Əhmədli sözü azərbaycan dilində

Əhmədli

Yazılış

  • Əhmədli • 99.7927%
  • ƏHMƏDLİ • 0.1613%
  • əhmədli • 0.0461%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əhmədli
Əhmədli — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Hacı Qaraman çələbi Əhmədli — övliya Cəmil Əhmədli — fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi. Səlman Əhmədli — müəllim. Murtuza Əhmədli — Nazim Əhmədli — Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat Təbliği Bürosunun direktoru Nəsir Əhmədli — Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru. Zərxanım Əhmədli Yaşayış məntəqələri Əhmədli (Beyləqan) — Beyləqan rayonunda kənd. Əhmədli (Xətai) — Bakı şəhərinin Xətai rayonunda kənd. Əhmədli (Laçın) — Laçın rayonunda kənd. Əhmədli (Əhmədli, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Əhmədli (Əmirvan, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Əhmədli (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd.
Molla Əhmədli
Molla Əhmədli kəndi — Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. == Coğrafi mövqeyi == Molla Əhmədli kəndi Maşaver və Xram çaylarının qovuşuğunda, rayon mərkəzindən 28 km gündoğar səmtdə, dəniz səviyyəsindən 400 m yüksəklikdə yerləşir. == Əhalisi == 1870-ci ildə 5 ailədə 34 nəfər, 1926-cı ildə 9 ailədə 54 nəfər, 2002-ci ildə 43 ailədə 192 nəfər, 2006-cı ildə 43 ailədə 148 nəfər. == Maarif == İlk ibtridai məktəb 1933-də yaradılıb. Hal-hazırda bir ibtidai məktəb (2005-də 3 sinifdə 14 şagird) fəaliyyətdədir.
Murtuza Əhmədli
Murtuza Qasım oğlu Əhmədli (4 mart 1906 – 20 may 1979) — Kimya elmləri doktoru, professor == Həyatı == Murtuza Əhmədli 4 mart 1906-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsinin Təbiət şöbəsini bitirmişdir. 1930-cu ildə elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1948-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və həmin ildə professor elmi adı almışdır. Murtuza Əhmədli 1941-ci ildən 1979-cu ilə qədər Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmiş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Elmi fəaliyyəti əsasən üzvi reaktivlərin kimyada tətbiqi ilə əlaqədardır. Azərbaycanda fotometrik analiz mete əsasını qoymuş və inkişaf etdirmişdir. Yeni üzvi reaktivlər sintez etmiş, onları qeyri-üzvi maddələrin təyinində tətbiq etmiş, məlum reaktivlərin imkanlarının artırılması sahəsində mühüm tədqiqatlar aparmışdır Murtuza Əhmədli kompleks əmələgəlmə reaksiyalarını təkmilləşdirərək, mürəkkəb tərkibli sistemlərdən istifadə zamanı, fotometrik təyinatlarda, həssaslıq və s. kimi analitik göstəricilərin əhəmiyyətli dərəcədə yüksəldiyini müəyyənləşdirir.
Nazim Əhmədli
Nazim Şamil oğlu Əhmədli (1 may 1953, Əhmədli, Laçın rayonu) — Azərbaycan şairi; Hərbi jurnalist, Qarabağ müharibəsi iştirakçısı. Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2015-2023-cü illərdə Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivinin direktor müavini işləyib. == Həyatı == Nazim Əhmədli 1953-cü il may ayının 1-də Laçın rayonunun Əhmədli kəndində anadan olub. Orta məktəbi Laçın şəhərində bitirib, 1971–74-cü illərdə Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil almış, 1974–1976-cı illərdə keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 1981-ci ildə Moskva şəhərində Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsinə daxil olub, 1986-cı ildə institutu bitirib. Bakıya qayıdaraq Azərbaycan Yazıçılar Birliyində dəftərxana müdiri, "Natəvan" klubunun müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində redaktor, ümumi şöbə müdiri, işləyib. 1993–1996-cı illərdə Azərbaycan Ordusu sıralarında hərbi jurnalist kimi xidmət etmiş, sonra Nərimanov rayonundakı Ekologiya litseyində müəllim, o vaxt Bakıda fəaliyyət göstərən özəl Tətbiqi Elmlər Universitetinin jurnalistika fakultəsində müəllim, dekan müavini vəzifələrində işləyib. 525-ci qəzetdə şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru vəzifəsində işləyib. Hal-hazırda o qurumun ictimai əsaslarla direktorudur.
