Malayziya sözü azərbaycan dilində

Malayziya

Yazılış

  • Malayziya • 99.8437%
  • malayziya • 0.1042%
  • MalaYziya • 0.0521%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Malayziya
Malayziya (malay Malaysia) — Cənub-Şərqi Asiyada dövlət. 1957-ci ildə Böyük Britaniyadan müstəqillik qazanmış, 1963-cü ildə Malayziya Federasiyanın 11 ştatı Sinqapur, Saravak və Sabahla (keçmiş Şimali Borneo) birləşmişdir. Lakin, 1965-ci ildə Sinqapur federasiyadan ayrılmışdır. Şimalda Tayland və Sinqapur, cənubda İndoneziya ilə qonşudur. Bundan əlavə qərbdən Andaman dənizi, şərqdən Cənubi Çin Dənizinə çıxışı var. Ölkə coğrafi baxımdan Qərbi Malayziya və Şərqi Malayziya olmaqla 2 bölgəyə, bu bölgələr isə 10 ştata ayrılır. Paytaxtı Kuala Lumpur şəhəridir. Lakin, federal hökumət Putracaya şəhərində yerləşir. 30 milyon nəfər əhalisi olan Malayziya dünyada əhalisinin sayına görə 44-cü yerdədir. Avrasiya materikinin cənub nöqtəsi olan Tanjunq Piai də Malayziyadadır.
Bumiputra (Malayziya)
Bumiputra və ya Bumi Putra (Cavi: بوميڤوترا) - Malayziyada malay etnik qrupuna, Qərbi Malayziyada yaşayan oranq əsli qrupları və Şərqi Malayziyada yaşayan bir sıra etnik qruplara aid olan insanları digərlərindən fərqləndirmək üçün istifadə olunan termin. Bumiputra sözü iki sözün "Bhumi" (yer, torpaq) və "Putra" (oğul, övlad) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Bumiputralar üçün Malayziyada bir sıra güzəştlər tətbiq olunmuş və onlar ölkənin digər sakinlərindən üstün hesab olunurlar.
Corctaun (Malayziya)
Corctaun Pinanq (ing. George Town) — Malayziyada şəhər. Pinanq ştatının (qubernatorluğunun) inzibari mərkəzi. == Əhalisi == Əhalisi 174,3 min nəfərdir (2007; aqlomerasiyada 1,7 mln. Əhalisinin sayına görə Kuala-Lampur paytaxt aqlomerasiyasından sonra ölkənin 2-ci şəhəri). == Coğrafiyası == Pinanq adasının şərq hissəsində, Malakka boğazı sahilində yerləşir. Qərbi Malayziyanın mühüm nəqliyyat mərkəzidir. Malakka yarımadası ilə körpü (1985; Cənub-Şərqi Asiyada ən uzun –13,5 km– körpülərdən biri), avtomobil və dəmiryol əlaqəsi var. Dəniz portu (yük dövriyyəsinə görə ölkədə 3-cü). Beynəlxalq aeroportdur (Pinanq-Bayan-Lepas).
Malayziya coğrafiyası
Malayziya – Cənub-Şərqi Asiyada dövlət. Avrasiya materikinin cənub nöqtəsi olan Piay burnu da Malayziyadadır. Ölkə ərazisi iki hissədən ibarətdir: Qərbi Malaziya (Malay yarımadasında yerləşir) və Şərqi Malayziya (Kalimantan adasının şimal hissəsi). == Coğrafi mövqeyi == Malaziyanın sahəsi 329 847 km²-dir (böyüklüyünə görə dünyada 66-cı yerdə). Şimaldan Tayland, cənubdan Sinqapur, eləcə də Kalimantan adasında cənubdan İndoneziya, şimaldan isə Bruneylə həmsərhəddir. Bundan əlavə qərbdən Andaman dənizi, şərqdən Cənubi Çin Dənizinə çıxışı var. Malaziya ensiz damba vasitəsi ilə Sinqapurla birləşdirilib. Ölkə Vyetnam və Filippinlə dəniz sərhəddinə malikdir. Malaziyanın yarımada hissəsi Sumatra adasından Malay boğazi ilə ayrılır. Malay boğazı dünyanın ən önəmli dəniz yollarından biri hesab olunur.Yarımada ərazi ölkə ərazisinin 39,7 %-ni təşkil edir.
