mətbuatı sözü azərbaycan dilində

mətbuatı

Yazılış

  • mətbuatı • 94.6486%
  • Mətbuatı • 5.3133%
  • MƏTBUATI • 0.0381%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Avstraliya mətbuatı
Avstraliya mediası — Avstraliyada yerləşən kütləvi informasiya vasitələri. Avstraliya ənənəvi və rəqəmsal formatları əhatə edən və əsasən ingilisdilli əhaliyə xidmət göstərən müasir və müxtəlif media sənayesinə malikdir. Avstraliya 2018-ci ildə mətbuat azadlığı reytinqində 180 ölkə arasında 19-cu yerdə qərarlaşmış, lakin 2020-ci ildə 26-cı yerə düşmüşdür. Avstraliyada media müxtəlif formatlarda, o cümlədən radio, televiziya, qəzet və internetlə təmin olunur. Çeşidlərə yerli, regional, ştat, federal və beynəlxalq media mənbələri daxildir. Onlar Avstraliya xəbərləri, siyasəti, problemləri və mədəniyyəti haqqında məlumat verirlər. Ölkənin ən iri qəzetləri: "Herald Sun", "The Sydney Morning Herald", "The Daily Telegraph" və s. Ən böyük teleqraf agentliyi "Australian Associated Press"dir.
Azərbaycan mətbuatı
Azərbaycan milli mətbuatı — 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə ilk nömrəsi işıq üzü görən "Əkinçi" qəzetinin nəşri ilə bünövrəsi qoyulan Azərbaycan mətbuatı o dövrdən indiyədək uğurlu yol qət etmişdir. == Tarixi == 1832-ci ildə "Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Zaqafqazski vestnik" qəzetinə "Qafqazın bu tərəfin xəbəri" adlı Azərbaycanca buraxılan əlavə milli mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlar olmuşdur. Rəsmi bülleten xarakteri daşıyan həmin nəşrlər sözün əsl mənasında hələ qəzet adlandırıla bilməzdi. Bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani yaxından iştirak etmişdir.. "Əkinçi" elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. Qəzetdə təbiət elmləri və kənd təsərrüfatının inkişafı ilə bağlı elmi-kütləvi məqalələr verilirdi.
Koreya mətbuatı
Koreya mətbuatı — Koreyada informasiya. === Tarixi === Koreya mətbuatı artıq 100 ilini tamamlamışdır. Koreyanın ilk müasir qəzeti Dongnip Şinmun (독립신문) 1986-cı ildə Se Ce Pil (서재필) tərəfində yaradılmışdır. Bu qəzet 4 kiçik səhifədən ibarət olan ikidilli qəzet idi. Birinci 3 səhifə Koreya dilində, son səhifəsi isə İngilis dilində dərc olunurdu. 독립신문 1897.04.07 금요일자.gif The Chosun Ilbo (조선일보) və The Dong-A Ilbo (동아일보) Koreyanın ən qədim qəzetləri olmuşdur. The Chosun Ilbo (조선일보) Park Doo-Sik tərəfindən 5 mart 1920-ci ildə, The Dong-A Ilbo (동아일보) isə Kim Jae-Ho tərəfindən 1 aprel 1920-ci ildə yaradılmışdır. Hər ikisi 1920-ci il 1 Mart Müstəqillik Hərəkatından sonra qurulmuşdur və müstəqil siyasət ilə ictimaiyyət üzərində böyük təsirə malik olmuşdur. 1946-01-17 조선일보 박헌영 발언 논란.jpg 동아일보 창간호.jpg === Məqsəd === Koreya qəzetlərinin başlıca məqsədi Koreya xalqının milli mübarizəsini dəstəkləyərək xalqın gözünü daim dəyişməkdə olan dünyaya yönəltmək idi. Qəzetlər Yapon əsarəti illərində (1920–1945) azadlıq hərəkatları üçün də çox əhəmiyyətli mövqe daşıyırdılar.
