Məmmədli sözü azərbaycan dilində

Məmmədli

Yazılış

  • Məmmədli • 99.6380%
  • MƏMMƏDLİ • 0.3342%
  • məmmədli • 0.0278%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Allahverdi Məmmədli
Allahverdi Məmmədli (tam adı:Məmmədli Allahverdi Məhərrəm oğlu;26 iyun 1956, Nehrəm, Naxçıvan rayonu) — Filologiya üzrə elmlər doktoru, professor == Həyatı və təhsili == 26 iyun 1956-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində anadan olub. 1976–1981-ci illərdə BDU-nun jurnalistika fakültəsində təhsil alıb. === Ailəsi === Ailəlidir, üç övladı var. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Naxçıvan MR Televiziya və Radio Verilişləri Komitəsində redaktor olmuşdur. "Şərq qapısı" vilayət qəzetində baş redaktorun birinci müavini olmuşdur. "Xalq qəzeti"nin xüsusi müxbiri, "Azad Azərbaycan" qəzetinin baş redaktoru, "Azad Azərbaycan" radiosunun məsul redaktoru, Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində "Xəbərlər" redaksiyasının baş redaktoru olmuşdur. 2005-ci ildən BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur. 2017-ci ilin mayından Televiziya və radio jurnalistikası kafedrasının müdiridir. === Elmi fəaliyyəti === 2004-cü ildə "Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2015-ci ildə "Molla Nəsrəddin ədəbi məktəbində azərbaycançılıq ideyasının bədii əksi problemləri" mövzusunda filologiya üzrə elmlər doktoru dərəcəsini almaq üçün dissertasiya müdafiə edib.
Anar Məmmədli
Anar Məmmədli (26 iyul 1978, Yevlax) — insan hüquqları fəalı, seçkilər və ictimai idarəetmə üzrə ekspert. == Həyatı == Anar Məmmədli 26 iyul 1978-ci ildə Yevlax şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dillər Universitetinin (ADU) Alman dili və filologiyası ixtisası (bakalavr dərəcəsi) üzrə bitirib. 2020-ci ildə ABŞ-nin Sirakuz Universiteti Maksvel Məktəbini İctimai İdarəçilik ixtisası (magistr dərəcəsi) üzrə bitirib. Fəal əmək fəaliyyətinə 1997-ci ildə müxtəlif qəzetlər üçün tərcümələr etməklə başlayıb. 1998–2001-ci illərdə "Bu gün", "Hüriyyət", "Mərkəz" və "Bakı həftəliyi" qəzetlərində reportyor və redaktor vəzifələrində çalışıb. 1997-ci ildə Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsi ilə birlikdə Dünyəvi Yüksəliş Gənclər Təşkilatını yaradıb. 2001-ci ildə QHT-lərin Seçki Monitorinqi Mərkəzinin yaradılmasında iştirak edib. 2008-ci il prezident seçkiləri ərəfəsində mərkəzin qeydiyyatı Ədliyyə Nazirliyinin iddiası əsasında ləğv olunduğu üçün həmin ilin dekabrında Bəşir Süleymanlı ilə birlikdə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) adlı yeni QHT yaradıb.9 oktyabr 2013-cü ildə keçirilən prezident seçkisi üzrə SMDT-nin apardığı yerli müşahidəçilik və yaydığı ilkin rəy siyasi hakimiyyət təmsilçilərinin kəskin etirazına səbəb olub. Bununla da təşkilata qarşı ənənəvi qarayaxma kampaniyası başlayıb və 27 oktyabr 2013-cü ildə Respublika Baş Prokurorluğunun təşkilata qarşı başladığı cinayət işi əsasında Anar Məmmədli 16 dekabr 2013-cü ildə həbs edilib.
