Mirqasım sözü azərbaycan dilində

Mirqasım

Yazılış

  • Mirqasım • 99.5726%
  • mirqasım • 0.4274%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ayan Mirqasım
Ayan Oqtay qızı Mirqasımova (5 may 1969, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2017), Azərbaycan Respublikasının əməkdar artisti (2000). == Həyatı == Ayan Oqtay qızı Mirqasımova (Ayan Mirqasım) 5 may 1969-cu ildə Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbini bitirib (1986). Moskvada ÜDKİ-nin kino və teatr aktyorluğu ixtisasında (Aleksey Vladimiroviç Batalovun sinfində) təhsil alıb (1986–1990). 1991-ci ildən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. Teatrda aktrisalıqla yanaşı xoreoqrafiya quruluşlarını da verir. Xarici film istehsalçılarının filmlərində də çəkilib: "Kiçik" (1993, Özbəkfilm, rej: Rano Kubayeva) və "Yelləncək" (2005, NTV, Rusiya, serial, rejissor: Vyaşeslav Nikiforov) filmlərində yer alıb. "Apofiqey — 99" teatr mükafatı tamaşaçı rəğbəti nominasiyası, I Beynəlxalq Madrid Kinofestivalında "ən yaxşı qadın rolu" mükafatı, XII Beynəlxaq Daşkənd Kinofestivalının "qızıl zanbaq", MDB və Baltrikyanı ölkələrin Açıq Kinofestivalının "Qorqipiya" mükafatı laureatı, "Humay" mükafatçısıdır. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 31 iyul 2017-ci ildə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Mirqasım Vahabov
Mirqasım Fazil oğlu Vahabov — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin sabiq rəisi, gömrük xidməti general-mayoru. == Həyatı == 31 dekabr 1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1972-ci ildə orta məktəbin 10-cu sinfini əla qiymətlərlə başa vurmuşdur. 1974–1976-cı illərdə ordu sıralarında xidmət keçmiş, 1977-ci ildə Bakı Plan-Uçot Texnikumunu əla qiymətlərlə bitirmiş, fərqlənmə diplomuna layiq görülmüşdür. 1977-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Uçot- iqtisad" fakültəsinin birinci kursuna daxil olmuş, oxuduğu müddətdə əla qiymətlər aldığına görə xüsusi təqaüdə layiq görülmüşdür. Təhsilini əla qiymətlərlə başa vuraraq fərqlənmə diplomu almışdır. 1981-ci ildə ali təhsilini başa vurduqdan sonra gənc mütəxəssis kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyində ixtisasına uyğun işlə təmin olunmuşdur. 1999-cu ilə qədər olan müddətə Təhsil Nazirliyində müxtəlif məsul vəzifələrdə, peşəkar mütəxəssis kimi çalışmışdır. 1999-cu ilin 24 iyul tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş, gömrük xidməti polkovniki xüsusi rütbə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2007-ci il tarixli müvafıq sərəncamı ilə gömrük xidməti general-mayoru xüsusi ali rütbə verilmişdir.
