Məmmədov sözü azərbaycan dilində

Məmmədov

Yazılış

  • Məmmədov • 99.4548%
  • MƏMMƏDOV • 0.5361%
  • məmmədov • 0.0054%
  • MƏMMƏdov • 0.0018%
  • məMMƏdov • 0.0018%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gəray Məmmədov
Habil Məmmədov
Habil Məmmədov (tam adı: Habil Nurkişi oğlu Məmmədov) — Azərbaycan tarixçisi, Bakı Slavyan Universitetinin "Beynəlxalq münasibətlər kafedrası"nın professoru, tarix elmləri doktoru. == Həyatı və elmi fəaliyyəti == Məmmədov Habil Nurkişi oğlu 27 iyun 1966-cı ildə Azərbaycan Respublikası Kürdəmir rayonu Qaraqocalı kəndində anadan olmuşdur. 1973-1983-cü illərdə Köhnəbazar kənd orta məktəbində orta təhsil almışdır. 1984-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1991-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildə “Muğanın maddi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)” adlı namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Dissertasiya Muğan bölgəsinin tədqiqinə dair ilk tədqiqat işi hesab edilir. 1995-2003-cü illərdə Bakı Dövlət Universitetinin Azərbaycanşünaslıq ETL-də böyük elmi işçi vəzifəsində çalışmışdır. 2003-cü ildən Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, Avropaşünaslıq,hal-hazırda Beynəlxalq münasibətlər kafedrasının müdiri vəzifəsində çalışır.Universitetin ictimai, elmi və mədəni həyatında fəal iştirak edir. 2013-cü ildə “Azərbaycan Respublikası ilə Şərqi Avropa ölkələri arasında mədəni əlaqələr (1991-2008-ci illər) ” adlı (5502.01– “Ümumi tarix” ixtisası üzrə) elmlər doktorluğu dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Beynəlxalq konfranslarda, o cümlədən I və II Bakı Beynəlxalq Humanitar Forumlarının iştirakçısı olmuşdur.
Hacı Məmmədov
Hacı Məmmədov (tarzən) — Azərbaycan tarzəni. Hacı Məmmədov (cinayətkar) — Azərbaycanda cinayətkar qrupun başçısı.
Hacıbaba Məmmədov
Hacıbaba İsmayıl oğluMəmmədov — Akademik Milli Dram Teatrın direktor müavini, aktyor. == Həyatı == Hacıbaba İsmayıl oğlu Məmmədov 1 iyun 1964-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Xanağa kəndində anadan olmuşdur. 1982–1984-cü illərdə hərbi xidmətdə olub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun dram və kino aktyoru fakültəsinə daxil olub, 1989-cu ildə institutu bitirib. 1989–2000-ci illərdə "YUĞ" Teatrında aktyor, 2000–2002-ci illərdə Dövlət Pantomim Teatrında aktyor, 2003–2010-cu illərdə "Qanun" MMC-də mətbəə müdiri, 2010–2014-cü illərdə Bakı Uşaq Teatrında direktor müavini işləyib. 2014-cü ildən Akademik Milli Dram Teatrında əvvəlcə inzibatçı, 2016-cı ildən isə direktor müavini vəzifəsində çalışır.
Hacırəhim Məmmədov
Hacırəhim Səməd oğlu Məmmədov (1 yanvar 1948, Tetritskaro rayonu, Kvemo-Kartli – 11 dekabr 2003, Bakı) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının sabiq rəisi. == Həyatı == Hacırəhim Səməd oğlu Məmmədov 1948-ci il yanvarın 1-də Gürcüstan SSR-in Tetritskaro rayonunun Şıxlı kəndində anadan olmuşdur. 1966-cı ildə Marneuli şəhərindəki 98 saylı internat məktəbini bitirmişdir. Bir il Tbilisi şəhərində tikinti idarəsində işlədikdən sonra 1967-ci ildə Tbilisi Ali Hərbi Artilleriya Məktəbinə daxil olunmuşdur. 1970-ci ildə Tbilisi Ali Hərbi Artilleriya Məktəbini bitirdikdən sonra, xidmətini davam etdirmək üçün sabiq Almaniya Demokratik Respublikasında yerləşən SSRİ hərbi hissələrinin birinə xidmətə göndərilmişdir. == Fəaliyyəti == Hacırəhim Məmmədov 1970-1973-cü illərdə SSRİ qoşunlarının Almaniyadakı qrupunda taqım komandiri, 1973-1978-ci illərdə Prikarpat Hərbi Dairəsində batareya komandiri, 1975-1978-ci illərdə Prikarpat Hərbi Dairəsində böyük qüvvəli divizion qərargah rəisi olmuş, 1978-1981-ci illərdə Leninqrad Hərbi Artilleriya Akademiyasında təhsil almış, 1981-1982-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi, Xabarovsk vilayətində Artilleriya divizionu komandiri, 1982-1985-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi, Xabarovsk vilayətində Artilleriya alayının qərargah rəisi, 1986-1990-cı illərdə Uzaq Şərq Hərbi Dairəsi, Primorsk vilayətində Diviziyada artilleriya alayının komandiri, baş zabitlərin şərəf məhkəməsinin sədri, 1990-1992-ci illərdə Uzaq Şərq Hərbi Dairəsi, Xabarovsk vilayəti Uzaq Şərq Dairəsinin Tank əleyhinə artilleriya alayının komandiri vəzifələrini icra etmişdir. 1980-ci ildə mayor, 1984-cü ildə polkovnik-leytenant, 1989-cu ildə polkovnik rütbələrini almışdır. 1992-ci ildənAzərbaycan Respublikasının Müdafiə Nazirliyinin Artilleriya İdarəsinin Döyüş hazırlığı şö’bəsinin rəisi, Silahlı Qüvəllərin Artilleriya Komandanı vəzifəsində işləmiş, 1993-cü ildə Müdafiə Nazirliyinin hərbi kollegiyasının üzvü, Müdafiə Nazirliyinin baş zabitlərinin şərəf məhkəməsinin üzvü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təltiflər üzrə komissiyasının sədri olmuşdur. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə daxil olduğu ilk gündən etibarən (16 iyun 1992-ci il) Zəngilandan Qazaxadək, cəbhə boyu bütün döyüşlərdə iştirak etmiş, 21 mart 1994-cü ildə general-mayor rütbəsi verilmişdir. 1994-cü ilin oktyabr hadisələrində iştirakda ittiham edilərək 20 oktyabr 1994-cü ildən 30 dekabr 1997-ci ilədək həbsdə olmuş, lakin uzun yoxlamalardan sonra Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1997-ci il Fərmanı əsasında həbsdən azad olunmuşdur.
