Azərbaycan millisi 2013-cü il Şahmat üzrə Avropa çempionatında
2009-cu il oktyabr ayının 21-də Polşanın paytaxtı Varşava şəhərində şahmat üzrə sayca on doqquzuncu Milli komandalar arası Avropa çempionatı təşkil olunmuşdur. Yarışda 38 kişi və 32 qadın kollektivi mübarizə aparmışdı. Turnirdə kişilər arasında 189, qadınlar arasında isə 160 idmançı iştirak edirdi ki, bunların da hər biri FİDE reytinqinə sahib idi. Çempionat 9 turdan ibarət idi və İsveçrə sistemi ilə keçirilirdi. Turnirin orta reytinq göstəricisi 2570 idi. Turnirin baş hakimi isə Aleksandr Sokolski idi. Kişilərdən ibarət milli komandamız ilk görüşünü İsveç millisinə qarşı keçirmiş və bu oyun bərabər, 2–2 hesabı ilə yekunlaşmışdır. Qadınlardan ibarət milli komandamız isə ilk görüşünü Ukrayna millisinə qarşı keçirmiş və bu oyun 1–3 hesabı ilə millimizin məğlubiyyəti ilə yekunlaşmışdır.
== Məkan ==
Çempionat Polşanın paytaxtı Varşava şəhərinin mərkəzində yerləşən "Novotel Warszawa Centrum" hotelində keçirilmişdir. Həmçinin otel çempionatın təşkilatçısı və tərəfdaşı sayılırdı.