 1965, Şıxmahmud, Naxçıvan rayonu — Azərbaycanlı idman xadimi, Azərbaycan Respublikası “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, Ağır atletika üzrə beynəlxalq dərəcəli hakim. Məmmədli Oruc Mehbalı oğlu 10 fevral 1965-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayon Şıxmahmud kəndində anadan olub. 1972-82-ci illərdə Babək rayon Şıxmahmud kənd məktəbində orta təhsil almışam. 1982-ci ildə Bakı şəhərində Bakı Bədən Tərbiyəsi Texnikomuna daxil olub. 1983-85-ci illərdə Ukraynada keçmiş Sovet Ordusunda hərbi xidmətdə olub. 1990-95-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında qiyabi təhsil almışdır. 6 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikasında gənclər siyasəti”proqramı üzrə ixtisasartırma kursu keçib. Ailəlidir. 2 övladı,4 nəvəsi var. 1986-cı ildə təyinat üzrə Naxçıvan MR Babək rayon Payız kənd orta məktəbinə ixtisasım üzrə müəllim təyin edilib.
Pərviz Məmmədli
Qulam Məmmədli
Qulam (Qulaməli) Məmməd oğlu Məmmədli (25 mart 1897, Təbriz – 18 noyabr 1994, Bakı) — azərbaycanlı publisist, teatrşünas, salnaməçi, 1950-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR əmakdar mədəniyyət işçisi (1977), Azərbaycan SSR əmakdar jurnalisti (1984) Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı laureatı (1972), əmək veteranı (1976), İttifaq əhəmiyyətli təqaüdçü (1987), M.F.Axundov adına ədəbi mükafat laureatı (1989). Qulam Məmmədli 1897-ci il martın 25-də Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Sonra Bakı teatr texnikumunda oxumuşdur (1924–1926). Əmək fəaliyyətinə Aşqabadda kustar emalatxanada dəmirçi kimi başlamışdır (1910–1914). Orada Nobel zavodunda fəhlə, İ.İ.Aleksandrov mətbəəsində mürəttib işləmişdir (1913–1919). Türküstan cəbhəsi Birinci Ordunun siyasi şöbəsi nəzdində olan mətbəədə mürəttib, müsəlman teatr truppasında aktyor (1920–1921), Dövlət mətbəəsində mürəttib (1921–1923) olmuşdur. 1923-cü ilin iyun ayında Bakıya köçüb "III İnternasional" mətbəəsində mürəttib, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Kəndli qəzeti"ndə redaktor müavini, "Azərbaycan kolxozçusu" qəzetinin redaktoru, Azərbaycan KP MK yanında "Kommunist" nəşriyyatının direktoru, "Yeni yol" qəzetinin redaktoru, "III İnternasional" mətbəəsinin sex müdiri, "Kommunist" qəzeti redaksiyasında kütləvi şöbə müdiri, respublika radio komitəsinin uşaq verilişləri redaksiyasında baş redaktor olmuşdur (1929–1941). İkinci Dünya müharibəsi dövrü səfərbərliyə alınmışdır: Tbilisidə Qafqaz cəbhəsi siyasi şöbəsində ədəbi işçi, Təbrizdə azərbaycanca buraxılan "Vətən yolunda" qəzeti redaksiyasında ədəbi işçi, Bakıda Azərbaycan SSR Radio Komitəsində xarici verilişlərin baş redaktoru, yenidən Təbrizdə çıxan "Vətən yolunda" qəzeti redaksiyasında müdir (1941–1946) vəzifələrində işləmişdir. Bakıya qayıdıb Birləşmiş Nəşriyyat İdarəsində redaktor, Azərbaycan kinostudiyasında ssenari şöbəsinin rəisi, "Kommunist" qəzeti redaksiyasında şöbə müdiri, "Kirpi" satirik jurnalı redaksiyasında məsul katib, sonra baş redaktor vəzifələrində çalışmışdır.
Elməddin Məmmədli (şəhid)
Elməddin Məmmədli (əsgər, 2000)
Fazil Məmmədli (şəhid)
Hacı Surxay Məmmədli
Hacı Surxay Məmmədli (tam adı: Surxay Məmməd oğlu Məmmədli) — azərbaycanlı ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi (2004—h.h.), Qafqaz Müsəlmanları İdarəsinin Dərbənd şəhəri üzrə səlahiyyətli nümayəndəsi (1997—2004). == Həyatı == Surxay Məmməd oğlu Məmmədli 5 may 1968-ci ildə Masallı rayonunun Sirəbil kəndində anadan olub. Orta təhsilini Sirəbildə almışdır. 1990-cı ildə Qafqaz İslam Universitetinə daxil olub və oxuduğu zamanda həmin universitetdə müəllim vəzifəsində çalışmışdır. Tələbəlik illərində Azərbaycan Müsəlman Gənclər Birliyinə sədrlik edib. 1993-cü ildə Bakının Xətai rayonunun Əhmədli qəsəbəsinə axund təyin olunub. 1997-2004-cü illərdə Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində Qafqaz Musəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb. 2004-cü ildən İçərişəhər “Cümə” məscidinin axundu və eyni adlı dini icmanın rəhbəridir. 2016-cı ildə Rusiyanın Təhsil və Elm Nazirliyinin Ali Attestasiya Komissiyasının qərarı əsasında ilahiyyat elmləri doktoru elmi dərəcəsi verilib. Ailəlidir, 2-si oğlan, 1-i qız, 3 övladı var.
Məmmədli bələdiyyəsi (Abşeron)
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Məmmədli bələdiyyəsi (Bərdə)
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Məmmədli bələdiyyəsi (İmişli)
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

"məmmədli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məmmədli nədir? #məmmədli sözünün mənası #məmmədli nə deməkdir? #məmmədli sözünün izahı #məmmədli sözünün yazılışı #məmmədli necə yazılır? #məmmədli sözünün düzgün yazılışı #məmmədli leksik mənası #məmmədli sözünün sinonimi #məmmədli sözünün yaxın mənalı sözlər #məmmədli sözünün əks mənası #məmmədli sözünün etimologiyası #məmmədli sözünün orfoqrafiyası #məmmədli rusca #məmmədli inglisça #məmmədli fransızca #məmmədli sözünün istifadəsi #sözlük