Hafiz Məmmədov
Hafiz Məmmədov (rəssam) — rəssam. Hafiz Məmmədov (sahibkar) — Bakı FK-nın prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, Baghlan Group FZCO-nun prezidenti.
Hikmət Məmmədov
Hikmət Baba oğlu Məmmədov (1966, Göllü, Amasiya rayonu) — Azərbaycan Milli Məclisinin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru (2008–2021), siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993), Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP-ın Mərkəzi Aparatı ilə Milli Məclisdə təmsil olunan deputat qrupu arasında əlaqələndirici. == Həyatı == Hikmət Baba oğlu Məmmədov 1966-cı ildə Ermənistan Respublikası Amasiya rayonunun Göllü kəndində, ziyalı ailəsində anadan olub. 1984–1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. == Siyasi fəaliyyət == 1993–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında təlimatçı, baş təlimatçı vəzifəsində çalışıb. 1999-cu ildə YAP-ın I qurultayında Partiyanın Siyasi Şurasına üzv seçilib. 1998–2008-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2008–2021-ci illərdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru olmuşdur. 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin və 9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının altıncı çağırış Milli Məclisinin deputatı seçilib. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. 2024-cü il oktyabrın 8-də Azərbaycan - Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Hilal Məmmədov
Hilal Məmmədov (28 avqust 1959, Təngərüd, Astara rayonu) — fizika-riyaziyyat elmləri namizədi; Azərbaycanda talış dilində nəşr edilən yeganə qəzetin — "Tolışi sədo" qəzetinin baş redaktoru; hüquq müdafiəçisi. == Həyatı == 1990-cı illərin əvvəllərində Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının sədri olmuşdur. Partiyanın fəaliyyəti qadağan edildikdən sonra Azərbaycanı tərk etmiş və 12 il Rusiyada yaşadıqdan sonra, 2005-ci ildə Azərbaycana qayıtmışdır. 2007-ci ildə "Tolışi Sədo" qəzetinin əvvəlki redaktoru Novruzəli Məmmədov həbs edildikdən sonra onun hüquqlarının müdafiəsi Komitəsini yaradır və ona rəhbərlik edir. Novruzəli Məmmədov həbsdə vəfat etdikdən sonra "Tolışi Sədo" qəzetinin baş redaktoru vəzifəsini həyata keçirmişdir. == Həbsi == 21 iyin 2012-ci ildə Hilal Məmmədov narkotik saxlama ittihamı ilə həbs edilib. İki həftə sonra ona əlavə olaraq dövlətə xəyanət və milli ədavət yayma ittihamları da irəli sürülüb. Beynəlxalq hüquq müdafiə təşkilatları, hüquq müdafiəçiləri və müdafiə tərəfi həbsin sifarişli olduğunu bildirirlər. Hilal Məmmədovun hüquqlarının müdafiəsi məqsədilə ictimai xadimlərn, hüquq müdafiəçilərin, hüquqşünasların və jurnalistlərin iştirakı ilə onun hüquqlarının müdafiəsi Komitəsi yaradılıb. Hilal Məmmədovun hüquqlarının müdafiəsi məqsədilə Moskvada, Kişinyovda, Berlində, Haaqada, Bakıda etiraz aksiyaları keçirilmişdir.
Hüseyn Məmmədov
Hüseyn Məmmədov (əmək qəhrəmanı) — qoyunçu, Sosialist Əməyi Qəhrəmanı
Hüseynbala Məmmədov
Hüseynbala Məmmədov (iqtisadçı) — Azərbaycanın əməkdar iqtisadçısı
Həmid Məmmədov
Həmid Cəfər oğlu Məmmədov (3 may 1923, Xok, Naxçıvan MSSR – 21 may 1997, Xok, Naxçıvan Muxtar Respublikası) — tütünçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1951), Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Həmid Məmmədov 3 may 1923-cü ildə Naxçıvan MSSR-in (indiki Kəngərli rayonu) Xok kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1941-ci ildə İliç rayonu Əzizbəyov adına sovxozda başlamış, 1977-ci ilə qədər bu soxozda manqabaşçısı, ferma müdiri və briqadir olmuşdur. 1977-ci ildən isə həmin sovxozda sanitar-texnik vəzifəsində işləmişdir. 1951-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 14 mart 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Həmid Məmmədov 21 may 1997-ci ildə Şərur rayonunda vəfat etmişdir.