Azərbaycan Milli Mətbuatı
Azərbaycan milli mətbuatı — 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin redaktorluğu ilə ilk nömrəsi işıq üzü görən "Əkinçi" qəzetinin nəşri ilə bünövrəsi qoyulan Azərbaycan mətbuatı o dövrdən indiyədək uğurlu yol qət etmişdir. == Tarixi == 1832-ci ildə "Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Zaqafqazski vestnik" qəzetinə "Qafqazın bu tərəfin xəbəri" adlı Azərbaycanca buraxılan əlavə milli mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlar olmuşdur. Rəsmi bülleten xarakteri daşıyan həmin nəşrlər sözün əsl mənasında hələ qəzet adlandırıla bilməzdi. Bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani yaxından iştirak etmişdir.. "Əkinçi" elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olmuşdur. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. Qəzetdə təbiət elmləri və kənd təsərrüfatının inkişafı ilə bağlı elmi-kütləvi məqalələr verilirdi.
Azərbaycan mühacirət mətbuatı
Azərbaycan mühacirət mətbuatı — Azərbaycan mətbuatının mühüm qollarından biri. == Azərbaycan mühacirət mətbuatı == Tarixin müəyyən inkişaf mərhələsində ictimai-siyasi həyatın, insanlar və dövlətlər arasındakı münasibətlərin, hərbi ideoloji münaqişələrin məhsulu kimi ortaya çıxan mühacirət ümumbəşəri bir problemdir. Mühacirət (latınca "emiqro" — köçürəm, çıxıram) — daimi və ya müvəqqəti yaşamaq üçün digər ölkəyə könüllü və ya məcburi köçmə, hər hansı bir ölkədə yaşayan mühacirlərin toplusudur. Mühacirətin tarixi uzaq keçmişdən başlamışdır. Qədim imperiyaların, sonralar isə Sasanilərin, Ərəb xilafətinin və digər dövlətlərin Azərbaycanda işğalçı siyasəti mühacirətə səbəb olmuşdur. Lakin müasir anlamda mühacirət Azərbaycan tоrpaqlarının Rusiya və Iran arasında bölüşdürülməsilə (1813-cü il Gürcüstan müqaviləsi və 1828-ci il Türkmənçay müqaviləsi) bağlı olmuşdur. Çar Rusiyasının müstəmləkəçilik siyasəti, еrmənilərin azərbaycanlılara qarşı soyqırımları Şimali Azərbaycandan, hakim dairələrin sosial-siyasi zülmündən narazılıq isə Cənubi Azərbaycandan əhalinin zaman-zaman mühacirətinə səbəb olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra yaranan mühacirət, Azərbaycanın mühacirət tarixində yeni bir səhifə açmışdı. Cümhuriyyətin rəhbərlərinin böyük bir hissəsi, yeni qurulmuş sovet hakimiyyətinin ideya düşmənləri, keçmiş sahibkarların əksəriyyəti ölkəni tərk edərək, mühacirətə getmişdi. Ilk dəfə olaraq, Azərbaycan mühacirəti siyasi cəhətdən təşkilatlanmış, ədəbi-bədii məktəb, dövri mətbuat yaratmışdı.
Cənubi Azərbaycan mətbuatı
Cənubi Azərbaycan mətbuatı — Cənubi Azərbaycanda mətbuat. == Məşrutə dövrü mətbuatı == 1905–1911 illər Məşrutə inqilabında Güney Azərbaycan aparıcı və həlledici rol oynadı. Bu inqilab Azərbaycan xalqının içtimai-siyasi və milli düşüncəsinin inkişafı üçün şərait yaratdı. Məşrutə fərmanı ölkədə siyasi fəzanın açılmasına gətirdi. Gündən-günə genişlənən siyasi hadisələr və içtimai çəkişmələr ölkənin xəbər mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda mətbuat bazarının yaranmasına gətirib çıxardı. Müxtəlif qəzetlər yayılmağa başladı. İlk milli şuranın açılmasından və Azərbaycan nümayəndələrinin Tehrana gəlməsindən sonra Azərbaycan millət vəkillərinin təkidilə 1908-ci ildə senzura ləğv edildi. Bu qanunun qəbul edilməsindən əvvəl nəşr olunan qəzetlər haqqında Əhməd Kəsrəvi yazırdı ki: "…doğrudur, bu dövrdə ölkədə bir sıra qəzetlər nəşr edilirdi. Lakin onların çoxusu yersiz dualar, məddahlıq, qaranı ağ göstərmək və s. kimi yazılarla dolu idi.
