monofiliya sözü azərbaycan dilində

monofiliya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • monofiliya • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Monofiliya
Monofiliya (q.yun. μόνος – tək; φῦλον – tayfa, cins, növ) — müəyyən qrup orqanizmin ümumi əcdaddan əmələ gəlməsi. Üzvi aləm təkamülünün əsas prinsipi. Həyat ağacı ümumi kökdən başlanğıc alır və 2 gövdəyə (bitkilər və heyvanlar aləmi) ayrılır. Bunların hər birindən iri gövdələr – tiplər əmələ gəlir, o da tədricən siniflər, dəstələr, fəsilələr və nəhayət cinslərə budaqlanır. Cinslər ayrı-ayrı budaqlar dəstəsindən ibarət növlərdən təşkil olunmuşdur. Çarlz Darvin bitki və heyvan yetişdirmək sahəsindən dəlillər gətirməklə monofiliyanı əsaslandırmışdır. O, müasir ev göyərçinlərini tədqiq edərək göstərdi ki, onların əcdadı vəhşi göyərçindir (Columba livia). Darvindən sonra müxtəlif bioloji fənlərin dəlilləri əsasında heyvanlar və bitkilər aləminin təbii qruplarının əksəriyyətinin əmələ gəlməsində monofiliya bir daha sübut edilmişdir. Müxtəlif insan irqlərinin vahid bir mənşədən başlanğıc alması da monofiliyaya misaldır.

Oxşar sözlər

#monofiliya nədir? #monofiliya sözünün mənası #monofiliya nə deməkdir? #monofiliya sözünün izahı #monofiliya sözünün yazılışı #monofiliya necə yazılır? #monofiliya sözünün düzgün yazılışı #monofiliya leksik mənası #monofiliya sözünün sinonimi #monofiliya sözünün yaxın mənalı sözlər #monofiliya sözünün əks mənası #monofiliya sözünün etimologiyası #monofiliya sözünün orfoqrafiyası #monofiliya rusca #monofiliya inglisça #monofiliya fransızca #monofiliya sözünün istifadəsi #sözlük