Arif Məmmədli
Arif Məmmədli (tam adı:Arif Kamran oğlu Məmmədov; 1 iyul 1959, İmanlar, Laçın rayonu) — müəllim, şair, jurnalist, "Laçın yurdu" jurnalının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin, Azad Müəllimlər Birliyinin (1993) üzvü. == Həyatı == Arif Məmmədov 1 iyul 1959-cu ildə Laçın rayonunun İmanlar kəndində anadan olub. İbtidai təhsilini doğma kəndində alıb. Sonra təhsilini qonşu kənddə davam etdirərək 1974-cü ildə Şəlvə kənd 8 illik məktəbini tərifnamə ilə bitirib. Elə həmin il Şuşa Pedaqoji Texnikumuna daxil olub və 1978-ci ildə təhsilini başa vuraraq təyinatla İmanlar kənd orta məktəbinə müəllim təyin edilib.1983-cü ildə keçmiş Sovet Ordusuna hərbi xidmətə çağrılıb. 1985-ci ildə ordudan tərxis olunaraq əvvəlki iş yerində yenidən müəllimlik fəaliyyətinə başlayıb. 1987-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub. 1991-ci ildə isə ali təhsilini tamamlayıb. 1992-ci ildə erməni qəsbkarlarının torpaqlarımızın bir hissəsini işğal etməsi nəticəsində qaçqın düşərək Bakı şəhərində müvəqqəti məskunlaşıb. 1993-cü ildən Azad Müəllimlər Birliyinin (AMB) üzvüdür.
Atamoğlan Məmmədli
Atamoğlan Məmmədli (tam adı: Atamoğlan Ataxan oğlu Məmmədli) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Asiya və Afrika ölkələri tarixi kafedrası"nın dosenti. == Həyatı == Atamoğlan Ataxan oğlu Məmmədli 1955-ci ildə Beyləqan şəhərində anadan olmuşdur. 1972-ci ildə Beyləqan şəhər 1 saylı orta məktəbi bitirmişdir. 1973-cü ildə BDU-nun Tarix fakültəsinə daxil olmuş və həmin fakultəni 1978-ci ildə bitirmişdir. 1981–1984-BDU aspirantı olmuşdur. 1987 -"Sovet–İran münasibətləri" adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 1989-cu ildən Asiya və Afrika ölkələri tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir. 1998-ci ildən hal-hazıradək Asiya və Afrika ölkələri tarixi kafedrasında dosent kimi fəaliyyət göstərir. == Əmək fəaliyyəti == 1986 — BDU tədris hissəsinin əməkdaşı, 1989 — Asiya və Afrika ölkələri kafedrasının müəllim, baş müəllim, dosenti, 1998-ci ildən Asiya və Afrika ölkələri tarixi kafedrasının dosentidir. Apardığı dərslər – Asiya və Afrika olkələri tarixi, Yaxın və Orta Şərq ölkələri tarixi, İran tarixi, Pakistan tarixi, İsrail tarixi, Koreya tarixi 40 məqalənin, 3 monoqrafiyanın, 3 kitabın müəllifidir.
Bəhram Məmmədli
Bəhram İdris oğlu Məmmədli (5 yanvar 1946 - 2 dekabr 2019) — Əməkdar müəllim, tarixçi alim, Sumqayıt Dövlət Universitetinin dosenti. == Həyatı == Bəhram Məmmədli 5 yanvar 1946-cı ildə Füzuli rayonunun Böyük Pirəhmədli kəndində dövlət qulluqçusu ailəsində anadan olub. Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti olan Bəhram Məmmədli 2 dekabr 2019-cu ildə vəfat etmişdi. Ailəli idi, dörd övladı var. Şəhid atası idi. == Təhsili və karyerası == 1952-ci ildə Füzili şəhər rus orta məktəbinin birinci sinifə daxil olub, sonra təhsilini Ağdam şəhər 5 saylı orta məktəbində davam etdirmiş,1961-1965-ci illərdə Ü.Hacıbəyov adına Ağdam musiqi texnikumunda təhsil almış, 1966- cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1970-ci ildən 1981-ci ilə kimi pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1981-ci ildə Füzuli rayon Tarix – diyarşünaslıq muzeyinin direktoru işləmiş, 1986-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix institutunda “Azərbaycanda kəndlilərin maddi rifah halının və mədəni-texniki səviyyəsinin yüksəldilməsi uğrunda mübarizə 30-cu illərdə” mövzusunda dissertasiya işini müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsini almışdır. 20-dən çox elmi məqalə və kitabın müəllifidir. 1994-2002-ci illərdə Naxçıvan Universitetində və Azərbaycan Dövlət Pedaqoji Universitetində işləmiş, 2003-ci ildən Sumqayıt Dövlət Universitetində Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti vəzifəsində işləmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il noyabrın 12-də verdiyi sərəncamla “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Cahangir Məmmədli
Məmmədli Cahangir Əbdüləli oğlu — Azərbaycanın tanınmış jurnalisti. BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri. == Həyatı == Məmmədli Cahangir Əbdüləli oğlu 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb. Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində çalışır. Filologiya elmləri doktoru, professorudur. İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir. 2004-cü ildə Bakı Dövlət Universitetində "İlin müəllimi" nominasiyasının qalibi olub.
