Mahmudov sözü azərbaycan dilində

Mahmudov

Yazılış

  • Mahmudov • 99.3922%
  • MAHMUDOV • 0.5450%
  • mahmudov • 0.0629%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bilal Mahmudov
Bilal Mahmudov (5 may 1929 – 14 mart 2018) — Azərbaycan Kommunist Partiyası Balakən Rayon və Kürdəmir Rayon Komitəsinin birinci katibi. == Haqqında == 5 may 1929-cu ildə Tərtər rayonunda anadan olmuşdur. Bilal Mahmudov uzun müddət partiya və dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb, Tərtər, Bərdə və Yevlax rayonlarının Partiya Dövlət Nəzarəti Komitəsinin sədri və Balakən, Kürdəmir Rayon Partiya Komitələrinin 1-ci katibi vəzifələrində fəaliyyət göstərib. Eləcə də IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Bilal Mahmudov 89 yaşında vəfat edib.
Cavid Mahmudov
Cavid Hilal oğlu Mahmudov (6 fevral 1989, Aşağı Cürəli, Puşkin rayonu – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Cavid Mahmudov 1989-cu il fevralın 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 1995–2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində təhsil alıb. 2006–2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Nişanlı idi. == Hərbi xidməti == Cavid Mahmudov 2010–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2012–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildən isə o, Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi. Biləsuvar rayonunda dəfn olunub. Azərbaycan Ordusunun kapitanı olan Cavid Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Mahmudov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Cəlal Mahmudov
Mahmudov Cəlal Müseyib oğlu - texnika elmləri doktoru, professor == Həyatı == Mahmudov Cəlal Müseyib oğlu 1933-cü ildə Azərbaycan SSR Qasım-İsmayılov rayonunun Qızıl Hacılı kəndində anadan olmuşdur. 1955-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini fərqlənmə diplomu ilə bitirərək, 1958-ci ilə qədər "Neft Daşları" NQÇİ-də müxtəlif vəzifələrdə çalışmışdır. 1958-1972-ci illərdə AzETNÇİ-da böyük mühəndis, laboratoriya rəhbəri kimi vəzifələrdə işləmişdir. 1960-1962-cı illərdə AzNKİ-nun aspirantı idi. 1962-ci ildə "Maili quyuların lüləsinin trayektoriyasının nəzəri və təcrübi tədqiqatları" mövzusunda namizədlik, 1967-ci ildə isə "Dərin maili quyuların qazılması nəzəriyyəsinin ünsürləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968-1988-ci illərdə AzXTİ-da işləyib və burada "İstehsalat texnologiyası" kafedrasını yaratmışdır. 1988-1990-cı illərdə Leninqrad maliyyə-iqtisad institutunun Baki filialının "İstehsalat sahələrinin texnologiyası" kafedrasına rəhbərlik etmişdir. 1990-2000-ci illərdə AzDİU-nin "İstehsalat texnologiyası" kafedrasında professor işləmiş, 2001-ci ildən bu günə qədər isə ADEU-də "İstehsalat sistemləri və ətraf mühitin mühafizəsi" kafedrasına rəhbərlik edir. == Elmi fəaliyyəti == Mahmudov C.M. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Mahmudov C.M. 200-dən artıq elmi məqalənin, 5 monoqrafiyanın, 20 tədris vəsaitinin müəllifidir.
Eldar Mahmudov
Eldar Əhməd oğlu Mahmudov (28 noyabr 1956, Bakı) — Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri və Azərbaycan Respublikası Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri (2004–2015), general-polkovnik, Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin keçmiş üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın üzvü, Bakı 2015 I Avropa Oyunları Təşkilat Komitəsinin üzvü, Asiya İnkişaf Bankı Rəhbərlər Şurasının 48-ci illik toplantısının Bakı şəhərində keçirilməsi ilə bağlı yaranmış Təşkilat Komitəsinin üzvü. Eldar Mahmudov Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsindən azad edilmişdir. == Həyatı == Eldar Mahmudov 1956-cı ildə Bakı şəhərində alim ailəsində anadan olmuşdur. Ata nəsli əslən Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndindəndir. 1978-ci ildə Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. SSRİ Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1980–2004-cü illərdə daxili işlər orqanlarında xidmət etmişdir. Bu dövrdə mütəşəkkil cinayətkarlıqla mübarizə, cinayət-axtarış strukturlarında çalışmışdır. 1993-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilmiş, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkilmişdir. 1993–2003-cü illərdə Sovet dönəminin ən korrupsiyalaşmış orqanlardan biri hesab olunan "OBXSS"-in varisi olan İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləmişdir.
