Aliyə Moldaqulova
Aliyə Nurmuhambetovna Moldaqulova (qaz. Әлия Нұрмухамбетқызы Молдағұлова, 25 oktyabr 1925–4 yanvar 1944) — Sovet İttifaqı qəhrəmanı, snayper.
== Həyatı ==
Aliyə Moldaqulova 1925-ci ilin oktyabrın 25-də Qazaxıstanın Xodbinsk rayonunun Bulak aulunda anadan olub. Hələ uşaq ikən valideynlərini itirən qızcığaz 8 yaşından əmisi Əbubəkrin ailəsində yaşayıb. Anası aclıq illərində kolxoz tarlasında qeyri qanuni buğda yığımı zamanı güllələnib, atası isə bəy nəslindən olub.
1935-ci ildə qızın əmisi Əbubəkr Hərbi Nəqliyyat Akademiyasına qəbul oldu. Bu səbəbdən ailənin bütün üzvləri Aliyə da başda olmaqla, Moskvaya köçdülər.
Bir neçə ildən sonra isə Akademiya Leninqrada köçürüldü, buna görə də ailə bu şəhərə gəlmək məcburiyyətində qaldı. Aliyənin Leninqrad həyatı başlayır…
Az keçmir ki, qızcığazın əmi sarıdan da bəxti gətirmir, doğma ocaqdan uzaqlaşmalı olur. Belə ki, 1939-cu ilin payızında əmisi ailə vəziyyətinə görə 14 yaşlı Aliyəni 46 №-li uşaq evinə qoyur.