Cavid Məmmədli
Cavid Natiq oğlu Məmmədli (16 yanvar 1999; Şirvan, Azərbaycan — 27 sentyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Cavid Məmmədli 16 yanvar 1999-cu ildə Şirvan şəhərində anadan olmuşdur. 2006-2015-ci illərdə Bəhruz Aslanov adına Şirvan şəhər 16 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi. Cavid Məmmədli 2020-ci il iyulun 1-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Cavid Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cavid Məmmədli 27 sentyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 4 oktyabr 2020-ci ildə Şirvan Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Məmmədli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Məmmədli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Məmmədli ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Məmmədli ​ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cavidan Məmmədli
Cavidan Valeh oğlu Məmmədli (20 sentyabr 1997, İmişli – 7 oktyabr 2020, Qaraxanbəyli, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavidan Məmmədli 20 sentyabr 1997-ci ildə İmişli şəhərində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Cavidan Məmmədli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 7 oktyabr 2020-ci ildə sonuncu dəfə ailəsi ilə əlaqə saxlayan Cavidan Məmmədli elə həmin gün Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Nəşi 13 fevral 2021-ci ildə İmişli rayonunun Şahverdili kənd qəbiristanlığında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Cavidan Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cavidan Məmmədli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cavidan Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəmil Məmmədli
Cəmil Məmmədli (28 iyul 1999, İsmayıllı rayonu – 15 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Respublikası Silahlı Qüvvələri Quru qoşunlarının əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmmədli Cəmil Habil oğlu 28 iyul 1999-cu ildə İsmayıllı rayonunda anadan olmuşdur. 2005–2016-cı illərdə Bakı şəhəri Səbail rayonu 163 saylı orta məktəbdə orta təhsil almış, 2016–2020-ci illərdə Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinin Materialşünaslıq fakültəsində ali təhsil almışdır. Təhsil aldığı dövrdə ictimai fəallığı və vətənə xüsusi sevgisi ilə həmişə seçilmişdir. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş məktəblər arası "Mahir nişançı" adlı güllə atıcılığı turnirində III yerə layiq görülmüşdür. == Hərbi xidməti == 2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra Cəmil hərbi xidmətə yollanır. Xidmətinin yeni başlamasına baxmayaraq sentyabrın 27-də Vətən Müharibəsi başlayan zaman könüllü olaraq onun ön cəbhəyə göndərilməsini xahiş edir. Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edir. "Əsgərlikdə olduğu zaman evlərinə zəng edib anası ilə danışanda böyük fəxarət hissi ilə, Milli Qəhraman Mübariz İbrahimovun istifadə etdiyi silahdan ona verildiyini demişdi." "Atıcılıq" — bu söz onun qəhrəmanlıq şücaətində də böyük rol oynadı. Oktyabr ayının 14-dən 15-ə keçən gecə Füzuli rayonunun Kürdlər kəndi istiqamətində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlmişdir.
Elbariz Məmmədli
Elbariz Məmmədli — şair, publisist. == Həyatı == Elbariz Məmmədli 1960-cı ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. "Azərbaycan dəmiryolçusu" qəzetinin müxbiridir. 1996-cı ildə publisistik fəaliyyətinə görə "Qızıl qələm" mükafatına layiq görülüb. "Durna harayı" adlı kitabı 1993-cü ildə, "Mən savaşa çağırıram" kitabı 2006-cı ildə, "Dünya iki rəngdədir" kitabı 2010-cu ildə çap olunub.Sonrakı illərdə Vasif Sülüymanla birgə yazdığı, dəmiryolçuların fəaliyyətindən bəhs edən "Məxmər yolların sirri" , " Bitməyən ömür karvanı" və "Mənim nağıllı dünyam" (2023) kitabları nəşr olunub.
