malları sözü azərbaycan dilində

malları

Yazılış

  • malları • 98.9956%
  • Malları • 0.9749%
  • mallarI • 0.0295%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
BMT-nin malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiya
BMT-nin malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiya (Vyana Konvensiyası 1980-ci il, CISG) — beynəlxalq ticarət qaydalarını birləşdirməyə yönəlmiş çoxtərəfli beynəlxalq müqavilə. 1980-ci il Vyana Konvensiyasının, beynəlxalq mal satışında vahid qanunlara dair iki 1964-cü il Haaqa Konvensiyasını əvəz etməsi nəzərdə tutulur. == Haqqında == Bu Konvensiyaya Tərəf olan Dövlətlər, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının altıncı xüsusi sessiyasının qəbul etdiyi Yeni Beynəlxalq İqtisadi Qaydanın yaradılması haqqında qətnamələrdəki geniş məqsədləri nəzərə alaraq, beynəlxalq ticarətin bərabərlik və qarşılıqlı fayda əsasında inkişafının dövlətlər arasında dostluq münasibətlərinin təşviqində vacib element olduğunu hesab edərək, malların beynəlxalq alğı-satqısı üzrə müqavilələri tənzimləyən və müxtəlif sosial, iqtisadi və hüquqi sistemləri nəzərə alan vahid normaların qəbul edilməsinin beynəlxalq ticarətdə hüquqi maneələrin aradan qaldırılmasına töhfə verdiyi və beynəlxalq ticarətin inkişafını təşviq etdiyi qənaətinə gəldilər. == Tarixi == Konvensiya 1980-ci ilin aprelində Avstriyanın paytaxtı Vyanada, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Malların Satışına dair Müqavilələr Konfransında qəbul edildi. Vyanadakı konfransa 62 dövlətin nümayəndələri qatıldı: Avstraliya, Avstriya, Argentina, Belarus Sovet Sosialist Respublikası, Belçika, Birma, Bolqarıstan, Boliviya, Braziliya, Macarıstan, Qana, Almaniya Demokratik Respublikası, Almaniya Federativ Respublikası, Yunanıstan, Danimarka, Misir, Zair, İsrail, Hindistan, İraq, İran, İrlandiya, İspaniya, İtaliya, Kanada, Kenya, Kipr, Çin, Kolumbiya, Koreya Respublikası, Kosta Rika, Liviya Ərəb Cəmahiriyyesi, Lüksemburq, Meksika, Nigeriya, Hollandiya, Norveç, Pakistan , Panama, Peru, Polşa, Portuqaliya, Rumıniya, Sinqapur, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, Sovet Sosialist Respublikaları Birliyi, Tayland, Tunis, Türkiyə, Ukrayna Sovet Sosialist Respublikası, Uruqvay, Filippin, Finlandiya, Fransa, Çexoslovakiya, Çili, İsveçrə, İsveç, Ekvador, Yuqoslaviya, Yaponiya. Venesuela Konfransa müşahidəçi göndərmişdir. Konfrans 1980 Vyana Konvensiyasının mətninin əlavə olunduğu Yekun Aktı (BMT sənədi A / CONF.97 / 18) qəbul etdi. Vyana Konvensiyası 1 yanvar 1988-ci ildə qüvvəyə minmişdir. == BMT-nin Beynəlxalq Malların Satışına dair Müqavilələrə dair Konvensiyasının iştirakçısı olan dövlətlər == 8 yanvar 2017-ci il tarixinə qədər Konvensiya 85 dövlət tərəfindən imzalanmışdır (qoşulmuşdur): == İstinadlar == == Ədəbiyyat == Ingeborg Schwenzer (ed.), Schlechtriem & Schwenzer, Commentary on the UN Convention on the International Sale of Goods (CISG), 3rd ed., Oxford 2010 Венская конвенция о договорах международной купли-продажи товаров. Комментарии.
Xalq istehlakı mallarının buraxılışının öyrənilməsinin təşkili (film, 1989)
İstehlak Mallarının Ekspertizası Mərkəzi