Məmmədov
Məmmədov — geniş yayılmış Azərbaycanlı soyadı. Bu soyadı olan tanınmış şəxslər === A === Alim Məmmədov (d. 1950) — Azərbaycan aktyoru. Arif Məmmədov Arif Məmmədov (arxeoloq) (d. 1961) — arxeoloq. Arif Məmmədov (diplomat) (d. 1964) — dövlət xadimi. Arif Məmmədov (nazir) (1929–1989) — Azərbaycan SSR Ət-süd sənayesi naziri (1971–1985). Aydın Məmmədov Aydın Məmmədov (filoloq) (1944–1991) — Dilçi, türkoloq, tənqidçi, siyasətçi. Aydın Məmmədov (iqtisadçı) (1941–2001) — Azərbaycan iqtisadçısı, AMEA-nın müxbir üzvü (2001).
Havar Məmmədov
Havar Əmir oğlu Məmmədov (9 oktyabr 1945, Qızılkənd, İmişli rayonu) — Bakı Mühəndislik Universitetinin rektoru (2017–2023), İxtisaslaşdırılmış D02.031 dissertasiya şurasının sədri, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2015), Rusiya Mühəndislik Akademiyasının həqiqi üzvü (2001), Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (2001), Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü və vitse-prezidenti, Beynəlxalq Şərq Neft Akademiyasının müxbir üzvü. Xəzəryanı dövlətlərin Universitetləri Assosiasiyasının prezidenti (2003–2004). Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti senatının fəxri üzvü, Bolqarıstanın Varna Texniki Universitetin fəxri doktoru, Rusiyanın Astarxan və Rostov Texniki Universitetlərinin fəxri professoru, Ukraynanın Odessa Rabitə və İnformasiya Texnologiyaları Universitetinin fəxri doktoru, Gürcüstan Texniki Universitetinin fəxri doktoru. == Elmi fəaliyyəti == Texnika elmlər doktoru, professor Məmmədov Havar Əmir oğlu 1968-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası" fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və "Avtomatika və telemexanika" ixtisasına yiyələnmişdir. Ali məktəbdə oxuduğu müddətdə əla təhsilinə və ictimai işlərdə fəal iştirakına görə Lenin təqaüdünə layiq görülmüşdür. 1968–1970-ci illərdə o, AzPİ-nin "Avtomatika və telemexanika" kafedrasında assistent vəzifəsində çalışmış, 1970–1974-cü illərdə həmin institutun əyani şöbəsinin aspirantı olmuşdur. 1970–1971-ci illərdə ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra o, aspiranturada təhsilini davam etdirmişdir. 1974–1984-cü illərdə AzPİ-nin "İstehsalat proseslərinin avtomatlaşdırılması və hesablama texnikası" kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində uğurla çalışmışdır. H. Ə. Məmmədov institutun ictimai həyatında fəal iştirak etmişdir. O, 1973–1975-ci illərdə AzPİ-nin Komsomol Komitəsi katibinin müavini, 1980–1983-cü illərdə Partiya Komitəsi katibinin müavini, 1983–1984-cü illərdə isə institutun Partiya Komitəsinin katibi olmuşdur.
Kamal Məmmədov
Kamil Məmmədov
Kamil Məmmədov (dövlət xadimi) (d. 1931) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, yeyinti sənayesi naziri (1972–1985), Azərbaycan SSR Ali Sovetinin deputatı. Kamil Məmmədov (hərbçi) (d. 1942) — General.
Kamran Məmmədov
Kamran Dadaş oğlu Məmmədov (21 dekabr 1922, Şuşa, Şuşa qəzası – 6 aprel 1989, Bakı) — filologiya elmləri doktoru, professor. == Həyatı == Kamran Dadaş oğlu Məmmədov 21 dekabr 1922-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbin yeddiillik sinfini bitirdikdən sonra, 1936-1938-ci illərdə Bakı Pedaqoji Texnikomunda təhsil almışdır. O, təhsilini Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində davam etdirmişdir. Kamran Məmmədov 1938-1941 illərdə bu ali məktəb ocağında oxumuşdur. O, 1941-1942 illərdə II Dünya Müharibəsində iştirak etdiyi üçün təhsilini yarımçıq qoymağa məcbur olmuş, 1943-cü ildə ağır yaralandıqdan sonra hərbi qospitalda müalicə almışdır. Daha sonra Kamran Məmmədov 1943-1945 illərdə ali təhsilini Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) başa vurmuşdur. Kamran Məmmədov 1944-1945 illərdə Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində ədəbi redaktor, 1945-1947 illərdə Uşaqgəncnəşrdə şöbə müdiri, 1945-1951 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA Nizami adına Ədəbiyyat İnstitutu) Dil və Ədəbiyyat İnstitutunda aspirant, elmi işçi işləmişdir. Kamran Məmmədov eyni zamanda 1948-1952 illərdə Pedaqoji Xarici Dillər İnstitutunda baş müəllim işləmişdir. Kamran Məmmədov Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunda (indiki AMEA Nizami adına Ədəbiyyat İnstitutu) bir müddət baş elmi işçi vəzifəsində çalışdıqdan sonra, 1961-1986 illərdə "XX əsr Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Kazım Məmmədov
Kazım Məmmədov (aktyor)
Köçəri Məmmədov
