Mirkazım sözü azərbaycan dilində

Mirkazım

Yazılış

  • Mirkazım • 99.8120%
  • mirkazım • 0.1880%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mirkazım Aslanlı
Mir Kazım Aslanlı, Mirkazım Aslanlı-Sarəng (d. 1912, İsi, Masallı rayonu – ö. 25 yanvar 1975, Bakı) — şair, alim, həkim, müəllim və bəstəkar. == Həyatı == Mir Kazım Mir İskəndər bəy oğlu Aslanlı 1912-ci ildə Masallı rayonunun İsi kəndində bəy ailəsində anadan olmuşdur.M. K. Aslanlı 25 yanvar 1975-ci ildə Bakı şəhərində vəfat etmiş, doğulduğu İsi kəndindəki qəbristanlıqda, özünün vəsiyyətinə görə müqəddəs "Göy öküzün məzarı"nın yaxınlığında dəfn edilmişdir. == Ailəsi == Mir Kazım Aslanlı doğulduğu il atası vəfat etmişdir. Onu anası Mehrac xanım, babası Mirabdulla bəy böyüdüb boya-başa çatdırmışdı. Mir Kazım Aslanlı xeyli gec, 1945-ci ildə öz həmyerlisi, özündən yaşca çox kiçik olan Fəridə xanımla ailə qurmuşdur. Mir Kazım Aslanlının övladı olmamışdır. == Fəaliyyəti == === İstisu === XX əsrin 60-cı illərində İstisuyun həqiqətən də müalicəvi olmasını Mirkazım Aslanlı sübut etmişdir.[mənbə göstərin] O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim İstisu məkanına gələrək əlavə tədqiqat aparıb və kəşfi təsdiqləyiblər. 1971-ci ildə Masallı istisuyu xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası adını alıb.
Mirkazım Kazımov
Mirkazım Kazımov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1950-ci il oktyabrın 10-da Cəlilabad rayonunun Hasıllı kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun balıqçılıq təsərrüfatı fakültəsini bitirmişdir. 1973-cü ildən Riqa balıq bazasında usta, 1977-ci ildən "Cənubxəzərbalıqdəniz" İdarəsində müfəttiş, 1993-cü ildən Sabunçu balıq ovu və emalı zavodunda mühəndis-texnoloq işləmişdir. 1994-cü ildən Yeni Azərbaycan Partiyasının mərkəzi aparatında baş təlimatçı, işlər müdiri vəzifələrində çalışmışdır. 1996-cı ildən "Qasid" Açıq Səhmdar Cəmiyyətinin sədridir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının, Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Argentina, Azərbaycan-Malayziya, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
Mirkazım Kəlbəliyev
Mirkazım Firuz oğlu Kəlbəliyev (5 noyabr 1992; Sabunçu rayonu, Azərbaycan — 27 sentyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirkazım Kəlbəliyev 5 noyabr 1992-ci ildə Sabunçu rayonunda anadan olmuşdur. Bakı şəhər 172 saylı tam orta məktəbində orta təhsil almışdır. Ailəli idi, iki qız övladı yadigar qaldı. == Hərbi xidməti == Mirkazım Kəlbəliyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Mirkazım Kəlbəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mirkazım Kəlbəliyev sentyabrın 27-də Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirkazım Kəlbəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirkazım Kəlbəliyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Mirkazım Kəlbəliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mirkazım Məmmədov
Mirkazım Məmmədov — neftçi - geoloq, Lenin mükafatı laureatıAzərbaycanın qocaman neftçi-geoloqu, əməkdar mühəndis, Lenin mükafatı laureatı, fəxri neftçi, geologiya-minerologiya elmləri namizədi Mirkazım Mirəhəd oğlu Məmmədov 1911-ci ilin noyabr ayında Bakının Ramana kəndində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunu bitirərək, neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı üzrə mühəndis-geoloq ixtisasına yiyələnmişdir. M. Məmmədov ömrünün 60 ildən çoxunu neft sənayesində çalışmışdir. Bu müddət ərzində Azərbaycanın quru sahələrində və Xəzər dənizi akvatoriyasında zəngin neft və qaz yataqlarının (Neft daşları, Bahar, Qumadası, Zirə, Qaradağ, Qarabağlı və başqaları) açılmasında işlənilməsi və mənimsənilməsində mühüm rolu olmuş və böyük əmək tələb edən yaradıcılıqla həmin işlərə rəhbərlik etmişdir. Geoloji işlərdə rəhbər vəzifələrdə çalışarkən Mirkazım Mirəhəd oğlu özünü neft geologiyası sahəsində dərin bilikli və bacarıqlı mütəxəssis, işgüzar rəhbər kimi göstərmiş və Azərbaycanda neft sənayesinin inkişafına böyük əmək sərf etmişdir. Bütün bu xidmətlərinə görə Mirkazım Məmmədov ən yüksək dövlət mükafatlarına layiq görülmüşdür. O, Lenin mükafatı laureatı, bir sıra orden və medallar ilə təltif olunmuşdur. Neft yataqlarında geoloji işlərə və işlənmənin texnologiyasına rəhbərlik etməklə yanaşı o, bu sahələrdə geniş elmi-tədqiqat işləri aparmış və yüksək ixtisaslı kadrların hazırlanmasında fəal surətdə rəhbərlik etmişdir. 1953-cü ildən başlayaraq Azərbaycan Sənaye İnstitutunda pedaqoji fəaliyyət göstərmiş, 1964-1974-cü illərdə həmin institutun geoloji-kəşfiyyat fakültəsində Dövlət imtahan komissiyasının sədri olmuşdur. M.M.Məmmədovun böyük elmi-tədqiqat işləri 1974-1990-cı illərdə, Azərbaycan Neft Sənayesi Elmi Tədqiqat və Layihə İnstitutunda laboratoriya müdiri işlədiyi vaxtda daha da inkişaf etmişdir.