Azərbaycan–Malayziya münasibətləri
Azərbaycan–Malayziya münasibətləri — Azərbaycan Respublikası ilə Malayziya arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin aprel ayının 5-də qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Səfyar Musayev olmuşdur. 4 mart 2016-cı il tarixindən Mahir Aslanov işçi qrupunun rəhbəridir.
Bruney–Malayziya münasibətləri
Bruney–Malayziya münasibətləri — Bruney sultanlığı və Malayziya arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında dövlət sərhəddinin uzunluğu 266 km təşkil edir. == Tarixi == Borneyonun şimalında ilk dövlət qurumları b.e.ə X əsrdə meydana gəlmişdir. X—XII əsrlərdə böılgə malay imperiyasından asılı vəziyyətdə olmuşdur. XVI əsrdən XIX əsrin ortalarına kimi Byuney sultanlığının ərazisi olmuşdur. 1891-ci ildə Borneoda yerləşən ingilis və holland müstəmləkəlləri arasında sərhəd müəyyən edilir. 16 sentyabr 1963-cü ildə uzun sürən danışıqlardan sonra Federativ Malayziya elan edilir. Bruney Şərqi Malayziyaya daxil olmaqdan imtina edir. 1970-ci illərdə iki ölkə arasınmda münasibətlər pisləşoir. Bunun əsəs səbəblərindən biri Bruneydə qadağan olunmuş Bruney Xalq Partiyasının 8 üzvünün Malayziyada siyasi sığınacaq alması olur.
Malayziya-Özbəkistan münasibətləri
Malayziya-Özbəkistan münasibətləri — Malayziya və Özbəkistan arasındakı beynəlxalq münasibətlərdir. Malayziyanın Özbəkistanın paytaxtı Daşkənd şəhərində səfirliyi vardır. Özbəkistanın isə Malayziyanın böyük şəhərlərindən biri olan Ampanq Jayada səfirliyi vardır. Hər iki ölkə də xoş beynəlxalq münasibətlərə sahibdirlər. == Tarixi == Özbəkistanla Malayziya arasında ilk dəfə 1992-ci ildə ikitərəfli diplomatik əlaqələr qurulmuş, 1993-cü ildə Daşkənddə Malayziya səfirliyi açılmışdır. 1992-ci ildən Özbəkistan prezidenti olan İslam Kərimov ən uzun xarici səfərində Malayziya və İndoneziya kimi Cənub-Şərqi Asiya ölkələrini ziyarət etmişdir. == İqtisadi münasibətlər == Hər iki ölkə iqtisadi, investisiya əməkdaşlığını neft, təbii qaz, təhsil və turizm sahələrində inkişaf etdirir. Bir çox Malayziyalı investor Özbəkistanda iş görməyə başlamışdır. Malayziya və Özbəkistan Dostluq Dərnəyi (MAUFA), iki ölkə arasındakı 20 illik dostluq münasibətindən sonra 2012-ci ildə qurulmuşdur. Assosiasiya təhsil turizmi, tələbə inkişafı, informasiya və kommunikasiya texnologiyaları sahələrində də birgə layihələr yaradır.