Məşrutə dövrü mətbuatı
Cənubi Azərbaycan mətbuatı — Cənubi Azərbaycanda mətbuat. 1905–1911 illər Məşrutə inqilabında Güney Azərbaycan aparıcı və həlledici rol oynadı. Bu inqilab Azərbaycan xalqının içtimai-siyasi və milli düşüncəsinin inkişafı üçün şərait yaratdı. Məşrutə fərmanı ölkədə siyasi fəzanın açılmasına gətirdi. Gündən-günə genişlənən siyasi hadisələr və içtimai çəkişmələr ölkənin xəbər mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda mətbuat bazarının yaranmasına gətirib çıxardı. Müxtəlif qəzetlər yayılmağa başladı. İlk milli şuranın açılmasından və Azərbaycan nümayəndələrinin Tehrana gəlməsindən sonra Azərbaycan millət vəkillərinin təkidilə 1908-ci ildə senzura ləğv edildi. Bu qanunun qəbul edilməsindən əvvəl nəşr olunan qəzetlər haqqında Əhməd Kəsrəvi yazırdı ki: "…doğrudur, bu dövrdə ölkədə bir sıra qəzetlər nəşr edilirdi. Lakin onların çoxusu yersiz dualar, məddahlıq, qaranı ağ göstərmək və s. kimi yazılarla dolu idi.
Yel Universiteti mətbuatı
Yel Universiteti mətbuatı (ing. Yale University Press) — 1908-ci ildə qurulmuşdur. 1961-ci ildə rəsmi olaraq maliyyə baxımından müstəqil olaraq Yel Universitetinin şöbələrindən birinə çevrildi. Naşir Konnektikut ştatının Nyu-Heyven şəhərindədir; Londonda bir filial var. Bu, İngiltərədə filialı olan bir neçə Amerika universiteti nəşriyyatından biridir. Bu filial nəşriyyatın çap etdiyi kitabların demək olar ki, üçdə birini nəşr etdirir. 2009-cu ilə kimi nəşriyyat hər il təxminən 300 yeni adda sərt örtükdə və təxminən 150 yumşaq örtükdə kitab nəşr edir. Nəşriyyatın çapdakı kitablarının ümumi çeşidi 6000-ə yaxındır. Ən məşhurları sənət və memarlıq mövzusunda nəşrlərdir; bu sahədə aparıcı nəşrlərdən biridir . Siyasi elmlər, fəlsəfə, tarix, bibliya araşdırmaları və fantastika mövzusunda kitablar da nəşr olunur.
