monitor sözü azərbaycan dilində

monitor

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • monitor • 78.6758%
  • Monitor • 21.1295%
  • MONİTOR • 0.1947%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Monitor
Monitor (gəmi tipi) — zirehli suüstü döyüş gəmilərinin ilk tiplərindən biri Christian Science Monitor — 1908-ci ildə qurulan və eyniadlı dövri nəşrlər yayımlayan beynəlxalq xəbər təşkilatı. Monitor — rus dilində dərc olunan həftəlik ictimai-siyasi jurnal. Rəngli monitor — videoadapterin köməyilə rəngli mətn və qrafik görüntülərin verildiyi kompüter displeyi.
Monitor (dəqiqləşdirmə)

Monitor (jurnal)
Monitor (rus. Монитор) — Həftəlik ictimai-siyasi jurnal (rus dilində). 2000-ci ildə yaradılıb. (2005-ci ildə çapını dayandırıb). Baş redaktoru Elmar Hüseynov idi. “Monitor” jurnalı Rus dilində həftəlik ictimai-siyasi jurnal olub, 2000-ci ildə yaradılıb. Jurnal ayrı-ayrı məmurlar barədə kəskin yazıları ilə fərqlənirdi. 2005-ci ildə “Monitor” çapını dayandırıb. Buna səbəb baş redaktor Elmar Hüseynovun həmin ilin martında öz evinin qarşısında güllələnərək qətlə yetirilməsi oldu.
Monitor jurnalı

Rəngli monitor
Rəngli monitor (ing. color monitor) —Kompüter monitoru məlumatı şəkilli və ya mətn şəklində göstərən çıxış cihazıdır . Monitor adətən vizual displeydən , bəzi sxemlərdən , korpusdan və enerji təchizatından ibarətdir . Müasir monitorlardakı displey cihazı adətən soyuq katodlu flüoresan lampa (CCFL) arxa işığını əvəz edən LED arxa işıqlandırması olan nazik film tranzistorlu maye kristal displeydir (TFT-LCD) . Əvvəlki monitorlarda katod şüa borusu (CRT) və bəzi Plazma (həmçinin Qaz-Plazma adlanır) displeylərdən istifadə olunurdu. Monitorlar VGA vasitəsilə kompüterə qoşulur ,Rəqəmsal vizual interfeys (DVI), HDMI , DisplayPort , USB-C , aşağı gərginlikli diferensial siqnal (LVDS) və ya digər xüsusi konnektorlar və siqnallar. Əvvəlcə kompüter monitorları məlumatların işlənməsi üçün, televizorlar isə əyləncə üçün istifadə edilmişdir. 1980-ci illərdən etibarən kompüterlər (və onların monitorları) həm məlumatların işlənməsi, həm də əyləncə üçün istifadə olunmağa başladı, televizorlar isə bəzi kompüter funksiyalarını həyata keçirdi. Televizorların və kompüter monitorlarının ümumi tərəf nisbəti 4:3-dən 16:10-a, 16:9-a dəyişdi. Müasir kompüter monitorları adi televizorlarla və əksinə asanlıqla dəyişdirilə bilər.
Christian Science Monitor
Christian Science Monitor (tələffüzü "Krisçen Sayens Monitor") — bazar ertəsindən cümə gününə qədər İnternetdə gündəlik olaraq çap olunan beynəlxalq qəzet. 1908-ci ildə Xristian Elmi Kilsəsinin qurucusu Meri Beyker Eddi tərəfindən qurulmuşdur. Qəzetdə beynəlxalq xəbərlər və ABŞ cəmiyyətində baş verən aktual hadisələri işıqlandırır. KSM-in "Ana Forum" səhifəsində gündəlik dini məqalələr yer alır, lakin onlar dinə dönüş platforması olmadıqlarını bildirilər. 28 oktyabr 2008-ci ildə redaktor Con Yemma, Christian Science Monitor veb nəşrinə diqqət ayırmaq üçün çap nəşrlərin dayandırılacağını bildirdi. KSM həftəlik çap nəşri əvəzinə daha çox beynəlxalq xəbərlərə fokuslanan gündəlik xəbərlər dərgisi nəşr edəcək. Christian Science Monitor adına baxmayaraq dini mövzulu qəzet deyil və öz himayəçi kilsəsinin doktrinasını təbliğ etmir. Lakin qurucusu Eddinin istəyi ilə Christian Science Monitor qəzetinin hər sayında gündəlik dini məqalələr yer alır. Eddi həmçinin qəzetin başlığına Xristian Elmi kəlməsininin daxil edilməsini tələbi ilə çıxış etdi, bu da əvvəlcə dini mənsubiyyətə istinadın dünyəvi dinləyiciləri özündən uzaqlaşdıracağına inanan onun bəzi məsləhətçilərinin etirazı ilə qarşılandı. Eddi, Christian Science Monitor-un missiyasının "heç kimə zərər verməmək və bütün insanlığa xeyir-dua vermək" olduğunu açıqladı.