Malayziya–Türkiyə münasibətləri
Malayziya—Türkiyə münasibətləri — Malayziya ilə Türkiyə arasında ikitərəfli diplomatik münasibətlər. Malayziyanın Ankarada səfirliyi və Türkiyənin Kuala Lumpurda səfirliyi yerləşir. Hər iki ölkə ÜTT və İƏT-in üzvüdür və hər ikisi regional güc hesab olunur. == Tarixi == Ölkələr arasındakı münasibətlər Malay sultanlıqları və Osmanlı İmperiyası dövründən bəri mövcuddur. 19-cu əsrdən bəri, ölkələr arasındakı münasibətlər ayrılmaz olaraq qaldı və İstanbula dəfələrlə səfər edən Sultan Əbu Bəkirın dövründə şəxsi əlaqələrin yaradılması ilə daha da möhkəmləndi. 1890-cı ildəki ziyarətlərindən birində qardaşı ilə birlikdə türk qadınları ilə evləndi. Bu evliliklər yalnız ikitərəfli münasibətlərin möhkəmlənməsinə deyil, eyni zamanda qarışıq nikahların ortaya çıxmasına səbəb oldu, bunun nəticəsində, məsələn, Ünqku Əbdül Əziz və Hüseyn Onn dünyaya gəldi. Müasir Türkiyə ilə Malayziya arasında əlaqələr 1964-cü ildə, demək olar ki, müasir Malayziya dövlətinin qurulmasından dərhal sonra quruldu. 2014-cü ildə Malayziya Baş naziri Najib Tun Razak ikitərəfli münasibətləri genişləndirmək və sərbəst ticarət müqaviləsi imzalamaq üçün Türkiyəyə səfər etdi. Nəticədə, strateji əməkdaşlıq və sərbəst ticarət haqqında müqavilələr imzalanmış deyil, viza şərtləri da ləğv edilmişdir.
Malayziya–Türkmənistan münasibətləri
Malayziya–Türkmənistan münasibətləri — Türkmənistan və Malayziya arasında beynəlxalq əlaqələr. Malayziyanın Aşqabadda səfirliyi vardır həmçinin, Türkmənistanın Kuala Lumpurda səfirliyi yerləşir. == İqtisadi əlaqələri == Hazırda həm Malayziya, həm də Türkmənistan ikitərəfli əlaqələri, xüsusən də iqtisadi əlaqələr sahəsində genişləndirməyə çalışırlar. Hər iki tərəf aralarında daha sıx əlaqələrin qurulması üçün bir sıra sənədlər imzaladılar. Bundan əlavə, bir sıra Malayziya şirkətləri iki ölkə arasında turizm və infrastrukturun inkişafına maraq göstərdilər. 2012-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhamedov digər Malayziya firmalarını Türkmənistandakı iş imkanlarını araşdırmağa dəvət etdi. Malayziya şirkəti Petronas 1996 -cı ildən etibarən ölkə daxilində fəaliyyət göstərir. Malayziya da halal qida ticarəti ilə yanaşı iki ölkə arasındakı ümumi ticarət sahəsini də genişləndirməyə çalışır. 2013-cü ildə dövriyyə 2012-ci ildə 11,68 milyon dollar, 2011-ci ildə 24,27 milyon dollar ilə müqayisədə 33,13 milyon dollar idi. 2010-cu ildə iki ölkənin ticarət həcmi 2009-cu ildəki 205.61 milyon ABŞ dolları ilə müqayisədə cəmi 28.90 milyon ABŞ dolları idi.
Malayziya–Özbəkistan münasibətləri
Malayziya-Özbəkistan münasibətləri — Malayziya və Özbəkistan arasındakı beynəlxalq münasibətlərdir. Malayziyanın Özbəkistanın paytaxtı Daşkənd şəhərində səfirliyi vardır. Özbəkistanın isə Malayziyanın böyük şəhərlərindən biri olan Ampanq Jayada səfirliyi vardır. Hər iki ölkə də xoş beynəlxalq münasibətlərə sahibdirlər. == Tarixi == Özbəkistanla Malayziya arasında ilk dəfə 1992-ci ildə ikitərəfli diplomatik əlaqələr qurulmuş, 1993-cü ildə Daşkənddə Malayziya səfirliyi açılmışdır. 1992-ci ildən Özbəkistan prezidenti olan İslam Kərimov ən uzun xarici səfərində Malayziya və İndoneziya kimi Cənub-Şərqi Asiya ölkələrini ziyarət etmişdir. == İqtisadi münasibətlər == Hər iki ölkə iqtisadi, investisiya əməkdaşlığını neft, təbii qaz, təhsil və turizm sahələrində inkişaf etdirir. Bir çox Malayziyalı investor Özbəkistanda iş görməyə başlamışdır. Malayziya və Özbəkistan Dostluq Dərnəyi (MAUFA), iki ölkə arasındakı 20 illik dostluq münasibətindən sonra 2012-ci ildə qurulmuşdur. Assosiasiya təhsil turizmi, tələbə inkişafı, informasiya və kommunikasiya texnologiyaları sahələrində də birgə layihələr yaradır.