Mirkazım Seyidov
Mirkazım Heydər oğlu Seyidov — yazıçı və siyasi xadim, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı, Azərbaycan diasporunun nümayəndəsi. Böyük Dayaq Partiyasının sədri == Həyatı == Mirkazım Seyidov 1962-ci il fevralın 16-da Naxcıvanın Şərur rayonunun Sədərək kəndində dunyaya gəlmişdir.1980–1981-ci illərdə Texniki peşə məktəbində təhsil almışdır. ANİEA-nın dissertantıdır. 1983–1989-cu illərdə Düşənbə Tikinti materialları Kombinatında novbətci usta kimi çalışmış, 1990–1992-ci illərdə isə Duşənbə şəhəri "Kooperativ lola"da sədr olmuşdur.1992–1998-ci illərdə Rusiyada Novosibirsk şəhərində "Birlik" açıq səhmdar cəmiyyətinin baş direktoru olmuşdur.1998–2002-ci illərdə Novosibirsk şəhərində "Tikinti-99" açıq səhmdar cəmiyyətinin baş direktor olmuşdur.2002–2004-cü illərdə Novosibirsk şəhərində "Pələng" acıq səhmdar cəmiyyətində baş direktor olmuşdur. 2004–2005-ci illərdə Novosibirsk şəhərində Heydər Əliyev adına Beynəlxalq Xeyriyyə Fondunun prezidenti olmuşdur.2005–2008-ci illərdə Novosibirsk şəhərində Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun prezidenti olmuşdur. 2000–2007-ci illərdə Novosibirsk şəhər soveti Deputatları Partiyasının deputatı V. A. Qriqoryevin köməkçisi olmuşdur.2007–2009-cu illərdə Novosibirsk şəhər soveti Deputatları Partiyasının deputat koməkcisi olmuşdur. Müxtəlif illərdə Demokratik Azərbaycan Dünyası Partiyasında fəaliyyət göstərmiş, partiya sədrinin birinci müavini olmuşdur. 2008-ci ilin noyabr ayında partiyadan istefa vermişdir. Daha sonra yenidən partiyaya qayıdan Mirkazım Seyidov 2012-ci ildə partiya sədri Məmməd Əlizadənin istefasından sonra partiya sədrinin səlahiyyətlərini icra etmişdir. Lakin 2012-ci ildə anlaşmazlıqlar səbəbi ilə partiyadan uzaqlaşmış və Böyük Dayaq Partiyasının təsis edilməsi üçün çalışmışdır.
Mirkazım bəy Talışxanov
Mirkazım bəy Talışxanov (17 (29) iyul 1855, Bakı – 1938, Bakı) — Rusiya İmperator Ordusunda general-mayor. == Həyatı == Mirkazım bəy Talışxanovun atası Mirəlixan da hərbçi olmuşdur. O, orduda iyirmi ilə qədər xidmət etdikdən sonra ştabs-kapitan rütbəsində istefaya çıxmışdır. Atanın hərbi sənətini davam etdirən Mirkazım bəy iyirmi bir yaşında ikinci dərəcəli Konstantin yunkerlər məktəbini bitirib. Bundan əvvəl o, Bakıdakı realnı məktəbinin tam kursunda oxumuşdur. Cəmi birillik xidmətdən sonra ona unter-zabit rütbəsi verilir. 1877-ci ildə Rusiya Türkiyəyə müharibə elan etdi. Balkanlar kimi Qafqaz da hərbi əməliyyat meydanı oldu. On altıncı qrenadyor Minqrel alayının praporşiki Mirkazım bəy də döyüşən ordu sıralarında cəbhəyə getdi. Aleksandropol hərbi əməliyyat rayonunda fəal iştirak edən Mirkazımbəy Talışxanov tünd bürünc medalla təltif olundu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.88 dəfə / 1 mln.
2003 ••••••••••••••••• 3.94
2004 ••••••••••••• 3.03
2005 •••••••••••••••••••• 4.72
2006 ••••••• 1.58
2007 •••••••••••• 2.75
2008 •••••••••••• 2.68
2009 ••••••••• 2.08
2010 •••••••••• 2.36
2011 ••••••••• 2.06
2012 •••••••••••• 2.75
2013 •••••• 1.31
2014 •••••• 1.37
2015 •••••••• 1.87
2016 •••••• 1.21
2017 •••••••• 1.79
2018 •••• 0.75
2019 ••••• 1.11
2020 0.13

mirkazım sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

bax: Mir və Kazım.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"mirkazım" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mirkazım nədir? #mirkazım sözünün mənası #mirkazım nə deməkdir? #mirkazım sözünün izahı #mirkazım sözünün yazılışı #mirkazım necə yazılır? #mirkazım sözünün düzgün yazılışı #mirkazım leksik mənası #mirkazım sözünün sinonimi #mirkazım sözünün yaxın mənalı sözlər #mirkazım sözünün əks mənası #mirkazım sözünün etimologiyası #mirkazım sözünün orfoqrafiyası #mirkazım rusca #mirkazım inglisça #mirkazım fransızca #mirkazım sözünün istifadəsi #sözlük