Türkiyədə etnik azlıqların mətbuatı
Türkiyədə etnik azlıqların mətbuatı (türk. Türkiye'de azınlık basını) — Türkiyədə yaşayan və etnik mənsubiyyət baxımından azlıq olaraq qəbul edilmiş xalqların nümayəndələri tərəfindən müxtəlif vaxtlarda çap edilmiş və hələ də, nəşr edilməyə davam etdirilən qəzet və jurnallara verilən ümumi ad. Türkiyədə etnik azlıqların ilkin mətbuat fəaliyyətləri hələ Osmanlı imperiyası dövrünə təsadüf etməkdədir. Osmanlı imperiyası zamanında imperiya daxilində yaşayan etnik azlıqlar gayrimüslim (azərb. geyri-müsəlmanlar‎) formasında təsinafatlandırılmışdır və bu səbəbdən məqalədə göstərilən dövrü-mətbuat nümunələri əsasən geyri-müsəlmanlara aiddir. Osmanlı imperiyasında yəhudi, erməni və yunan kimi xalqlar din və adət-ənənə baxımından Avropada yaşayan xalqlara daha yaxın olduqlarından etnik azlıqların ilkin mətbuat nümunələri də əsasən bu xalqlara məxsusdur. Ümumilikdə Osmanlıda etnik azlıqlara məxsus necə ədəd qəzet-jurnalın nəşr edildiyi dəqiq məlum deyildir. Bunun əsas səbəbi bəzi qəzetlərin periodik formada nəşr edilməsi, bəzilərinin isə cəmi bir sayının çap edilməsidir. Qalatasaray Universitetindən olan Simge Süllünün son araşdırmalarına əsasən Osmanlı imperiyası zamanı etnik azlıqlar tərəfindən çap edilmiş qəzetlərin sayı 1.746 ədəd olmuşdur. Bunlardan 29-u almanca, 300-dən çoxu ərəbcə, 11-i albanca, 11-i boşnakca 39-u bolqarca, 2-si çərkəzcə, 601-i ermənicə, 11-i farsca, 700-dən çoxu fransızca, 1-i gürcücə, 2-si xorvatça, 7-si yunanca, 6-sı rusca, 6-sı serbçə, 2-si urduca və 102-si yəhudicə çap olunmuşdur.
Ərəb ölkələrində çap mətbuatı
Ərəb çap mediasının əksəriyyəti zəif iqtisadi bazada mövcud olmuşdur. Onlar savadlı əhalinin az olması və bir çox yerlərdə məhdud gəlirdən əziyyət çəkirdilər. Eyni zamanda satışdada məhdudiyyət vardır, beləki mediada reklamdan istifadə çox geniş inkişaf etməmişdir. Hətta bəzi Ərəb ölkələri və fiziki şəxslərin 20-ci əsrin ikinci yarısında varlanmasına baxmayaraq, onlar reklamı ciddiyyətə almır və medianı önəmli investisiya kimi görmürdülər. Mətbu xəbərlərini daşıyan ərəblər tərəfindən yazılmış ilk nəşr olunan Jurnal-al-İraq olmuşdur və 1816-cı ildə ərəb və türk dillərində Bağdadda çıxmağa başlamışdır. İki ərəb qəzeti 1820-ci illərdə Qahirədə nəşr olunmağa başlamış və bundan sonra 1847-ci ildə Əlcazairdə,1858-ci ildə Beyrutda, 1860-cı illərdə Tunis, Dəməşq və Ttipoli Liviyada, 1879-cu ildə San`a, 1889-cu Kasablanka və 1908-ci ildə Məkkədə qəzetlər çıxmağa başlayır. Çap mediasının aparıcı mərkəzləri Livan və Misir olmuşdur və bu ölkələrdə bir çox ərəb ölkələrindən daha erkən vacib xəbərlər çap olunurdu. Onlar 21-ci əsrə qədər jurnalistikada aparıcı səviyyəsini saxlaya bilmişdir. İlk gündəlik ərəb qəzeti 1873-cü ildə Beyrutda çıxmış al-Ahram olmuşdur. Bu günə qədər də aparıcı gündəlik qəzetdir.
1905-1906-cı illər Azərbaycan mətbuatı
1905-1906 cı illər Azərbaycan mətbuatı
1905–1906-cı illərdə Azərbaycan mətbuatı
1905–1906-cı illər Azərbaycan mətbuatı — XX əsr Azərbaycan mətbuatının mühüm mərhələrindən biri. == Tarixi == 1905-ci ildən başlayaraq Bakıda mətbuat sürətlə inkişafa başladı. Şübhəsiz ki, bu işdə çarın 17 oktyabr tarixli manifesti az rol oynamamışdı. Mətbuat sahəsində senzura qismən zəifləmişdi. Bu illərdə Bakıda 63-ə qədər qəzet və jurnal çap olunurdu. Onların arasından yalnız bir neçəsi Bakıdan xaricdə nəşr olunurdu. Qəzetlərdən çoxunun ömrü qısa olsa da, elə qəzetlər var idi ki, istər ölkə daxilində, istərsə də xarici ölkələrdə öz yüksək professionallığı və intellektuallığı ilə özünə çoxlu abunəçilər toplaya bilmişdilər. Məsələn, "Molla Nəsrəddin" məcmuəsi Uzaq və Yaxın Şərqdə geniş yayılmışdı. Habelə "Füyuzat" məcmuəsi, "Həyat" və "İrşad" qəzetlərinin də Şərq ölkələrində çoxlu abunəçisi var idi. Savadsız abunəçilər "Molla Nəsrəddin" məcmuəsini bəzən onun səhifələrində çap edilən kəskin siyasi karikaturalarına görə alırdılar.