Milli Cəbhə (Malayziya)
Milli Cəbhə - Malayziyada Hakim koalisiyalı partiya. == Yaranması və fəaliyyəti == Milli Cəbhə 1970-ci ildə İttifaq partiyasının bazası əsasında yaradılmışdır. İttifaq partiyasının əsasını da Malayziyanın 3 əsas milli icması (Birləşmiş Malay Milli Təşkilatı - BMMT, Malayziyanın Çin Assosiasiyası - MÇA, Malayziyanın Hindistan Konqresi . - MHK təşkil edirdi. 1970-ci ildə Cəbhəyə Saravaka Birləşmiş Xalq Partiyası, 1972-ci ildə Malayziya Xalq Hərəkatı Partiyası (Qerakan) və Xalq-Tərəqqi Partiyası, 1973-cü ildə Panmalayziya İslam Partiyası (1977-ci ildə Milli Cəbhədən xaric edilmişdir) daxil olmuşdur. 1974-cü ildə bu təşkilat rəsmi şəkildə Milli Cəbhə adlandırılmışdır. Hazırda Milli Cəbhənin tərkibində 13 partiya vardır 2008-ci ilədək Milli Cəbhə parlament seşkilərində asan qələbələr qazanmışdır. 2008-ci ildə Milli Cəbhə ilk dəfə müxalifətdə olan Xalq blokunun şəxsində güclü bir rəqiblə toqquşdu. Cəbhə nəinki parlamentdə üstünlüyünü (səslərin 2/3 hissəsini) itirdi, həm də müxalifətin öz hökumətini təşkil etdiyi 4 ştat üzərində nəzarəti itirdi. Bu meyl 2013-cü il seçkilərində də davam etdi.
Qazaxıstan–Malayziya münasibətləri
Qazaxıstan–Malayziya münasibətləri — Qazaxıstan və Malayziya arasında ikitərəfli diplomatik əlaqələr. Ölkələr Birləşmiş Millətlər Təşkilatının və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. == Tarixi == 16 mart 1992-ci ildə ölkələr arasında diplomatik əlaqələr quruldu. 1996-cı ilin may ayında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilk rəsmi səfərini Malayziyaya etdi və həmin ilin iyul ayında Malayziyanın Baş naziri Mahathir Məhəmməd Qazaxıstana dövlət səfəri etdi. == Ticarət == Ölkələr ticarət-iqtisadi əməkdaşlığı genişləndirməyi planlaşdırırlar, aralarında daha sıx əlaqələr qurmaq üçün bir neçə müqavilə imzalanmışdır. 2011-ci ildə ölkələr arasında ticarətin həcmi 61,1 milyon ABŞ dolları təşkil etmişdir. Ölkələr eyni zamanda texnologiya mübadiləsi, İslam maliyyələşməsi və halal əməkdaşlıq mövzusunda birlikdə çalışırlar. 2011-ci ildə Air Astana Almatı ilə Kuala Lumpur arasında birbaşa uçuşlar açdıqdan sonra təxminən 15000 Qazaxıstan Malayziyaya səfər etdi.2016-cı ildə ölkələr arasında ticarət dövriyyəsinin həcmi 49,22 milyon ABŞ dolları təşkil etmişdir. Malayziyanın Qazaxıstana ən böyük ixracı qəhvə əsaslı məhsullar, Qazaxıstanın ən böyük idxalı isə sink və televizor komponentləridir. 4 may 2017-ci ildə ölkələr 11 sahədə iqtisadi əməkdaşlığın təşkilinə razılıq verdilər.
