minnətdar sözü azərbaycan dilində

minnətdar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • minnətdar • 98.3871%
  • Minnətdar • 1.3978%
  • MİNNƏTDAR • 0.2151%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Beynəlmiləlçi döyüşçüyə minnətdar əfqan xalqından" medalı
"Beynəmiləlçi-döyüşçüyə Əfqan xalqı adından minnətdarlıq" medalı — Əfqanıstan Demokratik Respublikası tərəfindən burada döyüşən beynəlmiləlçi şəxslərə verilir.[mənbə göstərin]
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqından" medalı
"Beynəmiləlçi-döyüşçüyə Əfqan xalqı adından minnətdarlıq" medalı — Əfqanıstan Demokratik Respublikası tərəfindən burada döyüşən beynəlmiləlçi şəxslərə verilir.[mənbə göstərin]
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqı adından" medalı
"Beynəmiləlçi-döyüşçüyə Əfqan xalqı adından minnətdarlıq" medalı — Əfqanıstan Demokratik Respublikası tərəfindən burada döyüşən beynəlmiləlçi şəxslərə verilir.[mənbə göstərin]
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqı adından" medalı (Əfqanıstan)

minnətdar sözünün leksik mənası və izahı

  • 1 sif. [ər. minnət və fars. …dar] 1. Birindən gördüyü yaxşılığa qarşı mütəşəkkir olan, minnətə qarşı özünü borclu hiss edən, yaxşılıq bilən, razılıq edən. …[Qadir] özünü minnətdar göstərmək istəyən vəziyyətdə … dedi. Ə.Əbülhəsən. [Fəridə Fərəcə:] Sağalan körpələr, minnətdar analar… Vahidovlar familiyasını yaxşılıqla yad eləyər!… Ə.Məmmədxanlı. // Minnətdarlıq ifadə edən. O, gözlərini açdı və minnətdar baxışla Öməri başdan-ayağa oxşadı. Çəmənzəminli. □ Minnətdar etmək – yaxşılıq qarşısında birini özünə borclu etmək. [Qətibə:] Gözəl Səba, – dedi, – sən məni bu xidmətinlə minnətdar edirsən. M.S.Ordubadi. Minnətdar olmaq – edilən yaxşılığa, hörmətə qarşı özünü birinin qabağında borclu saymaq. [Leyla:] Mənim həyatımı təhlükədən qurtardınız. Həmişə sizə minnətdar olacağam. M.S.Ordubadi. [İsmayılzadə:] Belə bir saray üçün neftçilərimiz hər zaman sizə minnətdar olacaqlar. Z.Xəlil. 2. Minnətdaram (minnətdarıq) şəklində – çox razıyam (razıyıq), təşəkkür edirəm (edərik), özümü(zü) borclu hiss edirəm (edirik). Mən sənə ömrüm boyu ürəkdən minnətdaram; Gözə görünməsə də şərəflidir sənətin. S.Rüstəm. Dünyanı azacıq dərk etdiyimçün; Yenə gözlərimə minnətdaram mən. B.Vahabzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / minnətdar
  • 2 ə. və f. təşəkkür edən, yaxşılığı bilən; minnətçi.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / minnətdar

minnətdar sözünün sinonimləri (yaxın mənalı sözlər)

minnətdar sözünün rus dilinə tərcüməsi

  • 1 благодарный, признательный, обязанный (кому)

    Azərbaycanca-rusca lüğət / minnətdar
  • 2 прил. признательный, благодарный за оказанную помошь, поддержку и т.п. кому-л. Minnətdar olmaq быть признательным, благодарным за оказанную помощь (услугу); minnətdaram я благодарен, признателен; diqqətinizə görə minnətdaram благодарю за внимание

    Azərbaycanca-rusca lüğət / minnətdar

minnətdar sözünün inglis dilinə tərcüməsi

minnətdar sözünün fransız dilinə tərcüməsi

minnətdar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. minnət və fars. ...dar] прил. 1. миннетдар, авур хъсанвилиз къарши вич буржлу яз гьисс ийидай, разивал ийидай, рази тир, хъсанвал чидай; // миннетдарвал авай, разивал авай, разивал къалурдай; minnətdar etmək миннетдар авун, авур хъсанвилиз къарши сад вичиз буржлу авун; minnətdar olmaq миннетдар хьун, авур хъсанвилиз, гьуьрметдиз къарши жув садан вилик буржлу яз гьисабун; 2. minnətdaram (minnətdarıq) зун (чун) миннетдар я, валай (квелай) гзаф рази я, за (чна) зун (чун) ви (куь) вилик буржлу яз гьисс ийизва.

    Azərbaycanca-ləzgicə lüğəti / minnətdar

"minnətdar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#minnətdar nədir? #minnətdar sözünün mənası #minnətdar nə deməkdir? #minnətdar sözünün izahı #minnətdar sözünün yazılışı #minnətdar necə yazılır? #minnətdar sözünün düzgün yazılışı #minnətdar leksik mənası #minnətdar sözünün sinonimi #minnətdar sözünün yaxın mənalı sözlər #minnətdar sözünün əks mənası #minnətdar sözünün etimologiyası #minnətdar sözünün orfoqrafiyası #minnətdar rusca #minnətdar inglisça #minnətdar fransızca #minnətdar sözünün istifadəsi #sözlük