Mahmudova sözü azərbaycan dilində

Mahmudova

Yazılış

  • Mahmudova • 99.6602%
  • MAHMUDOVA • 0.2718%
  • mahmudova • 0.0680%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aida Mahmudova
Aida Mahmudova (10 yanvar 1982 və ya 1982, Bakı) — Azərbaycan rəssamı, YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin təsisçisidir. == Həyatı və təhsili == Aida Mahmudova 10 yanvar 1982-ci ildə Bakıda anadan olub. Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin Rəngkarlıq fakültəsini (2006) bitirib. == Fəaliyyəti == 2011-ci ildə Aida Mahmudova tərəfindən YARAT Müasir İncəsənət Məkanı adlı qeyri-kommersiya təşkilatı təsis edilmişdir. YARAT fondlar, qalereyalar və muzeylər daxil olmaqla, yerli və beynəlxalq yaradıcı şəbəkələr arasında əlaqələr qurur. Növbəti il yaradıcı şəxslərə dəstək məqsədilə YAY Gallery ictimai müəssisəsini yaratmışdır — hal-hazırda ARTIM Layihə Məkanı kimi fəaliyyət göstərir. Aida Mahmudovanın əsərləri Belçika, London, Roma, Nyu-York, Moskva və Bakıda keçirilmiş qrup və fərdi sərgilər daxil olmaqla, bir sıra beynəlxalq tədbirlərdə nümayiş etdirilib. Fəaliyyətinin ilk illərində A. Mahmudova peyzaj və yarım-abstrakt tablolarında işıq, rəng və materiya üzərində aparılan eksperimentlərə daha çox maraq göstərmişdir. Rəsm əsərlərinin mövzusu getdikcə daha da şaxələndikcə, rəssam həmin yanaşmanı heykəltəraşlığa da tətbiq etmək, emosional və gərgin mühit yaratmaqla, öz təcrübəsini üçölçülü olaraq genişləndirmişdir. Rəssam kağız, gil, boya, sement, daş, son zamanlar isə epoksi qatran və işlənməmiş mərmər kimi müxtəlif materialları qatlar şəklində qarışdıraraq istifadə edir.
Ceyran Mahmudova
Ceyran Emin qızı Mahmudova (19 iyul 1964, Bakı) — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2023), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2018-ci ildən), xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professor, "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biri. == Həyatı == Ceyran Mahmudova 1971–1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1982–87-ci illərdə təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində davam etdirib. 1991-ci ildən 2017-ci ilədək Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dosent, professor vəzifəsində çalışıb. AAK-ın Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının üzvü, 2 monoqrafiya, ali məktəblər üçün 2 dərs vəsaiti, orta məktəb müəllimləri üçün 2 metodik vəsait, 50-dən çox elmi məqalə müəllifidir. 2017-ci ildən ADMİU-nun "Musiqi sənəti" fakültəsinin dekanıdır. Həmçinin "Mədəniyyət" kanalında "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biridir. 30 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib. 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilmişdir. Bəstəkar Emin Sabitoğlunun qızıdır.
Fatma Mahmudova
Fatma Yaqub qızı Mahmudova (30 dekabr 1954, Ağdam rayonu) — azərbaycanlı aktrisa. Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Fatma Mahmudova 30 dekabr 1954-cü ildə Ağdam rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutununu bitirib. 1968-ci ildən Ağdam Dövlət Dram Teatrında aktrisa işləyib. Teatrın aparıcı aktrisalarından olan F. Mahmudova bu müddət ərzində bir çox özünəməxsus obrazlar yaratmağa nail olmuşdur. "Dağılan Tifaq"da Sona xanım, "Fərhad və Şirin"də Məryyəm, "Solğun çiçəklər"də Sara, "Qaçaq Nəbi"də Həcər, "Təhminə və Zaur"da Təhminə, "Qismət"də Ana və s. bu kimi obrazlar onu tamaşaçıların sevimlisinə çevirmişdir. Aktrisa 1987-ci ildə "Pirverdinin Xoruzu" filmində Həlimə roluna çəkilmişdir. 1989-cu ildə Azərbaycan SSR Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.
Nigar Mahmudova
Pərixanım Mahmudova
Mahmudov Pərixanım Mahmud qızı (15 may 1948, Xızı rayonu, Qəriban kəndi) – “Əməkdar Mədəniyyət İşçisi” Cəlil Məmmədquluzadənin ev-muzeyində direktoru(1982-2013) Pərixanım Mahmud qızı Mahmudova 1948–ci il mayın 15-də Xızı rayonunun Qəriban kəndində anadan olmuşdur. Orta təhsilini 19 saylı Altıağac kənd məktəbində almış (1956-1964) və ailənin Bakı şəhərinə köçməsi ilə əlaqədar olaraq təhsilini Bakı şəhər 161 saylı məktəbində (1964-1966) bitirmişdir. BDU-nun filologiya fakultəsində ali təhsil almış (1968-1973) və filoloq, Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişdir. Ali təhsilini davam etdirməklə bərabər 12 may 1969-cu il tarixdən Şirvanşahlar sarayı Dövlət Tarixi-Memarlıq Qoruq muzeyində muzey baxıcısı kimi əmək fəaliyyətinə başlamış və həyatını həmişəlik olaraq muzey işinə bağlamışdır. Həmin muzeydə 1982-ci ilə qədər muzeyin kütləvi təbliğat şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır: ekskursçu, kiçik elmi işçi, böyük elmi işçi. Bu müddətdə muzeyin kütləvi təbliğat şöbəsi müdirinin müavini vəzifəsini icra etməklə bərabər şöbənin məktəblilərlə iş bölməsinə rəhbərlik etmişdir. Respublikanın rayonlarında Tarix-Diyarşünaslıq muzeylərinin yaradılmasında yaxından iştirak etmiş, yaradılmış muzeylərin sonrakı fəaliyyətində də onlara əməli və metodiki köməkliklər göstərmək məqsədilə mütəmadi olaraq həmin rayonlara ezam olunmuşdur. Dəfələrlə Mədəniyyət Nazirliyi tərəfindən ona Fəxri fərman və pul mükafatları təqdim olunmuşdur. Pərixanım Mahmudova Cəlil Məmmədquluzadənin ev-muzeyində direktor vəzifəsində çalışıb (1982-2013). 2013-cü ildə Azərbaycan Respublikasında mədəni irsin qorunmasında səmərəli fəaliyyətlərinə görə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.