31 mart soyqırımı AXC mətbuatında
Milli mətbuatımızda 1918-ci il 31 mart soyqırımı-Azərbaycan Xalq Cumhuriyyətinin mətbuatında 1918-ci il martın 31-de ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım hadisəsinin işıqlandırılması. Ermənilər soyqırım siyasətini tarixən tək insan resurslarını məhv etmək üzərində həyata keçirmiş, Azərbaycan xalqının milli təsisatlarını, milli mətbuat orqanlarını sıradan çıxarıb, yararsız hala salmaq və bununla da törətdikləri qanlı olayların tarixdə yaşamamasına nail olmaq planları əsasında qururdu. 1918-ci ilin mart ayının 31-dən aprelin 2-dək Bakıda, Şamaxıda, İrəvanda, Qubada, Lənkəranda, Astarada, Salyanda, Neftçalada və digər bölgələrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi soyqırım zamanı tək on minlərlə insan qətlə yetirilmədi, milli mətbu orqanlarımız, mətbəələr, konkret jurnalistlər də hədəfə alındı. “Açıq söz”, “Kaspi” redaksiyaları yandırıldı. Almaniyadan gətirilən çap avadanlıqları ilə təchiz olunan Orucov qardaşlarının elektrik mətbəəsi dağıdıldı. “Kaspi” mətbəəsində yenicə çap olunan 5 min Quran kitabı oda qalandı. == Mart soyqırımının milli mətbuata təsiri == Mətbuat informasiya mənbəyi, ictimai maarifçilik institutu olmaqla bərabər həm də tarixi salnamədir. Tarixin müxtəlif dövrlərinin öyrənilməsində həmin dönəmlər işıq üzü görmüş qəzetlərdəki məlumatlar, siyasi-analitik yazılar, ədəbi nümunələr etibarlı mənbəə kimi tədqiqatlara daxil edilir, araşdırmanın elmi tutumunu zənginləşdirir. Azərbaycan tarixinin öyrənilməsində, ictimai-siyasi proseslərin mahiyyətinə varılmasında mətbu nümunələrimiz qiymətli məxəz kimi tədqiqatçıların elmi araşdırmalarında əhəmiyyətli yer tutur. Xalqımızın azadlıq, istiqalliyyət mücadiləsi, dövrün çətinliklərinə qarşı mübarizəsi, ictimai-siyasi mühitdən doğan problemlər mətbuatımızda kifayət qədər faktlarla öz əksini tapır.
