monarxiyası sözü azərbaycan dilində

monarxiyası

Yazılış

  • monarxiyası • 80.0000%
  • Monarxiyası • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Habsburq monarxiyası
Habsburq monarxiyası — Habsburqlar sülaləsinin Avstriya budağının hakimiyyəti altında olan konqlomerat dövlətlərin qeyri-rəsmi adı. Adətən Avstriya ersherosqu I Ferdinandın 1526-cı ildə Çexiya və Macarıstan taxtlarını ələ keçirməsindən 1804-cü ildə Avstriya imperiyasının yaranmasına qədər olan dövrlə əlaqəli olaraq istifadə olunur. "Habsburq monarxiyası" termini də 1276-cı ildən (Avstriyada Habsburg hakimiyyətinin başlanğıcı) 1918-ci ilə qədər (Avstriya-Macarıstanın süqutu) qədər geniş mənada istifadə edilə bilər. 1804-cü ilə qədər Habsburqların hakimiyyəti altındakı ərazilər vahid rəsmi ada malik deyildi. Habsburg imperatorluğu, İspaniya, İspaniya Hollandiyası, Franş-Konte, Lombardiya, Neapol krallığı, Siciliya, Sardiniya və İspaniyanın Amerikan mülkləri də daxil olmaqla Müqəddəs Roma İmperatoru V Karl hakimiyyəti altındakı dövlət qurumlarının məcmusuna istinad etmək üçün geniş istifadə olunur. Habsburq sülaləsindən olan monarxlar da 1439–1806-cı illərdə Müqəddəs Roma İmperatoru idilər. (1740–1745-ci illər istisna olmaqla). == Ədəbiyyat == Steed, Henry Wickham et al. A short history of Austria-Hungary and Poland ( (ing.)). — 1914.
İyul monarxiyası
İyul monarxiyası (fr. monarchie de Juillet) — Fransa tarixində Burbon restavrasiyasına son qoyan 1830-cu il İyul inqilabı ilə başlamış və İkinci Respublikanın qurulması ilə nəticələnən 1848-ci il Fevral inqilabına qədər davam etmiş dövr. 1830-cu il inqilabı liberal xarakter daşıyırdı: o, hakimiyyətin mürtəce tendensiyasından narazı olan burjuaziya tərəfindən həyata keçirilmişdir. Burada iştirak edən fəhlələr demokratik respublika üçün səy göstərirdilər. İnqilabın nəticəsi burjuaziyanın xeyrinə oldu. Belə ki, Burbonlar devrildilər və Orlean hersoqu Lui-Filipp taxta çıxdı. 14 avqust 1830-cu ildə, parlamentin səlahiyyətlərini bir qədər daha da genişləndirən və üstünlüklərini daha yaxşı dəstəkləyən Yenilənmiş Xartiya nəşr olundu. == Ədəbiyyat == Edward Berenson, Populist Religion and Left-wing Politics in France, 1830–1852, Princeton University Press, 1984, 308 p. (ing.) Adèle d'Osmond, comtesse de Boigne, Mémoires de la comtesse de Boigne née d’Osmond, publiés pour la première fois en 1907 : chronique irremplaçable de la vie publique sous la Restauration et la monarchie de Juillet. Hugh Collongham, The July Monarchy : a Political History of France (1830–1848), London, Longman, 468 p.
"İran monarxiyasının 2500 illiyi ziyafəti" medalı
"İran monarxiyasının 2500 illiyi ziyafəti" medalı — 1971-ci ildə sonuncu İran şahı, Məhəmməd Rza Pəhləvinin əmrinə əsasən təsis edilmiş mükafat. Mükafat əsasən Persepolis şəhəri yaxınlığında, 1971-ci ildə təşkil edilmiş İran monarxiyasının 2500 illiyi ziyafətinin xarici dövlət rəsmiləri üçün nəzərdə tutulmuşdur.
İran monarxiyasının 2500 illiyi ziyafəti
İran monarxiyasının 2500 illiyi ziyafəti (fars. جشن‌های ۲۵۰۰ سالهٔ شاهنشاهی ایران‎‎) - İran imperatorluğu dövlətinin və Əhəmənilər İmperatorluğunun quruluş münasibəti ilə 1971-ci ilin 12 oktyabr və 16 oktyabr tarixləri aralığında İranın müxtəlif şəhərlərində təşkil olunmuş kompleks dövlət tədbirləri və şənlikləri. Bayramın məqsədi İranın qədim sivilizasiyasını və tarixini işıqlandırmaq, eləcə də Şah Məhəmməd Rza Pəhləvi dövründə onun müasir nailiyyətlərini nümayiş etdirmək idi. Şənliklərdə ölkənin islamaqədərki tarixinə önəm verilir və Böyük Kirin İran tarixi üçün olan əhəmiyyətinin üzərində dayanılırdı. Bəzi müasir tarixçilər sözügedən ziyafətin 1979-cu ildə baş vermiş İran İslam İnqilabının başlanmasının əsas kulimnasiya nöqtələlərindən biri hesab edirlər. == Arxa plan == İdeyanın 1958-ci ildə, millətçi İran alimi və intellektualı Şücaəddin Şəfanın şah ailəsinə İran monarxiyasının 2500 illiyi münasibətilə təntənələr keçirməyi təklif etməsilə başladığı güman edilir. Bu rəqəm eramızdan əvvəl 559-cu ildə Böyük Kirin (Kuruş) taxta çıxaraq Əhəmənilər sülaləsinin əsasını qoymasından hesablanırdı. Bayram tədbirlərilə yanaşı İranın bəşər sivilizasiyasının inkişafına təsirini öyrənən elmi konfransın keçirilməsi nəzərdə tutulurdu. Təklif şahın xoşuna gəldi və 1960-cı ildə müvafiq təşkilat komitəsi yaradıldı. Əvvəlcə böyük təmtəraq nəzərdə tutulmurdu və ayrılan büdcə 3,5 milyon dollara bərabər idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2007 •••••••••••••••••••• 0.21

"monarxiyası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#monarxiyası nədir? #monarxiyası sözünün mənası #monarxiyası nə deməkdir? #monarxiyası sözünün izahı #monarxiyası sözünün yazılışı #monarxiyası necə yazılır? #monarxiyası sözünün düzgün yazılışı #monarxiyası leksik mənası #monarxiyası sözünün sinonimi #monarxiyası sözünün yaxın mənalı sözlər #monarxiyası sözünün əks mənası #monarxiyası sözünün etimologiyası #monarxiyası sözünün orfoqrafiyası #monarxiyası rusca #monarxiyası inglisça #monarxiyası fransızca #monarxiyası sözünün istifadəsi #sözlük