Elçin Mahmudov
Elçin Cəmil oğlu Mahmudov (7 iyun 1998; Kəngərli, Ağdam rayonu, Azərbaycan — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elçin Mahmudov 7 iyun 1998-ci ildə anadan olmuşdur. Ağdam rayonunun Kəngərli kənd sakinidir. 2005-2016-cı illərdə Ağdam rayon 45 nömrəli köçkün tam orta məktəbində təhsil almışdır. Ailəli idi. Aydın və Ümid adlı 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Elçin Mahmudov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. 2019-cu ildən eyni hərbi birləşmədə müddətdən artıq hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Elçin Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində tankçı olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Elşad Mahmudov
Elşad Suliddin oğlu Mahmudov (12 iyul 1997; Gəncə, Azərbaycan — 6 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elşad Mahmudov 12 iyul 1997-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 2014-cü ildə Gəncə şəhər 7 nömrəli tam orta məktəbi bitirmişdir. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU)-da "mühasibat uçotu və audit" ixtisası üzrə təhsil almışdır. == Hərbi xidməti == Elşad Mahmudov 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə xidmət etmişdir. Elşad Mahmudov 27 sentyabr 2020-ci il tarixində İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Elşad Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elşad Mahmudov 6 noyabr 2020-ci ildə Laçın rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 7 noyabr 2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Emin Mahmudov
Emin Mahmudov — Azərbaycan bəstəkarı. Emin Mahmudov (futbolçu) — Azərbaycan Milli yığma komandasının və Portuqaliyanın Boavişta klubunun oyunçusu. Emin Mahmudov (yazıçı) — Azərbaycan yazıçısı. Emin Mahmudov (baş leytenant) — Azərbaycan hərbçisi, şəhid.
Etibar Mahmudov
Etibar Aleksandr oğlu Mahmudov (2 aprel 1987; Mingəçevir, Azərbaycan — 8 noyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar Mahmudov 2 aprel 1987-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1994-cü ildə Mingəçevir şəhər 14 nömrəli məktəbin birinci sinfinə qəbul olmuşdur. Atası uşaq yaşlarında vəfat etdiyindən 2000-ci ildə təhsilini yarımçıq qoymuşdur. == Hərbi xidməti == 2006-cı ildə həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidmət zamanı əldə etdiyi nailiyyətlərə görə Mərkəzi Hərbi Klinik Hospitalın rəisi polkovnik tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra Etibar Mahmudov mülki şəxs olaraq fəaliyyət göstərmişdir. Azərbaycan Ordusunun əsgəri olan Etibar Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq 28 oktyabr tarixindən iştirak etmişdir. Cəbrayılın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Etibar Mahmudov 8 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Fərman Mahmudov
Fərman Mahmudov (23 fevral 1940, Böyük Əmili, Qutqaşen rayonu – 14 sentyabr 1996, Bakı) — Azərbaycanlı arxeoloq. == Haqqında == Fərman Rəsul oğlu Mahmudov 1940-cı ilin fevralın 23-də Qutqaşen rayonunun Böyük Əmili kəndində anadan olmuşdur. İbtidai təhsilini öz kəndlərində, orta təhsilini qonşu Hacıalılı kənd orta məktəbində başa vurmuşdur.1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1962-ci ildə oranı bitirmişdir. 1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutuna işə qəbul edilmişdir. Burada baş laborant və kiçik elmi işçi vəzifəsində işləmişdir. Elə həmin ildən ömrünün sonuna qədər taleyini arxeologiya elminə bağlamış, bir sıra arxeoloji ekspedisiyalarda (Qəbələ, Qax və s.) iştirak etmiş, qısa bir müddətdə çöl-tədqiqat işlərinin sirlərini mənimsəmiş, 1963–1966-cı illərdə Tarix institutunun aspirantı olmuş, qafqazşünas Y. İ. Krupnovun elmi rəhbərliyi ilə işləmişdir.Təcrübəli arxeoloq İ. H. Nərimanovla birgə işləməsi F. R. Mahmudovun həyatında mühüm rol oynamışdır. Onun tövsiyəsi ilə F. R. Mahmudova "Cənubi-Şərqi Azərbaycanın tunc və dəmir dövrünün əvvəllərində mədəniyyəti" mövzusu müəyyən edilir. F. R. Mahmudovun həmin zonada apardığı ilk qazıntılar bu mövzunun perspektivli olduğunu göstərir. Bir-birinin ardınca movzuya aid onlarla yaşayış məskənləri, qəbir abidələri, sənətkarlıq ocaqları aşkara çıxarılır.1973-cü ildən başlayaraq F. R. Mahmudov artıq təcrübəli arxeoloq kimi həmin axtarışlara özü rəhbərlik edir, arxeoloji işlərin miqyası daha da genişləndirilir. Əsas diqqət Cəlilabad rayonunun Üçtəpə kəndi yanında yerləşən Əliköməktəpəsi adlı çoxtəbəqəli abidədə cəmləşdirilir.