Nazir Əhmədli
Nazir Əhmədli (Nazir Surxay oğlu Əhmədli; d. 27 yanvar 1961. Gabud, Dərələyəz mahalı) — Azərbaycan jurnalisti, tənqidçi və tədqiqatçı-yazıçı; Kimya üzrə fəlsəfə doktoru (1990). Rusiya imperiyasının Azərbaycan xanlıqlarını işğalından sonra tərtib olunmuş "Kameral təsvir" sənədlərinin Azərbaycanda nəşri Nazir Əhmədlinin adı ilə bağlıdır. == Həyatı == Nazir Əhmədli 27 yanvar 1961-ci ildə Dərələyəz mahalının Gabud kəndində müəllim ailəsində anadan olub. === Ailəsi === Atası Surxay Əhmədin 2009-cu ildə "Yada düşənlər" adlı şeirlər kitabı çap olunub. == Təhsili == 1976-cı ildə Gabud kənd səkkizillik məktəbini, 1978-ci ildə isə qonşu Gomur kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1979–1984-cü illərdə Naxçıvan Dövlət Universitetinin kimya-biologiya fakültəsində təhsil almışdır. Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Fakültə Əlaçılar Şurasının və Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur.
Nurlan Əhmədli
Nəsir Əhmədli
Nəsir Əhmədli (1 iyul 1942, Alakol, Tovuz rayonu – 7 iyun 2022, Bakı) — Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru. Azərbaycan Respublikasının əməkdar jurnalisti. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Mətbuat Şurasının üzvü. == Həyatı == Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə ADU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966–1975-ci illərdə dərc olunmuş materiallar əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 7 iyun 2022-ci ildə uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.
Qardaşxan Əhmədli
Sabir Əhmədli
Əhmədli Sabir Məhəmməd oğlu (10 iyul 1930, Cəbrayıl – 17 aprel 2009, Bakı) — nasir, publisist, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinın üzvü, Azərbaycanın Xalq yazıçısı (1992), Əməkdar incəsənət xadimi (1984), Prezident təqaüdçüsü. == Həyatı və fəaliyyəti == Sabir Əhmədli 1930-cu il iyulun 10-da Azərbaycanın Cəbrayıl rayonunun Cəbrayıl kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. 1951–1954-cü illərdə Cəbrayıl rayon mərkəzində müəllim işləmişdi. 1955–1956-cı illərdə Şükürbəyli kəndində orta məktəbin direktoru işləmişdir. "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri (1956–1993), baş redaktor (1993–1996) işləmişdir. 1955-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. Sabir Əhmədli Azərbaycan Yazıçılar İttifaqının Mirzə Fətəli Axundov adına ədəbi mükafat komissiyasının sədri seçilmişdir. Ədəbi fəaliyyətə 1951-ci ildən "Pioner" jurnalında çap olunan "Poçtalyon" hekayəsi ilə başlamışdır. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış etmişdir.
Salatın Əhmədli
Salatın Alı qızı Əhmədli (18 oktyabr 1956, Poylu, Ağstafa rayonu) — ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Salatın Əhmədli 18 oktyabr 1956-cı ildə Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dillər Universitetiin azərbaycan dili və ədəbiyyat müəllimidir. "Kitab Evi" İctimai Birliyinin sədridir. Eyni zamanda "Məhsəti" şairlər Məclisinin "Məhsəti" jurnalının baş redaktorunun müavinidir. Salatın Əhmədli "Turan" Qadınlar Mərkəzinin, "Bura Vətəndir" və DAMM-ın Qadınlar Şurası İdarə Heyətinin üzvüdür. 2007-ci ildə Hüseyn Cavidin 125 illiyi ilə əlaqədar "Turan" Qadınlar mərkəzinin xətti və "Kazım Qara Bəkir Paşa" vəqfinin başqanı Timsal xanımın dəvəti ilə Türkiyə Cümhuriyyətində keçirilən tədbirlərdə olmuşdur. Ailəlidir. Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədovun həyat yoldaşıdır, iki övladı və beş nəvəsi vardır.
