Kral qaya məzarları
Kral qaya məzarları — Hellenistik dönəmdə, Amasyadakı Harşena dağının cənub ətəklərindəki əhəng daşlı qayalara oyulmuş olan abidə məzarları.
Amasyada, sahili Qara dəniz ilə Anadolunun digər bölgələrini birləşdirən, prehistorik çağlardan bəri istifadə yollarının kəsişmə nöqtəsində yerləşir. Yeşilırmak çayının yaratdığı dərin bir vadi içərisində qurulmuşdur. Çayın ikiyə ayırdığı bu vadinin şimalındakı 272 metr yüksəkliyində, sivri külah formasındakı əhəng daşı yığını minlərlə ildir Harşena dağı olaraq adlandırılır. Harşena dağının Yeşilırmak və vadisi ilə birlikdə meydana gətirdiyi bütöv kompozisiya, unikal bir mənzərəni göstərir.
İlk yaşayış Erkən Tunc dövründən başlamış və Osmanlı dövlətinin sonuna qədər da onlarla sivilizasiya (Frigya, İskit-Med, Fars, Pontos, Roma, Şərqi Roma, Danişmendli, Elxanlı, Səlcuqlu, Osmanlı) tərəfindən sığınacaq edilmişdir. Ərazidə Amasya qalasının yanı ilə, ellinizm dövrünün divarları, monumental qaya məzarları e.ə. I əsrə aid monumental sarnıçlar və Yalıboyu evləri qalmaqdadır.
Antik dövr tarixçisi Strabona görə Mitridat krallığı zamanında krallar adına düzəldilmiş abidə məzarlardır. Yeşilırmak vadisi boyunca irili xırdalı 23 ədəd qaya məzarı olan bölgə Krallar vadisi olaraq da tanınır.