Qırğızıstan–Malayziya münasibətləri
Qırğızıstan–Malayziya münasibətləri — Qırğızıstan və Malayziya arasında ikitərəfli beynəlxalq diplomatik, hərbi, ticari, mədəni və tarixi və həqiqi münasibətlər. Qırğızıstanın Kuala-Lumpurda bir səfirliyi vardır. Malayziyanın Daşkənddəki səfirliyi həm də Qırğızıstanda akkreditə olunmuşdur. Ölkələr Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya poçt ittifaqı, BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu, Qaçqınlar üzrə Ali Komissarlıq və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Hər iki ölkə beynəlxalq təşkilatlar səviyyəsində bir-biri ilə əməkdaşlıq edir. == Tarix == İki ölkə arasında diplomatik münasibətlər 2 aprel 1992-ci ildə diplomatik əlaqələrin qurulmasına dair sənədə uyğun olaraq qurulur. Kuala-Lumpurdakı Qırğızıstan səfirliyi 1997-ci ildə açılmışdır. 1995-ci ildə Qırğızıstan prezidenti Əsgər Akayev ilk rəsmi səfərini Malayziyaya edir. Sonra 1996-cı ildə Malayziyanın Baş naziri Mahathir Məhəmməd Qırğızıstana rəsmi səfərə gəlir. O vaxtdan bəri ikitərəfli əlaqələr ticarət, iqtisadi, investisiya, mədəni, humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə xeyli yaxşılaşır.
İsrail–Malayziya münasibətləri
İsrail–Malayziya münasibətləri — İsrail və Malayziya arasında ticarət və mədəni əlaqələr. Hal hazırda bu iki ölkənin rəsmi diplomatik münasibətləri yoxdur. == Tarix == İsrail Xarici İşlər Naziri Moşe Sharet 1956-cı ildə, Malayziya Federasiyasının müstəqilliyini elan etməsindən bir il əvvəl Kuala-Lumpuru ziyarət etdi. O, İsrail konsulunu qəbul etmək təklifinin ev sahibi tərəfindən "istinasız olaraq xoşniyyətli" qəbul edilməsini təsvir etdi. 1957-ci ildə Malayziya BMT-yə üzv olmaq üçün müraciət edərkən İsrail Malayziyanın təşkilata üzv olmasının lehinə səs verdi. 1960-cı illərin əvvəllərində Malayziya İsrailin yüksək səviyyəli münasibətləri rəsmiləşdirmək cəhdlərini rədd etdi. Səbəb kimi yerli radikal islam müxalifəti və ərəb təzyiqinin Malayziyanı İsrail ilə münasibətdə narahat vəziyyətə saldığını bildirdi. 1990-cı illərin əvvəllərində İsrail və Fələstin arasındakı danışıqlar sürətləndiyindən, Malayziyanın Baş naziri Mahathir Məhəmməd İsraillə diplomatik münasibətlər qurmağa qərar verdi. Beynəlxalq Ticarət və Sənaye Naziri Chua Jui Menq 1994-cü ildə İsrail bazarının tədricən sonda Malayziya sərmayəsinin hədəfinə çevrilə biləcəyini bildirdi. 1981–2003-cü illərdə Malayziyanın Baş naziri Mahathir Mohamad müxaliflərini sionizmin tərəfdarı olmaqda, sionistləri Malay dövlətçiliyinə xələl gətirməkdə və İslamı məhv etməkdə günahlandırdı.