Gavə Mahmudov
Hikmət Mahmudov
Mahmudov Hikmət İsmayıl oğlu (1936, İsmayıllı rayonu – 24 dekabr 2020) — geologiya-mineralogiya elmləri doktoru, professor == Həyatı == Mahmudov Hikmət İsmayıl oğlu 1936-cı il may ayının 15-də İsmayıllı rayonunun ecazkar təbiətli Mican kəndində dünyaya göz açmışdır. İsmayıllı rayonunda orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsində təhsil almışdır. Oxuduğu müddətdə fakültənin ən fəal və istedadlı tələbəsi kimi tanınmışdır. 1963-cü ildə universiteti bitirərək mühəndis-geoloq ixtisasına yiyələnmiş və təyinatını Qazaxıstan Respublikasına almışdır. 1963–1964-cü illərdə Aktyubinski Vilayətinin Muqodjar geoloji-partiyasında texnik-geoloq və geoloq vəzifələrində çalışmışdır. Bu müddət ərzində H. Mahmudov gərgin və səmərəli axtarışlar apararaq Aktyubinski vilayətində bir neçə qızıl, gümüş, nadir elementlər, pyezokvars və digər yataqlar aşkar etmişdir. O, Qazaxıstanda, xüsusən də Cənubi Muqodjar sahəsində qızılın olmasını ilk dəfə aşkar etmişdir. Rəhbərlik tərəfindən təşəkkürnamələr, fəxri fərmanlar və pul mukafatları almışdır. 1965-ci ildə isə onu Qazaxıstan Respublikiası Aktybinski vilayətinin Mərkəzi Geoloji Partiyasında yetkin mütəxəssis kimi rəis vəzifəsinə təyin edirlər. Qazaxıstanın rəhbər orqanları ona bacarığına və istedadına görə Əlcazairə göndərmək qərarına gəlirlər, lakin bu təklif Vətən sevgisi ilə əvəz olunur.
Kamal Mahmudov
Kamran Mahmudov
Kamran Talıb oğlu Mahmudov (1 yanvar 1980, Namxoş, Tovuz rayonu) — Lissabon Universitetinin elmi işçisi, kimya elmləri doktoru. == Həyatı == Kamran Mahmudov 1 yanvar 1980-ci ildə Tovuz rayonunun Namxoş kəndində anadan olub. 2001-ci ildə BDU-nin kimya fakültəsinin bakalavr, 2003-cü ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildə kimya elmləri üzrə fəlsəfə doktoru, 2012-ci ildə isə kimya elmləri doktoru alimlik dərəcəsi alıb. Onun Beynəlxalq Olumpiadaya hazırladığı şagirdlər 38-ci Beynəlxalq Kimya Olimpiadasında (Cənubi Koreya, 2-11 iyul 2006-cı il) bir gümüş və bir qızıl medal qazanıblar. Lissabon Universitetində 2 doktoranta (PhD) elmi rəhbərlik edir. == Elmi fəaliyyəti == 150-dən çox elmi əsərin müəllifidir. Bu işlərin əksəriyyətində Kamran T. Mahmudov cavabdeh müəllifdir. Kamran T. Mahmudov Qərb ölkələrinin universitetləri ilə sıx elmi əməkdaşlıq edir. Elmi məqalələrdə ona 2000-dən artıq istinad mövcuddur.O, 2009-cu ildə Portuqaliyanın Elm Fondunun qrantını qazanmış və həmin ildən Lissabon Universitetində Lissabon Elmlər Akademiyasının vitse-prezidenti akademik Armando J.L. Pombeironun laboratoriyasında elmi tədqiqat işi aparır.
Kənan Mahmudov
Kənan MM (tam adı: Kənan Mahmud oğlu Mahmudov; 17 may 1976, Naxçıvan, Azərbaycan SSR) — azərbaycanlı rejissor, ssenarist, şair, aktyor. == Həyatı == Kənan Mahmudov 17 may 1976-cı ildə Naxçıvanda anadan olub. 1990-cı ildə "Koktel" jurnalı vasitəsi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə məktub göndərib. 1993-cü ildə əsgərliyə gedib. Rasim Balayev, Məlik Dadaşov, Şəfiqə Məmmədova kimi məşhur kino xadimləri və sənətçilərindən dərs alıb. İxtisası rejissordur. İlk dəfə Rövşən İsax tərəfindən aktyor kimi rol alıb. 2-ci dəfə Elxan Cəfərov, 3-cü dəfə Aqil M. Quliyev tərəfindən, 4-cü dəfə Eldar Quliyev tərəfindən rol alıb. İlk quruluşçu rejissor və aktyor kimi fəaliyyətə Ləkə serialı ilə başlamışdır. İlk vaxtlar Bakıda kirayədə qalmışdır.
