monastırı sözü azərbaycan dilində

monastırı

Yazılış

  • monastırı • 90.8046%
  • Monastırı • 9.1954%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gütəvəng monastırı
Ktişvəng monastırı və ya Gütəvəng monastırı — Toxasar dağının şimal-şərq ətəyində, sıx meşənin ortasında yerləşən XIII əsrə aid tarixi monastır kompleksi. Yeparxiya mərkəzi kimi monastır əvvəlcə Arranşahların nəzarətində olmuş, VIII əsrdən etibarən isə həmin sülalənin Dizaq qolunun himayəsinə keçmişdir. XIII əsrdə yeni tikililər hesabına monastır genişlənir, xüsusilə Dizaq məlikləri Avan və Yeqanın dövründə Qafqazın ən məşhur monastır komplekslərindən birinə çevrilir. Monastırın divarlarında yerləşdirilmiş kitabələr və xaçdaşlar ərazinin orta əsrlər tarixi üçün əhəmiyyətli məlumatlar verirlər. Kompleksin əsas elementi kafedral kilsədir. Kilsə yerli sarımtıl daşdan inşa edilmişdir. Qövsvari tağlar divar qabağındakı pilonları birləşdirməklə, həm də kilsənin çox iti uclu olmayan, lakin kifayət qədər yüksəkdə yerləşən günbəzini saxlayır. Silindrik baraban üzərində yerləşən günbəz, ikipilləli dam kərpiclərindən yığılmış yelpik formalı örtüyə malikdir. == Tarixi == Mənbələrin məlumatına görə Qtiçavəng Qarabağın əsas dini və siyasi mərkəzlərindən biri olmuşdur. Moisey Kalankatlı “Alban ölkəsinin tarixi” əsərində Partav kilsə məclisindən bəhs edərkən, məclisdə iştirak edənlər arasında “Qtiçavəng tanuteri”nin də iştirak etdiyini qeyd edir.
Gəncəsər monastırı
Gəncəsər monastırı və ya Qandzasar monastırı (erm. Գանձասար, Qanczasar) — Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən tarix-memarlıq abidəsi. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Gəncəsər monastırının başkilsəsi olan Müqəddəs İohann kilsəsi daha qədim kilsənin yerində, Xaçın knyazı Həsən Cəlalın göstərişinə əsasən inşa edilmişdir. Kilsənin inşasına 1216-cı ildə başlanılmış və tikinti 1238-ci ildə yekunlaşdırılmışdır. 22 iyul 1240-cı ildə Albaniya Katolikosu II Nersesin iştirakı ilə kilsənin ithaf mərasimi keçirilmişdir. Kilsənin narteksinin inşasına Həsən Cəlalın oğlu Atabəy və həyat yoldaşı Mamkan xatunun sifarişi ilə 1240-cı ildə başlanılmış və inşaat işləri 1266-cı ildə tamamlanmışdır. 1240-cı ildən Alban Həvari Kilsəsi Katolikosunun iqamətgahı Həmşivəng monastırından Gəncəsər monastırına köçürülmüş, 1836-cı ildə Alban Katolikosluğunun Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilməsinə kimi Gəncəsər monastırı katolikosluğun mərkəzi və Alban katolikoslarının iqamətgahı olaraq qalmışdır. Katolikosluq mərkəzinin Gəncəsərə köçürülməsindən sonra Alban Katolikosluğu həm də Gəncəsər Katolikosluğu kimi tanınmağa başlamışdır. Bəzi azərbaycandilli müasir mənbələrdə abidənin əsil adının Xəzinədağ məbədi olduğu qeyd edilir.
Havaptux monastırı
Havaptux monastırı — Kəlbəcər rayonunun Vəngli kəndində, Gəncəsər monastırından 5 km cənubda yerləşən tarix-memarlıq abidəsi. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. == Tarixi == Kilsənin inşa olunma tarixi və sifarişçisi haqqında məlumat onun giriş qapısı üzərindəki timpanda yerləşdirilmiş doqquz sətirlik kitabədə qeyd edilmişdir: Digər bir kitabədə isə 1223-cü ildə kilsənin Həsən Cəlal tərəfindən bərpa etdirilməsindən bəhs edilir. == Memarlıq xüsusiyyətləri == Kompleks kilsə, narteks və kiçik sövməədən ibarətdir. Onların ətrafında dövrümüzə tam vəziyyətdə çatmamış digər tikililərin də qalıqları vardır. Kilsənin şərqində təpənin yamacında orta əsrlərə aid geniş məzarlıq vardır. Monastırın əsas kilsəsi planda düzbucaqlı formaya va tağtavana malik zal kilsələrdəndir. Kilsənin divarları kobud əhəngdaşı bloklarından hörülmüşdür. Qərb tərəfdən kilsə binasına planda kvadrat formasına malik, kiçik ölçülü, apsidasız bina birləşir. Həm kilsənin, həm də həmin binanın qapıları cənub tərəfdə olmaqla, onlar üçün ümumi olan narteksə açılır.