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC — ödənişli yolla, ixrac olunan, eləcə də istehlak bazarında dövriyyədə olan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların həyata keçirilməsini və nəticələrini təsdiq edən sənədlərin verilməsini təmin edən təşkilatdır. 27 aprel 2007-ci il tarixində İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin nəzdində “Yeyinti Məhsullarının Keyfiyyəti və Təhlükəsizliyi Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi dövlət qeydiyyatına alınıb. 11 aprel 2008-ci il tarixində qurumun adı dəyişdirilərək İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin nəzdində “İstehlak Mallarının Ekspertizası Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılıb. 17 aprel 2012-ci il tarixdə Cəmiyyətin adı yenidən dəyişdirilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-cı il tarixli 1382 nömrəli Fərmanının 10-cu bəndinə əsasən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyinə verilib. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - Mərkəz) əsas fəaliyyət istiqaməti malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və nəticələrini təsdiq edən sənədlərin verilməsidir. Malın mənşə ölkəsi, ixrac olunan mallara münasibətdə tarif və qeyri-tarif tənzimlənməsinin həyata keçirilməsi məqsədi ilə müəyyən olunur. Mənşə sertifikatı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hüquqi və fiziki şəxslərin (bundan sonra - Sifarişçi) müraciəti əsasında verilir. Malın mənşə ölkəsi müvafiq ekspertizaların nəticələri əsasında müəyyən olunur. Belə ekspertizalar Mərkəz tərəfindən yerinə yetirilir və ekspertizaların nəticələri əsasında Mərkəz tərəfindən “Malın mənşə ölkəsinin müəyyən edilməsi barədə Ekspertiza aktı” tərtib olunur və rəsmiləşdirilir.
Malların nomenklaturası cədvəli
Beynəlxalq miqyasda, mal nomenklaturasının ən məşhur nümunəsi Harmonizə Olunmuş Sistem (HS) kodlarıdır. HS kodları, Dünya Gömrük Təşkilatı (WCO) tərəfindən idarə olunur və dünya üzrə bir çox ölkə tərəfindən qəbul edilmişdir. Bu kodlar, mal və məhsulları təsnif etmək və onların beynəlxalq ticarətini asanlaşdırmaq üçün istifadə olunur. HS sistemi, mal və məhsulları altı rəqəmli kodlarla təsnif edərək, gömrük tarifləri, ticarət siyasətləri, tədqiqatlar və digər beynəlxalq təşkilatlar arasında məlumat mübadiləsi üçün bir standart təmin edir. Mal nomenklaturası, müxtəlif malların və məhsulların sistemli şəkildə təsnif edildiyi və kodlandığı bir siyahıdır. Bu sistem, həm beynəlxalq ticarətdə həm də milli iqtisadiyyat daxilində malların dövriyyəsini, gömrük rəsmiləşdirilməsini, statistik məlumat toplanmasını və vergi tətbiqlərini asanlaşdırmaq məqsədi daşıyır. Mal nomenklaturası, müxtəlif sektorlar və məhsullar üzrə detallı təsnifatı əhatə edərək, malın təsviri, menşei, tətbiqi və texniki xüsusiyyətləri kimi məlumatları standartlaşdırır. Mal nomenklaturasının tətbiqi, həmçinin milli səviyyədə müxtəlif formalar ala bilər, ölkənin öz iqtisadi və ticarət qaydalarına uyğun olaraq fərqlənə bilər. Bu, ölkələr arası ticarətdə məhsulların dəqiq təsnifatını və vergiləndirilməsini təmin etmək, eyni zamanda iqtisadi siyasətlərin və tədqiqatların həyata keçirilməsini asanlaşdırmaq üçün mühümdür == Malların Tarif Mövqeyi == Beynəlxalq Haromnizə Edilmiş sistemdə malların kodları 1–6, Kombinə Edilmiş sistemdə 1–8, Milli sistemdə isə 1–10 arası rəqəm kodlaşdırılmasında müəyyən olunur. Əlavə məlumat üçün Türkiyə Respubliksının GTİP sistemində bu kodlar 1–12 rəqəmləri ilə müəyyən olunur.

"malları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#malları nədir? #malları sözünün mənası #malları nə deməkdir? #malları sözünün izahı #malları sözünün yazılışı #malları necə yazılır? #malları sözünün düzgün yazılışı #malları leksik mənası #malları sözünün sinonimi #malları sözünün yaxın mənalı sözlər #malları sözünün əks mənası #malları sözünün etimologiyası #malları sözünün orfoqrafiyası #malları rusca #malları inglisça #malları fransızca #malları sözünün istifadəsi #sözlük