Monqolustanda vətəndaş müharibəsi (1260-1264)
Monqolustan vətəndaş müharibəsi — Məngu xanın ölümündən sonra iki qardaşı Arıq Buğa və Xubilay arasında baş vermiş müharibə (1260-1264). Müharibədə Bərkə xan Arıq Buğanın, Hülaku xan isə Xubilay xanın tərəfini tutmuşdur.
1258-ci ildə Məngu Xubilaya Şərqi Ordunun komandanlığını verdi və ona Siçuan üzərinə olan hücümu dəstəkləməyi əmr etdi. Xubilay podaqradan əziyyət çəkdiyi üçün ona evdə qalmağa icazə verildi, ancaq o, Mengünü dəstəkləmək üçün hərəkət etdi. 1259-cu ildə Xubilay gəlməzdən əvvəl Məngunun ölməsi xəbəri gəldi. Xubilay qardaşının ölümünü gizli saxlamağa qərar verdi və Yanszı çayı yaxınlığındakı Vuhana hücum elədi. Xubilayın qüvvələri Vuçanqı mühasirəyə alanda Uryanxaday ona qoşuldu. Sun sülaləsinin naziri Cia Sidoa sülh üçün şərtləri təklif elədi. O, Yanszı çayının dövlətlər arasında sərhəd olmasına monqolların razılaşması əvəzində illik xərac olaraq 200 min tael gümüş və 200 min top ipək təklif elədi. Xubilay əvvəlcə təklifi rədd etdi, ancaq sonra Cia Sidao ilə sülh razılaşmasına gəldi.