Monakonun dövlət quruluşu
Monakonun dövlət quruluşu — Monako knyazlığı konstitusiyalı irsi monarxiyadır. 1962-ci il Konstitusiyası qüvvədədir. Dövlət başçısı knyazdır. Qanuncerici hakimiyyət knyaza və Milli Şuraya, yəni parlamentə məxsusdur. İcra hakimiyyətini dövlət naziri və onun üç müşavirindən təşkil olunmuş Hökumət Şurası həyata keçirir. Dövlət nazirini knyaz Fransanın tövsiyə etdiyi üç namizəd arasından təyin edir.