Monitor (gəmi tipi)
Monitor (ing. monitor – xəbərdar edici, qoruyucu) — zirehli suüstü döyüş gəmilərinin ilk tiplərindən biri. Sahil rayonlarında və çayda düşmən gəmilərini məhv etmək, sahil boyu yerləşən düşmən obyektlərinə artilleriya atəşi açmaq və s. üçündür. Adı bu tipli ilk amerikan gəmisinin adından götürülmüşdür. İkinci Dünya müharibəsindən sonra aviasiyanın və raket-nüvə silahlarının inkişafı ilə əlaqədar olaraq istehsalı bütün ölkələrdə dayandırılmışdır. Carrico, John M., Vietnam Ironclads, 2007; Brown Water Enterprises. ISBN 978-0-9794231-0-9. Friedman, Norman, U. S. Small Combatants: An Illustrated Design History, 1987; Annapolis: Naval Institute Press. ISBN 0-87021-713-5.
Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi (türkcə Türkiye-Rusya Ortak Merkezi; rus. Совместный российско-турецкий мониторинговый центр) — İkinci Qarabağ müharibəsi bitdikdən sonra Qarabağ ərazisində atəşkəsin təmin edilməsi üçün yaradılan Türkiyə―Rusiya birgə monitorinq mərkəzi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzaladılar. Bəyanatda bölgədə atəşkəsi təmin etmək üçün sülhməramlıların da yerləşdirilməsi nəzərdə tutulurdu. Noyabrın 11-də isə Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi (RTBMM) yaratmaq üçün anlaşma memorandumu imzaladılar. Baxmayaraq ki, Rusiya rəsmiləri Türkiyənin sülhməramlı əməliyyatlara qatılmasının Dağlıq Qarabağa təsir etməyəcəyini bildirmişdilər. Noyabrın 16-da Türkiyə hökuməti Böyük Millət Məclisinə Azərbaycanda sülhməramlıların yerləşdirilməsi ilə bağlı qanun layihəsini təklif etdi. Türkyə parlamenti, ertəsi gün Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət verərək bu vəsatəti təsdiqlədi. Bununla da Azərbaycan ərazisində Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsinə rəsmi razılıq verdi və monitorinq mərkəzinin yaradılması prosesinə start verildi. Rusiya tərəfi Monitorinq Mərkəzinin Qarabağdan kənarda Bərdədə yerləşdirilməsini təklif etsə də, Azərbaycanın təkidi ilə mərkəzin Ağdam şəhərində açılması qərarı verildi.
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti — cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin (ƏL/TM) qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən orqandır. 30 dekabr 2022-ci il tarixində "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" 767-IIIQ saylı Qanunun qəbul edilməsindən sonra Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2009-cu il tarixli 66 nömrəli Fərmanı ilə Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasının Mərkəzi Bankının yanında müstəqil struktur vahidi olaraq yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 760 saylı Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs kimi yaradılmış və Maliyyə Monitorinqi Xidməti struktur vahidi olaraq onun tabeliyində fəaliyyət göstərmişdir. 25 may 2018-cı il tarixli 95 nömrəli Fərmana uyğun olaraq, Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatasından ayrılaraq fəaliyyətini publik hüquqi şəxs kimi davam etdirir. 24 fevral 2020-ci ildə 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman ilə Maliyyə Monitorinqi Xidməti fəaliyyət müstəqilliyi təmin edilməklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərməyə başlayıb. Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsinə əsasən müəyən edilmiş məqsədlərə xidmət edir: Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, vahid tənzimləməni həyata keçirmək, siyasətin formalaşmasında və həyata keçirilməsində iştirak etmək; Milli risk qiymətləndirilməsini həyata keçirmək, bu istiqamətdə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək; Monitorinq iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, onlardan daxil olan məlumatları toplamaq və təhlil etmək; Monitorinq subyektlərindən məlumatların əldə edilməsi, təhlili və mübadiləsi vasitəsilə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dəstək vermək. MMX-nin idarəetmə orqanı MMX-yə rəhbərliyi və nəzarəti həyata keçirən İdarə Heyətidir. İdarə Heyətinin tərkibi Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç üzvdən – İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarətdir. İdarə Heyətinin səlahiyyət müddəti 5 ildir.
