Moskva sözü azərbaycan dilində

Moskva

Yazılış

  • Moskva • 99.8813%
  • MOSKVA • 0.0936%
  • moskva • 0.0251%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Moskva
Moskva (rus. Москва) — Rusiya Federasiyasının paytaxtı, ölkəsinin federal əhəmiyyətli şəhəri, Mərkəz Federal Dairəsinin inzibati mərkəzi və Moskva vilayətinin (tərkibinə aid olmasa da) mərkəzi. (2019) əhalisi ilə bu göstəriciyə görə Rusiyanın ən böyük şəhəri və subyektidir. Ərazisi bütövlüklə Avropada yerləşən şəhərlər içərisində ən çox əhaliyə maikdir, əhalisinin sayına görə dünya şəhərlərin onluğuna daxildir, dünyanın ən böyük rusdilli şəhəridir. Müasir Azərbaycan dilində işlənən Moskva sözü ruscada işlənən eyni tələffüzlü alınmadır. Şəhər Moskva çayının adına qoyulub. Tarixi Azərbaycan mənbələrində isə Məsko, Məskov (az-əbcəd. مسکو‎), Mosqov (az-əbcəd. مسقو‎), Mosqova (az-əbcəd. موسقوا‎) şəkillərində qeyd olunmuşdur.
Kreml (Moskva)
Moskva Kremli — Moskvanın mərkəzində və onun ən qədim hissəsindəki bir qala, şəhərin əsas ictimai-siyasi və tarixi-bədii kompleksi, Rusiya Federasiyası Prezidentinin rəsmi iqamətgahı, Sov.İKP MK-nın Baş Katibinin rəsmi iqamətgah Moskva çayının yüksək sol sahilində - Borovitski təpəsində, Neqlinnaya çayının axdığı yerdə yerləşir. Planda Kreml 27,5 hektar ərazini əhatə edən nizamsız üçbucaqdır. Cənub divarı Moskva çayına, şimal-qərb İskəndər bağlarına, şərqə isə Qırmızı meydana baxır. Moskva Kremlinin ərazisindəki ilk yaşayış məskənləri tunc dövrünə (e.ə. II minillik) aiddir. Müasir Arxangelsk kafedralında erkən dəmir dövrünə (e.ə. I minilliyin ikinci yarısı) aid Finno-Uqor yaşayış məskəni tapıldı. Bu zaman Dyakovo tipli qəsəbə Borovitski(Kremlin) təpəsinin yuxarı sel düzənliyinin mərkəzini işğal etdi(müasir Katedral meydanının sahəsi) və cox gümanki,artıq istehkamları ola bilərdi. Şimal-şərqdən yaşayış məskəni iki yarğanla qorunurdu: biri,indiki Üçlük Qapısından şimalda, Neglinnaya çayına doğru uzanırdı,digəri isə Petrovskaya ilə müasir Kremlin İkinci Naməlum qalaları arasından uzanırdı. Oka və Moskva çayı hövzələrinin slavyan müstəmləkəçiliyinin XX əsrində başlayan Vyatiçi, Borovitski təpəsinin zirvəsini (bəlkə də köhnə yaşayış məntəqəsini mənimsəmiş) məskunlaşdırdı.
Kremlin (Moskva)

Cümə məscidi (Moskva)
Moskva Cümə Məscidi — Rusiyanın Moskva şəhərindəki ən böyük və əzəmətli məscidi. 2015-ci il sentyabrın 23-də məscidin yenidənqurma və bərpa işlərindən sonra açılışı olub. Açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Dövlət Başçısı Mahmud Abbas da iştirak edib. Tədbirə Tatarıstan prezidenti, Çeçenistan, Dağıstan, eləcə də Rusiyanın digər subyekt başçıları, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Moskva meri Sergey Sobyanin, Ümumrusiya azərbaycanlılar Konqresinin, Azərbaycandakı əfqan icmasının və tatar diasporunun nümayəndələri və digərləri də qatılıb. Məscidin sahəsi bərpadan sonra 20 dəfə artırılaraq 19 min kvadratmetrə çatdırılıb. Bərpadan sonra məsciddə eyni vaxtda 10 min möminin namaz qıla biləcək. Altı mərtəbəli məsciddə 7 lift var. Məscidin günbəzi 46 metr, diametri 27 metrdir. Məscidin minarələrində quraşdırılmış eyvanlardan bütün Moskva şəhərini seyr etmək mümkündür. Məscidin tikintisinə 170 milyon dollar xərclənib.