Köçəri Əsgər oğlu Məmmədov (16 oktyabr 1946, Düzrəsullu, Gədəbəy rayonu – 26 may 2008, Bakı) — Azərbaycan operatoru. == Həyatı == Köçəri Əsgər oğlu Məmmədov 16 oktyabr 1946-cı ildə Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini, sonradan Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun nəzdində ixtisas artırma kurslarını bitirib. Həcc ziyarətində olmuşdur. Hacı Köçəri Məmmədov 26 may 2008-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == 1969-cu ildən 2008-ci ilədək "Azərbaycanfilm" kinostudiyasında işləyib. Sənədli və xronikal filmlərin operatorudur. 50-dən çox filmin heyətində çalışmışdır. == Filmoqrafiya == Operator assistenti kimi Aşıq Ələsgər (film, 1972)(qısametrajlı sənədli film) Operator kimi Çətin yol (film, 1975)(qısametrajlı sənədli film) Yay günləri (film, 1977)(qısametrajlı sənədli film) Ali neft, qaz və neft-kimya təhsili (film, 1978)(qısametrajlı sənədli film) Ukraynada Azərbaycan mədəniyyəti günləri (film, 1978)(qısametrajlı sənədli film) Futbol, futbol... (film, 1979)(qısametrajlı sənədli film) Gənclərin 50 yaşlı teatrı (film, 1979)(qısametrajlı sənədli film) Anda sədaqət (film, 1980)(qısametrajlı sənədli film) Azərbaycanın əkilən otlaqları (film, 1980)(qısametrajlı sənədli film) Dostluq körpüləri (film, 1980)(qısametrajlı sənədli film) Xaqani (film, 1980)(qısametrajlı sənədli film) Bakıda "Mosfilm" günləri (film, 1981)(qısametrajlı sənədli film) Heyvandarlıq zərbəçi cəbhədir (film, 1981)(qısametrajlı sənədli film) Salam, İordaniya (film, 1981)(qısametrajlı sənədli film) Təsərrüfatlararası birlik (film, 1981)(qısametrajlı sənədli film) Ürək yaddaşı (film, 1981)(qısametrajlı sənədli film) Ev dirəyi-el dirəyi (film, 1982)(qısametrajlı sənədli film) Poeziya bayramı (film, 1982)(qısametrajlı sənədli film) Aşıqlar (film, 1983)(qısametrajlı sənədli film) Azərbaycan kauçuku (film, 1983)(qısametrajlı sənədli film) Saatlı eksperimenti (film, 1983)(qısametrajlı sənədli film) Söz sizindir, şəriklər (film, 1983)(qısametrajlı sənədli film) Zireh qalalar (film, 1983)(qısametrajlı sənədli film) Ulu diyar (film, 1984)(qısametrajlı sənədli film) Qurultaydan qurultaya (film, 1985)(qısametrajlı sənədli film) Yürüşün sonu varmı?
Kərəm Məmmədov
Məmmədov Kərəm Hətəm oğlu (22 fevral 1965, Gəyliyən, Dmanisi rayonu – 10 iyun 2023, Bakı) — Azərbaycan tarixçisi, etnoqraf, tarix elmləri namizədi, BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar müəllimi (2019). == Həyatı == Kərəm Məmmədov 1965-ci il fevral ayının 22-də Dmanisi rayonunun (1947-ci ilə qədər Başkeçid) Gəyliyən kəndində anadan olmuşdur. 1982-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə qəbul olunmuşdur. 1983–1985-ci illərdə Əfqanıstan Respublikasında hərbi xidmətdə olmuş, əsgərlikdən qayıtdıqdan sonra təhsilini Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində davam etdirmişdir. 1987-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin tarix fakültəsinə (indiki Sankt-Peterburq Universiteti) göndərilmişdir. 1990-cı ildə Leninqrad Dövlət Universitetində tarix fakültəsinin "Antropologiya və Etnoqrafiya" ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, işlə təmin olunmaq üçün Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyinin sərəncamına göndərilmişdir. 1991–1993-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin "Azərbaycanın qədim dövr və orta əsrlər tarixi" kafedrasında baş laborant vəzifəsində çalışmış, 1993–1996-cı illərdə əyani aspiranturada təhsil almışdır. 1995-ci ildən Bakı Dövlət Universitetinin tarix fakültəsində çalışır, Azərbaycan və rus bölmələrində "Antropologiya", "Qafqaz xalqlarının antropologiyası", "Qafqaz xalqlarının etnoqrafiyası", "Etnoqrafiya", "Ermənilərin tarixi", "Gürcüstan tarixi", "Antropometriya" fənlərini tədris edir. "Antropologiyanın əsasları" və "Qafqaz xalqlarının etnoqrafiyası" dərsliklərinin müəllifidir. 1996-cı ildə "İslamaqədərki Azərbaycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Lətif Məmmədov
Maarif Məmmədov
Məmmədov Maarif Adil oğlu (28 sentyabr 1960, Mərdəkan – 26 may 2015) — Azərbaycanlı yazıçısı, ssenarist, dramaturq. == Həyat == Maarif Məmmədov 28 sentyabr 1960-cı ildə Bakının Mərdəkan qəsəbəsində dünyaya gəlib. Orta təhsilini H. Z. Tağıyev adına 123 nömrəli tam orta məktəbdə alıb. 1978–1980-ci illərdə hərbi qulluqda olub. Hərbi xidməti bitirdikdən sonra M. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsinə qəbul olunub. Maarif Məmmədovun Universitetdə müəllimi Aydın Talıbzadə, teatrı sevdirən və həyat müəllimi isə Rəhman Əlizadə olub. 8 yaşından Nizami adına Mədəniyyət Mərkəzində "Mərdəkan" xalq teatrının tamaşalarında rol alan Maarif Məmmədov, sonradan Nizami adına Mədəniyyət Mərkəzinə direktor vəzifəsinə təyin olunub. 1992-ci ildən Azərbaycan Dövlət Televiziyasında böyük redaktor və rejissor vəzifələrində işləyib. Bir çox kiçik sujetlər və Tammetrajlı filmlər çəkib son illərdə Azərbaycan Dövlət Televiziyasının qızıl fondunda 3 filmi yer alıb. Maarif Məmmədovun müəllifi olduğu filmlərə nümunə olaraq "Nə bilək vallah", "Qara pişik", "Sovqat", "Qaz", "Qeyri Adi Müştərilər", "Əsas Adam" və digərlərini, tamaşalara isə "Matəm marşı", "Sovqat", "Əcnəbi atası", "Yolunu azmış sərnişinlər", "Zorən dəli", Əziz Nesinin hekayəsi əsasında yazılmış "Ölmüş eşşəyin məktubları", "Adamı zorla dəli edərlər" və başqalarını göstərmək olar.