Horomos monastırı
Horomos monastırı — Türkiyə Cümhuriyyətinin Qars ilinin Ani şəhər xarabalığının 15 km şimal-şərq tərəfində yerləşən və orta əsrlərə aid erməni abidəsi. == Tarixi == Monastır Arpaçayın sahilində yerləşir və monastıra yeganə yol bu çayın sahili ilə uzanan çətin keçilən yoldur. Ani çarlığının ən mühüm dini və mədəni mərkəzlərindən biri olan bu monastırın kral I Abbasın (943–953) dövründə inşa edildiyi bildirilir. XI əsr erməni tarixçisi Stefanos Asogik monastırın qədim bir karvan yolu üzərində inşa edildiyini bildirir. Baqratilər xanədanının mərkəzinin 961-ci ildə Qarsdan Aniyə köçürülməsindən sonra Horomos monastırının əhəmiyyəti daha da artmışdır. Belə ki, Baqratilər monastırdan bir krallıq qəbrstanı kimi istifadə etməyə başlamışdılar. 982-ci ildə ərəblərin yürüşündən sonra monastır yandırılmış, lakin qısa zaman sonra yenidən bərpa edilmiş, həmçinin yeni şapel inşa edilərək istifadə edilməyə başlanmışdır. 1064-cü ildə türklərin Anini fəth etməsindən sonra monastır rahat həyatını sürməyə başlamışdır. Monastırın divarındakı 1180-ci il tarixli kitabə buranın böyük dini mərkəz olmasından bəhs edir. Horomos həmçinin XIII əsrdə Anini idarə edən gürcü mənşəli Mxraqdzeli xanədanı üçün də məzarlıq rolunu oynamışdır.
Həmşivəng monastırı
Həmşivəng monastırı – Gədəbəy rayonunun Böyük Qaramurad kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Məbədin inşası haqqında Kirakos Qandzaketsi özünün “Tarix” əsərində məlumat verir və onu əlli beşinci Alban Katolikosu VI İohannesin adı ilə əlaqələndirir. Əsas kilsə binası, yarımdairəvi altar apsidasına malik uzadılmış düzbucaqlı formasına malikdir. İkisi müstəqil dayanan ikisi isə divar qarşısında ucaldılmış sütunlar və onlar üzərində ucaldılmış oxvari tağlar kilsənin interyerini üç nefə bölür. Həmşivəng monastırının zəng qülləsində yerləşmiş xaçdaş unikal dizaynı və dekorativ elementləri ilə məşhur olmuşdur. Xaçdaş 1960-cı illərdə monastır ərazisindən Ermənistana aparılmışdır və hazırda Vağarşapat şəhərində Katolikos sarayının qarşısında saxlanılır. == Tarixi == Məbədin inşası haqqında Kirakos Qandzaketsi özünün “Tarix” əsərində məlumat verir və onu əlli beşinci Alban Katolikosu VI İohannesin adı ilə əlaqələndirir: XIII əsrin 20-ci illərindən XIV əsrin əvvəllərinə kimi Həmşivəng monastırı Alban Katolikoslarının iqamətgahı kimi statusunu saxlayır. XIV əsrin əvvəllərində isə iqamətgah Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırına köçürülür. == Memarlıq xüsusiyyətləri == Əsas kilsə binası, yarımdairəvi altar apsidasına malik uzadılmış düzbucaqlı formasına (15.6x9.80 m) malikdir.
Karboeyro monastırı
Karboeyro monastırı (qalis. Mosteiro de San Lourenzo de Carboeiro; isp. Monasterio de San Lorenzo de Carboeiro) — İspaniyanın Qalisiya muxtar bölgəsində yerləşən monastır. Monastır Roman memarlığı üslubunda olub özündə qotika memarlığına aid izlər də daşımaqdadır. Qalisiyanın ən görkəmli abidələrindən biridir. İspaniya Mədəni Maraq Mülkiyyəti siyahısındadır. == Haqqında == Monastır Benedikt monastırı olub X əsrdə tikilmişdir. Ən qüdrətli zamanları XI-XIII əsrlərdir. Bu dövrdə çox yaxşı vəziyyətdə olmuşdur. XX əsrin ikinci yarısında təmir olunmuşdur.
Kataro monastırı
Katarovəng monastırı — Xocavənd rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndləri arasında, Ziyarət dağının zirvəsində yerləşən tarix-memarlıq abidəsi. Monastrın adı mənbələrdə Qafqaz Albaniyasında IV əsrə aid hadisələrlə bağlı xatırlansa da, dövrümüzə çatmış tikili XVII əsrə aiddir. Monastır, dəniz səviyyəsindən 2150 metr hündürlükdə yerləşir. Kilsə, planda düzbucaqlı formaya malik birnefli bazilika olmaqla, ikitərəfli damla örtülmüşdür. Tikilinin inşasında kobud yonulmuş yerli daşlardan istifadə edilmişdir. == Tarixi == Moisey Kalankatlı “Alban ölkəsinin tarixi”ndə Müqəddəs Qriqorisin fəaliyyətindən bəhs edərkən qeyd edir ki, xristianlığı təbliğ etməsi Massaget çarı Sanesanın xoşuna gəlmir. Çarın əmri ilə Müqəddəs Qriqoris Xəzər dənizi sahilindəki Vatnean düzündə vəhşi atın quyruğuna bağlanaraq şəhid edilir. Sanesanın xristianlığı qəbul etmiş oğlanları Massaget ölkəsinin digər xristianları ilə birlikdə müqəddəsin cəsədini götürərək Alban Katolikosluğunun mərkəzi Çolaya qaçırlar. Oğlanlarını təqib edən Saneasan Çolaya girərək şəhəri dağıdır, kilsələri və müqəddəs kitabları yandırır. Qaçqın xristianlar Qafqaz Albaniyasının içlərinə doğru irəliləyərək Haband vilayətində sığınırlar.