Dinamo Moskva FK
UEFA Kuboklar Kubokunun finalçısı - 1971/1972
Dinamo Moskva QVK
Dinamo Moskva Qadın Voleybol Komandası — 1926-cı ildə yaradılmışdır. Komanda 1992-ci ildə dağıdılsa da, 2004-cü ildə yenidən bərpa edildi. Hal-hazırda klub ev oyunlarını paytaxdakı "Drujba" idman sarayında keçirir.
Krasnoznamensk (Moskva vilayəti)
Krasnoznamensk — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətidə yerləşir.
Arbat (Moskva)
Arbat — Moskvanın tarixi mərkəzində təxminən 1 km uzunluqlu piyada küçəsidir. Arbat küçəsi XV əsrin sonlarında salınıb və bu da onu Moskvanın bu günə gəlib çıxmış ən qədim küçələrindən biri edir. Moskvanın Arbat rayonunun mərkəzi hissəsini təşkil edir. Əvvəllər küçə ticarət yolunun bir hissəsi idi və bir çox sənətkarlar burada yaşayırdı. XVIII əsrdə rus zadəganları Arbatı Moskvanın ən nüfuzlu yaşayış sahəsi hesab edirdilər. Napoleonun Moskvanı işğalı ilə əlaqədar 1812-ci ildə baş vermiş böyük yanğınla, demək olar ki, tamamilə məhv edildi və bundan sonra küçənin yenidən qurulmasına ehtiyac yarandı. XIX əsrin sonu və XX əsrdə kiçik zadəganların, sənətkarların və alimlərin yaşadığı yerə çevrildi. Sovet dönəmində isə bir sıra yüksək vəzifəli dövlət məmurları Arbatda yaşayırdılar.
Moskva FK
Moskva (Moskva) — Rusiyanın futbol klubu 1997-ci yerdə yaradılan “Moskva” 2001-ci ildən yüksək liqada oynayırdı. Sözügedən kollektiv 2002-ci ilədək “Torpedo-ZİL”, 2003-2004-cü illərdə “Torpedo-Metallurq”, son 6 ildə isə “Moskva” adlanırdı. Azərbaycan milli komandasının sabiq müdafiəçisi Emin Ağayev “Torpedo-ZİL” adlanan dövrdə bu komandanın şərəfini qoruyub. Yığmamızda oynamaqdan imtina edən soydaşımız Aleksandr Səmədov isə ötən mövsüm bitdikdən sonra “Moskva”nı digər paytaxt klubu “Dinamo”ya dəyişib. Moskvanın eyniadlı təmsilçisinin ən böyük uğuru 2007-ci ildə ölkə çempionatında 4-cü yer, kubokun finalçısı və UEFA kubokunda mübarizə aparmaq olub. Yeni 2010 mövsümü öncəsi ciddi maliyyə problemləri ilə üzləşən rəhbərlik çıxış yolunu çempionatdan imtina etməkdə görüb. Rusiya Peşəkar Futbol Liqası da “Moskva”nın yeni çempionata buraxılmayacağını rəsmən bəyan edib. Reqlamentə görə, paytaxt komandasını birinci divizion təmsilçisi “Alaniya” əvəzləyəcək. Azərbaycanlı hücumçu Nazim Süleymanovun 1995-ci ildə heyətində ölkə çempionu olduğu Vladiqafqaz klubu uzun illər Premyer Liqada mübarizə aparıb.
