* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Molla vəzifəsi, molla işi. O vaxt Molla Cəfərqulu hələ mollalıq, mərsiyəxanlıq edərdi. N.Nərimanov. [Yarməmməd] atasının mollalığını, anasının falçılığını gizlətdiyi üçün onu maarif şöbəsindən qovmuşdular. M.İbrahimov. 2. Keçmişdə: mollaxanada dərs demə; mollaxana müəllimliyi. Tahirzadənin buna haqqı yox idi. Çünki cibində mollalıq kağızı gəzdirmirdi. Mir Cəlal. ◊ Mollalıq etmək məc. isteh. – boş nəsihət etmək, göstəriş vermək, ağıl öyrətmək. …Sən mənə mollalıq eləmə, dəllək, – Ələmdar dönüb dəlləyin üzünə pis-pis baxdı. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / mollalıq1 сущ. 1. занятие муллы 2. истор. религиозное наставничество в духовных школах ◊ mollalıq etmək наставлять, учить кого-л
Azərbaycanca-rusca lüğət / mollalıq1 сущ. 1. маллавал, фекьивал; 2. виликра: маллаханада тарс гун, маълимвал авун; ** mollalıq etmək пер. айгьам. маллавал (фекьивал) авун, кьуру несигьат гун, буйругъ гун, акьул гун.
Azərbaycanca-ləzgicə lüğəti / mollalıq