Bioloji monitorinq
Bioloji monitorinq – antropogen təsirlər nəticəsində bioloji sistemdə baş verən dəyişikliklərin aşkar edilməsinə və qiymətləndirilməsinə xidmət edən informasiya toplama sistemidir. Monitorinqin əsas məqsədi əslində insanların sağlamlığı, heyvanların normal yaşayışı üçün yaranacaq təhlükəli şərait haqqında xəbərdarlığın öncədən edilməsidir. == İstinadlar == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi
Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası Prezidentinin 576 saylı fərmanı ilə 06.09.2001-ci il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeçiliyinə verilmişdir. Mərkəz 12.07.1999-cu il tarixdə D-304 say altında Ədliyyə Nazirliyi HŞDQ üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Dövlət Torpaq Kadastrı, Monitorinqi və İnformasiya Mərkəzinin nizamnaməsinin yeni redaksiyasıdır və onu əvəz edir. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmr, göstəriş, sərəncamlarını və bu Nizamnaməni əldə rəhbər tutur. Mərkəz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmaqla onun vahid sistemini təşkil edir və ona hesabat verir. Mərkəz hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, bank idarələrində hesablaşma hesablarına, özünə məxsus olan əmlaka, Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və Mərkəzin adı həkk olunmuş dairəvi möhürə, müvafiq ştamplara və blanklara malikdir. Mərkəzin aparatı və regional torpaq qeydiyyatı mərkəzləri onun vahid strukturunu təşkil edir. Mərkəzin ünvanı: Bakı şəhəri Ş.Mehdiyev küçəsi 93a.
Ekoloji monitorinq
Ekoloji monitorinq (Ecological monitoring) – biosferin qeyri-üzvi tərkibinin antropogen dəyişikliklərinin ölçülməsi, qiymətləndirilməsi, proqnozu və bu dəyişikliklərə cavab reaksiyaları, eləcə də təsirlərin nəticəsi kimi ekosistem dəyişiklikləri. UNEP-in tərifinə əsasən – biosferin bərpa olunan sərvətlərinin monitorinqi. Ekoloji monitoriq QSMOS-un əsas vəzifələri ilə sıx əlaqədardır. Monitorinq ətraf mühitin vəziyyətinin sistemli baxışı və təhlilidir Monitorinq zamanı, ilk olaraq onun çirklənmə dərəcəsinin, eləcə də biosferaya bu kirlənmələrin təsiri, ona edilən fəsadların dərəcəsi bəlliləşdirilir və kirlənmənin nəticəsinin nə olacağı haqqında proqnozlaşma aparılır. Monitorinq zamanı mühitin durumu haqında məlumatların yığımı ilə zaman və məkanda baş verən şirklənmələrin səviyyəsindən bilgilər əldə olunur. Hər bir monitorinq üç pillədən ibarətdir: baxış, olan durumun dəyərləndirilməsi və ola bilən dəyişmələrin proqnozu. Monitorinqin ən başlıca elementi təbii çevrənin durumunun dəyərləndirilməsidir. Bunu edərkən göstəricilərin seçimi, çevrənin obyektlərinin xarakteristikaları və onların dəyişmələri çox önəmlidir. Mühitin durumunu dəyərləndirmək və ola biləcək dəyişikliklərin proqnozunu vermək üçün biosferanın biotik və abiotik sahələrinə baxışların keçirilməsi olmalıdır. Coğrafi baxışların çevrəsi çox genişdir: mikromiqyasda edilən bu, ya da başqa təsirə reaksiyadan tutmuş, qlobal reaksiyalara, atmosferin kirlənməsi haqqında bilgilərə, çevrənin meteroloji və hidroloji xarakteristikalara, bir mühitdən başqa mühitə keçirilən maddələrin miqdarına qədər.
