Monqolustanın sözü azərbaycan dilində

Monqolustanın

Yazılış

  • Monqolustanın • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Monqolustanın dövlət quruluşu
Monqolustanın dövlət quruluşu — 1972-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. Monqolustan dualist idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1911) 29 dekabrda qeyd olunur. Ölkə Konstitusiyası 1992-ci il 12 fevralda (1999 və 2001-ci ildə edilmiş dəyişikliklərlə) qüvvədədir. Monqolustan paytaxt Ulan-Batora və 21 aymakdan (Bayan-Ulqiy, Bayanxonqor, Bulqan, Qov-Altay, Qov-Sumber, Darxan-Uul, Dornod, Dornoqov, Dundqov, Zavxan, Orxon, Suxe-Bator, Selenqe, Tuve, Uverxanqay, Uvs, Umneqov, Xovd, Xuvsqel və Xentiyi) ibarət inzibati vahidliyə bölünür. Mövcud Konstitusiyaya görə monqol milli birliyinin rəmzi, Monqolustanın xarici dövlətlərdə ali təmsilçisi, dövlət başçısı və Silahlı Qüvvələrin Ali Baş Komandanı olan Prezident, eyni zamanda Milli Təhlükəsizlik Şurasının sədridir. Prezidentliyə namizədlər Böyük Dövlət Xuralında yer almış siyasi partiyalar tərəfindən irəli sürülür və namizədlərdən biri ümumxalq səsverməsi yolu ilə, iki dəfədən çox olmamaq şərti ilə 4 il müddətinə Prezident seçilir. Konstitusiyaya görə Prezident, fəaliyyəti müddətində Baş naziri, səfirləri və digər diplomatik nümayəndələri təyin etmək, Monqolustanda akkreditə olunmuş xarici dövlətlərin diplomatik nümayəndələrinin övdətnamələrini qəbul etmək, Parlamentin buraxılmasını tələb etmək, habelə veto və qanunvericilik təşəbbüsü hüququndan istifadə etmək səlahiyyətlərinə malikdir. Qanunverici hakimiyyət bir palatalı, 76 yerlik Böyük Dövlət Xuralıdır. Böyük Dövlət Xuralına deputatlar birmandatlı seçki dairələrindən 4 il müddətinə seçilirlər.
Monqolustanın inzibati bölgüsü
Monqolustan inzibati ərazi bölgüsü - Monqolustan Respublikası 21 Aymakdan (əyalət) (monq. аймаг) və 1 hotdan ibarətdir. Hər bir aymaq sumlara (rayon) bölünür. Monqolustanda ümumilikdə 315 sum var. Ölkənin paytaxtı Ulan-Bator əyalət statusu ilə ayrıca idarə olunur. Monqol dilində bu idarə ərazi hot adlanır. Çində Mancuriyanın dağılmasından sonra Xarici Monqolustan ərazisi Çovd, Jassaktu, Tuşeti və Setsen xanlıqlarına bölündü. 1921-ci il İstiqlal bəyannaməsindən sonra Aleksa, Ordos, Şilin gol v Cirim Şin əraziləri Monqolustanda qalmasına baxmayaraq Tıva müstəqil respublika oldu. Mövcud ərazilərdə yeni Monqolustan Xalq Respublikası təsis edilir. 1941-ci ildə Rusiya-Yaponiya müharibəsindən sonra Arxanqay, Çoybalsan, Dornoqov, Zavxan, Xentiy, Xovd, Xövsqöl, Ömnöqov, Övörxanqay, Tov və Üvs aymakları yaradıldı.

"monqolustanın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#monqolustanın nədir? #monqolustanın sözünün mənası #monqolustanın nə deməkdir? #monqolustanın sözünün izahı #monqolustanın sözünün yazılışı #monqolustanın necə yazılır? #monqolustanın sözünün düzgün yazılışı #monqolustanın leksik mənası #monqolustanın sözünün sinonimi #monqolustanın sözünün yaxın mənalı sözlər #monqolustanın sözünün əks mənası #monqolustanın sözünün etimologiyası #monqolustanın sözünün orfoqrafiyası #monqolustanın rusca #monqolustanın inglisça #monqolustanın fransızca #monqolustanın sözünün istifadəsi #sözlük