Mircəlil sözü azərbaycan dilində

Mircəlil

Yazılış

  • Mircəlil • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mircəlil Seyidov
Mircəlil Seyidov (1948, Naxçıvan) — Azərbaycanın əməkdar rəssamı. == Həyatı == 1948-ci ilində Naxçıvan şəhərində anadan olmuşdur. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra Sankt-Peterburqda Muxina adına Ali Bədii-Sənaye Məktəbini bitirib. Azərbaycan Respublikasının əməkdar rəssamıdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1972-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. 1999-2004-cü illərdə Türkiyədəki Antalya Ağdəniz Universitetinin də müəllimi kimi fəaliyyət göstərmişdir. 2009-cu ildə dünyasını dəyişmişdir. == Yaradıcılığı == Bütün tabloları bədii kamilliyi və orijinallığı ilə seçilir. "Qaçqınlar", "Əzab çəkmiş qoca", "Həsrət" adlı əsərlərində bir milyondan artıq qaçqının yaşadığı sarsıntıları, insan faciəsini əks etdirir.
Mircəlil Qasımlı
Mircəlil Xəqani oğlu Qasımlı (19 mart 1992, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı. == Həyatı == Mircəlil Xəqani oğlu Qasımlı 19 mart 1992-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2009-cu ildə Bakı şəhər Xətai rayon 249 nömrəli tam orta məktəbi başa vuraraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakültəsinə qəbul olunmuş və buranı 2013-cü ildə bitirmişdir. 2014–2016-cı illərdə Slovakiya Respublikasının Danubius Universitetinin Dövlət siyasəti və dövlət idarəetməsi fakültəsi üzrə magistr təhsili almışdır. Mircəlil Qasımlı əmək fəaliyyətinə 2010-cu ildə magistral avtomobil yollarının "İntellektual İdarəetmə Sistemi" mərkəzində kommersiya direktoru kimi başlamış və 2013-cü ilədək bu vəzifədə çalışmışdır. 2017–2018-ci illərdə Türkiyənin "Pluss Garden 2" şirkətində direktor, 2018–2021-ci illərdə "Türkiye Organize Sanayi Bölgesi" istehsal müəssisəsində direktor, 2021-ci ildən isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan şirkətlərdə rəhbər vəzifələrdə — 2021-ci ildə "Yeni BEMZ" ASC sədrinin birinci müavini, 2021–2022-ci illərdə "Azərborukəmərtikinti" MMC-nin direktoru və 2022-ci ildən "Bakı Məişət Maşınları" ASC-nin sədri vəzifələrində çalışmışdır. 2024-cü ilin sentyabr ayında keçirilmiş növbədənkənar parlament seçkilərində 123 saylı Kəlbəcər seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin İnsan hüquqları komitəsinin və Gənclər və idman komitəsinin, həmçinin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının üzvüdür. Peşəkar idmançıdır. Döyüş sənətləri üzrə dünya çempionu və 8 dəfə Azərbaycan çempionu olmuşdur.

Oxşar sözlər

#mircəlil nədir? #mircəlil sözünün mənası #mircəlil nə deməkdir? #mircəlil sözünün izahı #mircəlil sözünün yazılışı #mircəlil necə yazılır? #mircəlil sözünün düzgün yazılışı #mircəlil leksik mənası #mircəlil sözünün sinonimi #mircəlil sözünün yaxın mənalı sözlər #mircəlil sözünün əks mənası #mircəlil sözünün etimologiyası #mircəlil sözünün orfoqrafiyası #mircəlil rusca #mircəlil inglisça #mircəlil fransızca #mircəlil sözünün istifadəsi #sözlük