Maliyyə Monitorinqi Xidməti (Azərbaycan)
Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidməti — cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin (ƏL/TM) qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən orqandır. 30 dekabr 2022-ci il tarixində "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" 767-IIIQ saylı Qanunun qəbul edilməsindən sonra Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2009-cu il tarixli 66 nömrəli Fərmanı ilə Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasının Mərkəzi Bankının yanında müstəqil struktur vahidi olaraq yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 760 saylı Fərmanı ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxs kimi yaradılmış və Maliyyə Monitorinqi Xidməti struktur vahidi olaraq onun tabeliyində fəaliyyət göstərmişdir. 25 may 2018-cı il tarixli 95 nömrəli Fərmana uyğun olaraq, Maliyyə Monitorinqi Xidməti Maliyyə Bazarlarına Nəzarət Palatasından ayrılaraq fəaliyyətini publik hüquqi şəxs kimi davam etdirir. 24 fevral 2020-ci ildə 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərman ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman ilə Maliyyə Monitorinqi Xidməti fəaliyyət müstəqilliyi təmin edilməklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərməyə başlayıb. Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsinə əsasən müəyən edilmiş məqsədlərə xidmət edir: Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, vahid tənzimləməni həyata keçirmək, siyasətin formalaşmasında və həyata keçirilməsində iştirak etmək; Milli risk qiymətləndirilməsini həyata keçirmək, bu istiqamətdə dövlət orqanlarının və qurumlarının fəaliyyətini əlaqələndirmək; Monitorinq iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, onlardan daxil olan məlumatları toplamaq və təhlil etmək; Monitorinq subyektlərindən məlumatların əldə edilməsi, təhlili və mübadiləsi vasitəsilə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dəstək vermək. MMX-nin idarəetmə orqanı MMX-yə rəhbərliyi və nəzarəti həyata keçirən İdarə Heyətidir. İdarə Heyətinin tərkibi Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç üzvdən – İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarətdir. İdarə Heyətinin səlahiyyət müddəti 5 ildir.
Monitorinq
Dövrlər və sosial idarəetmənin effektivliyi monitorinq keçirilməsini tələb edir. Monitorinq – informasiya toplanması, müşahidə, təhlil, qiymətləndirmə və idarəetmənin effektivlik vəziyyətinin proqnozlaşdırılmasıdır. Monitorinq sabit sosial-mədəni və iqtisadi inkişafın tənzimlənməsi və proqnozlaşdırılması sisteminin bir hissəsidir. Monitorinq fəaliyyətinin effektivliyi və prosesin, layihənin, proqramın, təşkilatın, dövlətin təhlükəsizliyini təmin edən informativ-analitik funksiyaları yerinə yetirir. · Ötən əsrin 90-cı illərindən başlayaraq təhsil sahəsində aparılan eksperimentlərin, tətbiq olunan yeniliklərin səmərəliliyinin artırılması, nəticələrin izlənilməsi, proqnozlaşdırılması və korreksiya işlərinin vaxtında həyata keçirilməsi məqsədilə təhsildə monitorinq və qiymətləndirmə mexanizmi tətbiq olunmağa başlanmışdır. Hazırda nəinki Azərbaycanda, hətta dünyanın inkişaf etmiş bir sıra digər ölkələrində də təhsildə monitorinq və qiymətləndirmə sistemi kifayət qədər mükəmməl qurulmayıb və əksər hallarda bu, lokal xarakter daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixliqərarı ilə "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" təsdiq olunmuşdur. Sənəddə müasir dövrdə şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin vəzifələri, əsas xüsusiyyətləri, bu sahədə mövcud olan problemlər Konsepsiyanın yaradılması üçün zəruri səbəblər, əsas qiymətləndirmə növləri, qiymətləndirmə standartlarının və vasitələrinin hazırlanması və sairməsələlər əks olunmuşdur. Konsepsiyada təlim-tərbiyə işlərini müasir dövrün tələblərinə müvafiq qurmaq məqsədilə qiymətləndirmə fəaliyyətinin aşağıdakı tələbləri təmin etməsi qeyd edilir: — təhsildə müsbət dəyişikliklərin aparılması üçün mühüm vasitə rolunun yerinə yetirilməsi; təhsilin keyfiyyəti üçün əsas göstərici olan şagirdin təlim nəticələri haqqında etibarlı məlumatın verilməsi; — qiymətləndirmə vasitəsilə şagirdin bilik və bacarıqları haqqında kifayət qədər məlumat əldə edildikdən sonra fənn kurikulumlarında və dərsliklərdə müvafiq dəyişikliklərin aparılması; — təhsildə olan bəzi neqativ hallara qarşı mübarizə vasitəsi funksiyası; — qiymətləndirmədə yeni yanaşmaların yaddaşa əsaslanan qiymətləndirmənin əksinə olaraq, məntiqi təfəkkür vərdişlərinin inkişafına xidmət etməsi. Sənəddə qiymətləndirmə fəaliyyətinə qoyulan tələblərin əməli vəzifəsi, hər şeydən əvvəl, məktəblərimizdə təlim-tərbiyə işlərinin məzmun, forma, vasitə və metodlarını təkmilləşdirmək yolu ilə təhsilin keyfiyyətini əsaslı surətdə yaxşılaşdırmaqdan, müəllimlərin yaradıcılığını artırmaqdan və məktəb işlərinin keyfiyyətini bütünlüklə müasir dövrün tələbləri səviyyəsinə qaldırmaqdan ibarətdir.