Malik Mahmudov
Malik Mahmudov (Malik Rüstəm oğlu Mahmudov; 4 noyabr 1938, Ordubad – 1991) - görkəmli Azərbaycan ərəbşünası, şərqşünas-alim, professor. == Həyatı == Malik Rüstəm oğlu Mahmudov 1938-ci ildə noyabr ayinin 4-də Ordubad şəhərində fəhlə ailəsində anadan olmuş, erkən yaşlarında atasını itirmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində yeni açılmış ərəb şöbəsinə daxil olmuşdur. 1961-1962-ci illərdə Bağdad Uni­versitetində təcrübə keçmiş 1962-ci ildə Malik Mahmudov ölkəmizdə ərəb ədəbiyyatı üzrə ilk qadın elmlər doktoru professor Aida İmanquliyeva, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədov, dosent Malik Qarayev kimi tanınmış şərqşünaslarla birlikdə ərəb şöbəsinin ilk məzunlarından olmuşdur. 1991-ci ildə Malik Mahmudov vəfat etmişdir. == Elmi fəaliyyəti == İraqdan qayıtdıqdan sonra Malik müəllim Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna kiçik elmi işçi kimi qəbul olunmuşdur. O, ərəb ədəbiyyatında şərh janrının banilərindən sayılan, Bağdaddakı məşhur "Nizamiyyə" Universitetinin aparıcı müəllimlərindən dahi Azərbaycan alimi Xətib Təbrizinin (1030-1109) həyat və yaradıcılığını dərindən araşdırmışdır. 1967-ci ildə bu mövzuda namizədlik dissertasiyası müdafiə etmişdir. 1967-ci ildən 1972-ci ilədək Şərqşünaslıq institutunda ərəb ədəbiyyatı şöbəsinin müdiri işləmişdir. 1972-ci ildə Bakı Dövlət Universiteti şərqşünaslıq fakültəsinin yaxın şərq xalqları ədəbiyyatı kafedrasına baş müəllim kimi dəvət olunmuşdur.
Mehdi Mahmudov
Mehdi Mahmudov — Polkovnik == Həyatı == 1932-ci ildən оrdu sırаlаrındа хidmət еtmişdir. Tiflisdə hərbi məktəb bitirdikdən (1936) sоnrа bаtаrеyа kоmаndiri, diviziоn kоmаndirinin müаvini оlmuşdur. Böyük Vətən mühаribəsi illərində 416-cı Аzərb. diviziyаsındа pоlk kоmаndiri оlаn M. Bеrlinədək döyüş yоlu kеçmiş dir. Lеninqrаd (indiki Sаnkt-Pеtеrburq) Аli Аrtillеriyа Zаbitləri Məktəbini (1946) və Mоskvаdа M.V.Frunzе аd. Hərbi Аkаdеmiyаnı (1952) bitirmişdir. 1956-cı ildə оrdudаn burахılmışdır. == Mükafatları == 3 "Qırmızı Bаyrаq", 3-cü dərəcəli "Suvоrоv", 1-ci dərəcəli "Vətən mühаribəsi" və "Qırmızı Ulduz" оrdеnləri ilə təltif оlunmuşdur. == Ədəbiyyat == Bоkоv F. Y., Аzərbаycаn övlаdlаrının ölməz igidliyi, B., 1975; yеnə оnun, Vеsnа pоbеdı, M., 1979.
Mehrac Mahmudov
Mehrac Mahmudov (çavuş)
Murad Mahmudov
Murad Mahmudov (mühəndis)
Mustafa Mahmudov
Mustafa Mahmudov (31 yanvar 1878, Kürdəmir, Göyçay qəzası – 20 dekabr 1937, Bakı) — Azərbaycan Milli Şurasının və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu. == Həyatı == Mustafa Hacı Musa oğlu Mahmudov 1878-ci ildə Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuşdu. === Təhsili === Mustafa Mahmudov İlk təhsilini, əsası 1881-ci il fevralın 9-da qoyulmuş Kürdəmir kənd məktəbində almış, sonra bir necə il Göyçay qəza məktəbində oxumuşdur. O, sonrakı təhsilini Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasında davam etdirmiş, 1899-cu ildə seminariyanın müsəlman şöbəsini bitirmişdir. == Müəllim kimi fəaliyyəti == Təyinatını Yelizavetpol quberniyası Nuxa qəzasının Vəndam kəndinə (İndi Qəbələ rayonuna aiddir) versələr də o, kənd məktəbi təyinatını şəhər məktəbinə dəyişdirə bilmişdir.Bakı quberniyası və Dağıstan vilayəti Xalq Məktəblər İdarəsində təşkil olunmuş qəbul imtahanlarında aparıcı komissiya üzvləri kimi iştirak edən Həsən bəy Zərdabi və Əlimərdan bəy Topçubaşov gənc seminaristin elmi və pedaqoji ustalığını yüksək qiymətləndirmiş, M. Mahmudovun təyinatının Bakıya dəyişdirməsinə şərait yaratmışlar. Beləliklə, Mustafa Mahmudovun Bakıda işləmək niyyəti baş tutur. Onu Qori Müəllimlər Seminariyasının 1899-cu il məzununu, 1605 nömrəli attestatın sahibini illik əmək haqqı 675 manat olmaqla, Bakıdakı 3-cü rus -tatar məktəbinə müəllim vəzifəsinə təyin edirlər. 1904-cü il setyabrın 15-də Mustafa Mahmudovun öz xahişi ilə onu Sultan Məcid Qəniyevin başçılıq etdiyi 2-ci rus-tatar məktəbinə işləməyə dəvət edirlər. Burada oxuyan şagirdlərin sonralar ölkənin ictimai siyasi həyatında şərəfli yer tutmalarında bu məktəbin direktoru Sultan Məcid Qəniyevin və aparıcı müəllimlərin böyük rolu danılmazdır. Belə şagirdlərdənbiri də Məhəmməd Əmin Rəsulzadə idi.