Malayziya Həmkarlar İttifaqları Konqresi
Malayziya Həmkarlar İttifaqları Konqresi (malay Kongres Kesatuan Sekerja Malaysia) — Malayziyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konqresin baş qərargahı Subanq Caya şəhərində yerləşir. == Tarixi == Malayziya Həmkarlar İttifaqları Konqresi 1949-cu ildə yaradılmışdır. Fəaliyyətinin ilk illərində Malayziya Həmkarlar İttifaqları Şurası adlanırdı. Lakin 1958-ci ildə keçirilən qurultay zamanı qurumun adı dəyişdirilib və həmin vaxtdan etibarən Malayziya Həmkarlar İttifaqları Konqresi adını daşıyır. == Fəaliyyəti == Konqres bir çox aktual məsələləri hər zaman gündəmdə saxlayır və onların həlli istiqamətində fəal addımlar atır. Konqresin prioritet məsələləri iş yerlərinin yaxşılaşdırılması, minimal əməkhaqqının yaşayış minimumu səviyyəsinə uyğunlaşdırılması, qadınlara cəmiyyətdə xüsusi diqqət ayrılmasıdır. Konqres hər il 7 Oktyabr layiqli əmək və 1 May zəhmətkeşlərin həmrəylik günlərində minlərlə işçinin iştirakı ilə kütləvi nümayişlər təşkil edir. Məhz konqresin gördüyü işlər nəticəsində Malayziyada iş rejimində dəyişikliklər olub. Yəni iş həftəsi 6 gündən 5 günə, gündəlik iş saatları isə 8-ə salınıb, minimal əməkhaqının həcmi artırılıb.
Malayziya Milli Kosmik Agentliyi
Malayziya Milli Kosmik Agentliyi (Malay dili: Agensi Angkasa Malaysia, ANGKASA)- Malayziyanın milli kosmik agentliyidir. Agentlik 2002-ci ildə yaradılıb. Onun nizamnaməsinə kosmik texnologiyaların işlənməsi və tətbiqi üzrə kompleks və əlaqələndirilmiş səylər vasitəsilə ölkənin kosmik proqramını yeniləşdirmək, stimullaşdırılması və gücləndirilməsi məqsədləri daxildir.
Malayziya Xarici İşlər Nazirliyi
Malayziya Xarici İşlər Nazirliyi (malay Kementerian Luar Negeri) — xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əlaqələrin idarə edilməsindən məsul. Malayziyanın xarici siyasətini inkişafından, planlaşdırılmasından və tətbiq edilməsindən məsuliyyət daşıyır. Nazirlik binası Putracaya şəhərində yerləşir. == Tarixi == Malayziya İşlər Nazirliyi 1956-cı ildə Malayziyanın müstəqilliyindən əvvəl yaranmışdır.
V Məhəmməd (Malayziya kralı)
V Məhəmməd (Cavi: V سلطان محمد; 6 oktyabr 1969, Kota Baru[d]) — Kelantan sultanı, 2016-cı ilin 13 dekabrında 5 il müddətinə Malayziya kralı seçilib. 6 yanvar 2019-cu ildə taxtdan imtina edib. == Həyatı == V Məhəmməd 1969-cu il oktyabrın 6-da Malayziyanın Kelantan ştatında doğulub. O, Böyük Britaniyada ali diplomat təhsili alıb. Hobbiləri arasında ekstremal idman növləri, dözümlülük tələb edən maneəli yerlərdə qaçış və idman atıcılığı xüsusi yer tutur.2018-ci ilin noyabr ayının 22-də Rusiya paytaxtında "Miss Moskva-2015" müsabiqəsinin qalibi Oksana Voyevodina ilə evlənib. Rusiyalı model Oksana kralla evləndikdən sonra İslamı qəbul edib və müsəlman adı (Rihana) götürüb.V Məhəmməd ölkənin 1957-ci ildə müstəqillik qazanmasından sonra 15-ci hökmdar olub. Konstitusiyaya əsasən, Malayziya kralı taxt-tacına ölkənin 9 ştatının sultanlarından biri 5 illik müddətə və rotasiya prinsipi əsasında sahib olur. 2016-cı ilin dekabrında V Məhəmməd tacı Kedah ştatının sultanı Abdul Halim Muadzamdan təhvil alıb.O, 2019-cu ilin yanvarın 6-dan etibarən Federal Konstitusiyanın 32 (3.) maddəsinə əsasən ölkənin 15-ci kralı olaraq istefa verib. Həmçinin ölkənin tarixində ilk dəfə olaraq kral öz taxtından imtina edib. Bu 1957-ci ildə Malayziyanın Britaniyadan müstəqillik qazanmasından sonra ilk taxtdan imtina halıdır.