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi (türkcə Türkiye-Rusya Ortak Merkezi; rus. Совместный российско-турецкий мониторинговый центр) — İkinci Qarabağ müharibəsi bitdikdən sonra Qarabağ ərazisində atəşkəsin təmin edilməsi üçün yaradılan Türkiyə―Rusiya birgə monitorinq mərkəzi. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə ortaq bəyanat imzaladılar. Bəyanatda bölgədə atəşkəsi təmin etmək üçün sülhməramlıların da yerləşdirilməsi nəzərdə tutulurdu. Noyabrın 11-də isə Rusiya və Türkiyə müdafiə nazirləri Azərbaycanda Rusiya-Türkiya Birgə Monitorinq Mərkəzi (RTBMM) yaratmaq üçün anlaşma memorandumu imzaladılar. Baxmayaraq ki, Rusiya rəsmiləri Türkiyənin sülhməramlı əməliyyatlara qatılmasının Dağlıq Qarabağa təsir etməyəcəyini bildirmişdilər. Noyabrın 16-da Türkiyə hökuməti Böyük Millət Məclisinə Azərbaycanda sülhməramlıların yerləşdirilməsi ilə bağlı qanun layihəsini təklif etdi. Türkyə parlamenti, ertəsi gün Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət verərək bu vəsatəti təsdiqlədi. Bununla da Azərbaycan ərazisində Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsinə rəsmi razılıq verdi və monitorinq mərkəzinin yaradılması prosesinə start verildi. Rusiya tərəfi Monitorinq Mərkəzinin Qarabağdan kənarda Bərdədə yerləşdirilməsini təklif etsə də, Azərbaycanın təkidi ilə mərkəzin Ağdam şəhərində açılması qərarı verildi.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və ya qısaca SMDT — Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi, insan hüquq və azadlıqlarının və demokratik dəyərlərin uca tutulması, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. SMDT, 24 iyul 2001-ci ildə təsis olunmuş Seçkilərin Monitorinq Mərkəzinin (SMM) qeydiyyatı 14 may 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qanunsuz iddiası əsasında Xətai rayon məhkəməsi tərəfindən ləğv edildikdən sonra SMM-in təsisçiləri və üzvləri tərəfindən yenidən təsis edilib. 2021-ci ildə bu iş üzrə qərar qəbul edən Avropa İnsan Hüquqları Məhkəməsi SMM-in qeydiyyatının ləğvini qanunsuz hesab edib. 9 oktyabr 2013-cü ildə keçirilmiş prezident seçkisindən sonra SMDT siyasi təzyiqlərə məruz qalaraq uzun müddət öz hüquqlarının müdafiəsi ilə məşğul oldu. Belə ki, 27 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğunun başladığı cinayət işi əsasında əvvəlcə SMDT-nin Bakı şəhərində yerləşən ofisində