Mirqasım Əfəndiyev
Mirqasım Hacı Ömər oğlu Əfəndiyev (1902-1992) — Qazax Müəllimlər Seminariyasının məzunu (1924) və direktoru (1931-1936), maarifçi, riyaziyyatçı. == Həyatı == Mirqasım Hacı Ömər oğlu Əfəndiyev 1902-ci ildə Qazax qəzasının I Şıxlı kəndində anadan olub. 3 yaşında olarkən anası- Söylü xatunu, 14 yaşında ikən (1916) atası -dövrünün görkəmli alimi, ilahiyyət nəzəriyyəsinə və təsəffüf fəlsəfəsinə dair əsərləri ilə şöhrət qazanmış Hacı Ömər Əmir oğlu Əfəndini itirir. İbtidai təhsilini aldıqdan sonra 1918-ci ildə Qazax Müəllimlər Seminariyasına daxil olub. 1924-cü ildə seminariyanı bitirmiş Mirqasım ƏfəndiyevSəməd Vurğun, Mehdixan Vəkilov, Əhməd ağa Gülməmmədov, Süleyman bəy Qayıbov Yusif əfəndi Əfəndiyev, Əli Hüseynov (Mehdi Hüseynin atası), kimi dövrünün məşhur və tanınmış ziyalıları ilə bir seminariyada, bir sinifdə oхuyub. == Fəaliyyəti == 1925-ci illdə Gəncə seminariyasına riyaziyyat müəllimi və director müavini göndərilib. Bir müddət burada işləyəndən sonra Bakı Dövlət Universitetinin riyaziyyat və tarix fakultəsinə daxil olaraq 1931ci-ildə universiteti bitirib. 1931-1936-cı illər Mirqasım Əfəndiyev Maarif Nazirliyinin göndərişi ilə Gazax Myəllimlər Seminariyasına rəhbərlik edib. 1936-cı ildə Azərbaycanı repressiyalar dalğası bürüməyə başladığı dövrdə qardaşları- Mahmudalı Əfəndinin 1918-20-ci illər Azərbaycan Demokratik Cumhuriyyətinin Ordusunda musavatın ideyalarına xidmət etmiş zabit kimi, böyük qardaşı Məhəmmədəli Əfəndi və bacısı oğlu İsmayıl Əfəndi Allaha və islama olan dini əqidəsi və millətinə bağlılığı səbəbindən Sibirə sürgün edildiiklərinə görə, o Kommunist partiyasının sıralarından xaric edilib. 1938-ci ildə Gəncə Dəmiryol məktəbinə riyaziyyat müəllimi göndərilib.
Oqtay Mirqasım
Oqtay Mirəsədulla oğlu Mirqasımov (12 iyun 1943, Bakı) — Azərbaycan kinorejissoru, ssenarist, Azərbaycan Respublikasının xalq artisti (2000), "Şərəf" ordenli (2018). "İstiqlal" ordenli (2023). == Həyatı == Oqtay Mirqasımov 12 iyun 1943-cı ildə Bakı şəhərində anadan olub. 1963–1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alır, Bakıya "Azərbaycanfilm" kinostudiyasına qayıdır. Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri Ümumittifaq festivallarında mükafat alıb. Azərbaycanın xalq artistidir. 1992–2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 7 iyun 2018-ci ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.
Mirqasım Çeşmazər
Mirqasım Çeşmazər ― 1954-1959-cu illərdə Azərbaycan Demokrat Firqəsinin sədri, alim. Azərbaycan Milli Hökuməti dövründə Təbriz fədai dəstələrinin komendantı, Seyid Cəfər Pişəvərinin köməkçisi, Azərbaycan Radio komitəsinin sədri olub. == Həyatı == Mirqasım Mikayıl oğlu Çeşmazər 1920-ci ildə anadan olub. 1944-cü ildə yaradılmış Tudə partiyasının Təbriz Komitəsinin üzvü olub. Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü olub. 1945-ci il dekabrın 10-dan 1946-cı il yanvarın 15-ə qədər Təbriz fədai dəstələrinin komendantı, 1946-cı ilin yanvar ayından iyun ayına qədər S.C.Pişəvərinin köməkçisi olub. 1946-cı il aprelin 26-da Azərbaycan Radio komitəsinin nəzdində açılmış Təbriz radiosunun sədri olub. 1946-cı il sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsinin yaradılmasının birinci ildönümündə milli-demokratik hərəkatda iştirak etdiyi üçün "Səttarxan" ordeni ilə təltif olunub. 1946-cı ildə S.C.Pişəvəri, Mirqasım Çeşmazər və digərlərinin təşəbbüsü ilə Tehran qoşununun Azərbaycana gəlməsinə müqavimət göstərmək məqsədi ilə "Babək müqavimət dəstəsi" yaradılıb. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Bakıya gəlib.