Seyid Əhmədli
Yuxarı Seyidəhmədli
Sona Əhmədli
Sona Əhmədli (5 oktyabr 1988, Bakı) — Azərbaycanı təmsil edən qadın güləşçi, 2010-cu il Avropa Çempionatının qalibi. == Karyerası == 2007-ci ildə Serbiyada yeniyetmələr arasında Avropa Çempionatını 5-ci pillədə, Çində yeniyetmələr arasında Dünya Çempionatını isə 10-cu pillədə başa vuran Sona Əhmədli, ilin əsas turniri hesab olunan Dünya Çempionatında 18-ci pillədə qərarlaşdı. 2008-ci ildə Qızıl Qran-Pri beynəlxalq turnirində beşinci pillənin sahibi olan Sona Əhmədli, Koşitse şəhərində gənclər arasında Avropa Çempionatını gümüş medalla, İstanbul şəhərində gənclər arasında Dünya Çempionatını isə 8-ci pillədə başa vurdu. Daha sonra Sona Əhmədli 2009-cu ilin aprelində Vilnüs şəhərində (Litva) baş tutan Avropa Çempionatını 16-cı pillədə başa vurdu. İyulda Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib olan Sona Əhmədli, sentyabrda Herninq şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Belarus nümayəndəsi Alyona Filipavaya 2:1, 1/4 final mərhələsində İtaliya nümayəndəsi Valentina Minguzziya 2:0, 1/2 final mərhələsində isə ABŞ nümayəndəsi Tatyana Suareza 2:0 hesabları ilə qalib gələn Sona Əhmədli, final görüşündə Yaponiya nümayəndəsi Saori Yoşidaya 0:2 hesabı ilə məğlub oldu və Dünya Çempionatının gümüş medalına sahib oldu. Sona Əhmədli Dünya Çempionatının medalına sahib olan birinci azərbaycanlı qadın güləşçi oldu. 2010-cu ilin aprelində isə Sona Əhmədli Avropa Çempionatında mübarizə apardı. Turnirin 1/4 final mərhələsində Norveç nümayəndəsi Qudrun Hoyena, 1/2 final mərhələsində isə Fransa nümayəndəsi Məryəm Selluma qalib gələn Sona Əhmədli, final görüşündə Bolqarıstan nümayəndəsi Taybe Yuseyna qalib gəldi və Avropa Çempionatının qalibi oldu. Bununla da Sona Əhmədli Avropa Çempionatlarının qalibi olan birinci azərbaycanlı qadın güləşçi oldu.
Zərxanım Əhmədli
[mənbə göstərin] Zərxanım Əhmədli 1952-ci il fevralın 18 — də Şəki şəhərində anadan olub. Orta təhsilini Bakıdakı 190 saylı məktəbdə alıb. 1975-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Radio — Televiziya bölməsini bitirib. Elə həmin ildən etibarən Azərbaycan Dövlət Tele- Radio Verilişləri Komitəsində radio jurnalist kimi fəaliyyətə başlayıb. Azərbaycan Radiosunda redaktor, komentator, " Səhər" informasiya və musiqi proqramının şöbə müdiri vəzifəsində çalışıb. 1998–2004-cü illərdə " Azadlıq" radiosunun Bakı müxbiri vəzifəsində çalışıb. 2005-ci ildə Azərbaycanda ilk dəfə olaraq yaradılan İctimai Radio quruculuğunda fəal iştirak edib. İctimai Radionun İnformasiya departamentinin direktoru vəzifəsində çalışıb. Həmin radio ilə hər gün efirə çıxan "Yeni gün" İnformasiya və musiqi poroqramının məsul redaktoru və ilk aparıcısı olub. 2009-cu ildə təqaüd yaşının çatması ilə əlaqədar operativ radio jurnalistikadan ayrılaraq pedoqoji fəaliyyətə başlayıb.