Mahir Məmmədov
Mahmud Məmmədov
Mahmud Tağı oğlu Məmmədov (sentyabr 1909, Aşağı Quşçu, Qazax qəzası – 1964) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1958–1960), Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini, Azərbaycan Politexnik İnstitutunun ilk direktoru (1950–1954). == Həyatı == Mahmud Tağı oğlu Məmmədov 1909-cu ildə hazırkı Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuşdur. 1924-cü ildə Qazax şəhərindəki pedaqoji texnikuma daxil olmuş, oranı bitirdikdən sonra Pambıqçılıq İnstitutunda oxumuş, 1933-cü ildə institutun mexanikləşdirmə fakültəsini bitirmişdir. Mahmud Məmmədov əmək fəaliyyətinə 1928-ci ildə başlamış, Tovuzda kəndli gənclər məktəbində, fabrik-zavod şagirdliyi məktəblərində, şoferlər məktəbində dərs demişdir. 1933–1937-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun traktor və avtomobil kafedrasında assistent işləmiş, iki il baş müəllim olmuş və kafedra müdirini əvəz etmiş, institutun fakültə dekanı vəzifəsində çalışmışdır. Texnika elmləri namizədi elmi dərəcəsini almışdır. 1943–1950-ci illərdə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin müavini işləyən Mahmud Məmmədov 1950-ci ildən 1954-cü ilin sentyabr ayına qədər Azərbaycan Politexnik İnstitutunun direktoru olmuşdur. Sonra isə Azərbaycan SSR kənd təsərrüfatı nazirinin birinci müavini vəzifəsində çalışmışdır. 1955-ci ilin aprel ayında Mahmud Məmmədov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təsdiq edilərək iki il yarımdan artıq bu vəzifədə işləmişdir. 1958-ci ilin yanvar ayında isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir.
Maqsud Məmmədov
Maqsud Davud oğlu Məmmədov (d. 1929) — balet artisti, baletmeyster, Azərbaycan SSR xalq artisti (1970). Maqsud Fazil oğlu Məmmədov (d. 1969) — aktyor, qrim rəssamı. Maqsud Məmməd oğlu Məmmədov (1897–1938) — dövlət xadimi, Azərbaycan SSR xalq maarif komissarı, Azərbaycan Dövlət Universitetinin rektoru.
Mirkazım Məmmədov
Mirkazım Məmmədov (6 dekabr 1911, Ramana, Bakı qəzası – sentyabr 1996, Bakı) — neftçi-geoloq alim, Əməkdar mühəndis, Lenin mükafatı laureatı, fəxri neftçi, geologiya-minerologiya elmləri namizədi (1967). == Həyatı == Mirkazım Mirəhəd oğlu Məmmədov 1911-ci il dekabr ayının 6-da Bakının Ramana qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji kəşfiyyat fakültəsinə daxil olub. 1936-cı ildə həmin universiteti bitirərək neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə mühəndis-geoloq ixtisasına yiyələnib. == Əmək fəaliyyəti == Mirkazım Məmmədov əmək fəaliyyətinə "Əzizbəyovneft" idarəsində başlayıb. O, trestin kəşfiyyat bürosunda texnik-geoloq, mühəndis-geoloq, neft ustası, trest rəisinin sənaye üzrə müavini, istismar üzrə baş geoloq vəzifələrini icra edib. Mirkazım Məmmədov 1946-cı ildə "Kirovabadneft" trestinə, sonra "Azneft" İstehsalat Birliyinə baş geoloqun müavini təyin olunub. 1953-cü ildən 1959-cu ilin dekabrına kimi keçmiş Azərbaycan SSR Neft Sənayesi Nazirliyində əvvəlcə Geoloji İdarədə neft yataqlarının işlənib hazırlanması şöbəsinin rəisi, sonra isə Geoloji İdarənin rəis müavini olub. O, 1960-cı ilin fevralından "Lenin" ordenli "Azneft" İstehsalat Birliyinə baş geoloqun müavini təyin edilib. Mirkazım Məmmədov 1965-ci ilin noyabrında Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyində Geologiya Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Hacı Məmmədov (cinayətkar)
Hacı Teymur oğlu Məmmədov (1951 – 3 dekabr 2017, Xəzər rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı və kriminal dəstə başçısı. == Həyatı == Hacı Məmmədov Daxili İşlər Nazirliyi sistemində 1977-ci ildən işləməyə başlayıb. O, 1995-ci ildə DİN-də Baş Cinayət Axtarış İdarəsində əmlak cinayətkarlığına qarşı mübarizə şöbəsinin əməliyyat müvəkkili, sonradan isə baş əməliyyat müvəkkili təyin edilib. O, Qusarda yerləşən "Qarabulaq" istirahət mərkəzinin qeyri-rəsmi sahibi olub. === Cinayətkar illəri === Hacı Məmmədovun özünə dəstə yaradaraq müxtəlif vəzifəli adamları oğurlayıb onlardan külli-miqdarda pul tələb edilməsi, onlarla adamın qətlə yetirilməsində ittiham olunur. O, Azərbaycan Respublikasının ilk hərbi prokuroru Rövşən Əliyevin və "Qara Polkovnik" kimi tanınan Fətulla Hüseynovun qətlində ittiham olunur. Onun dəstəsi 2005-ci ildə Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanı getdiyi qadın salonundan çıxarkən oğurlayıb. Məhz bu hadisədən sonra Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi "Qara Kəmər" əməliyyatı ilə həbs edilmişdir. === Məhkəmə prosesi və MTN-nin istintaq təcridxanasında saxlanılması === Məhkəmə ifadəsində Hacı Məmmədov ona qarşı irəli sürülən ittihamların bəzilərini qəbul etmişdi. 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Adam oğurluğu və qətllərdə təqsirləndirilmış Hacı Məmmədova qarşı ümumilikdə 80-ə qədər maddə ilə ittiham irəli sürülüb və onun barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılmışdı.