axtarış aparıldı. Axtarışdan sonra SMDT-nin bütün maliyyə və proqram sənədləri, o cümlədən seçki müşahidəçiliyinə dair anketlər və səsvermə protokolları, kompüter və CD-lər müsadirə olunub. SMDT rəhbərliyində təmsil olunan Anar Məmmədli və Bəşir Süleymanov həbs həyatı yaşayıblar. Sonradan Avropa İnsan Hüquqları Məhkəməsi "Anar Məmmədli Azərbaycana qarşı" işində Azərbaycan hökumətini konvensiyada nəzərdə tutulmayan məqsədlərlə, yəni siyasi rəqiblərin susdurulması üçün cinayət-ədalət sistemindən sui-istifadə etməkdə günahkar bilib. SMDT öz hədəf və məqsədləri naminə fəaliyyətini aşağıdakı istiqamətlərdə qurur: Seçki prosesinin tərəfsiz və peşəkar monitorinqi Vətəndaşların siyasi hüquqlarının müdafiəsi Seçki təcrübəsinin təkmilləşdirilməsinə yardım Vətəndaşların idarəetmədə iştirak üzrə bacarıqlarının artırılması Seçkili hakimiyyət orqanlarının hesabatlılığının artırılması SMM 2001–2008-ci illərdə Azərbaycanda keçirilən referendum (24 avqust 2002-ci il), prezident (15 oktyabr 2003-cü il və 15 oktyabr 2008-ci il), bələdiyyə (17 dekabr 2004-cü il) və parlament (6 noyabr 2005-ci il) seçkilərini, o cümlədən əlavə və təkrar parlament seçkilərini müşahidə edib. 2008-ci ildən sonra SMDT kimi faəliyyət göstərən təşkilat isə müvafiq olaraq 2015 və 2020-ci illərdə keçirilən parlament, 2018-ci il keçirilən prezident və 2019-cu ildəki bələdiyyə seçkilərini müşahidə edib.
Suriya İnsan Haqları Monitorinq mərkəzi
Suriya İnsan Haqları Monitorinq mərkəzi (ərəb. المرصد السوري لحقوق الإنسان‎, ing. Syrian Observatory for Human Rights; SOHR) — 2006-cı ilin may ayında qurulan, Suriyada insan haqları pozuntularını sənədləşdirmək məqsədi daşıyan Birləşmiş Krallıq mərkəzli məlumat ofisi. 2011-ci ildən bu yana Suriya Vətəndaş Müharibəsinə diqqət yetirir. Müharibənin başlanğıcından bəri qarşıdurmada hər tərəfdən gündəlik ölüm sayı və Suriyadakı hava hücumlarında ölən mülki vətəndaşlar haqqında böyük xəbər agentlikləri tez-tez sitat gətirirlər. Suriya İnsan Haqları Monitorinq mərkəzi "müxalifət tərəfdarı" və Əsəd əleyhdarı olaraq xarakterizə edilir. Suriya İnsan Haqları Monitorinq mərkəzi təşkilatçısı haqqında çox şey məlum deyil. Üsamə Süleyman 1971-ci ildə Suriyada anadan olmuşdur. Uşaqlığını sahilyanı Baniyas qəsəbəsində keçirmişdir. Gəncliyindən şiələrə verilən üstünlüklərdən qəzəblənərək Əsəd rejiminə qarşı gizli müxalifətə qoşulmuşdur.