Xarici İşlər Nazirliyi (Malayziya)
Malayziya Xarici İşlər Nazirliyi (malay Kementerian Luar Negeri) — xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əlaqələrin idarə edilməsindən məsul. Malayziyanın xarici siyasətini inkişafından, planlaşdırılmasından və tətbiq edilməsindən məsuliyyət daşıyır. Nazirlik binası Putracaya şəhərində yerləşir. == Tarixi == Malayziya İşlər Nazirliyi 1956-cı ildə Malayziyanın müstəqilliyindən əvvəl yaranmışdır.
Malayziya 2018 Qış Olimpiya Oyunlarında
Malayziya 2018 Qış Olimpiya Oyunlarında dağ xizəyi və fiqurlu kankisürmə idman növlərində 2 idmançı ilə təmsil olunacaqdır. Bu ölkənin ilk qış olimpiya cempionatıdır. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Malayziya «B» kateqoriyası üzrə təmsil olunacaqdır. Ölkəsini təmsil etmək hüququ Arabella Ina məxsusdur. kişilər ==== Fiqurlu konkisürmə ==== Bu yarışma üzrə lisenziyalar 2017-ci dünya çempionatına əsasən müəyyən edilir. Bunun nəticəsi olaraq Malayziya bir lisenziya əldə edə bilmişdir. Bu lisenziyanı isə Culian İ əldə etmişdir.
Malayziya Hava Yolları reys 17
Donetskdə təyyarə qəzası — 17 iyul 2014-cü ildə Donetsk vilayətində “Malaysia Airlines” aviaşirkətinə məxsus "Boeing-777" təyyarəsi qəzası. Təyyarə Ukraynanın şərqindəki antiterror əməliyyatı zonasında vurulub. Təyyarənin göyərtəsində 295 nəfər olub. Onların 80-i uşaq olub. Təyyarə Donetsk vilayətinin Qrabovo yaşayış məntəqəsi yaxınlığında yerə düşüb. Təyyarənin Amsterdam–Kuala-Lumpur marşrutu ilə uçduğu bildirilir. “Malaysia Airlines” şirkəti təyyarədə olan sərnişinlərin siyahısını açıqlayıb. “Boeing-777”də 154 Niderland, 27 Avstraliya, 23 Malayziya, 11 İndoneziya, 6 Britaniya, 4 Almaniya, 4 Belçika, 3 Filippin, 1 Kanada vətəndaşı olub. 47 nəfərin vətəndaşlığı hələlik müəyyənləşməyib. Hadisə zamanı ən çox itki verən dövlət olan Niderland Ukraynaya məhkəmə-istintaq qrupu göndərməyə hazır olduğunu bəyan edib.
Malayziya Hava Yolları reys 370
Malayziya Hava Yolları reys 370 — 8 mart 2014-cu il tarixində China Southern Airlines adına sərnişin daşıyan Malaysia Airlinesə məxsus sərnişin təyyarəsinin Kuala Lumpur Beynəlxalq Hava Limanı ilə Pekin Paytaxt Beynəlxalq Havalımanı arasındakı səfəri əsnasında itib. 227'si sərnişin və 12-si ekipaj üzvündən ibarət olan təyyarə 8 saat davam edəcək səfəri üçün Kuala Lumpur Beynəlxalq Havalımanından yerli saatla gecə 00:41-də havalandı. Subang Hava Trafik İdarə Mərkəzi saat 01:22-də Tayland Körfəzi üzərindəykən təyyarə ilə bağlantını itirdi və 02:40 itkin hesabat olundu. Itkin düşdüyü doğrulandıqdan sonra Cənubi Çin dənizi və Tayland körfəzində ABŞ, Çin, Avstraliya, Vyetnam, Filippin, Malayziya, Sinqapur və Taylanddan qrupların qatıldığı ortaq axtarış-qurtarma əməliyyatı başladıldı. Bir neçə ölkələrin axtarış səylərinə baxmayaraq, təyyarə hələ aşkar olunmamışdır.