Hacı Məmmədov (tarzən)
Hacı Məmməd oğlu Məmmədov (28 aprel 1920, Şamaxı – 2 avqust 1981, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR xalq artisti (1963), Azərbaycan Tibb İnstitutunun müəllimi. == Həyatı == Hacı Məmmədov 1920-ci il aprelin 28-də Şamaxı şəhərində anadan olmuşdur. 1943–1948-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır. 1949-cu ildən 1970-ci ilə qədər həkim-cərrah kimi fəaliyyət göstərmişdir. 1930–1948-ci illərdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrində işləmiş, 1949-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. Hacı Məmmədov rus və Qərbi Avropa müəlliflərinin klassik əsərlərinin tarda ilk ifaçısı olub. Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov kimi müğənniləri müşayiət etmiş, Belçika, Polşa, Macarıstan, İran, Suriya, Əlcəzair və digər ölkələrdə qastrol səfərlərində olmuşdur. Hacı Məmmədov 1981-ci il avqustun 2-də Bakıda vəfat etmişdir. == Mükafatları == "Azərbaycan SSR xalq artisti" fəxri adı — 18 may 1963 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 sentyabr 1954 "Şərəf nişanı" ordeni — 9 iyun 1959 Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı — 25 aprel 1980 == İstinadlar == == Ədəbiyyat == Həsənova, Şəhla. Hacı Məmmədov.
Hacı Əli Məmmədov
Əli Abdulla oğlu Məmmədov (8 iyul 1947, Daşkənd, Basarkeçər rayonu) — Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin baş direktoru (1997 – 2021); Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyasının üzvü; Azərbaycan Respublikasının əməkdar mühəndisi (2010). == Həyatı == Əli Məmmədov 8 iyul 1947-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmuşdur. 1965-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbini bitirib. 1965-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun hidromeliorasiya fakültəsinin "Hidroelektrostansiyalar və çay qurğularının inşaatı" şöbəsinə daxil olub, 1970-ci ildə həmin fakültəni əla qiymətlərlə bitirərək "mühəndis-hidrotexnik" ixtisası almışdır. 1970-ci ildə institutu bitirdikdən sonra SSRİ Energetika Nazirliyinin "Azərenerjitikinti" Tresti Sərsəng TQİ-də mühəndis, böyük mühəndis, sahə rəisi və istehsal-texniki şöbənin rəisi vəzifələrində işləmişdir. Ə. A. Məmmədov 1977–1983-cü illərdə Şəmkir SES TQİ-də istehsalat şöbəsinin rəisi və Şəmkir SES TQİ-nin rəis müavini vəzifəsində işləmişdir. 1983-cü ildən 1986-cı ilə kimi Yenikənd SES TQİ-nin rəisi vəzifəsində işləmişdir. 1986–1989-cu illərdə "Azərenerjitikinti" Trestində layihə-smeta şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 1989–1993-cü illərdə "Azərenerjitikinti" Trestinin rəis müavini vəzifəsində işləmişdir. 1993-cü ildə SSRİ-İran dövlətlərinin müştərək tikdiyi Xudafərin və Qız-Qalası hidrokompleksi layihəsinin SSRİ tərəfindən direktoru işləmişdir.
Hafiz Məmmədov (rəssam)
Hafiz Məmməd oğlu Məmmədov (1921, Sabunçu, Bakı qəzası – 1995, Bakı) — rəssam; əməkdar incəsənət xadimi. == Həyatı və fəaliyyəti == Hafiz Məmmədov 1921-ci ildə Bakının Sabunçu qəsəbəsində anadan olmuşdur. O, 1941-ci ildə Bakı Rəssamlıq Akademiyasını bitirmiş, məzunu olduğu məktəbdə müəllimlik fəaliyyətinə başlamışdır. Onun "Kəşfiyyatda" adlı ilk əsəri ilk dəfə 1941-ci ildə respublika sərgisində nümayiş olunmuşdur. Hafiz Məmmədov İkinci dünya müharibəsində iştirak etmiş, Stalinqraddan Berlinədək şərəfli döyüş yolu keçmişdir. O, 1946–1952 illərdə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunda təhsil almışdır. Hafiz Məmmədov pedaqoji fəaliyyətlə məşğul olmuş, davamçılarını yetirmişdir. Hafiz Məmmədov respublika və beynəlxalq səviyyəli sərgilərdə iştirak etmişdir. O, 1959–1973 illər ərzində Misir, Sudan, Livan, İraq, Suriya, Mərakeş, Əlcəzair, Tunis, Macarıstan, Rumıniya və digər ölkələrdə keçirilən sərgilərdə Azərbaycan incəsənətini layiqincə təmsil etmişdir. Hafiz Məmmədovun vəfatından sonra ilk sərgisi 1996-cı ildə keçirilmişdir.