Elməddin Məmmədli
Elməddin Ələddin oğlu Məmmədli — (26 aprel 1995; Göyşaban, Lənkəran rayonu, Azərbaycan- 24 oktyabr 2020, Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyat == İşğala son qoyan, bu zəfəri bizə yaşadan igidlərimizdən biri də Lənkəranın Göyşaban kəndindən olan şəhid əsgər Elməddin Məmmədlidir. Elməddin 26 aprel 1995-ci ildə Lənkəranda dünyaya göz açıb. Göyşaban kənd tam orta məktəbini 2012-ci ildə bitirib, həmçinin mədrəsədə ilahiyyat üzrə təhsil alıb. Ağır atletika idman növü ilə məşğul olub. Milli Ordunun tərkibində hərbi xidmət borcunu yerinə yetirib qayıtdıqdan sonra xırda ticarətlə məşğul olub, müxtəlif sahələrdə çalışmaqla ailəsinə kömək edib. == İkinci Qarabağ müharibəsində iştirakı == 2018-ci ildə Dövlət Dəniz Administrasiyasının növbə motorçusu təhsilini alıb. İkinci Qarabağ müharibəsi başladığı ilk günlərdə könüllü olaraq cəbhəyə yollanıb. Elməddin Məmmədlinin döyüş yolu Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıdan keçib. 24 oktyabr 2020-ci ildə cəsur döyüşçümüz Qubadlıda döyüş tapşırığını yerinə yetirərkən düşmənin endirdiyi minomyot zərbəsi nəticəsində şəhidlik zirvəsinə ucalıb.
Elnur Məmmədli
Elnur Məmmədli (29 iyun 1988, Bakı) — Azərbaycanlı cüdoçudur. 2008 Yay Olimpiya Oyunlarının qızıl medalçısı, 2 qat Avropa Çempionu, Əməkdar bədən tərbiyəsi və idman xadimi. == Həyatı == Elnur Məmmədli 29 iyun 1988-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2009-cu ildə Polis Akademiyasına daxil olmuşdur. 2008-ci il Yay Olimpiya Oyunlarından sonra Azərbaycan Respublikası Daxili İşlər naziri Ramil Usubov tərəfindən Elnur Məmmədliyə polis baş leytenantı rütbəsi vermişdir. == Ailəsi == Ailəlidir. Bir oğlu və iki qızı var. Oğlunun adı Emindir. Böyük qızının adı Arzudur. Arzu 2013-cü ilin 9 fevral tarixində anadan olmuşdur.Kiçik qızının Əzizədir.
Elxan Məmmədli
Elxan Hüseynqulu oğlu Məmmədli (1 yanvar 1946, Faxralı, Bolnisi rayonu) — filologiya elmləri namizədi, "Əməkdar mədəniyyət işçisi" (2008), Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü. == Həyatı == Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Borçalı mahalının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.1971-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə fəhləlikdən başlayan Elxan Məmmədli bir müddət pedaqoji fəaliyyətlə məşğul olduqdan sonra, 1976-1979-cu illərdə Pedaqoji Elmlər İnstitutunda elmi işçi işləmişdir. 1979-cu ildən etibarən müsabiqə yolu ilə Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul edilmişdir. 1994-cü ilə kimi Ədəbiyyat İnstitutunun Folklor şöbəsində çalışan E.Məmmədli böyük elmi işçi kimi həmin ildən Folklor Elmi-Mədəni Mərkəzinə köçürülmüşdür. 1998-ci ildə "Azərbaycan aşıq yaradıcılığında təcnis" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və filolodiya elmləri namizədi alimlik dərəcəsi almışdır.1999-cu ildən AMEA-nın Folklor İnstitutunda "Aşıq yaradıcılığı" şöbəsinin müdiridir. 1969-2009-cu illər ərzində Azərbaycan radio və televiziyasında "Bulaq", "Ustadnamə", "Sazın-sözün sehrində", "Gözəlləmə" və "Sarıtel" verilişlərinin müəllifi və aparıcısı olmuşdur. O, 1 monoqrafiya, 10-dan çox toplama-tərtib kitabını nəşr etdirmiş, 30-dan çox kitabın redaktoru, rəyçisi olmuşdur. 2008-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür. Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin və Azərbaycan Jurnalistlər birliyinin üzvüdür.
