Yusif Talıbzadə Tiflisi
Yusif Axund Mustafa oğlu Talıbzadə və ya Yusif Talıbzadə Tiflisi (az-əbcəd. یوسف طالب زاده تفلیسی; 11 oktyabr 1877, Tiflis – 18 may 1923, Xarəzm) — azərbaycanlı pedaqoq, siyasətçi, dramaturq, hərbçi.
"Ərmənusə" və "Əmir Xalid bin Vəlid" dram əsərlərini və onlarla kitab yazıb. O dövrdə çap olunan qəzet və jurnallarda publisistik yazılarla çıxış edib.
Balkan müharibələrində və Birinci Dünya Müharibəsində iştirak edib. Balkan müharibələrində vuruşmuş azərbaycanlı könüllülərə rəhbərlik edib. Osmanlı ordusunda albay rütbəsinə qədər yüksəlib. 1918-ci ildə Qafqaz İslam Ordusu ilə bərabər Bakının azad olunması üçün Azərbaycana gəlib. Qafqaz İslam Ordusunun tərkibindəki könüllülərdən ibarət Yardım alayına rəhbərlik edib.
1921-ci ilin fevral ayından Naxçıvan İnqilab Komitəsinin üzvü kimi fəliyyətə başlayıb.