Ayan Mirqasımova
Ayan Oqtay qızı Mirqasımova (5 may 1969, Bakı) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2017), Azərbaycan Respublikasının əməkdar artisti (2000). == Həyatı == Ayan Oqtay qızı Mirqasımova (Ayan Mirqasım) 5 may 1969-cu ildə Bakıda anadan olub. Bakı Xoreoqrafiya Məktəbini bitirib (1986). Moskvada ÜDKİ-nin kino və teatr aktyorluğu ixtisasında (Aleksey Vladimiroviç Batalovun sinfində) təhsil alıb (1986–1990). 1991-ci ildən S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. Teatrda aktrisalıqla yanaşı xoreoqrafiya quruluşlarını da verir. Xarici film istehsalçılarının filmlərində də çəkilib: "Kiçik" (1993, Özbəkfilm, rej: Rano Kubayeva) və "Yelləncək" (2005, NTV, Rusiya, serial, rejissor: Vyaşeslav Nikiforov) filmlərində yer alıb. "Apofiqey — 99" teatr mükafatı tamaşaçı rəğbəti nominasiyası, I Beynəlxalq Madrid Kinofestivalında "ən yaxşı qadın rolu" mükafatı, XII Beynəlxaq Daşkənd Kinofestivalının "qızıl zanbaq", MDB və Baltrikyanı ölkələrin Açıq Kinofestivalının "Qorqipiya" mükafatı laureatı, "Humay" mükafatçısıdır. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 31 iyul 2017-ci ildə Azərbaycanın xalq artisti fəxri adlarına layiq görülmüşdür. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə, 10 may 2022-ci ildə və 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası
M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası — 1961-ci ildən fəaliyyətə başlamışdır. Respublika Klinik xəstəxanası əsasən respublika tabeçiliyində olan şəhərlərin və kənd rayonlarının əhalisinə və tibb müəssisələrinə çoxprofilli, ixtisaslaşmış, stasionar, konsultativ, planlı yardım göstərməklə yanaşı Respublika Səhiyyə Nazirliyinin təşkilatı-metodiki işlərinin bazası olub, respublika müalicə-profilaktika idarələrinin təşkilatı-metodiki işlərinə köməklik etməyə borclu olan aparıcı tibb müəssisələrindən biridir. Respublika Klinik Xəstəxanası eyni zamanda tibbi kadr hazırlayan Azərbaycan Tibb Universitetinin və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun, 1 saylı tibb texnikumu və 2 saylı tibb texnikumunun tədris bazasıdır. İcbari tibbi sığortanın tətbiqi ilə Respublika Uşaq Klinik Xəstəxanası 2021-ci il 28 may tarixində Respublika Klinik Xəstəxanasının nəzdinə verilmişdir.Xəstəxananın müalicə şöbələrində tibbi təhsil müəssisələrinin 11 kafedrası, o cümlədən Azərbaycan Tibb Universiteti üzrə; urologiya, cərrahi xəstəliklər və farmakoterapiya kafedraları; Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitunun 2-ci terapiya, nefrologiya, nevrologiya və fizioterapiya, mama-ginekologiya, rentgenologiya, hematologiya, anestaziologiya-reanimasiya, üz-çənə cərrahiyəsi və otorinolarinqologiya kafedraları fəaliyyət göstərir.Göstərilən kafedra, laboratoriya və mərkəzlərdə 