Məsud Mahmudov
Məsud Əhməd oğlu Mahmudov (3 may 1951, Lənkəran) — türkoloq, ümumi dilçi, filologiya elmləri doktoru, professor. == Həyatı == Məsud Mahmudov 1951-ci ildə Azərbaycan Respublikasının Lənkəran rayonunun Boladı kəndində, müəllim ailəsində anadan olub. Bakı Maliyyə-Kredit texnikumunun “Tezişləyən riyaziyyat maşınlarının proqramlaşdırılması” fakültəsini bitirib. Macarıstanda hərbi xidmətdə olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib (1976). Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu yanında ikillik ingilis dili kursunu əla qiymətlərlə bitirib (1978). Leninqrad Dövlət Pedaqoji İnstitutunda professor R.Q.Piotrovskinin rəhbərlik etdiyi “Инженерная лингвистика» labaratoriyasında elmi təcrübə keçib. Eyni zamanda Leninqrad (Sankt-Peterburq) Dövlət Universiteti “Математическая лингвистика» kafedrasının aspirantı olub, “Struktur, tətbiqi və riyazi dilçilik”, “Türk dilləri” ixtisasları üzrə namizədlik, “Türk dilləri” və “Dil nəzəriyyəsi” ixtisasları üzrə doktorluq dissertasiyaları müdafiə edib. “Türk dilləri” ixtisası üzrə baş elmi işçi diplomu alıb (1991). “Dil nəzəriyyəsi” ixtisası üzrə professor elmi adı alıb (2005).
Natiq Mahmudov
Natiq Ramazan oğlu Mahmudov (2 fevral 1998; Muxax, Zaqatala rayonu — 26 dekabr 2020; Bakı şəhəri, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Natiq Mahmudov 1998-ci il fevralın 2-də Zaqatala rayonunun Muxax kəndində anadan olub. 2004-2015-ci illərdə A.Bubuşov adına Muxax kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Natiq Mahmudov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. === İkinci Qarabağ müharibəsindəki iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Natiq Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib. Natiq Mahmudov noyabrın 5-də Şuşanın azad edilməsi zamanı ağır yaralanıb. Uzun müddət Respublika Neyrocərrahiyə Xəstəxanasında komada qalıb. Dekabrın 26-da şəhid olub.
Nazim Mahmudov
Nazim İdris oğlu Mahmudov (12 iyun 1958, Cəbrayıl rayonu) — Fizika‑riyaziyyat elmləri doktoru, professor. Doğu Akdeniz Universitetinin riyaziyyat kafedrasının müdiri. == Həyatı == Mahmudov Nazim İdris oğlu 1958-ci il iyunun 10-da Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Sultanlı kəndində anadan olub. 1980-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib. 1980–1984-cü illərdə Azərbaycan EA Kibernetika İnstitutunun aspiranturasında oxuyub. "Hilbert fəzasında stoxastik optimal idarəetmə" mövzusunda namizədlik dissertasiyası müdafiə edəndən sonra Azərbaycan EA Kibernetika İnstitutunun riyazi kibernetika laboratoriyasında işləməyə başlayıb. N. Mahmudov 1993-cü ildən Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetinin riyaziyyat kafedrasında işləyir. 2004-cü ildə ona professor elmi adı verilib. 2011-ci ildən Doğu Akdeniz Universitetinin riyaziyyat kafedrasının müdiridir.