Katarovəng monastırı

Keşikçidağ monastırı
Keşikçidağ məbədi (həmçinin Qaraca məbədi, David Qareci məbədi) — Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədi. Dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən məbəd kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir. Keşikçi məbədinin mənşəyinə dair Azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyildir. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər. Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız IV Qurucu Davidin hakimiyyəti dövründə (1089–1125) ziyarət edilməyə başlanmış, daha sonra Tamaranın hakimiyyəti dönəmində (1184–1207) gürcü kilsəsinin təsiri altına düşmüşdür. O dövrdə Azərbaycanda mövcud olan müsəlman Atabəylər dövləti, həmçinin Şirvanşahlar dövləti xristian məbədlərinə o qədər də maraq göstərmir və onları himayə etmirdilər. Məhz belə bir dövrdə onsuz da sayca azlıqda qalan xristian albanlar dağlara çəkilmişdilər və bu məbəd də o dövrdə tərk edilmişdi. Aparılan tədqiqatlar göstərmişdir ki, məbədin divarlarına çəkilmiş şəkillər və gürcü dilində olan yazılar onun yaşına nisbətən xeyli gəncdir. == Məbədə gürcü iddiasının arqumentləri == Tarixçi-alim Altay Göyüşovun sözlərinə görə, "David Qareci" həqiqətən qədim alban məbədidir və uzun illər alban kilsəsinin nəzarəti altında fəaliyyət göstərib.
Kiçan monastırı
Kiçan monastırı – Ağdam rayonunun Ballıqaya kəndi ərazisində yerləşən tarixi monastır kompleksi. Mənbələrdə həm də Anapat monastırı (erməni dilindən tərcümədə "səhra monastırı" və ya "düzənlik monastırı") adlandırılır. Kompleksə iki kilsə, böyük yemək zalı, narteks, rahib hücrələri və böyük qəbristanlıq daxildir. == Tarixi == Kompleks ərazisində aşkarlanmış ən qədim kitabə 1191-ci ilə aid olan xaç daşların birinin üzərində yerləşir. Bununla yanaşı Kiçan monastırında 10 kitabə oxunmuş və çap edilmişdir. Abidənin memarlıq xüsusiyyətlərini tədqiq etmiş professor Gülçöhrə Məmmədova qeyd edir ki, cənub və şimaldan əsas kilsə binasına yan otaqlar əlavə edilmiş tağtavanlı zal kilsələri sırf Qafqaz Albaniyasının memarlığı üçün xarakterik olub, qonşu xalqların memarlığında analoqa malik deyildir. Qarabağdakı xristian abidələrini tədqiq etmiş professor Şaqen Mkrtçyan isə Kiçan monastırından bəhs edərkən "onun memarlığı Artsak kilsə memarlığı üçün unikal xüsusiyyətə malikdir" deyə qeyd edir. G. Məmmədova yazır ki, Qafqaz Albaniyasında bu memarlıq formasının yaranması və inkişafı, erkən orta əsrlər dövründən birnefli zal kilsələrinin bütün ölkə ərazisində geniş yayılması, sonradan ölkədə xristianlığın tələblərinin dəyişməsinə uyğun olaraq kilsələrin də yeni dini tələblərə uyğunlaşdırılması ilə əlaqədardır. Tədqiqatçı göstərir ki, nalvari apsidaları, inşa texnikası və bir sıra digər xüsusiyyətlərinə görə, bu tip kilsələr V–VII əsrlər Qafqaz Albaniyası kilsələri ilə yaxındır. Əsas kompozisiyanın mürəkkəbləşdirilməsinə cəhd, yeni otaqların əlavə edilməsi və memarlıq elementlərinin artırılması isə IX–XI əsrlər xristian memarlığının ümumi inkişaf prinsiplərinə uyğundur.
Kolatağ monastırı
Kolatağ monastırı — Kəlbəcər rayonunun Kolatağ kəndində yerləşən tarix-memarlıq abidəsidir. Kolatağda yerləşən Böyük Arran monastırından fərqli olaraq sadə dizaynı və plan tərtibatına malikdir. == Tarixi == Tarixi Kolatağ kəndindən 8 km aralıda inşa edilmiş monastır böyük təpənin ətəyində yerləşir. Kompleks ərazisindəki çoxsaylı xaçdaşlar yüksək bədii, etnoqrafik və tarixi dəyər daşıyır. Ümumilikdə monastır ərazisindən XII–XIII əsrlərə aid iyirmi beş kitabə oxunaraq çap edilmişdir. Kitabələr 1179, 1181, 1186, 1191 və 1194-cü illərə aiddir. == Memarlıq xüsusiyyətləri == Kompleks qala divarları ilə əhatə olunmuş üç kilsə binasından ibarətdir. Divarların işində su hovuzu saxlanılmış, həmçinin su ötürmə sisteminin izləri aydın müşahidə edilir. Monastır həyəti iki hissəyə bölünür. Həyətin şimal hissəsində üç kilsə və onlar üçün ümumi olan üçtağlı narteks-sovməə binası yerləşir.