Şahid Əhmədli
Əhməd Əhmədli
Əhmədli (Beyləqan)
Əhmədli — Azərbaycan Respublikasının Beyləqan rayonunun Əhmədli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Əhmədli kənd inzibati ərazi dairəsi Əhmədli kənd inzibati ərazi vahidi hesab edilmişdir. == Toponimikası == Şahsevənlərin əhmədli tirəsinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir. == İqtisadiyyatı == 2014-cü ildə iyirmi beş min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılmışdır.
Əhmədli (Laçın)
Əhmədli (Molla Əhmədli) — Azərbaycan Respublikasının Laçın rayonu Əhmədli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Ağoğlançayın (Həkəri çayının qolu) sahilində, Qarabağ yaylasındadır. Keçmiş adı Molla Əhmədli olmuşdur. Kənd XIX əsrin ikinci yarısında Varazğun yeri adlanan ərazidən buraya köçmüşdür. Kəndin adını Molla Əhməd şəxs adı ilə bağlayırlar. Laçın rayonunun ərazisində eyniadlı mineral bulaq və çay mövcuddur. == Abidələri == Kənddəki körpü Seyid Əmir körpüsü adlanır == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == Əhalisinin milli tərkibi əsasən Azərbaycan türklərindən və kürdlərdən ibarətdir.
Əhmədli (Masallı)
Əhmədli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1401 nəfərdir.
Əhmədli (Xətai)
Əhmədli qəsəbəsi və ya Kənd Əhmədli — Bakı şəhərinin Xətai rayonunda şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. 1936-cı ildə qəsəbə statusu almışdır. == Tarixi == Əhmədli qəsəbəsi (Kənd Əhmədli, Əhmədli kəndi də adlandırılır) qədim Bakıətrafı 32 kənddən biridir. Yerli əhalinin böyük qismi Oğuz türklərinin Bayat boyunun Qacar tayfalarına mənsubdur. Tarixən kənd 9 məhəllədən ibarət olub: 1. İmamqulu 2. Nazarlı 3. Dağlı 4. Novruzlu 5.
Əhmədli (bulaq)
Əhmədli bulağı — Laçın rayonunun Əhmədli kəndi yaxınlığında mineral bulaq. Dəniz səviyyəsindən 1635-1655 m. hündürlükdə yerləşir. Əhmədli kəndi yaxınlığında yerləşən 7 bulaqdan biridir.
Əhmədli (Şamaxı)
Əhmədli (əvvəlki: Kürdəmic) — Azərbaycan Respublikasının Şamaxı rayonunun Hacılı inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd XIX əsrdə salınıb. == Toponimikası == Kəndin adını Əhməd şəxs adı ilə bağlayırlar. == Coğrafiyası və iqlimi == Kənd Pirsaat çayının sahilində, Çobançatladan dağının şimal ətəyində yerləşir. == Əhalisi == Kənd əhalisi 545 nəfərdir ki, onunda 248 nəfəri kişi, 297 nəfəri isə qadınlar təşkil edir.
Əhmədli (Şəmkir)
Əhmədli — Azərbaycan Respublikasının Şəmkir rayonunun Çardaqlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəmkir rayonunun Qasımalılar kənd inzibati-ərazi vahidinin Əhmədli kəndi Şeidlər kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Kənd XIX əsrdə Şiştəpə kəndindən ayrılmış əhmədli nəslinə mənsub ailələr tərəfindən salınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd dağ yamacında yerləşir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Əhmədli (Əhmədli, Daşkəsən)
Əhmədli — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Əhmədli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin adı şahsevənlərin əhmədli tirəsinin adı ilə bağlıdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Murovdağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Əhmədli kənd kitabxana filialı, Əhmədli kənd Mədəniyyət Evi fəaliyyət göstərir. Kənddə qədim türbə mövcuddur. == Təhsil == Kənddə Daşkəsən rayon Əhmədli kənd R. Qurbanov adına ümumi orta məktəb fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə Əhmədli kənd tibb məntəqəsi yerləşir.
Əhmədli bələdiyyəsi
Əhmədli bələdiyyəsi (Xətai) — Xətai rayonunda bələdiyyə. Əhmədli bələdiyyəsi (Beyləqan) — Beyləqan rayonunda bələdiyyə. Əhmədli bələdiyyəsi (Daşkəsən) — Daşkəsən rayonunda bələdiyyə.