Pərviz Mahmudov
Pərviz Mahmudov (29 iyun 1983, Bakı, Azərbaycan SSR) — Azərbaycanlı bəstəkar. == Həyatı == 29 iyun 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1989–2000-ci illərdə Bakı şəhəri Nizami rayonu 109 saylı orta məktəbdə təhsil almışdır. 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili-teatr fakültəsinə daxil olmuş, 2004-cü ildə oranı bitirmişdir. === Şəxsi həyatı === 19 avqust 2014-cü ildə ailə qurmuşdur. İki övladı var. == Karyerası == Universiteti bitirdikdən sonra Azərbaycan teleməkanında ilk dəfə olaraq ATV telekanalında keçirilən "Yeni ulduz-1" mahnı müsabiqəsinə qatılmış və finalçı olmuşdur. 2006-cı ildən bəstəkar kimi fəaliyyətə başlamışdır. Bu günə qədər 100-dən çox əsərin müəllifidir. Bəstəkarı olduğu mahnılar ifa edildikdən sonra qısa müddət ərzində hitə çevrilir.
Rafiq Mahmudov
Mahmudov Rafiq Nəbi oğlu — texnika elmləri doktoru, professor == Həyatı == Mahmudov Rafiq Nəbi oğlu Bakı şəhərində anadan olmuşdur. 1961-ci ildə "Avtomatika və telemexanika" ixtisası üzrə AzNKİ-nun neft-mexanika fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra təyinat üzrə "Neftkimyaavtomat" elmi-tədqiqat və layihə institutunda işləmişdir. 1962-ci ildə AzETNÇİ-nun "Hidromexanika" laboratoriyasında kiçik elmi işçi olmuş, 1964-1966-cı illərdə isə bu institutun aspirantıdır. 1966-cı ildə "Mürəkkəbləşmiş şəraitlərdə qazımanın nəzəriyyə və praktikası məsələləri" mövzusunda namizədlik, 1976-cı ildə isə "Qazılan quyuların quyuağzı məlumatlarla tədqiqi" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1967-ci ildə AzPİ-nun "Nəzəri mexanika" kafedrasında assistent, böyük müəllim, dosent vəzifələrində işləmişdir. 1986-1995-ci illərdə "Avtomexanika" fakültəsinin dekanı olmuşdur. 1991-ci ildə onun təşəbbüsü ilə AzTU və Almaniyanın Karlsruye şəhəri arasında elmi məsələlərin həlli sahəsində ikitərəfli əməkdaşlıq barədə memorandum imzalanmışdı. == Elmi fəaliyyəti == Mahmudov R.N. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: qazımada hidrodinamika; qazılan quyularda mürəkkəbləşmə məsələləri, quyuağzı məlumatın dağ-texnoloji interpretasiyası.
Rza Mahmudov
Rza Mahmudov Nadir oğlu-( d.1952-ci il yanvarın 23-də Gürcüstanın Qardabani rayonunun Kosalı kəndi) coğrafiya elmlər doktoru, professor. == Həyatı == 1952-ci il yanvarın 23 –də Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində anadan olmuşdur. 1956 –cı ildə Kosalı kənd orta məktəbinin birinci sinifinə getmiş və 1968 –ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1970 –ci ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-Coğrafiya fakultəsinə daxil olmuş, 1975 –ci ildə həmin fakultəni coğraf-hidroloq ixtisası üzrə ilk məzun kimi fərqlənmə diplomu ilə bitirmişdir. Tələbə dövründə elmə marağı böyük olmuş ictimai işlərdə xüsusi fəallıq göstərmişdir. Ilk elmi məqaləsi tələbə dövründə çıxmışdır. Moskva, Sank –Peterburq, Kiyev, Tbilisi, Düşənbə, Helsinki, Cenevrə, Paris, Varna Tehran, İstanbul, Bakı və s. şəhərlərdə hidrometeorologiyanın müxtəlif sahələri üzrə keçirilən Beynəlxalq konfrans, qurultay və konqreslərdə iştirak etmişdir. == Elmi fəaliyyəti == 1983 –cü ildə «Lənkəran ərazi çaylarının yağış –daşqın axım itkilərinin tədqiqi» mövzusunda namizədlik, 1997-ci ildə «Azərbaycanın dağ çaylarında axımın formalaşmasının təhlili və proqnozu» mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Aida Mahmudova
Aida Mahmudova (10 yanvar 1982, Bakı) — Azərbaycan rəssamı, YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin təsisçisidir. == Həyatı və təhsili == Aida Mahmudova 10 yanvar 1982-ci ildə Bakıda anadan olub. Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin Rəngkarlıq fakültəsini (2006) bitirib. == Fəaliyyəti == 2011-ci ildə Aida Mahmudova tərəfindən YARAT Müasir İncəsənət Məkanı adlı qeyri-kommersiya təşkilatı təsis edilmişdir. YARAT fondlar, qalereyalar və muzeylər daxil olmaqla, yerli və beynəlxalq yaradıcı şəbəkələr arasında əlaqələr qurur. Növbəti il yaradıcı şəxslərə dəstək məqsədi ilə YAY Gallery ictimai müəssisəsini yaratmışdır — hal-hazırda ARTIM Layihə Məkanı kimi fəaliyyət göstərir.Aida Mahmudovanın əsərləri Belçika, London, Roma, Nyu-York, Moskva və Bakıda keçirilmiş qrup və fərdi sərgilər daxil olmaqla, bir sıra beynəlxalq tədbirlərdə nümayiş etdirilib. Fəaliyyətinin ilk illərində A. Mahmudova peyzaj və yarım-abstrakt tablolarında işıq, rəng və materiya üzərində aparılan eksperimentlərə daha çox maraq göstərmişdir. Rəsm əsərlərinin mövzusu getdikcə daha da şaxələndikcə, rəssam həmin yanaşmanı heykəltəraşlığa da tətbiq etmək, emosional və gərgin mühit yaratmaqla, öz təcrübəsini üçölçülü olaraq genişləndirmişdir. Rəssam kağız, gil, boya, sement, daş, son zamanlar isə epoksi qatran və işlənməmiş mərmər kimi müxtəlif materialları qatlar şəklində qarışdıraraq istifadə edir. Aida Mahmudovanın əsərləri 2013-cü ildə 55-ci Venesiya Biennalesində "Love Me, Love Me Not" qrup sərgisində, həmçinin 2015-ci ildə 56-cı Venesiya Biennalesində "Artwise"-nin kuratorluğu ilə "VITA VITALE" sərgisinin bir hissəsi kimi nümayiş etdirilib.