Ktişvəng monastırı
Ktişvəng monastırı və ya Gütəvəng monastırı — Toxasar dağının şimal-şərq ətəyində, sıx meşənin ortasında yerləşən XIII əsrə aid tarixi monastır kompleksi. Yeparxiya mərkəzi kimi monastır əvvəlcə Arranşahların nəzarətində olmuş, VIII əsrdən etibarən isə həmin sülalənin Dizaq qolunun himayəsinə keçmişdir. XIII əsrdə yeni tikililər hesabına monastır genişlənir, xüsusilə Dizaq məlikləri Avan və Yeqanın dövründə Qafqazın ən məşhur monastır komplekslərindən birinə çevrilir. Monastırın divarlarında yerləşdirilmiş kitabələr və xaçdaşlar ərazinin orta əsrlər tarixi üçün əhəmiyyətli məlumatlar verirlər. Kompleksin əsas elementi kafedral kilsədir. Kilsə yerli sarımtıl daşdan inşa edilmişdir. Qövsvari tağlar divar qabağındakı pilonları birləşdirməklə, həm də kilsənin çox iti uclu olmayan, lakin kifayət qədər yüksəkdə yerləşən günbəzini saxlayır. Silindrik baraban üzərində yerləşən günbəz, ikipilləli dam kərpiclərindən yığılmış yelpik formalı örtüyə malikdir. == Tarixi == Mənbələrin məlumatına görə Qtiçavəng Qarabağın əsas dini və siyasi mərkəzlərindən biri olmuşdur. Moisey Kalankatlı “Alban ölkəsinin tarixi” əsərində Partav kilsə məclisindən bəhs edərkən, məclisdə iştirak edənlər arasında “Qtiçavəng tanuteri”nin də iştirak etdiyini qeyd edir.
Lurgi monastırı
Lurgi monastırı(ing. Lurji Monastery)— Lurdzhi Manastırı (gürcü: ლურჯი მონასტერი), yəni Mavi Manastır, Gürcüstanın Tiflis şəhərinin Vere rayonunda Müqəddəs Andrey adına tikilmiş 12 -ci əsr Gürcü Ortodoks kilsəsidir. Məşhur tarixi ad lurji (mavi), şüşəli mavi plitələrlə bəzədilmiş damından gəlir. == Tarixi == Kilsə Tiflisin mərkəzi hissəsində, Vere parkında, Mtkvari'nin sağ sahilində, Vere çayının ağzının yanında yerləşir. Lurji Manastırının orijinal binası 1180 -ci illərdə Kraliça Tamaranın dövründə inşa edilmişdir. Bir cüt qübbəli sütun və uzanmış bir apsisi olan bir kubbəli çarpaz meydan idi. Orta əsr gürcü Asomtavruli yazısı ilə cənub timpanumundakı uzun bir yazı, sponsor olan Kartli keçmiş yepiskopu Vasili göstərir. Ağır ziyan görmüş kilsə, 17. əsrdə günbəzsiz üç koridorlu kərpic bazilika kimi yenidən inşa edilmişdir. 18 -ci əsrdə kilsə Gabashvili zadəgan ailəsinə aid idi.
Markov monastırı
Markov Manastırı (mk. və serb. Марков Манастир, Markov Manastir) — Makedoniyanın Skopye şəhərindən 18 km uzaqlıqda yerləşən Markova Suşisa kəndində yerləşən pravoslav qadın monastırı. Monastır hal-hazırda Oxrid arxiyepiskopluğu tərəfindən idarə olunur. Bulqarlar Markov monastırının öz milli tarixi irsinin bir hissəsini kimi qiymətləndirirlər. Monastır bolqarlara, serblərə və makedonlara görə özlərinin milli qəhrəmanı olan Şahzadə Markonun adınadır. Markov monastırı qurulduğu gündən bəri aktiv olmuşdur. == Memarlıq xüsusiyyətləri == Monastırın üstü günbəz ilə örtülmüşdür. Monastır, hər nə qədər Serbiya İmperiyası dövründə inşa edilmişsə də, pravoslav ənənəsini təqib edən freskalar və arxitekturası səbəbiylə Bizans memarlığı və sənəti altında qiymətləndirilir. Kilsənin sahəsi 10 x 16 metrdir.
Martvili monastırı
Martvili monastırı (gürc. მარტვილის მონასტერი) - Gürcüstanın Sameqrelo-Zemo Svaneti inzibati ərazisində yerləşən Martvili bələdiyyəsinin mərkəzindəki gürcü monastır kompleksidir. Ərazidəki ən hündür təpədə yerləşir və stratejik cəhətdən böyük önəm daşıyır. Konvensiya binalar kompleksinə Gücləndirmə Kafedralı, Siqvani kilsəsi, zəng qülləsi, istehkam divarı, bir məbəd və digər tikililər daxildir. VII əsrə aiddir və X əsr əsrdə yenidən qurulmuşdur. Gürcüstan Mədəni İrsinin daşınmaz abidəsi olaraq tanınır. == Tarixi == Bu gün monastırın olduğu ərazidəki təpəlik ərazi qədim zamanlarda "paqan mədəni mərkəzi" olaraq istifadə edilən müqəddəs bir ərazi idi. Bölgədə əvvəllər məhsuldarlıq və rifah məbədi olaraq ibadət edilən çox böyük və qoca bir şam ağacı var idi. Bu ərazidə yeni doğulan və ya azyaşlı uşaqların qurban edildiyi düşünülür. Əhalinin xristianlaşmasından sonra ağac əhalinin ibadət etməməsi üçün kəsildi.