Famil Məmmədli
Famil Elman oğlu Məmmədli (15 oktyabr 1974; Abasxanlı, Ağsu rayonu, Azərbaycan SSR — 3 mart 2010; Tovuz rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı, şəhid. == Həyatı və hərbi xidməti == Famil Məmmədli 15 oktyabr 1974-cü ildə Ağsu rayonunun Abasxanlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Orta təhsilini 10-cu sinfə qədər Abasxanlı kənd orta məktəbində almış, sonra Ağsu şəhər internat məktəbində bitirmişdir. 1992-ci ildə orta məktəbi bitirərək Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə qəbul olmuşdur. Həmin il müsabiqə yolu ilə seçilərək İstanbul şəhərinə Hava Harp Okuluna təhsil almağa göndərilmişdir. 1996-cı ildə məktəbi bitirən Famil Azərbaycan Hərbi Hava Qüvvələrində xidmətə başlamışdır. Kürdəmirdə yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. 2008-ci ildə qüsursuz xidmətinə görə polkovnik-leytenant rütbəsinə yüksəlmişdir. Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantı Famil Məmmədli 3 mart 2010-cu ildə uçuşda olarkən təyyarəsində nasazlıq baş verir və təyyarənin Tovuz rayonunun Əyyublu kəndinin üzərinə düşmə təhlükəsi yaranır. Bu zaman Famil Məmmədli təyyarəni kənddən bir az kənara çıxarmağı bacarır.
Fazil Məmmədli
Fazil Razim oğlu Məmmədli (18 iyul 1998; Vurğun qəsəbəsi, Ağstafa rayonu – 12 oktyabr, 2020, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Fazil Məmmədli 1998-ci il iyulun 18-də Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. 2004–2015-ci illərdə H. Əzizov adına Vurğun qəsəbə tam orta məktəbində təhsil alıb․ Subay idi․ == Hərbi xidməti == Fazil Məmmədli 2016–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ilin aprel ayından Azərbaycan Silahlı Qüvvələrinin Qazax şəhərində yerləşən “N” saylı hərbi hissəsində Manqa komandiri kimi xidmət edirdi․ 2020-ci ildən snayperçi olaraq xüsusi qrupa daxil olmuşdu․ === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Fazil Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Fazil Məmmədli oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fazil Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fazil Məmmədli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fazil Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Firuzə Məmmədli
Firuzə Məmmədli (azərb. Firuzə Nurəddin qızı Məmmədli‎;) — Azərbaycan şairi, tərcüməçi, ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1983), filologiya elmləri namizədi (1980). == Həyatı == Firuzə Məmmədli 1940-cı il yanvarın 10-da Xaçmaz rayonunun Canaxır kəndində anadan olmuşdur. Orada Hülövlü kənd orta məktəbini gümüş medalla bitirəndən sonra 1963-cü ildə Quba şəhər tibb məktəbində təhsil almışdır. 1964-1968-ci illərdə APİ-nin dil və ədəbiyyat fakültəsini fərqləmə diplomu ilə başa vurmuşdur. == Əmək fəaliyyəti == Firuzə Məmmədli institutun Naxçıvan filialında, eyni zamanda Naxçıvan pedoqoji məktəbində çalışmışdır. 1970-ci ildə APİ-nin Azərbaycan dilçiliyi kafedrasına dəyişdirilmişdir. Həmin vaxtdan orada Azərbaycan dilini tədris edir. 1990-cı ildən müasir Azərbaycan dili kafedrasının dosentidir. "Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslublub xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Həsən Məmmədli
Həsən Qəhrəman oğlu Məmmədli (8 iyul 1995; Samux rayonu, Azərbaycan — 5 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsən Məmmədli 8 iyul 1995-ci ildə Samux rayonunda anadan olub. Subay idi. Orta məktəbdə müəllim işləyirdi. Atası Qəhrəman Məmmədov anası isə Sveta Məmmədovadır. Ailənin tək övladı idi. == Hərbi xidməti == Həsən Məmmədli 2013–2014-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Vətən Müharibəsi başladıqda isə o könüllü (Səfərbərlik) hərbi xidmətə yenidən çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Həsən Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Keçəl Məmmədli
Keçəl Məmmədli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Soltanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Kənan Məmmədli