Moskva Knyazlığı
Böyük Moskva knyazlığı — orta əsr rus feodal dövləti. Əvvəlcə, Vladimir knyazlığının mirası, XIV əsrin ortalarından etibarən Vladimir şəhərinin Moskva knyazlarının irsi mülkiyyətinə keçməsi nəticəsində böyük mübarizə aparmışdılar. 1330-cu ildən 1480-ci ilə qədər Moskva knyazları, nadir istisna olmaqla, Xanın möhtəşəm dukal etiketinin sahibləri idilər, bunun üçün digər iki əsas knyazlıqlarla mübarizə apardılar: Tver və Nijni Novqorod-Suzdal. Böyük Moskva knyazlığı 1263-cü ildə yaranmışdır. XIV əsrin əvvəllərində Moskva knyazlığı təsərrüfat, sənət və ticarət sahəsində özünün yüksəliş dövrünü keçirirdi. Qərbi Avropa və Şərq ölkələri ilə ticarətdə uğurlar qazanan Moskva Qızıl Ordu xanlarından "Böyük knyaz" titulu almaq üçün Tver knyazlığı ilə mübarizəyə başladı. Moskva knyazı İvan Kalita (rus dilində pul kisəsi deməkdir; olduqca xəsis və dövlətli knyaz II İvana verilən ləqəb) hiylə yolu ilə öz rəqibini aradan qaldırıb, Qızıl Orda xanından "yarlıq" aldı. İvan Kalita böyük knyaz titulunu ələ keçirdikdən sonra Qızıl Orda xanları xeyli müddət rus torpaqlarına yürüşlər etmədilər. Bu da rus torpaqlarının dirçəlməsinə, Moskvanın varlanıb başqa knyazlıqları özündən asılı vəziyyətə salmasına imkan yaratdı. Moskva knyazlığının güclənməsi birləşdirilmə üçün ilkin şərait yaratdı.
Moskva Kremli
Moskva Kremli — Moskvanın mərkəzində və onun ən qədim hissəsindəki bir qala, şəhərin əsas ictimai-siyasi və tarixi-bədii kompleksi, Rusiya Federasiyası Prezidentinin rəsmi iqamətgahı, Sov.İKP MK-nın Baş Katibinin rəsmi iqamətgah Moskva çayının yüksək sol sahilində - Borovitski təpəsində, Neqlinnaya çayının axdığı yerdə yerləşir. Planda Kreml 27,5 hektar ərazini əhatə edən nizamsız üçbucaqdır. Cənub divarı Moskva çayına, şimal-qərb İskəndər bağlarına, şərqə isə Qırmızı meydana baxır. Moskva Kremlinin ərazisindəki ilk yaşayış məskənləri tunc dövrünə (e.ə. II minillik) aiddir. Müasir Arxangelsk kafedralında erkən dəmir dövrünə (e.ə. I minilliyin ikinci yarısı) aid Finno-Uqor yaşayış məskəni tapıldı. Bu zaman Dyakovo tipli qəsəbə Borovitski(Kremlin) təpəsinin yuxarı sel düzənliyinin mərkəzini işğal etdi(müasir Katedral meydanının sahəsi) və cox gümanki,artıq istehkamları ola bilərdi. Şimal-şərqdən yaşayış məskəni iki yarğanla qorunurdu: biri,indiki Üçlük Qapısından şimalda, Neglinnaya çayına doğru uzanırdı,digəri isə Petrovskaya ilə müasir Kremlin İkinci Naməlum qalaları arasından uzanırdı. Oka və Moskva çayı hövzələrinin slavyan müstəmləkəçiliyinin XX əsrində başlayan Vyatiçi, Borovitski təpəsinin zirvəsini (bəlkə də köhnə yaşayış məntəqəsini mənimsəmiş) məskunlaşdırdı.