Mavas monastırı
Mavas monastırı — Xocavənd rayonunun Gavahın kəndi yaxınlığında yerləşən tarix-memarlıq abidəsi. Monastır kitabəsində onun XIII əsrdə inşa edildiyi göstərilmişdir. == Tarixi == Monastır həyətində aşkarlanmış kitabəyə əsasən onun XIII əsrdə inşa edilmiyi müıyyən edilmişdir. == Memarlıq xüsusiyyətləri == Mavas monastrı əlçatmaz ərazidə inşa edilməklə yanaşı həm də müdafiə divarları ilə möhkəmləndirilmişdir. Buna görə də monastır yüzillər boyunca həm də ərazi əhalisinin təhlükəsizliyinin təmin olunmasında rol oynamış və qala kimi istifadə edilmişdir. Vaxtilə bir qayadan digərinə uzanaraq bütün kompleksi ıhatə edən qala divarlarının yalnız xarabalıqları dövrümüzə çatmışdır. Mavas monastırından dövrümüzə üçnefli bazilika, ona birləşən narteksin xarabalıqları və müxtəlif mülki tikililərin qalıqları çatmışdır. Maraqlı memarlıq həllinə malik olan kilsənin ibadət zalı gözəl həll edilmiş tağlar, pilonlar, apsidalar, içəri doğru genişlənən pəncərə yerləri ilə bəzədilmişdir. Yüksək bədii tərtibata malik iki xaçdaş və altar yüksəkliyi altındakı dörd məzar üzərindəki naxışlı sinədaşları interyerin ümumi memarlıq-bədii tərtibatının tamamlanmasında rol oynayır. Tağtavanın ağırlığı iki pilon və divarlar boyunca düzülmüş yarımpilonların üzərinə düşür.
Mileşeva monastırı
Mileşeva monastırı (serb-kiril. Манастир Милешева) ― Serbiyanın cənub-qərbində yerləşən Serb Provaslav monastırı. 1234-1236-cı illərdə kral Stefan Vladislav tərəfindən qurulmuşdur. Kilsə o dövrün ən bacarıqlı sənətkarlarının Serb mədəniyyətinin ən məşhurlarından biri olan Məsihin qəbrində mələyi təsvir edən "Ağ mələk "in də daxil olduğu müxtəlif freskalarına malikdir. == Tarix == Mileşeva monastırı 1234-1236-cı illər arasında Serbiya kralı Vladislav tərəfindən qurulmuşdur. Monastır eyni adlı çayın sahilində yerləşir. Mileşeva Serbiyanın ən vacib ziyarətgahlarından və mənəvi mərkəzlərindən biridir. 1236-cı ildə Vladislavın əmisi Müqəddəs Savanın qəbri Bolqarıstanın Trnovo şəhərindən Mileşevaya gətirildi. Bəzi tarixçilər I Tvrtkonun Serbiya və Bosniya kralı elan edildiyi tacqoyma mərasiminin 1377-ci ildə Mileşevada baş verdiyinə inanır. 1459-cu ildə Osmanlılar monastırı yandırsa da,[mənbə göstərin] tikili tezliklə bərpa edildi.
Oçkanvəng monastırı
Oçkanvəng monastırı — Xocalı rayonunun Badara kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Oçkanvəngin kitabəsi abidənin ən geci XII-XIII əsrlərdə inşa edildiyini göstərir. == Tarixi == Ərazidə olan xaçdaşlar və kitabələr üzərinəki yazılar zədəli, bəzi yerlərdə isə silinmiş vəziyyətdədir. Lakin, kilsə kitabəsində qeyd edilən adlar Qarabağın digər abidələri və tarixi mənbələrdən də elmə məlumdur. Kitabədə adı qeyd edilən Arzu Xatun III Aterk hakimi Vaxtanq Taqavoraznın həyat yoldaşıdır. Arzu Xatun Xudavəng monastırının başkilsəsinin də sifarişçisi olmuşdur və həmin kilsənin kitabəsində də Arzu Xatunun adı xatırlanır. Kitabədə qeyd edilən digər ad Smbat isə Xaçın knyazı kimi Badara kilsəsindəki xaçdaşlardan birində qeyd edilir. Oçkanvəngin kitabəsi abidənin ən geci XII-XIII əsrlərdə inşa edildiyini göstərir. == Memarlıq xüsusiyyətləri == Monastır əlçatmaz dağlıq ərazidə yerləşir. Kənd ərazisindəki Badara monastırından Oçkanvəngə kimi yolu olmayan meşəlik ərazi ilə təxminən 7-8 km yol qət edilməlidir.
Oşki monastırı
Oşki monastırı (gürcücə:ოშკი) – Türkiyədə Öşk-Vank monastırı olaraq da bilinir. Tarixi Tao-Klarceti bölgəsində Gürcü çarlığına aid monastırıdır. 963-973-cü illər arasında Oşkidə inşa edilmişdir. Hal-hazırda Türkiyədə Ərzurum ili sərhədləri içində yerləşir. Monastrdakı əsas kilsə Vəftizçi Yəhyaya həsr edilmişdir. == Tarixi == Monastır və kilsə kompleksi III David Kuropalati zamanında tikilmişdir. İnşa edildiyi zəmin üzərində edilən araşdırmalar nəticəsində bölgənin xüsusilə seçildiyi anlaşılmışdır. Monastır bu dövrdəki bənzərlərinin təsirlərini daşısa da, daha qarmaşıq və inkişaf etdirilmiş üslubla inşa edilmişdir. Tetrakonq olaraq dizayn edilmiş strukturda ortada qübbə vardır. Monastır və kilsənin 1036-cı ildə olduqca zəngin formada müqəddəs əşyalarla və frekalarla bəzədildiyi bilinməkdədir.