Səhralaşmış ekosistemlərin monitorinqi
Səhralaşmış ekosistemlərin monitorinqi — Monitorinqin bir növüdür Səhralaşmaуa məruz qalmış ekosistemlərin vəziyyətinin monitorinqinin qarşılıqlı əlaqədə olan üç istiqaməti var I) ictimai-iqtisadi. 2) sanitar-gigiyena. 3) ekoloji Burda hadisələrin hərtərəfli əhəmiyyəti, bu cür ekosistemlərin ekoloji vəziyyətinə nəzarətin prinsip və metodlarının müxtəlifliyi əks olunur və o monitorinq zamanı alınmış məlumatların əsas fərqlərini göstərir. Monitorinqin bu növünün həyata keçirilməsində işin əsas mahiyyəti kompleksliliyin tələb edilməsidir. Səhralaşma zamanı təbii sistemlərin dinamikasının başa düşülməsi səhralaşmanın bütün amilləri, şəraiti və nəticələrinə nəzarət edilmədən mümkün deyil. Qarşılıqlı əlaqədə olan şaxələnmiş struktura malik bu mürəkkəb dinamik sistemin komponentlərindən hər hansı birinə təsir bütövlükdə bütün sistemin dəyişməsinə səbəb ola bilər. Torpaq—arid sistemlərdə maddə və enerji daşınmasının əsas tənzimləyicisidir qoruqlarin ekoloji monitorinqinin təşkil edilməsi nəinki torpağın özünü deqradasiyaya aparan proseslərə, hətta landşaftın digər komponentlərinin vəziyyətini tənzimləyən və onun deqradasiyası haqqında məlumat verə bilən torpaq xassələri, prosesləri və rejimlərinə sistematik nəzarət edilməsini tələb edir. Səhralaşmanın bütün göstəriciləri üzərində monitorinqin təşkil edilməsi lazımdır: iqlim; torpaq; bitki; hidroloji; geomorfoloji.Səhralaşmanın indikatorlarının seçilməsi bu tələblərə uyğundur. Səhralaşmanın monitorinqi zamanı tez-tez səhralaşmanın xarakteri, sürəti (tempi), dərəcəsi və dərinliyi kimi anlayışlardan istifadə edilir. “Səhralaşmanın xarakteri" termini səhralaşmanın əsas səbəblərini və onların səhralaşma prosesinə səbəb olmasını göstərmək üçün işlədilir ki, bu da səhralaşmanın tiplərini ayırmaq üçün əsasdır.
Torpaqların çirklənməsinin monitorinqi
Torpaqların çirklənməsinin monitorinqi — “Ətraf mühit və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilmişdir). Torpaqların çirklənməsinin monitorinqi ölkə torpaqlarının çirklənmədən mühafizəsi, onlardan səmərəli istifadəsi üzrə layihələrin hazırlanması və çirklənməyə məruz qalmış ərazilərin rekultivasiyası üzrə müvafiq işlərin görülməsi üçün çirklənmə səviyyəsi haqqında məlumatların əldə edilməsi məqsədilə aparılır. Gübrələrin kortəbii, heç bir elmi mülahizəyə söykənmədən tətbiq olunduğu sahələrdə torpaqların ekoloji vəziyyəti pisləşməkdə davam edir. Belə ki, torpağın tərkibində olan qida maddələrinin miqdarı müəyyən olunmadan aparılan gübrələmə işi torpaq sahələrində toksiki mühit yaradır. Bu halda torpaqda olan minlərlə mikroorqanizmlər məhv olmaqla yanaşı torpağın bioloji fəallığı azalır, biokimyəvi proseslərin intensivliyi aşağı düşür, nəticədə isə torpaq “cansızlaşır”. Qeyd olunan cəhəti əkin sahələrində tətbiq olunan digər zəhərli maddələrə də aid etmək olar. Bu səbəbdən torpaqların keyfiyyətinin monitorinqi üzrə əsas istiqamətlərdən biri onların pestisid və herbisidlərlə çirklənməsi sahəsində aparılan müşahidələrdir. Belə mütəmadi müşahidələr Ağdam, Ağdaş, Ağcabədi, Şirvan, Biləsuvar, Bərdə, Göyçay, Gəncə, Cəlilabad, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Quba, Qəbələ, Masallı, Neftçala, Sabirabad, Saatlı, Salyan, Şamaxı, Şəki və Göygöl rayonlarında müxtəlif kənd təsərrüfatı bitkilərinin (pambıq, üzüm, taxıl, tərəvəz, meyvə, yem bitkiləri) əkin sahələrində aparılır. Torpaqların çirklənmə səviyyəsinə DDT, DDE, həmçinin sulfat, nitrat ionlarının qatılıqları, humusun miqdarı, elektrik keçiriciliyi və hidrogen göstəricisi üzrə nəzarət edilir. Torpağı çirkləndieən yalnız gübrələr deyil.
