* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər. minnət və fars. …dar] 1. Birindən gördüyü yaxşılığa qarşı mütəşəkkir olan, minnətə qarşı özünü borclu hiss edən, yaxşılıq bilən, razılıq edən. …[Qadir] özünü minnətdar göstərmək istəyən vəziyyətdə … dedi. Ə.Əbülhəsən. [Fəridə Fərəcə:] Sağalan körpələr, minnətdar analar… Vahidovlar familiyasını yaxşılıqla yad eləyər!… Ə.Məmmədxanlı. // Minnətdarlıq ifadə edən. O, gözlərini açdı və minnətdar baxışla Öməri başdan-ayağa oxşadı. Çəmənzəminli. □ Minnətdar etmək – yaxşılıq qarşısında birini özünə borclu etmək. [Qətibə:] Gözəl Səba, – dedi, – sən məni bu xidmətinlə minnətdar edirsən. M.S.Ordubadi. Minnətdar olmaq – edilən yaxşılığa, hörmətə qarşı özünü birinin qabağında borclu saymaq. [Leyla:] Mənim həyatımı təhlükədən qurtardınız. Həmişə sizə minnətdar olacağam. M.S.Ordubadi. [İsmayılzadə:] Belə bir saray üçün neftçilərimiz hər zaman sizə minnətdar olacaqlar. Z.Xəlil. 2. Minnətdaram (minnətdarıq) şəklində – çox razıyam (razıyıq), təşəkkür edirəm (edərik), özümü(zü) borclu hiss edirəm (edirik). Mən sənə ömrüm boyu ürəkdən minnətdaram; Gözə görünməsə də şərəflidir sənətin. S.Rüstəm. Dünyanı azacıq dərk etdiyimçün; Yenə gözlərimə minnətdaram mən. B.Vahabzadə.
Azərbaycan dilinin izahlı lüğəti / minnətdar2 ə. və f. təşəkkür edən, yaxşılığı bilən; minnətçi.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / minnətdar2 прил. признательный, благодарный за оказанную помошь, поддержку и т.п. кому-л. Minnətdar olmaq быть признательным, благодарным за оказанную помощь (услугу); minnətdaram я благодарен, признателен; diqqətinizə görə minnətdaram благодарю за внимание
Azərbaycanca-rusca lüğət / minnətdar1 s. grateful, thankful; ~ olmaq to be* grateful / thankful
Azərbaycanca-ingiliscə lüğət / minnətdar1 [ər. minnət və fars. ...dar] прил. 1. миннетдар, авур хъсанвилиз къарши вич буржлу яз гьисс ийидай, разивал ийидай, рази тир, хъсанвал чидай; // миннетдарвал авай, разивал авай, разивал къалурдай; minnətdar etmək миннетдар авун, авур хъсанвилиз къарши сад вичиз буржлу авун; minnətdar olmaq миннетдар хьун, авур хъсанвилиз, гьуьрметдиз къарши жув садан вилик буржлу яз гьисабун; 2. minnətdaram (minnətdarıq) зун (чун) миннетдар я, валай (квелай) гзаф рази я, за (чна) зун (чун) ви (куь) вилик буржлу яз гьисс ийизва.
Azərbaycanca-ləzgicə lüğəti / minnətdar