Ceyran Mahmudova
Ceyran Emin qızı Mahmudova (19 iyul 1964, Bakı) — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2018-ci ildən), xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professor, "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biri. == Həyatı == Ceyran Mahmudova 1971–1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1982–87-ci illərdə təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində davam etdirib. 1991-ci ildən 2017-ci ilədək Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dosent, professor vəzifəsində çalışıb. AAK-ın Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının üzvü, 2 monoqrafiya, ali məktəblər üçün 2 dərs vəsaiti, orta məktəb müəllimləri üçün 2 metodik vəsait, 50-dən çox elmi məqalə müəllifidir. 2017-ci ildən ADMİU-nun "Musiqi sənəti" fakültəsinin dekanıdır. Həmçinin "Mədəniyyət" kanalında "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biridir. 30 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib. Bəstəkar Emin Sabitoğlunun qızıdır. Görkəmli dramaturq Sabit Rəhmanın nəvəsidir.
Elnur Mahmudov (rəssam)
Elnur Mahmudov (7 dekabr 1977) — Azərbaycanlı rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü (2005). == Həyatı == Elnur Mahmudov 1977-ci ilin 7 dekabr tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 1998-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişdir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2006-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirir. == Fəaliyyəti == Uşaq yaşlarından bir çox fərdi sərgilərini təşkil etmişdir. Bununla yanaşı xarici ölkələrdə sərgiləri olmuşdur: Türkiyə (İstanbul,2000), İran (2005), Rusiya (Moskva, 2012), Böyük Britaniya (London, 2013). Bir çox beynəlxalq sərgilərin və simpoziumların iştirakçısıdır. Əsərləri natürmort və portret janrlarındadır. == Maraqlı fakt == Azərbaycanlı rəssam Elnur Mahmudov əfsanəvi futbol ulduzu Maradonaya onun şəklini çəkərək sürpriz etmişdir.
Emin Mahmudov (baş leytenant)
Emin Pünhan oğlu Mahmudov (1 iyun 1994; Tovuz rayonu, Azərbaycan — 11 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Mahmudov 1994-cü il iyunun 1-də Tovuz rayonunun Abulbəyli kəndində anadan olub. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Emin Mahmudov 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Emin Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Emin Mahmudov oktyabrın 11-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Abulbəyli kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Mahmudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emin Mahmudov ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Emin Mahmudov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Emin Mahmudov (dəqiqləşdirmə)
Emin Mahmudov — Azərbaycan bəstəkarı. Emin Mahmudov (futbolçu) — Azərbaycan Milli yığma komandasının və Portuqaliyanın Boavişta klubunun oyunçusu. Emin Mahmudov (yazıçı) — Azərbaycan yazıçısı. Emin Mahmudov (baş leytenant) — Azərbaycan hərbçisi, şəhid.