Kənan Vəfadar oğlu Məmmədli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Məmmədli 30.05.2002-ci il tarixdə Qax rayonu, Tasmalı kəndində anadan olub. == Hərbi xidmətləri == Əsgər Kənan Məmmədli İkinci Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 30-unda Talış kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Murad Məmmədli
Məmmədli Murad Teymurşah oğlu (27 yanvar 1996, Biləcəri – noyabr 2020, Qarabağ) – İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 27 yanvar 1996-cı ildə Bakı şəhəri, Biləcəri qəsəbəsində anadan olmuşdur.İkinci Qarabağ müharibəsi başlayan ilk günlərdən könüllü olaraq ön cəbhəyə yollanmışdır. Döyüş yolu Füzuli-Qubadlı istiqamətində olmuşdur. == Təltifləri == AR prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli qərarı ilə Məmmədli Murad Teymurşah oğlu ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Mürşüd Məmmədli
Mürşüd Əsəd oğlu Məmmədli (5 may 1939, Kirovabad – 24 dekabr 2006, Bakı) — ictimai-siyasi fəal, Milli Azadlıq Hərəkatının aparıcı üzvlərindən biri, Ali Sovetin deputatı, istiqlalçı millət vəkili, 1991–1995-ci illərdə Milli Məclisin üzvü, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı. == Həyatı == Mürşüd Əsəd oğlu Məmmədli 5 may 1939-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1946–1956 ci illərdə Gəncə şəhər 2 saylı orta məktəbdə təhsil almışdır. 1956–1961-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Ədəbiyyat-tarix" fakültəsində təhsilini davam etdirmişdir. 1962–1964-cü illərdə hərbi xidmətdə olmuşdur. 1964–1973-cü illərdə Gəncə şəhər 18 saylı orta məktəbdə müəllim işləmişdir. 1972-ci ildə ailə həyatı qurmuş və bu izdivacından 3 övladı dünyaya gəlmişdir. 1973–1992-ci illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Universitetində müəllim, daha sonra dosent vəzifələrində çalışmışdır. 1981-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1988-ci ildə ölkəmizdə başlanan milli azadlıq hərəkatının öncüllərindən olmuşdur.
Məmmədli
Məmmədli — Azərbaycanda daha çox işlədilən soyad və təxəllüs. Şurəddin Məmmədli — filologiya elmləri doktoru, professor, ədəbiyyatşünas alim, jurnalist, şair, Nadir Məmmədli — Filologiya elmləri doktoru, professor (2004) Arif Məmmədli — müəllim, şair, jurnalist, "Laçın yurdu" jurnalının təsisçisi və baş redaktoru Qulam Məmmədli — publisist, teatrşünas, salnaməçi, İmir Məmmədli — şair, nasir, tərcüməçi, dramaturq, ictimai xadim, Cahangir Məmmədli — Jurnalist, kino redaktoru, filmlərdə iştirak edən. Elnur Məmmədli — Azərbaycan cüdoçusu. Elxan Məmmədli — filologiya elmləri namizədi, "Əməkdar mədəniyyət işçisi" (2008), İsmayıl Məmmədli — Azərbaycan filoloq-alimi, filologiya elmləri doktoru, professor, İlham Məmmədli — yazıçı-publisist, filоlоgiyа üzrə fəlsəfə dоktоruKəndlər Məmmədli (Abşeron) — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində kənd. Məmmədli (İmişli) — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Məmmədli (Bərdə) – Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Müşfiq Məmmədli
Müşfiq Məmmədli Fazil Oğlu (azərb. Müşfiq Məmmədli‎; 1 avqust 1972, Sumqayıt) — Azərbaycan Respublikasının Milli Məclisi VI çağırış deputatı. == Həyatı == Müşfiq Məmmədli 1972-ci il avqustun 1-də Sumqayıtda anadan olub. 1989-cu ildə Sumqayıt şəhər 25 saylı tam orta məktəbi bitirib. 1989-cu ildən 1990-cı ilə qədər 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) sanitar işləyib. 1990–1996-cı illər ərzində Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1996–1997-ci illərdə Sumqayıt şəhər Uşaq Xəstəxanasında internatura keçib, 1997–1999-cu illərdə isə qəbul şöbəsinin həkimi vəzifəsində çalışıb. 2000-ci ildə 3 il müddətində Türkiyənin İstanbul şəhərində təhsil alıb. 2004–2006-cı illər ərzində Tərtər bölgəsində N saylı hərbi hissənin tibb məntəqəsinin həkimi, sonra isə rəisi olub. 2006-cı ildən 2014-cü ilə qədər Təcili Tibbi yardım stansiyasının, daha sonra isə Sumqayıt Uşaq xəstəxanasının həkimi işləyib.