Hafiz Məmmədov (sahibkar)
Hafiz Məcid oğlu Məmmədov (2 dekabr 1964, Naxçıvan) — "Bakı" futbol klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü, Baghlan Group FZCO-nun prezidenti. == Həyatı == 2 dekabr 1964-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1981-ci ildə Naxçıvan şəhəri 3 saylı orta məktəbini, 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu mühasib ixtisası ilə bitirmişdir. Rus və ingilis dillərində sərbəst danışır. Ailəlidir 3 övladı var. == Fəliyyəti == 1985–1986-cı illərdə Azərbaycan SSR Yeyinti Sənayesi Nazirliyinin Sabunçu rayon şöbəsində mühasib vəzifəsində çalışmışdır. 1987–1988-ci illərdə Naxçıvan MR-nın Yeyinti Sənaye Nazirliyində iqtisadçı vəzifəsində işləmişdir. 1988–1992-ci illərdə Naxçıvan MR-nın Naxçıvan şəhərində Əmanətbank filialının kredit şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1992–1995-ci illərdə "Sənan" kiçik müəssisəsində baş menecer, 1995–97-ci illərdə "Alfa plyus" Kommersiya Təşkilatında baş menecer, 1998-ci illərdə "Baghlan Traiding" şirkətinin direktorlar şurasının sədri vəzifələrində işləmişdir. 2001-ci ildən "Baghlan General Traiding" MMC- də baş menecer vəzifəsində fəaliyyətə başlamışdır.
Hikmət Məmmədov (əsgər)
Hüseyn Məmmədov (Qurbаn оğlu)
Hüseyn Məmmədov (15 may 1900, Dırnıs, Ordubad rayonu – 24 noyabr 1970, Bakı) — dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == Hüseyn Məmmədov gəncliyində Bakı neft mədənlərində fəhləlik etmişdir. Bakıda hərbi siyasi məktəbi bitirdikdən sonra 1925-ci ilədək orduda siyasi rəhbər işləmişdir. Hüseyn Məmmədov 1920-ci ildə Kommunist Partiyasına üzv olmuş, 1930-cu ildən Qonaqkənd rayonu, 1934–1936-cı illərdə isə Masallı və Kürdəmir rayon MTS-lərində çalışmışdır. 1936–1938-ci illərdə Kürdəmir, sonra isə Qaryagin rayonu partiya komitəsinin katibi olmuşdur. 1938–1943-cü illərdə Azərbaycan SSR Xalq toxuculuq komissarının müavini olmuşdur. 1943–1951-ci illərdə Ağsu Rayon Partiya Komitəsinin katibi olmuşdur. 1951–1953-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 2-ci katibi, 1952–1963-cü illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur. Hüseyn Məmmədov 1947-ci ildə Ağsu rayonu üzrə planların yerinə yetirilməsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin (4-cü çağırış), Azərbaycan SSR Ali Sovetinin (1–6-cı çağırış) deputatı olmuş, dəfələrlə Azərbaycan KP MK üzvü seçilmişdir.
Hüseyn Məmmədov (professor)
Hüseyn Məmmədov (d. 02 iyun 1974, Şərur rayonu, Azərbaycan SSR) — Bakı Dövlət Universitetinin Fiziki elektronika kafedrasının professoru, fizika üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru. == Həyatı == Hüseyn Mikayıl oğlu Məmmədov 02 iyun 1974-cü ildə Azərbaycanın Şərur rayonunda dünyaya göz açmışdır. Ailəlidir. Üç övladı var. == Təhsili == 1996-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin məzunu olmuşdur. 1996–1999-cu illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasının aspiranturasında təhsil alıb. 2000-ci ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 2017-ci ildə isə fizika üzrə elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. 2020-ci ildən Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasının professorudur. == Elmi və pedaqoji fəaliyyəti == 2000–2006-cı illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasının assistenti, 2006–2016-cı illərdə həmin kafedranın dosenti, 2016–2019-cu illərdə BDU-nun Fizika fakültəsinin dekan müavini, 2019–2020-ci illərdə Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışıb.
Hüseyn Məmmədov (siyasətçi)
Hüseyn Məmmədov (əmək qəhrəmanı) — qoyunçu, Sosialist Əməyi Qəhrəmanı
Hüseyn Məmmədov (siyasətçi, 1875)
Hüseyn (Söyün) Gülməmməd oğlu Məmmədov (gürc. ჰუსეინ გიულმამედ ოღლუ მამედოვი, 1875, Yormuğanlı – ən tezi 1921) — Azərbaycan əsilli gürcü siyasətçi, Hümmət Partiyasının həmtəsisçisi, Gürcüstan Müəssislər Məclisinin üzvü (1919–1921). == Həyatı == 1875-ci ildə Muğanlı kəndində anadan olub. Milliyətcə azərbaycanlıdır. 1899-cu ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü olmuşdur. 1904-cü ildə Hümmət Sosial-Demokrat Müsəlman Partiyasının təsisçilərindən biri olub. 12 mart 1919-cu ildə Gürcüstan Sosial Demokrat Partiyasının siyahısı üzrə Gürcüstan Müəssislər Məclisinə üzv seçilmişdir. 1919-cu ilin martında Georgi Ancaparidze, Samson Pirsxalava və Pyotr Surquladzeylə birlikdə Ahalsıx üsyanın səbəblərinin araşdırılması üçün yaradılmış xüsusi komissiyaya seçilmişdi. Məmmədov gürcü dilini sərbəst bilirdi və mənsub olduğu bölgənin müəyyən problemləri ilə bağlı gürcüdilli dövri mətbuatda vaxtaşırı məqalələrlə çıxışlar edirdi. 1921-ci ildə, Qızıl Ordunun Gürcüstanı işğal etməsindən sonra Gürcüstanda qalıb.