Pantokrator Monastırı
Pantokrator Monastırı Kilsəsi və ya Zeyrek Məscidi — (yun: Μονή του Παντοκράτορος Χριστού Rom: Mori tu Padokratoros Hristou) — İstanbulun Zeyrek ərazisində yerləşən Şərqi Roma dövrünə aid dini bir binadır. Kilsə bir araya gələn üç ayrı şapeldən ibarətdir. Ayasofyadan sonra İstanbulda sağ qalan ən böyük köhnə kilsədir. Cənubdakı ilk kilsə II İohan Komnenosun həyat yoldaşı Macarıstanlı İrina tərəfindən XII əsrin birinci rübündə tikilmişdir. Arvadının ölümündən sonra, imperator kilsədən daha şimalda ikinci bir kilsə tikdirir və nəhayət onları birləşdirmək üçün üçüncü bir kilsə inşa edildi. İstanbulun zəbtindən sonra burada ilk mədrəsə açıldı. Müdərrisi Zeyrek Məhəmməd Ağa idi. Fatih Kompleksi ilə yeni mədrəsələrin inşası başa çatdıqda, buradakı mədrəsələr bağlandı və bina məscidə çevrildi. Hazırda yalnız cənub hissəsi məscid kimi istifadə olunur. == Yerləşdiyi ərazi == Qızıl buynuza baxan bir təpədə teraslarla düzülmüş geniş bir ərazidə tikilmişdir.
Parşurt monastırı
Parşurt monastırı (gürc. მრავალწყაროს მონასტერი) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir. IX əsrdə əsası qoyulmuş monastır, XIII əsrdə monqolların yürüşü zamanı talan edilmiş və bundan sonra tərk olunmuşdur. == Tarixi == Abidə, 1995-ci ildə təşkil edilmiş elmi ekspedisiya zamanı Gürcüstan alimləri tərəfindən aşkarlanmış və qeydiyyata alınmışdır. Monastır haqqında mənbələrdə heç bir məlumat yoxdur. Yerləşdiyi əraziyə və yaxınlıqdakı bulaqlara görə gürcü alimlər tərəfindən Parşurt monastırı adlandırılmışdır. Memarlıq xüsusiyyətlərinə əsasən abidəin IX əsrdə inşa edildiyi, XIII əsrdə monqolların yürüşündən sonra isə tərk olunduğu ehtimal olunur. == Memarlıq xüsusiyyətləri == Monastır binası qeyri-adi günbəz formasına malikdir. Tikilinin interyerində çoxlu sayda freska qalıqları və 65 kitabə dövrümüzə çatmışdır. Kitabələrdən ən qədi olanı 851-ci ilə aiddir.
Pukukuncar monastırı
Pukukuncar monastırı - Ağstafa rayonu ərazisində, Qabırrıçayın sağ sahilində yerləşən, Kolagir monastırından 4 km aralı, Keşikçidağ monastır kompleksinə daxil olan və hazırda tamamilə dağılmış vəziyyətdə olan kiçik məbəd. Original tikintidən çox az salamat hissə qaldığı üçün məbədi bərpa etmək qeyri-mümkündür. == Ədəbiyyat == Kh. Rakviashvili, "Thirteen Assyrian Fathers and the Monasteries Founded by Them", Tbilisi, 2015, səh.
Qandzasar monastırı
Gəncəsər monastırı və ya Qandzasar monastırı (erm. Գանձասար, Qanczasar) — Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayın sol sahilində yerləşən tarix-memarlıq abidəsi. Tikili Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Gəncəsər monastırının başkilsəsi olan Müqəddəs İohann kilsəsi daha qədim kilsənin yerində, Xaçın knyazı Həsən Cəlalın göstərişinə əsasən inşa edilmişdir. Kilsənin inşasına 1216-cı ildə başlanılmış və tikinti 1238-ci ildə yekunlaşdırılmışdır. 22 iyul 1240-cı ildə Albaniya Katolikosu II Nersesin iştirakı ilə kilsənin ithaf mərasimi keçirilmişdir. Kilsənin narteksinin inşasına Həsən Cəlalın oğlu Atabəy və həyat yoldaşı Mamkan xatunun sifarişi ilə 1240-cı ildə başlanılmış və inşaat işləri 1266-cı ildə tamamlanmışdır. 1240-cı ildən Alban Həvari Kilsəsi Katolikosunun iqamətgahı Həmşivəng monastırından Gəncəsər monastırına köçürülmüş, 1836-cı ildə Alban Katolikosluğunun Rusiya Müqəddəs Sinodu tərəfindən ləğv edilməsinə kimi Gəncəsər monastırı katolikosluğun mərkəzi və Alban katolikoslarının iqamətgahı olaraq qalmışdır. Katolikosluq mərkəzinin Gəncəsərə köçürülməsindən sonra Alban Katolikosluğu həm də Gəncəsər Katolikosluğu kimi tanınmağa başlamışdır. Bəzi azərbaycandilli müasir mənbələrdə abidənin əsil adının Xəzinədağ məbədi olduğu qeyd edilir.