Malayziyanın dövlət quruluşu
Malayziyanın dövlət quruluşu - 1957-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi. == Dövlət quruluşu == Malayziya dünyada federal konstitusiyalı seçkili monarxiya formasında idarəetmə üsuluna malik yeganə ölkədir. Milli bayramlar olan müstəqillik günü (1957) 31 avqustda, federasiyanın yaranması günü isə (1963) 16 sentyabrda qeyd olunur. Malayziyanın konstitusiyası 31 avqust 1957-ci ildə qəbul edilmiş və bu günə qədər ona bir sıra dəyişikliklər edilmişdir. == İnzibati ərazi bölgüsü == Qərbi və Şərqi Malayziya olmaqla 2 bölgəyə ayrılan Federasiya, inzibati cəhətdən 13 ştatdan və 3 federal ərazidən ibarətdir. Qərbi Malayziya (Malaya) 11 ştatı (Coxor, Kedah, Kelantan, Malakka, Negeri-Sembelan, Paxanq, Perak, Perlis, Pulau-Pinanq, Selanqor və Trenqany) və Malakka yarımadasında yerləşən 2 federal ərazini (Putradcaya və paytaxt Kuala-Lumpur), Şərqi Malayziya isə 2 ştatı (Sabax və Saravak) və Kalimantan adasında yerləşən 1 federal ərazini (Labuan) özündə birləşdirir. == Dövlət başçısı == Dövlət başçısı olan Ali Rəhbər (hökmdar) və onun müavini - köməkçisi Malayziya Federasiyasının Hökmdarlar Şurası tərəfindən, Qərbi Malayziya bölgəsinə aid olan ştatların doqquz irsi hökmdarının (sultanlıqlar) arasından 5 illik müddətə seçilir. Sultanlıqlar birlikdə Qubernatorlar Şurasını təşkil edir. Digər ştatların qubernatorları isə Şurada yalnız məşvərətçi səsə malikdirlər. Ali Hökmdar (Yanq di-Pertuan Aqonq), statusuna görə Federasiyada bütün yüksək vəzifəli şəxslərin fövqündə durur və heç bir məhkəmə qarşısında məsuliyyət daşımır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 12.90 dəfə / 1 mln.
2002 •• 3.43
2003 •••• 6.69
2004 •••• 8.09
2005 ••••• 10.12
2006 •••••••• 16.67
2007 •••••• 12.26
2008 ••••••• 13.89
2009 •••••• 10.88
2010 •••••• 10.80
2011 ••••• 10.21
2012 ••••••• 13.51
2013 ••• 5.83
2014 •••••••••••••••••••• 41.87
2015 ••••••• 14.29
2016 ••••• 9.37
2017 ••••••• 13.98
2018 •••• 7.49
2019 •••• 7.65
2020 ••••••••• 17.90

malayziya sözünün fransız dilinə tərcüməsi

"malayziya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#malayziya nədir? #malayziya sözünün mənası #malayziya nə deməkdir? #malayziya sözünün izahı #malayziya sözünün yazılışı #malayziya necə yazılır? #malayziya sözünün düzgün yazılışı #malayziya leksik mənası #malayziya sözünün sinonimi #malayziya sözünün yaxın mənalı sözlər #malayziya sözünün əks mənası #malayziya sözünün etimologiyası #malayziya sözünün orfoqrafiyası #malayziya rusca #malayziya inglisça #malayziya fransızca #malayziya sözünün istifadəsi #sözlük