Hüseyn Məmmədov (siyasətçi, 1900)
Hüseyn Məmmədov (15 may 1900, Dırnıs, Ordubad rayonu – 24 noyabr 1970, Bakı) — dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == Hüseyn Məmmədov gəncliyində Bakı neft mədənlərində fəhləlik etmişdir. Bakıda hərbi siyasi məktəbi bitirdikdən sonra 1925-ci ilədək orduda siyasi rəhbər işləmişdir. Hüseyn Məmmədov 1920-ci ildə Kommunist Partiyasına üzv olmuş, 1930-cu ildən Qonaqkənd rayonu, 1934–1936-cı illərdə isə Masallı və Kürdəmir rayon MTS-lərində çalışmışdır. 1936–1938-ci illərdə Kürdəmir, sonra isə Qaryagin rayonu partiya komitəsinin katibi olmuşdur. 1938–1943-cü illərdə Azərbaycan SSR Xalq toxuculuq komissarının müavini olmuşdur. 1943–1951-ci illərdə Ağsu Rayon Partiya Komitəsinin katibi olmuşdur. 1951–1953-cü illərdə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin 2-ci katibi, 1952–1963-cü illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini olmuşdur. Hüseyn Məmmədov 1947-ci ildə Ağsu rayonu üzrə planların yerinə yetirilməsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin (4-cü çağırış), Azərbaycan SSR Ali Sovetinin (1–6-cı çağırış) deputatı olmuş, dəfələrlə Azərbaycan KP MK üzvü seçilmişdir.
Hüseyn Məmmədov (əmək qəhrəmanı)
Hüseyn Abdulla oğlu Məmmədov (15 may 1906 — 31 may 1972) — qoyunçu, Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Hüseyn Məmmədov 15 may 1906-cı ildə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının (indiki Şərur rayonu) Şahtaxtı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1934-cü ildə Kalinin adına kolxozda başlamış, 1972-ci ilə qədər bu kolxozda zootexnik, ferma müdiri və s. vəzifələrdə işləmişdir. 1948-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 24 iyun 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Hüseyn Məmmədov 31 may 1972-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir.
Hüseynbala Məmmədov (iqtisadçı)
Məmmədov Hüseynbala Məmmədrəfi oğlu (25 aprel 1922, Qala, Bakı qəzası – 1 avqust 1999) — Azərbaycanın əməkdar iqtisadçısı. == Həyatı == 25 aprel 1922-ci ildə Bakı şəhərinin Qala kəndində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 156 saylı tam orta məktəbdə almışdır. Leninqrad (Sankt Peterburq) şəhərindəki Ümumittifaq Ali Maliyyə Məktəbini bitirmişdir. 1947-ci ildən müfəttiş, kredit müfəttişi, Bakı şəhəri Dövlət Bankı rayon şöbəsinin rəisi, 1974-cü ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublika Kontorunun rəisi (Azərbaycan Milli Bankı), 1993–1998-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Yasamal şöbəsinin baş məsləhətçisi işləmişdir. Azərbaycan SSR Ali Sovetinin Plan-büdcə Komissiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının Təftiş Komissiyasının üzvü, 10-cu və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1940–1947-ci illərdə Sovet Ordusunda Leninqrad şəhərində xidmət etmiş, Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur.
Həlimət Məmmədova
Məmmədova Həlimət Məhəmməd qızı — Azərbaycan aktrisası. == Həyatı == Həlimət Məmmədova 27 dekabr 1965-ci ildə Balakənin Tülü kəndində anadan olub. M.Ə.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsini bitirib (1989). 1982-ci ildən Azərbaycan Dövlət Muğam Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Teatrda hazırlanan muğam tamaşalarında – "İsgəndərnamə"də Nüşabə, "Dədə Qorqud"da Burla Xatun, "Qarabağ" musiqili tamaşasında ana, Mikayıl Müşviqə həsr olunmuş tamaşada Dilbər, "Məhəbbət hekayəti"ndə cadugər rollarında oynayıb. Teatrda səhnələşdirilən "Zabul segah", "Bayatı-Şiraz", "Şur", "Çahargah" muğam tamaşalarında baş rollarda iştirak edib. 2002-ci ildə yaranmış "Savalan" qrupunda qiraətçi və müğənni kimi fəaliyyət göstərir. Qrupla bərabər Türkiyədə, Hollandiyada, Pakistanda, Amerikada keçirilən mistik musiqi festivallarında uğurla Azərbaycanı təmsil edib. Yuğ Teatrında "Üz tuturam Tanrıya" (rejissor Vaqif İbrahimoğlu), Yunus İmrənin "Olsun" (rejissor Rasim Aşın) tamaşalarında musiqi və şeirləri ifa edib. İfasında Ramiz Rövşənin "Qapı" poemasının motivləri əsasında hazırlanmış video-tamaşa, "Biz ölən deyilik" kompozisiyası hazırlanıb.

"məmmədov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məmmədov nədir? #məmmədov sözünün mənası #məmmədov nə deməkdir? #məmmədov sözünün izahı #məmmədov sözünün yazılışı #məmmədov necə yazılır? #məmmədov sözünün düzgün yazılışı #məmmədov leksik mənası #məmmədov sözünün sinonimi #məmmədov sözünün yaxın mənalı sözlər #məmmədov sözünün əks mənası #məmmədov sözünün etimologiyası #məmmədov sözünün orfoqrafiyası #məmmədov rusca #məmmədov inglisça #məmmədov fransızca #məmmədov sözünün istifadəsi #sözlük