Azərbaycan Şimali Amerika mətbuatında
Azərbaycan Şimali Amerika mətbuatında — XIX və XX əsrlərdə Amerika Birləşmiş Ştatları və Kanada dövrü mətbuatında (qəzet və jurnal Azərbaycan, onun şəhərləri, mədəniyyəti və iqtisadiyyatı haqda verilmiş məlumatlar. == Tarixi == Azərbaycan haqda məlumatlara Avropa mətbuatında hələ orta əsrlər mənbələrində rast gəlmək olur. Rusiya mətbuatında isə Azərbaycan və onun şəhərləri haqda məlumatlara XIX əsrin əvvəllərindən geniş işıqlandırılsa da, hələ XVIII əsrdə rus mətbuatında Azərbaycandan gələn xəbərlərə yer verilirdi. Uzaq Şimali Amerikada isə XIX əsrdən başlayaraq yerli dövrü mətbuatda Azərbaycan barədə az da olsa məlumatlara rast gəlmək olur. Bunlar əsasən iqtisadi, satış və epidemiya xəbərləridir. == XIX əsr == Şimali Amerikada Azərbaycan adı ilk dəfə Cənubi Karolina ştatının Çarleston şəhərində nəşr edilən "Charleston Mercury" qəzetində 1823-cü il 25 mart tarixində çəkilib. Qəzetin 373-cü sayının II səhifəsində Azərbaycan şəhərlərində geniş yayılmış vəba xəstəliyindən söhbət açılır və xəstəliyin Azərbaycanın bir çox şəhərlərində vüsət aldığı deyilir. Xəbərə görə 5–20 gün ərzində təkcə Təbriz şəhərində 4.800 şəxs sözügedən xəstəlikdən vəfat edib. Şimali Amerika qəzetlərində Azərbaycan bölgələrində istehsal olunmuş məhsullara dair reklam xarakterli məlumatlar daha çoxdur. "The Chicago Chronicle" qəzetinin 1897-ci il 20 may tarixli sayının 12-ci səhifəsinə yerləşdirilən reklam xarakterli yazı bu qəbildəndi.
Mart soyqırımı Azərbaycan Xalq Cümhuriyyəti mətbuatında
Milli mətbuatımızda 1918-ci il 31 mart soyqırımı-Azərbaycan Xalq Cumhuriyyətinin mətbuatında 1918-ci il martın 31-de ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım hadisəsinin işıqlandırılması. Ermənilər soyqırım siyasətini tarixən tək insan resurslarını məhv etmək üzərində həyata keçirmiş, Azərbaycan xalqının milli təsisatlarını, milli mətbuat orqanlarını sıradan çıxarıb, yararsız hala salmaq və bununla da törətdikləri qanlı olayların tarixdə yaşamamasına nail olmaq planları əsasında qururdu. 1918-ci ilin mart ayının 31-dən aprelin 2-dək Bakıda, Şamaxıda, İrəvanda, Qubada, Lənkəranda, Astarada, Salyanda, Neftçalada və digər bölgələrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi soyqırım zamanı tək on minlərlə insan qətlə yetirilmədi, milli mətbu orqanlarımız, mətbəələr, konkret jurnalistlər də hədəfə alındı. “Açıq söz”, “Kaspi” redaksiyaları yandırıldı. Almaniyadan gətirilən çap avadanlıqları ilə təchiz olunan Orucov qardaşlarının elektrik mətbəəsi dağıdıldı. “Kaspi” mətbəəsində yenicə çap olunan 5 min Quran kitabı oda qalandı. == Mart soyqırımının milli mətbuata təsiri == Mətbuat informasiya mənbəyi, ictimai maarifçilik institutu olmaqla bərabər həm də tarixi salnamədir. Tarixin müxtəlif dövrlərinin öyrənilməsində həmin dönəmlər işıq üzü görmüş qəzetlərdəki məlumatlar, siyasi-analitik yazılar, ədəbi nümunələr etibarlı mənbəə kimi tədqiqatlara daxil edilir, araşdırmanın elmi tutumunu zənginləşdirir. Azərbaycan tarixinin öyrənilməsində, ictimai-siyasi proseslərin mahiyyətinə varılmasında mətbu nümunələrimiz qiymətli məxəz kimi tədqiqatçıların elmi araşdırmalarında əhəmiyyətli yer tutur. Xalqımızın azadlıq, istiqalliyyət mücadiləsi, dövrün çətinliklərinə qarşı mübarizəsi, ictimai-siyasi mühitdən doğan problemlər mətbuatımızda kifayət qədər faktlarla öz əksini tapır.