Qansazar monastırı

Qtiçavəng monastırı
Ktişvəng monastırı və ya Gütəvəng monastırı — Toxasar dağının şimal-şərq ətəyində, sıx meşənin ortasında yerləşən XIII əsrə aid tarixi monastır kompleksi. Yeparxiya mərkəzi kimi monastır əvvəlcə Arranşahların nəzarətində olmuş, VIII əsrdən etibarən isə həmin sülalənin Dizaq qolunun himayəsinə keçmişdir. XIII əsrdə yeni tikililər hesabına monastır genişlənir, xüsusilə Dizaq məlikləri Avan və Yeqanın dövründə Qafqazın ən məşhur monastır komplekslərindən birinə çevrilir. Monastırın divarlarında yerləşdirilmiş kitabələr və xaçdaşlar ərazinin orta əsrlər tarixi üçün əhəmiyyətli məlumatlar verirlər. Kompleksin əsas elementi kafedral kilsədir. Kilsə yerli sarımtıl daşdan inşa edilmişdir. Qövsvari tağlar divar qabağındakı pilonları birləşdirməklə, həm də kilsənin çox iti uclu olmayan, lakin kifayət qədər yüksəkdə yerləşən günbəzini saxlayır. Silindrik baraban üzərində yerləşən günbəz, ikipilləli dam kərpiclərindən yığılmış yelpik formalı örtüyə malikdir. == Tarixi == Mənbələrin məlumatına görə Qtiçavəng Qarabağın əsas dini və siyasi mərkəzlərindən biri olmuşdur. Moisey Kalankatlı “Alban ölkəsinin tarixi” əsərində Partav kilsə məclisindən bəhs edərkən, məclisdə iştirak edənlər arasında “Qtiçavəng tanuteri”nin də iştirak etdiyini qeyd edir.
Həvari Andrey monastırı
Apostola Andreya monastırı (yun. Απόστολος Ανδρέας ; türk. Apostolos Andreas Manastırı) ― Karpaz yarımadasındakı Dipkarpaz şəhərində, Kipr adasının ən şimal-şərq nöqtəsi olan Zəfər burnunun cənubunda yerləşən monastır. Monastır Həvari Andreyə həsr olunmuşdur və Kipr Pravoslav Kilsəsi üçün vacib yerdir. Həm yunan, həm də türk icmaları monastırı müqəddəs yer hesab edirlər. == Tarix == Monastırın inşasının ənənəvi hekayəsində deyilir ki, Həvari Andreyi daşıyan gəmi Müqəddəs torpaqlara səyahət edərkən yoldan çıxaraq buradakı qayalara dəyir. Sahilə çıxan Andrey və heyət qayalara toxunmuş və bir anda oradan bulaq qaynayır. Sular bir gözü kor olan gəmi kapitanının görmə qabiliyyətini bərpa edərək şəfa gücünə sahib olduğunu sübut edir. Bundan sonra ərazi ziyarət yerinə çevrilir. 12-ci əsrdə burada İsaak Komninin Şirürəkli I Riçarda təslim olması barədə danışıqlar apardığı, istehkamla əhatə olunmuş monastır mövcud idi.
Müqəddəs Faddey Monastırı
Müqəddəs Faddey monastırı (erm. Սուրբ Թադէոսի վանք, fars. قره کلیسا‎, azərb. Qara Kilsə‎) - İranda Qərbi Azərbaycan ostanının Maku şəhəri yaxınlığında yerləşən Erməni Qriqoryan Kilsəsinə məxsus tarixi kilsə.
Müqəddəs Georgi monastırı (Xanabad)
Müqəddəs Georgi monastırı — Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır. Monastır 1263-cü ilin yayında çar çar Aşot Şahənşahın oğlu tərəfindən inşa etdirilsə də, sonrakı yüzilliklərdə dəfələrlə yenidənqurma və inşaat işlərinə məruz qalmışdır. Monastırın başkilsəsi üçnefli bazilika formasına malikdir. Altar yer səviyyəsindən 1,5 metr hündürdə yerləşir. Kilsənin qərb fasadında dağılmış binanın – ehtimal ki, narteksin qalıqları vardır. Monastır yeməkxanası kompleksin cənub tərəfində yerləşir. == Tarixi == Monastır 1263-cü ilin yayında çar çar Aşot Şahənşahın oğlu tərəfindən inşa etdirilsə də, sonrakı yüzilliklərdə dəfələrlə yenidənqurma və inşaat işlərinə məruz qalmışdır. Bəzi tədqiqatçılar tikilinin ərazidəki sovməələrdən birində məzar daşı olan və kilsənin tavanında adı qeyd edilmiş arximandrit Hovannes tərəfindən inşa edildiyini düşünürlər. Digərləri isə arximandrit Hovannesin monastırı yalnız bərpa etdirdiyini düşünürlər.
Müqəddəs Məryəm Ana monastırı (Zar)
Müqəddəs Məryəm Ana monastırı — Kəlbəcər rayonunun Zar kəndi ərazisində, Xudavəng monastırından 3 km qərbdə, Tərtər çayının sahilində yerləşən tarix-memarlıq abidəsi. == Tarixi == Kompleksin ən qədim tikilisi olan Müqəddəs Məryəm Ana kilsəsinin timpanında onun inşa edilmə tarixi və sifarişçisi haqqında məlumat verilmişdir: "çariça, çar Kürikenin qızı…1174-cü il" Ümumilikdə monastır ərazisində səkkiz kitabə oxunmuş və çap edilmişdir ki, onlardan da bəziləri 1174, 1178, 1261-ci illərə aiddir. == Memarlıq xüsusiyyəti == Kompleksə müxtəlif qorunma vəziyyətində olan iyirmidən çox tikili daxildir. Kompleksin ən qədim tikilisi olan Müqəddəs Məryəm Ana kilsəsi onun şimal hissəsində yerləşir. Kilsə planda düzbucaqlı formasına malik olmaqla, tağtavanla örtülmüşdür. Qərb tərəfdən kilsə binasına bitişik düzbucaqlı formalı narteks inşa edilmişdir. Onun qərb girişi orta otağa aparır, böyül cənub-qərb qapısı isə həyətə açılır. Kilsənin qərb tərəfinə bitişik inşa edilmiş ikinci tikili qədim sovməədir. Sovməənin şimal divarı həm də Müqəddəs Məryəm Ana kilsəsinin qərb divarıdır. Kompleksin mərkəzində monastırın əsas kilsəsi yerləşir.