121 elmi işçi, o cümlədən 16 professor, 30 dosent, 35 assistent və digər işçilər elmi və tədris işləri ilə yanaşı xəstələrin diaqnostika və müalicəsində xəstəxana personalı ilə birlikdə fəaliyyət göstərirlər. Bunlardan başqa nefrologiya, nevrologiya şöbələri müvafiq profillər, hematologiya şöbəsi ilə hemofiliya xəstəliyi üzrə mərkəz statusuna malikdir. Şöbələrin sayı — 44 Kabinetlərin sayı — 3 Bölmələrin sayı — 27 Korpusların sayı — 3 Çarpayı sayı — 1035 == Tibbi personal ilə bağlı == Həkim — 370> Orta tibb işçisi — 643 Kiçik tibb işçisi — 357 Digər — 270 Rezidentlər — 20 Professorlar — 13 Dosentlər — 21 == Şöbə, bölmə və kabinetlər haqqında == Nefrologiya şöbəsi — 40 çarpayı Kardiologiya — 45 çarpayı 1-ci Hemodializ şöbəsi — 30 çarpayı 2-ci Hemodializ şöbəsi — 50 çarpayı 1-ci sinir xəstəlikləri şöbəsi — 50 çarpayı 2-ci sinir xəstəlikləri şöbəsi — 50 çarpayı Endokrinologiya şöbəsi — 75 çarpayı Allerqologiya şöbəsi — 20 çarpayı Anesteziologiya,reanimasiya və intensiv terapiya şöbəsi(I) Otorinolarinqologiya şöbəsi — 20 çarpayı Qastroentrologiya şöbəsi — 25 çarpayı Urologiya şöbəsi — 40 çarpayı Hematologiya — 50 çarpayı Oftalmologiya — 20 çarpayı Üz-çənə cərrahiyyəsi — 30 çarpayı Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi(II) — 25 çarpayı Mərkəzi Sterilizasiya 1-ci Cərrahiyyə şöbəsi — 50 çarpayı 2-ci Cərrahiyyə şöbəsi — 50 çarpayı Proktologiya — 30 çarpayı Travmatologiya və ortopediya şöbəsi — 40 çarpayı Ginekologiya şöbəsi — 40 çarpayı Doğum şöbəsi — 95 çarpayı Uşaq şöbəsi I — 45 çarpayı Uşaq şöbəsi II — 40 çarpayı Laboratoriya şöbəsi Uşaq Kardiologiya — 40 çarpayı Uşaq Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi — 15 çarpayı Arxiv, Katiblik, KİV və Məlumat şöbəsi İnformasiya texnologiyaları şöbəsi Dəstək xidmətləri şöbəsi — 4 bölmə Texniki dəstək, UKX təsərrüfatı, təsərrüfat və təhlükəsizlik bölmələri İnsan Resursları şöbəsi — 1 bölmə Əməyin mühafizəsi bölməsi Satınalma şöbəsi Maliyyə şöbəsi — 3 bölmə Hesabatlıq, büdcə planlama və mühasibatlıq bölmələri Xəstə xidmətləri şöbəsi — 5 bölmə Koordinasiya, qeydiyyat, pediatrik qeydiyyat, xəstə qəbulu və pediatrik xəstə qəbulu bölmələriYardımçı şöbələrə laboratoriya, şüa-diaqnostika, fizioterapiya, müalicəvi bədən tərbiyəsi, endoskopiya, qanköçürmə və poliklinika şöbəsi aiddir. ==== Hemodializ ==== Hemodializ şöbəsi 2004-cü ilin iyul ayının 17-dən fəaliyyət göstərir. Şöbə 1-ci korpusun 1-ci mərtəbəsində yerləşir. Şöbədə: Frensenus markalı müasir tipli süni böyrək aparatı; Osmos otağı – su təmizləyici qurğular sistemi; Qraunomiks – dializator hazırlayan aparat fəaliyyət göstərir. Hemodializ ambulator müalicədir, lakin bəzi hallarda xəstələrin ağırlaşmaları zamanı onlar diaqnostik və laborator müayinələrdən keçirilir.