Çirklənmiş torpaqların monitorinq növləri
Çirklənmiş torpaqların monitorinq növləri- spesifik torpaq-ekoloji monitorinqin növləri Nəzarət edilən mühitin tipinə görə, çirkləndirici maddələrin yayılma mexanizmi və məsafəsinə görə torpaqların çirklənməsinin ekoloji monitorinq növlərini ayırırlar. Təbii mühitin spesifik xüsusiyyətləri ilə əlaqədar olaraq biotik və abiotik monitorinq fərqləndirilir (Y.A.İzrael, 1984). Çirkləndirici maddələrin yayılma qanunauyğunluğuna müvafiq olaraq monitorinq-lokal, regional və qlobal səviyyələrə ayrılır(İ.P.Qerasimov, 1975). Sanitar-gigiyena və ya impakt monitorinq də adlandırılır. Torpaqların sanitar vəziyyəti dedikdə, yoluxma və gigiyena cəhətdən torpaqların keyfiyyətini və təhlükəsizlik dərəcəsini müəyyən edən fiziki-kimyəvi və bioloji xassələrinin məcmusu başa düşülür. O, konkret müəssisələrin tulladığı çirkləndirici maddələrin ətraf mühitdə miqdarına nəzarət edilməsinə yönəldilmişdir. Birinci növbədə real şəraitdə həmin çirkləndirici maddələrə daha çox həssas olan təbii mühitə nəzarət edilir. Əgər tullantılar suya atılırsa-suların nəzarəti, atmosferə atılırsa-havanın nəzarəti aparılır. Ətraf mühitin hər hansı bir çirklənmə halında torpaqlar analiz olunur. Çirkləndirici maddələrlə əlaqədar olan, istər ekoloji təhlükənin əvvəlcədən müəyyən edilməsi, istərsə də onların toplanma qanunauyğunluğunun üzə çıxarılması çox mühümdür.
Ətraf mühitin monitorinqi
Monitorinq (ing. monitoring, lat. monitor) – yad edici, nəzarət edici) – Ekosistemin (ekoloji M.) və biosferin (biosfer M.) dəyişilməsi üzrə yerinə yetirilən uzunmüddətli kompleks müşahidələr və eksperimentlər sistemi. Xüsusi stansiyalarda (o cümlədən hidrometeoroloji) və biosfer qoruqlarında yerinə yetirilir. Monitorinq antropogen təsir altında olan biosferin və onun ayrı-ayrı elementlərinin vəziyyətinin dəyişməsinə qiymət vermək və onu proqnozlaşdırmağa yönəldilir. Monitorinqin vəzifəsi biosferin davamlığının zəifləməsi və bioloji məhsuldarlığının azalmasına səbəb olan mümkün antropogen yükün həddinin aşmasını vaxtında aşkar etməkdir. Ekosistemin miqyasına görə lokal monitorinq, regional monitorinq və qlobal monitorinq ayrılır. Lokal monitorinq - İnsan fəaliyyətinin təsiri ilə biosferin lokal dəyişməsi ayrı-ayrı bitkilərin fizioloji vəziyyətinin bilavasitə ölçülməsi yolu ilə aparılır: Regional Monitorinqdə - əsas obyekt bitki populyasiyası, fitosenoz və bitki qruplaşmasının tipi hesab olunur, bitki örtüyünün növ zənginliyi, quruluşu və sahəsinin dəyişməsi aşkar olunur. Qlobal Monitorinqdə - geniş ekosistemlərin dəyişməsi distansion və avtomatik müşahidə metodları (həmçinin aero və kosmik fotoşəkilçəkmək) ilə yerinə yetirilir. Monitorinq sistemi ekoloji proqnozlaşdırma üçün ilkin məlumatlar əldə edir.

monitor sözünün leksik mənası və izahı

monitor sözünün rus dilinə tərcüməsi

  • 1 1 сущ. монитор (военный корабль, предназначенный для операций у морских берегов и на реках) 2 сущ. тех. монитор: 1. устройство с экраном для наблюдения. Televiziya monitoru телевизионный монитор 2. устройство компьютера для вывода на экран текстовой и графической информации; дисплей

    Azərbaycanca-rusca lüğət / monitor

monitor sözünün inglis dilinə tərcüməsi

monitor sözünün ləzgi dilinə tərcüməsi

"monitor" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#monitor nədir? #monitor sözünün mənası #monitor nə deməkdir? #monitor sözünün izahı #monitor sözünün yazılışı #monitor necə yazılır? #monitor sözünün düzgün yazılışı #monitor leksik mənası #monitor sözünün sinonimi #monitor sözünün yaxın mənalı sözlər #monitor sözünün əks mənası #monitor sözünün etimologiyası #monitor sözünün orfoqrafiyası #monitor rusca #monitor inglisça #monitor fransızca #monitor sözünün istifadəsi #sözlük