Malyariya paraziti
Plasmodium (lat. Plasmodium) — chromista aləminin apicomplexa tipinin aconoidasida sinfinin haemospororida dəstəsinin plasmodiidae fəsiləsinə aid xromist cinsi.
Malyariya paraziti mikroskopik ölçüyə malikdir. Bu paraziti insana anofeles cinsindən olan ağcaqanadlar keçirir. Parazitlə yoluxmuş ağcaqanad sağlam insanı sancdıqda parazit insanın qanına keçir. Qana keçmiş parazitlər qaraciyər toxumasına daxil olur. Burada parazitlər böyüyür və çoxalır: nəticədə çoxlu miqdarda cavan hüceyrələr (parazitlər) əmələ gəlir, çoxalma yenidən təkrar olunur. Əmələ gəlmiş yeni cavan parazitlər qanın qırmızı qan cisimciklərinə daxil olur, orada qeyri-cinsi yolla yuxarıdakı qaydada (qaraciyər toxumasında olduğu kimi) təkrarən yenidən bölünür, nəticədə qırmızı qan cisimcik partlayır. Qanın plazmasına tökülən parazitlər yeni sağlam eritrositlərə daxil olur və həmin proses yenidən təkrar olunur.
Müəyyən müddətdən sonra insanın qanında olan parazitlərin çoxalması dayanır və onların sonrakı inkişafı üçün ağcaqanadın bədəninə düşməsi lazımdır.