Mir Əsədulla Mirqasımov
Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov (17 noyabr 1883, Bakı – 20 iyul 1958, Bakı) — Azərbaycan cərrahı, Azərbaycan SSR EA-nın ilk prezidenti (1945–1947), Azərbaycanın ilk tibb elmləri doktoru (1927), professor (1929), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1945), Azərbaycan SSR əməkdar elm xadimi (1936). İlk azərbaycanlı alim-cərrah. SSRİ Ali Sovetinin (1–3-cü çağırış) deputatı. == Həyatı == Mir Əsədulla Mirqasımov 17 noyabr 1883-cü ildə Bakı şəhərində ruhani seminariyasının müəllimi ailəsində anadan olmuşdur. 1908-ci ildə gimnaziyanı qurtarmışdır. Gimnaziyanın yuxarı siniflərində oxuyarkən o, ictimai fəaliyyətə başlamış, qəzet və jurnallara məqalələr yazmışdır. Bu məqalələrdə müəllif, əsasən, Şərq ölkələrində müsəlman qadınlarının acınacaqlı vəziyyəti məsələsindən bəhs etmişdir.1913-cü ildə Odessa şəhərində yerləşən Novorossiya İmperator Universitetinin (hazırda İ. İ. Meçnikov adına Odessa Milli Universiteti) tibb fakültəsini bitirmişdir. 1916-cı ilədək Odessada həkim, 1916–1929 illərdə Bakıda hərbi lazaretdə, indiki Əzizbəyov adına 1 №-li doğum evində cərrah, Azərb. Dövlət Universitetinin tibb Fakültəsində dosent işləmişdir.1945–1947-ci illərdə Azərbaycan SSR EA-nın ilk Prezidenti olmuşdur. Mirqasımov Mir Əsədulla Mir Ələsgər oğlu 20 iyul 1958-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Mirzeynalabdin Mirqasımzadə
Mirzeynalabdin Mirqasimzadə (1887, Bakı – 1918, Fransa) — Cümhuriyyət tələbəsi. == Həyatı == Mir Zeynalabdin Mir Ələsgər oglu 1887-ci ildə Bakı şəhərində doğulmuşdu. İstanbulda Osmanlı İmperator litseyini bitirmiş, sonra Fransanın Nansi Universitetinin elektronika şöbəsində təhsilini davam etdirmişdir. 1919-cu il iyul ayının 31-də Z.Mirqasımovun Azərbaycan Respublikası Xalq Maarifi Komissarlığına yazdığı ərizədən məlum olur ki, həmin vaxt o, Daxili İşlər Nazirliyində draqoman vəzifəsində işləmişdir. Z.Mirqasımov Azərbaycan hökumətinin vəsaiti ilə 1919-cu ildə öz arzusu ilə Paris Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmək arzusunda olmuşdur. Mirzeynalabdin bəy Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti Mir Əsədulla Mirqasımovun qardaşıdır. 32 yaşında Fransada intihar etmişdir.
Mirəli Mirqasımov
Mirələsgər (Mirəli) Mirəsədulla oğlu Mirqasımov (9 fevral 1924, Bakı – 9 noyabr 2003, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan SSR xalq rəssamı (1982), Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar İncəsənət Xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımovun oğlu. Mirələsgər Mirqasımov tam ixtisalaşdırılmış ali təhsil almış ilk azərbaycanlı heykəltəraşdır. 1944-cü ildə Azərbaycan Rəssamlıq Məktəbindən, 1951-ci ildə Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutundan fərqlənmə ilə məzun olmuşdur. Mirələsgər Mirqasımov Cəfər Cabbarlının (Bakı), Nəriman Nərimanovun (Sumqayıt), Cəlil Məmmədquluzadənin (Naxçıvan) abidələrinin müəllifidir. Mirqasımovun “Neftçinin portreti”, “Qız portreti”, “Qız göyərçin ilə” kimi əsərləri Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənir. Heykəltəraş 1967-ci ildə Monrealda keçirilən Ümumdünya Sərgisi də daxil olmaqla bir çox ölkələrin sərgilərində iştirak edib. Mirqasımovun əsərləri Rusiya , Polşa , Bolqarıstan , Almaniya , Misir və digər ölkələrin muzeylərində sərgilənib . Müxtəlif orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmişdir. XX əsr Azərbaycan heykəltəraşlıq sənətinin tanınmış tədqiqatçısı, sənətşünaslıq doktoru, professor Cəmilə Novruzova heykəltəraşın yaradıcılığı barədə yazır: “M.Mirqasımovun yaradıcılığında bir-birilə bağlı olan iki istiqamət – hərarətli lirizm və plastikanın güclü forması aydın sezilir. Bu iki istiqamət bir-birilə qırılmaz vəhdətdədir”.