Müqəddəs Qall monastırı kitabxanası
Müqəddəs Qall monastırı kitabxanası (alm. Stiftsbibliothek‎) — İsveçrənin Sent-Qallen şəhərində yerləşən, dünyanın ən qədim orta əsr monastır kitabxanası. Kitabxana, eləcə də Müqəddəs Qall abbatlığı 1983-cü ildə "böyük Karolinq monastırının görkəmli nümunəsi" kimi Ümumdünya İrsi siyahısına daxil edilib. Kitabxana VIII əsrdən 1805-ci ildə dünyəviləşənə qədər Avropanın ən mühüm mədəniyyət mərkəzlərindən biri hesab olunurdu. == Tarixi və memarlığı == Kitabxana Müqəddəs Qall monastırının qurucusu Otmar Sent Qallen tərəfindən qurulmuşdur. 937-ci il yanğını zamanı monastır dağıdılsa da, kitabxana toxunulmaz qalıb. Memar Piter Samb tərəfindən rokoko üslubunda dizayn edilmiş kitabxana zalı 1758-1767-ci illər arasında inşa edilib. Giriş qapısının üstündə həkk edilmiş yunanca yazı, ΨΥΧΗΣ ΙΑΤΡΕΙΟΝ (psukhēs iatreion), tərcümədə "ruhun əczaçısı" mənasını verir. == Kolleksiyaları == Kitabxana kolleksiyası İsveçrənin ən qədimidir və dünyanın ən erkən və ən mühüm monastır kitabxanalarından biridir. Kitabxanada mövcud olan təxminən 160.000 cild ictimaiyyətin istifadəsi üçündür.
Müqəddəs Stepannos Monastırı
Müqəddəs Stepannos Monastırı - Culfa şəhərindən 15 km aralı, Araz çayı sahilində yerləşən IX əsrə aid erməni monastır kompleksi. Monastır 2008-ci ildə İranda UNESCO ümumdünya irsi abidələri sırasına daxil edilmişdir.
Müqəddəs Stepanos monastırı
Müqəddəs Stepannos Monastırı - Culfa şəhərindən 15 km aralı, Araz çayı sahilində yerləşən IX əsrə aid erməni monastır kompleksi. Monastır 2008-ci ildə İranda UNESCO ümumdünya irsi abidələri sırasına daxil edilmişdir.
Müqəddəs Tanrı anası monastırı (Zar)
Müqəddəs Məryəm Ana monastırı — Kəlbəcər rayonunun Zar kəndi ərazisində, Xudavəng monastırından 3 km qərbdə, Tərtər çayının sahilində yerləşən tarix-memarlıq abidəsi. == Tarixi == Kompleksin ən qədim tikilisi olan Müqəddəs Məryəm Ana kilsəsinin timpanında onun inşa edilmə tarixi və sifarişçisi haqqında məlumat verilmişdir: "çariça, çar Kürikenin qızı…1174-cü il" Ümumilikdə monastır ərazisində səkkiz kitabə oxunmuş və çap edilmişdir ki, onlardan da bəziləri 1174, 1178, 1261-ci illərə aiddir. == Memarlıq xüsusiyyəti == Kompleksə müxtəlif qorunma vəziyyətində olan iyirmidən çox tikili daxildir. Kompleksin ən qədim tikilisi olan Müqəddəs Məryəm Ana kilsəsi onun şimal hissəsində yerləşir. Kilsə planda düzbucaqlı formasına malik olmaqla, tağtavanla örtülmüşdür. Qərb tərəfdən kilsə binasına bitişik düzbucaqlı formalı narteks inşa edilmişdir. Onun qərb girişi orta otağa aparır, böyül cənub-qərb qapısı isə həyətə açılır. Kilsənin qərb tərəfinə bitişik inşa edilmiş ikinci tikili qədim sovməədir. Sovməənin şimal divarı həm də Müqəddəs Məryəm Ana kilsəsinin qərb divarıdır. Kompleksin mərkəzində monastırın əsas kilsəsi yerləşir.

Oxşar sözlər

#monastırı nədir? #monastırı sözünün mənası #monastırı nə deməkdir? #monastırı sözünün izahı #monastırı sözünün yazılışı #monastırı necə yazılır? #monastırı sözünün düzgün yazılışı #monastırı leksik mənası #monastırı sözünün sinonimi #monastırı sözünün yaxın mənalı sözlər #monastırı sözünün əks mənası #monastırı sözünün etimologiyası #monastırı sözünün orfoqrafiyası #monastırı rusca #monastırı inglisça #monastırı fransızca #monastırı sözünün istifadəsi #sözlük