Məhəmməd Məmmədli
Məhəmməd Murad oğlu Məmmədli (22 avqust 1994; Mingəçevir, Azərbaycan — 2 oktyabr 2020; Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məhəmməd Məmmədli 1994-cü il avqustun 22-də Mingəçevir şəhərində anadan olub. 1997-ci ildə ailə Rusiyanın Volqoqrad şəhəri Srednyaya Axtuba qəsəbəsinə köçüb. Məhəmməd orta məktəbi burada oxuyub. 2005-ci ildə ailəsi Azərbaycana qayıdıb və Məhəmməd Mingəçevir şəhərində 18 nömrəli tam orta məktəbdə təhsilinə davam edib. 2006-cı ildə Mingəçevir şəhər Fəxrəddin Qasımov adına Uşaq İncəsənət məktəbinə daxil olur, 2011-ci ildə Uşaq İncəsənət məktəbinin tam kursunu Fortepiano ixtisası üzrə əla qiymətlərlə bitirib. 2012-ci ildə Mingəçevir şəhər 18 nömrəli tam orta məktəbdən məzun olmuşdur. Həmin il oktyabr ayının 12-də Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə çağırılmışdır. Məktəbi bitirdikdən sonra 2013-2015-ci illərdə hərbi xidmətdə olmuşdur. Ölümündən sonra ilk övladı dünyaya gəlmişdir.
Məmmədli (Abşeron)
Məmmədli, Məhəmmədi — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Məmmədlidə "Yanardağ" vardır. "Yanardağ"ın böyük turizm əhəmiyyəti vardır.
Elməddin Məmmədli (şəhid)
Elməddin Anar oğlu Məmmədli (10 avqust 2000, Velədi, Lənkəran rayonu – 3 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Məmmədli 2000-ci il avqust ayının 10-da Lənkəran rayonu Velədi kəndində dünyaya göz açıb. Ailədə 3 qardaş, 1 bacı olublar… == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elməddin Məmmədli Füzulinin azad edilməsində savaşıb. 3 oktyabr 2020-ci ildə Füzuli rayonunda şəhid olmuşdur. 24 oktyabr 2020-ci ildə Lənkəranda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Məmmədli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Elməddin Məmmədli (əsgər, 2000)
Elməddin Anar oğlu Məmmədli (10 avqust 2000, Velədi, Lənkəran rayonu – 3 oktyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elməddin Məmmədli 2000-ci il avqust ayının 10-da Lənkəran rayonu Velədi kəndində dünyaya göz açıb. Ailədə 3 qardaş, 1 bacı olublar… == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elməddin Məmmədli Füzulinin azad edilməsində savaşıb. 3 oktyabr 2020-ci ildə Füzuli rayonunda şəhid olmuşdur. 24 oktyabr 2020-ci ildə Lənkəranda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elməddin Məmmədli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Fazil Məmmədli (şəhid)
Fazil Razim oğlu Məmmədli (18 iyul 1998; Vurğun qəsəbəsi, Ağstafa rayonu – 12 oktyabr, 2020, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Fazil Məmmədli 1998-ci il iyulun 18-də Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. 