Milli Mətbuatın 135 illiyinə həsr olunmuş gümüş sikkə
Milli Mətbuatın 135 illiyinə həsr olunmuş gümüş sikkə — Xatirə sikkəsi. Sikkə Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir. Xatirə sikkəsi milli mətbuatın 135 illiyinə həsr olunmuşdur (1875–2010). Xatirə sikkəsinin üz tərəfində görkəmli publisistin portreti, arxa tərəfində isə Azərbaycan Respublikasının Xəritəsinin stilistik (qrafik) görünüşü təsvir edilmışdir. Portretin ətrafında Həsən bəy Zərdabinin adı və həyat dövrü, xəritənin ətrafinda xatirə sikkəsinin buraxıldığı il "2010"-cü il, "Azərbaycan Respublikası" sözləri və xatirə sikkəsinin nominalı göstərilmişdir. Xatirə sikkəsi Avstriyanın "Austrian Mint" sikkəxanasında yüksək standartalara uyğun hazırlanmışdır. Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.
Qafqaz İslam Ordusu AXC mətbuatında
Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyəti mətbuatında — XX əsrdə Azərbaycanın azadlıq müharibəsində iştirak etmiş Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyəti mətbuatında əhatə edilməsi. Nuru Paşanın rəhbərlik etdiyi 12-14 min Osmanlı əsgərindən ibarət olan, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə sayı təqribən 20 min olmuş Qafqaz İslam ordusu, Bakı şəhərində törədilən Mart soyqırımından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabr ayına qədər fəaliyyət göstərmişdir. XX əsrin əvvəlində başlayan istiqlaliyyət hərəkatı və bu hərəkatın məntiqi nəticəsi kimi yaranan Azərbaycan Xalq Cümhuriyyəti milli mətbuatda davamlı şəkildə aparılan ideoloji mübarizələr meydanında təşəkkül tapdı. Muxtariyyətçilik fikrindən istiqlalçılığa, cümhuriyyətçiliyə keçidin siyasi-ideoloji təməlini yaradan milli mətbuat orqanları say etibarilə əks mövqedə dayanan qəzetlərə nisbətən çox az olsa da, fəaliyyətləri millətin xeyrinə nəticələndi. 1918-ci ilin mart hadisələrinədək Azərbaycanda türk dilində 15-dək qəzet və jurnal çap olunurdu. Bu dövrə qədər isə bütövlükdə nəşr olunan qəzetlərin, jurnal və dərgilərin sayı 80-i ötüb-keçmişdi. Partiyalaşma prosesinin sürətləndiyi bu illərdə, demək olar, müxtəlif istiqaməti, siyasi-ideoloji dünyagörüşü özündə əks etdirən qəzetlərin əksəriyyəti partiyalı mətbuat ömrünün yeni inkişaf mərhələsini və çətinliklərini yaşayırdı. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuat tədqiqatçıları və biblioqraflarının apardıqları araşdırma və tədqiqatların nəticəsində maraqlı bir mənzərə yaranıb. Milli mətbuatımızın ilk nümunəsi olan "Əkinçi" qəzetinin yaranmasından 1918-ci ilin mayına qədərki dövrdə cəmi 40 adda qəzet çıxmışdısa, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyyəti dövründə qəzetlərin sayı 200-ə yaxın olmuşdur. Dövri mətbuatın statistikasındakı bu qeyri-adi artımın səbəbləri hər şeydən əvvəl Azərbaycanda olan mövcud demokratik idarəçilik sistemi, əks-fikirliliyə tolerant yanaşma, polemika və diskussiyalara verilən meydan ilə bağlı idi.
Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyəti mətbuatında

"mətbuatı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mətbuatı nədir? #mətbuatı sözünün mənası #mətbuatı nə deməkdir? #mətbuatı sözünün izahı #mətbuatı sözünün yazılışı #mətbuatı necə yazılır? #mətbuatı sözünün düzgün yazılışı #mətbuatı leksik mənası #mətbuatı sözünün sinonimi #mətbuatı sözünün yaxın mənalı sözlər #mətbuatı sözünün əks mənası #mətbuatı sözünün etimologiyası #mətbuatı sözünün orfoqrafiyası #mətbuatı rusca #mətbuatı inglisça #mətbuatı fransızca #mətbuatı sözünün istifadəsi #sözlük