malların sözü azərbaycan dilində

malların

Yazılış

  • malların • 97.2073%
  • Malların • 2.7440%
  • MALLARIN • 0.0487%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
BMT-nin malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiya
BMT-nin malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiya (Vyana Konvensiyası 1980-ci il, CISG) — beynəlxalq ticarət qaydalarını birləşdirməyə yönəlmiş çoxtərəfli beynəlxalq müqavilə. 1980-ci il Vyana Konvensiyasının, beynəlxalq mal satışında vahid qanunlara dair iki 1964-cü il Haaqa Konvensiyasını əvəz etməsi nəzərdə tutulur. == Haqqında == Bu Konvensiyaya Tərəf olan Dövlətlər, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının altıncı xüsusi sessiyasının qəbul etdiyi Yeni Beynəlxalq İqtisadi Qaydanın yaradılması haqqında qətnamələrdəki geniş məqsədləri nəzərə alaraq, beynəlxalq ticarətin bərabərlik və qarşılıqlı fayda əsasında inkişafının dövlətlər arasında dostluq münasibətlərinin təşviqində vacib element olduğunu hesab edərək, malların beynəlxalq alğı-satqısı üzrə müqavilələri tənzimləyən və müxtəlif sosial, iqtisadi və hüquqi sistemləri nəzərə alan vahid normaların qəbul edilməsinin beynəlxalq ticarətdə hüquqi maneələrin aradan qaldırılmasına töhfə verdiyi və beynəlxalq ticarətin inkişafını təşviq etdiyi qənaətinə gəldilər. == Tarixi == Konvensiya 1980-ci ilin aprelində Avstriyanın paytaxtı Vyanada, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Malların Satışına dair Müqavilələr Konfransında qəbul edildi. Vyanadakı konfransa 62 dövlətin nümayəndələri qatıldı: Avstraliya, Avstriya, Argentina, Belarus Sovet Sosialist Respublikası, Belçika, Birma, Bolqarıstan, Boliviya, Braziliya, Macarıstan, Qana, Almaniya Demokratik Respublikası, Almaniya Federativ Respublikası, Yunanıstan, Danimarka, Misir, Zair, İsrail, Hindistan, İraq, İran, İrlandiya, İspaniya, İtaliya, Kanada, Kenya, Kipr, Çin, Kolumbiya, Koreya Respublikası, Kosta Rika, Liviya Ərəb Cəmahiriyyesi, Lüksemburq, Meksika, Nigeriya, Hollandiya, Norveç, Pakistan , Panama, Peru, Polşa, Portuqaliya, Rumıniya, Sinqapur, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, Sovet Sosialist Respublikaları Birliyi, Tayland, Tunis, Türkiyə, Ukrayna Sovet Sosialist Respublikası, Uruqvay, Filippin, Finlandiya, Fransa, Çexoslovakiya, Çili, İsveçrə, İsveç, Ekvador, Yuqoslaviya, Yaponiya. Venesuela Konfransa müşahidəçi göndərmişdir. Konfrans 1980 Vyana Konvensiyasının mətninin əlavə olunduğu Yekun Aktı (BMT sənədi A / CONF.97 / 18) qəbul etdi. Vyana Konvensiyası 1 yanvar 1988-ci ildə qüvvəyə minmişdir. == BMT-nin Beynəlxalq Malların Satışına dair Müqavilələrə dair Konvensiyasının iştirakçısı olan dövlətlər == 8 yanvar 2017-ci il tarixinə qədər Konvensiya 85 dövlət tərəfindən imzalanmışdır (qoşulmuşdur): == İstinadlar == == Ədəbiyyat == Ingeborg Schwenzer (ed.), Schlechtriem & Schwenzer, Commentary on the UN Convention on the International Sale of Goods (CISG), 3rd ed., Oxford 2010 Венская конвенция о договорах международной купли-продажи товаров. Комментарии.
Xalq istehlakı mallarının buraxılışının öyrənilməsinin təşkili (film, 1989)
İstehlak Mallarının Ekspertizası Mərkəzi
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC — ödənişli yolla, ixrac olunan, eləcə də istehlak bazarında dövriyyədə olan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların həyata keçirilməsini və nəticələrini təsdiq edən sənədlərin verilməsini təmin edən təşkilatdır. == Haqqında == 27 aprel 2007-ci il tarixində İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin nəzdində “Yeyinti Məhsullarının Keyfiyyəti və Təhlükəsizliyi Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi dövlət qeydiyyatına alınıb. 11 aprel 2008-ci il tarixində qurumun adı dəyişdirilərək İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin nəzdində “İstehlak Mallarının Ekspertizası Bürosu” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılıb. 17 aprel 2012-ci il tarixdə Cəmiyyətin adı yenidən dəyişdirilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-cı il tarixli 1382 nömrəli Fərmanının 10-cu bəndinə əsasən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyinə verilib. == Fəaliyyət istiqamətləri == Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - Mərkəz) əsas fəaliyyət istiqaməti malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və nəticələrini təsdiq edən sənədlərin verilməsidir. Malın mənşə ölkəsi, ixrac olunan mallara münasibətdə tarif və qeyri-tarif tənzimlənməsinin həyata keçirilməsi məqsədi ilə müəyyən olunur. Mənşə sertifikatı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hüquqi və fiziki şəxslərin (bundan sonra - Sifarişçi) müraciəti əsasında verilir. Malın mənşə ölkəsi müvafiq ekspertizaların nəticələri əsasında müəyyən olunur. Belə ekspertizalar Mərkəz tərəfindən yerinə yetirilir və ekspertizaların nəticələri əsasında Mərkəz tərəfindən “Malın mənşə ölkəsinin müəyyən edilməsi barədə Ekspertiza aktı” tərtib olunur və rəsmiləşdirilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 43.11 dəfə / 1 mln.
2002 ••••••••• 30.84
2003 •••••• 20.47
2004 •••••••••••••••• 56.60
2005 •••••••••• 36.44
2006 ••••••••• 32.88
2007 ••••••••• 31.93
2008 •••••••• 27.29
2009 •••••••••••••••• 57.27
2010 •••••••••• 36.04
2011 •••••••••• 33.12
2012 •••••••••••••••••••• 73.31
2013 ••••••• 24.80
2014 •••••••••• 34.15
2015 ••••••••••••••••••• 67.20
2016 •••••••••••••••• 57.27
2017 •••••••••••• 40.97
2018 ••••••••• 32.66
2019 •••••••••••••• 48.96
2020 •••••••••• 35.80

"malların" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#malların nədir? #malların sözünün mənası #malların nə deməkdir? #malların sözünün izahı #malların sözünün yazılışı #malların necə yazılır? #malların sözünün düzgün yazılışı #malların leksik mənası #malların sözünün sinonimi #malların sözünün yaxın mənalı sözlər #malların sözünün əks mənası #malların sözünün etimologiyası #malların sözünün orfoqrafiyası #malların rusca #malların inglisça #malların fransızca #malların sözünün istifadəsi #sözlük