Əhmədli metrostansiyası
Əhmədli metrostansiyası — Bakı metrosunda stansiya. == Tarixi == "Bakı Soveti-Əhmədli" yol mənzili sahəsində Sovet hakimiyyəti dövründə istismara verilmiş sonuncu stansiyadır. Stansiyanın memarlığı sadə, yığcamdır. Lakin bu sadəlikdə stansiyanın yerləşdiyi ərazinin tarixi ilə ahəngdarlığı da var. Dördbucaq sütunlar ağ mərmər və qəhvəyi qranit kompozisiyasına bürünüb. Sanki məscid minarələri onun tavanının yükünü üzərinə götürüb. Döşəmə boz qranitdəndir və ağ mərmər zolaqla haşiyələnir. Ağ mərmər zolaq sütunlar boyunca çəkilməklə hər sütunun yanından başlanmaqla mərkəzə doğru davam edir və sütunlararası tən orta hissədə düzbucaq altında kəsişir və bununla da özünəməxsus altıbucaqlılarla bütün stansiya boyunca davam edir. Yol divarlarının üzlüyü qatar səviyyəsindən bir az yuxarı hissədə tamamlanır. Açıq boz rəngli mərmərlə üzlənmiş divarda isə döşəmədəki altıbucaqlı kəsişən zolaqlar kompoziyası Azərbaycan xalçaçılıq məktəbi ənənələrinə uyğun olaraq daha incə şəkildə davam edir.
Hacı Qaraman Çələbi Əhmədli
Hacı Qaraman çələbi (XVI yüzilin sonu—XVII əsrin əvvəli) — övliya, XVI əsrin sonu, XVII əsrin əvvəli. == Həyatı == Hacı Qaraman Çələbi Türkiyənin Diyarbəkir əyalətində anadan olmuşdur. Əsl adı Əhməd Çələbidir. Mükəmməl mədrəsə təhsili almışdı. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. Hacı Qaraman (Əhməd) Çələbi kəramət sahibi bir şeyx olmuşdur. Onun başqa bir tərıqət şeyxi Üryan Xıdırla söhbət və məqallarının olduğu məlumdur. Əhməd Çələbinin (Hacı Qaraman) Mustafa və Muhəmməd adlı iki oğlu olmuşdur. Qəbri Hacı Qaraman ocağı ziyarətgahıdır.
Molla Əhmədli (Laçın)
Əhmədli (Molla Əhmədli) — Azərbaycan Respublikasının Laçın rayonu Əhmədli kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Ağoğlançayın (Həkəri çayının qolu) sahilində, Qarabağ yaylasındadır. Keçmiş adı Molla Əhmədli olmuşdur. Kənd XIX əsrin ikinci yarısında Varazğun yeri adlanan ərazidən buraya köçmüşdür. Kəndin adını Molla Əhməd şəxs adı ilə bağlayırlar. Laçın rayonunun ərazisində eyniadlı mineral bulaq və çay mövcuddur. == Abidələri == Kənddəki körpü Seyid Əmir körpüsü adlanır == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == Əhalisinin milli tərkibi əsasən Azərbaycan türklərindən və kürdlərdən ibarətdir.
Yuxarı Əhmədli (Xudafərin)
Yuxarı Əhmədli (fars. احمدلوي عليا‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 248 nəfər yaşayır (46 ailə).

Oxşar sözlər

#əhmədli nədir? #əhmədli sözünün mənası #əhmədli nə deməkdir? #əhmədli sözünün izahı #əhmədli sözünün yazılışı #əhmədli necə yazılır? #əhmədli sözünün düzgün yazılışı #əhmədli leksik mənası #əhmədli sözünün sinonimi #əhmədli sözünün yaxın mənalı sözlər #əhmədli sözünün əks mənası #əhmədli sözünün etimologiyası #əhmədli sözünün orfoqrafiyası #əhmədli rusca #əhmədli inglisça #əhmədli fransızca #əhmədli sözünün istifadəsi #sözlük