2004–2015-ci illərdə H. Əzizov adına Vurğun qəsəbə tam orta məktəbində təhsil alıb․ Subay idi․ == Hərbi xidməti == Fazil Məmmədli 2016–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ilin aprel ayından Azərbaycan Silahlı Qüvvələrinin Qazax şəhərində yerləşən “N” saylı hərbi hissəsində Manqa komandiri kimi xidmət edirdi․ 2020-ci ildən snayperçi olaraq xüsusi qrupa daxil olmuşdu․ === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Fazil Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Fazil Məmmədli oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağstafa rayonunda dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fazil Məmmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fazil Məmmədli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fazil Məmmədli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Hacı Surxay Məmmədli
Hacı Surxay Məmmədli (tam adı: Surxay Məmməd oğlu Məmmədli) — azərbaycanlı ilahiyyatçı-din xadimi, ilahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi (2004—h.h.), Qafqaz Müsəlmanları İdarəsinin Dərbənd şəhəri üzrə səlahiyyətli nümayəndəsi (1997—2004). == Həyatı == Surxay Məmməd oğlu Məmmədli 5 may 1968-ci ildə Masallı rayonunun Sirəbil kəndində anadan olub.Orta təhsilini Sirəbildə almışdır. 1990-cı ildə Qafqaz İslam Universitetinə daxil olub və oxuduğu zamanda həmin universitetdə müəllim vəzifəsində çalışmışdır. Tələbəlik illərində Azərbaycan Müsəlman Gənclər Birliyinə sədrlik edib.1993-cü ildə Bakının Xətai rayonunun Əhmədli qəsəbəsinə axund təyin olunub. 1997-2004-cü illərdə Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində Qafqaz Musəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb. 2004-cü ildən İçərişəhər “Cümə” məscidinin axundu və eyni adlı dini icmanın rəhbəridir.2016-cı ildə Rusiyanın Təhsil və Elm Nazirliyinin Ali Attestasiya Komissiyasının qərarı əsasında ilahiyyat elmləri doktoru elmi dərəcəsi verilib.Ailəlidir, 2-si oğlan, 1-i qız, 3 övladı var. Azərbaycan, Ərəb, Fars, Rus və ingilis dillərini bilir. == Kitabları == "İslamda əxlaq" "İslam maarifində dünyaya münasibət" "Təsəvvüf" == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Hacı Surxay Məmmədli — Facebook səhifəsi Sabiq rəsmi saytı (az.) "Hacı Surxay Məmmədli şəhidlərimizə xütbə oxudu" ( (az.)). sia.az. 2014-08-08.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 25.49 dəfə / 1 mln.
2002 ••••••••• 20.56
2003 •••••• 14.57
2004 •••• 8.09
2005 •••• 8.77
2006 ••••••••• 19.60
2007 ••••••• 16.91
2008 ••••••••••• 26.07
2009 ••••••••• 20.00
2010 •••••••••••• 26.78
2011 ••••••••••••• 30.28
2012 •••••••••• 23.84
2013 ••••••••••• 25.97
2014 •••••••••• 23.68
2015 ••••••••• 20.75
2016 •••••••••• 23.95
2017 •••••••••• 23.09
2018 ••••••••••••• 29.52
2019 •••••••••••••••••••• 48.68
2020 •••••••••••• 27.98

"məmmədli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məmmədli nədir? #məmmədli sözünün mənası #məmmədli nə deməkdir? #məmmədli sözünün izahı #məmmədli sözünün yazılışı #məmmədli necə yazılır? #məmmədli sözünün düzgün yazılışı #məmmədli leksik mənası #məmmədli sözünün sinonimi #məmmədli sözünün yaxın mənalı sözlər #məmmədli sözünün əks mənası #məmmədli sözünün etimologiyası #məmmədli sözünün orfoqrafiyası #məmmədli rusca #məmmədli inglisça #məmmədli fransızca #məmmədli sözünün istifadəsi #sözlük