Emin Mahmudov (futbolçu)
Emin Cəbrayıl oğlu Mahmudov (27 aprel 1992, Saatlı) — Azərbaycan milli futbol komandasının və Neftçi PFK klubunun oyunçusudur. Azərbaycanın Saatlı rayonun Qara Nuru (keçmiş Krasnoselsk) kəndində doğulmuşdur. == Həyatı == Üç yaşında ikən Emin Mahmudovun ailəsi Rusiyaya, Moskva vilayətinə köçür. Emin Mahmudovun həm Azərbaycan, həm də Rusiya vətəndaşlığı var. == Karyerası == Emin Mahmudov futbol həyatına "Saturn"un uşaq komandası olan "Master-Saturn"da başlayıb. Rusiya vətəndaşlığını daşıyan 1992-ci il təvəllüdlü futbolçu 2009-cu ildə "Saturn"un əvəzedici heyətində daim oynaması ilə diqqət çəkib. Artıq əsas komandaya cəlb olunan Emin 2010-cu ilin yanvar ayında Sankt-Peterburq şəhərində Vladimir Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə karyerasında ilk uğurlarını qazanıb. Belə ki, Rusiyanın 19 yaşlılardan ibarət yığma komandasının (U-19) qalibi olduğu turnirin bombardiri də məhz Mahmudov olub. Özü də maraqlıdır ki, adətən nadir hallarda qol vurduğunu etiraf edən hücuma meyilli yarımmüdafiəçi turnirdə, demək olar, hər oyunda rəqib qapısına yol tapmağı bacarıb. Mahmudov Rusiya Premyer Liqası debütünü 24 aprel 2010-cu ildə Moskva Dinamosu ilə oyunda etdi.
Emin Mahmudov (yazıçı)
Mahmudov Emin Qasıməli oğlu — nasir, tərcüməçi, 1954-cü idən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Emin Mahmudov 1925-ci il yanvarın 1-də Azərbaycanın Göyçay şəhərində anadan olmuşdur. Burada 1 saylı orta məktəbi bitirib bir il uşaq evində tərbiyəçi işləmiş, sonra ordu sıralarında olmuşdur (1943-1945). Tərxis edildikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1945-1950). Ədəbi yaradıcılığa şeirlə başlasa da, elmi fantastikaya və bədii tərcüməyə üstünlük vermişdir. "RT-1" adlı ilk elmi-fantastik hekayəsi 1952-ci ildə "Pioner" jurnalında dərc olunmuşdur. "Günəş şəhəri" adlı ilk elmi-fantastik hekayələr məcmuəsi isə 1953-cü ildə Uşaqgəncnəşrdə çapdan çıxmışdır. O, Bakıda Baş mətbuat idarəsində senzor (1948-1952), "Azərbaycan qadını" jurnalı redaksiyasında məsul katib (1955-1966), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi (1953-1954), "Azərbaycan pioneri" qəzeti redaksiyasında məsul katib (1967-1971), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor (1973-1982) olmuşdur. 1982-1992- ci illərdə orada ştatdankənar müxbir işləyib. Xidmətlərinə görə medallarla təltif olunmuşdur.
Fatma Mahmudova
Fatma Yaqub qızı Mahmudova (30 dekabr 1954, Ağdam rayonu) — azərbaycanlı aktrisa. Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Fatma Mahmudova 30 dekabr 1954-cü ildə Ağdam rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutununu bitirib. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında aktrisa işləyib. Teatrın aparıcı aktrisalarından olan F. Mahmudova bu müddət ərzində bir çox özünəməxsus obrazlar yaratmağa nail olmuşdur. "Dağılan Tifaq"da Sona xanım, "Fərhad və Şirin"də Məryyəm, "Solğun çiçəklər"də Sara, "Qaçaq Nəbi"də Həcər, "Təhminə və Zaur"da Təhminə, "Qismət"də Ana və s. bu kimi obrazlar onu tamaşaçıların sevimlisinə çevirmişdir. Aktrisa 1987-ci ildə "Pirverdinin Xoruzu" filmində Həlimə roluna çəkilmişdir. 1989-cu ildə Azərbaycan SSR Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 34.93 dəfə / 1 mln.
2002 •••••••• 51.39
2003 •••••••••••••••••••• 130.31
2004 ••••••• 44.80
2005 ••••••• 43.19
2006 ••••••• 41.67
2007 •••••• 33.19
2008 ••••••• 45.07
2009 ••••• 31.04
2010 •••••• 35.22
2011 •••••• 35.77
2012 ••••• 30.20
2013 ••••• 27.86
2014 •••••• 33.29
2015 •••••• 36.07
2016 •••••• 37.48
2017 •••• 21.62
2018 ••••• 27.12
2019 ••••• 27.54
2020 ••••• 26.65

"mahmudov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mahmudov nədir? #mahmudov sözünün mənası #mahmudov nə deməkdir? #mahmudov sözünün izahı #mahmudov sözünün yazılışı #mahmudov necə yazılır? #mahmudov sözünün düzgün yazılışı #mahmudov leksik mənası #mahmudov sözünün sinonimi #mahmudov sözünün yaxın mənalı sözlər #mahmudov sözünün əks mənası #mahmudov sözünün etimologiyası #mahmudov sözünün orfoqrafiyası #mahmudov rusca #mahmudov inglisça #mahmudov fransızca #mahmudov sözünün istifadəsi #sözlük