Tamilla Mahmudova
Tamilla Zahid qızı Mahmudova (21 aprel 1931, Bakı – 12 sentyabr 2014, Moskva) — Azərbaycan pianoçusu, Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professoru, Azərbaycan SSR xalq artisti (1974), Rusiyan Federasiyasının əməkdar artisti (1994), "Şöhrət" ordeni laureatı (2002). Tamilla Mahmudova Azərbaycanda doğulub. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi məktəbdə, məşhur pedaqoq, professor K. Səfərəliyevanın sinfində alıb. 1954-cü ildə Moskva konservatoriyasını və 1957-ci ildə professor Y. Zakın sinfində aspiranturanı bitirib. 1947-ci ildən Azərbaycan Radio Komitəsində solist olmuşdur. 1954-cü ildən Moskonsertin solisti idi Repertuarına rus və Qərbi Avropa klassiklərinin, müasir xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Mahmudova Azərbaycan bəstəkarlarından Q. Qarayev, F. Əmirov, C. Hacıyev və A. Məlikovun fortepiano əsərlərinin ilk ifaçılarındandır. Xarici ölkələrdə (İngiltərə, Belçika, Macarıstan, Hindistan, Polşa, Zambiya və s.) qastrolda olmuşdur. 3 sentyabr 2014-cü ildə Moskva şəhərində vəfat etmişdir.
Zəkiyyə Mahmudova
Zəkiyyə Güləmi qızı Mahmudova (7 noyabr 1949, Bakı) — geyim rəssamı, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının üzvü (1996), Azərbaycan Rəssamlar İttifaqının üzvü (2005), Balaxanı qəsəbəsinin ilk qadın rəssamı, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2019). Zəkiyyə Mahmudova 1949-cu il noyabr ayının 7-də Bakı şəhərində dünyaya gəlib. O, 40-a yaxın cizgi filminin rəssam assistenti, bir neçə bədii filmin geyim rəssamı olub. Zəkiyyə Mahmudova 1966-cı ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. O, 1970-ci ildə rəssamlıq məktəbini bitirdikdən sonra taleyini kino sənətinə bağlayaraq, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının cizgi filmləri şöbəsində çalışmağa başlayıb. Zəkiyyə Mahmudovanın “Bulud niyə ağlayır?”, “Kirpi balası və alma”, “Meşəyə insan gəlir”, “Şah və xidmətçi”, “Daş”, “Balaca çoban”, “Qaya” və s. animasiya filmlərinin, “Nar ağacının nağılı”, “Qərib cinlər diyarında”, “Hökm”, “Qorxma, mən səninləyəm” kimi bədii filmlərin yaranmasında əlbəsə ustası, rəssam assistenti, geyim rəssamı qismində böyük əməyi olub. 1996-cı ildən Cəfər Cabbarlı adına kinematoqrafiya ittifaqının, 2005-ci ildən Azərbaycan rəssamlar birliyinin üzvüdür. 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Şəfəqət Mahmudova
Şəfəqət Cəbrayıl qızı Mahmudova — texnika üzrə fəlsəfə doktoru, dosent. İnformasiya Texnologiyaları İnstitutunda baş elmi işçi. Fotoportretlər əsasında insan sifətinin tanınması tədqiqatları üzrə Azərbaycanda ilk mütəxəssislərdən biri Azərbaycanda informatika üzrə dərsliklərin və elmi kitabların müəllifidir. Onun "Proqramlaşdırma və onun inkişaf mərhələləri", "Proqramlaşdırmanın elmi-texnoloji əsasları" və s. kitabları universitet dərsliklərinə daxil edilib. Şəfəqət Cəbrayıl qızı Mahmudova 1979-cu ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin "Tətbiqi riyaziyyat" fakültəsini bitirmişdir. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda proqramçı vəzifəsində işə qəbul edilmiş və avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılması məsələləri ilə məşğul olmuşdur. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsinə böyük proqramçı, bir müddətdən sonra aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. EHM-lər arasında müxtəlif təyinatlı sistemlərin informasiya mübadiləsinin proqram təminatlarını işləyib hazırlamış və müxtəlif AİS-lərin təşkilində iştirak etmişdir. Ş. Mahmudova Azərbaycanda olan ilk qadın proqramçılardan biridir.
Çalır Tamilla Mahmudova (1966)
Çalır Tamilla Mahmudova (film, 1966)

Oxşar sözlər

#mahmudova nədir? #mahmudova sözünün mənası #mahmudova nə deməkdir? #mahmudova sözünün izahı #mahmudova sözünün yazılışı #mahmudova necə yazılır? #mahmudova sözünün düzgün yazılışı #mahmudova leksik mənası #mahmudova sözünün sinonimi #mahmudova sözünün yaxın mənalı sözlər #mahmudova sözünün əks mənası #mahmudova sözünün etimologiyası #mahmudova sözünün orfoqrafiyası #mahmudova rusca #mahmudova inglisça #mahmudova fransızca #mahmudova sözünün istifadəsi #sözlük