Mirələsgər Mirqasımov

Mirəsədulla Mirqasımov
Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov (17 noyabr 1883, Bakı – 20 iyul 1958, Bakı) — Azərbaycan cərrahı, Azərbaycan SSR EA-nın ilk prezidenti (1945–1947), Azərbaycanın ilk tibb elmləri doktoru (1927), professor (1929), Azərbaycan SSR EA-nın həqiqi üzvü (1945), Azərbaycan SSR əməkdar elm xadimi (1936). İlk azərbaycanlı alim-cərrah. SSRİ Ali Sovetinin (1–3-cü çağırış) deputatı. == Həyatı == Mir Əsədulla Mirqasımov 17 noyabr 1883-cü ildə Bakı şəhərində ruhani seminariyasının müəllimi ailəsində anadan olmuşdur. 1908-ci ildə gimnaziyanı qurtarmışdır. Gimnaziyanın yuxarı siniflərində oxuyarkən o, ictimai fəaliyyətə başlamış, qəzet və jurnallara məqalələr yazmışdır. Bu məqalələrdə müəllif, əsasən, Şərq ölkələrində müsəlman qadınlarının acınacaqlı vəziyyəti məsələsindən bəhs etmişdir.1913-cü ildə Odessa şəhərində yerləşən Novorossiya İmperator Universitetinin (hazırda İ. İ. Meçnikov adına Odessa Milli Universiteti) tibb fakültəsini bitirmişdir. 1916-cı ilədək Odessada həkim, 1916–1929 illərdə Bakıda hərbi lazaretdə, indiki Əzizbəyov adına 1 №-li doğum evində cərrah, Azərb. Dövlət Universitetinin tibb Fakültəsində dosent işləmişdir.1945–1947-ci illərdə Azərbaycan SSR EA-nın ilk Prezidenti olmuşdur. Mirqasımov Mir Əsədulla Mir Ələsgər oğlu 20 iyul 1958-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Oqtay Mirqasımov
Oqtay Mirəsədulla oğlu Mirqasımov (12 iyun 1943, Bakı) — Azərbaycan kinorejissoru, ssenarist, Azərbaycan Respublikasının xalq artisti (2000), "Şərəf" ordenli (2018). "İstiqlal" ordenli (2023). == Həyatı == Oqtay Mirqasımov 12 iyun 1943-cı ildə Bakı şəhərində anadan olub. 1963–1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alır, Bakıya "Azərbaycanfilm" kinostudiyasına qayıdır. Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri Ümumittifaq festivallarında mükafat alıb. Azərbaycanın xalq artistidir. 1992–2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 7 iyun 2018-ci ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.90 dəfə / 1 mln.
2003 •••• 0.39
2005 •••••••••••••••••••• 2.02
2006 ••••••••• 0.90
2007 ••••••••••• 1.06
2009 •••••••• 0.80
2010 •••••• 0.54
2011 •••••••• 0.77
2012 ••••••••••••••••• 1.63
2013 ••••••••• 0.88
2014 •• 0.17
2015 •• 0.17
2016 •••••••••••••••• 1.56
2017 ••••••••••••••• 1.46
2018 ••••••••••• 1.05
2019 •••••••••••••••• 1.53
2020 •••••••• 0.80

mirqasım sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

seyid Qasım; ağa, rəis, başçı, cənab Qasım.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"mirqasım" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mirqasım nədir? #mirqasım sözünün mənası #mirqasım nə deməkdir? #mirqasım sözünün izahı #mirqasım sözünün yazılışı #mirqasım necə yazılır? #mirqasım sözünün düzgün yazılışı #mirqasım leksik mənası #mirqasım sözünün sinonimi #mirqasım sözünün yaxın mənalı sözlər #mirqasım sözünün əks mənası #mirqasım sözünün etimologiyası #mirqasım sözünün orfoqrafiyası #mirqasım rusca #mirqasım inglisça #mirqasım fransızca #mirqasım sözünün istifadəsi #sözlük