Moskva Metropoliteni
Moskva Metropoliteni — Rusiyanın Moskva şəhəri və Moskva vilayətində nəqliyyat vasitəsi 15 may 1935-ci ildən fəaliyyətdədir. Moskva metropolitenində 185 stansiya vardır. Moskva metrosunda ilk silahlı terror aksiyalarını ermənilər həyata keçirib. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin uzun illər açıqlanmamış arxivindən əldə edilmiş məlumatlara görə, 1977-ci il yanvarın 8-də Stepan Zatikyan adlı erməninin İrəvandan idarə etdiyi millətçi qrup Dağlıq Qarabağ və Naxçıvanın Ermənistanın tərkibinə verilməsi iddiası ilə Moskva Metropoliteninin İzmaylovskaya və Pervomayskaya stansiyaları arasında partlayış törədib. Terror aksiyasında ölənlər barədə o vaxt ictimaiyyətə məlumatlar açıqlanmasa da, qəzetin yazdığına görə, hadisə nəticəsində 7 nəfər ölüb, 37 nəfər isə yaralanıb. Ölənlər arasında uşaqlar da olub. DTK-nın keçirdiyi əməliyyat tədbirləri nəticəsində terroru törətmiş Stepan Zatikkyan, Akop Stepanyan və Zaven Baqdasaryan adlı şəxslər yaxalanaraq edam olunub. İrəvan Texniki Universitetinin tələbəsi olan bu şəxslərin Ermənistan Beynəlxalq Birlik Partiyası adlı təşkilat yaratdıqları, "Paros" adlı qəzet nəşr etdirdikləri bəlli olub. 2014-cü il iyulun 15-də Moskva metrosunda qatarın bir neçə vaqonunun relsdən çıxması nəticəsində qəza baş verib. Qəza nəticəsində 22 nəfər ölüb, 160 nəfər xəsarət alıb.
Moskva Universiteti
M. V. Lomonosov adına Moskva Dövlət Universiteti (rus. Московский государственный университет имени М. В. Ломоносова) və ya qısaca MDU (rus. МГУ) — Rusiyanın aparıcı və böyük ali məktəblərindən biri, qədim universitet ənənələrinə malik nüfuzlu elm və mədəniyyət mərkəzi. MDU doqquz elmi-tədqiqat institutu, 40 fakültə, 300-dən çox kafedra və çox sayda xarici ölkədə filial (o cümlədən, İsveçrə və Azərbaycanda). Universitetdə 32.5 min tələbə, 4.5 min aspirant, doktorant, tədqiqatçı və 10 min hazırliq şöbəsini dinləyicisi, ümumilikdə 47 min nəfər təhsil və elmlə məşğul olur. Fakültə və elmi-tədqiqat mərkəzlərində 4 min professor və müəllim, 5 minə yaxın elmi işçi çalışırır. Köməkçi və xidmətçi personalın sayı təxminən 15 000 nəfərdir. 1992-ci ildən MDU-nun rektoru fizika-riyaziyyat elmləri doktoru, akademik Viktor Antonoviç Sadovniçidir.
Moskva Vilayəti
Moskva vilayəti (rus. Московская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Moskva anlaşması
Moskva müqaviləsi Bu anlaşma SSRİ və Almaniya Federativ Respublikası arasında 1970-ci ilin 12 avqustunda Moskvada imzalanmışdır.Müqavilə imzalama mərasimində SSRİnin nümayyəndəsi Nazirlər Sovetinin sədri A.N.Kosiqin və AFR-sını isə Federal kansler B.Brant təmsil edirdi. Bu anlaşmaya əsasən Oder-Neys və Polşa,AFR və ADR arasında sərhədlərini müəyyənləşdirilməsi nəzərdə tutulurdu.Üstəlik dövlət sərhədlərin qorunması və ərazi bütölüyünün tanınmasını hər iki ölkə öz üzərinə götürürdü .Tərəflər Avropada dövlətlərin sərhədlərini təstiqləyirdilər.AFR Şərqi Prusiyaya olan ərazi idiasında əl çəkir.(ikinçi dünya müharibəsində bu ərazilər SSRİ və Polşa arasında bölüşdürülür).SSRİ isə öz növbəsində gələcəkdə əlverişli zaman yetişərsə hər iki ölkənin (AFR VƏ ADR) bir dövlət halında birləşməsinə maniə olmayacağını üzərinə götürür. Bu anlaşma təkcə iki ölkə arasında nəzədə tutulan müqavilə deyildi.Bu müqavilə Avropa miqyaslı bir anlaşma olaraq SSRİnin təsir dairəsində olan ölkələrlə Avropa kapitalist ölkələri arasında sərhədi tam təstiqlədirdi.
Moskva döyüşü
Moskva uğrunda döyüş (rus. Битва за Москву; alm. Schlacht um Moskau‎) — İkinci dünya müharibəsi ərzində Şərq cəbhəsində Sovet və alman qoşunları arasında baş vermiş döyüş əməliyyatlarına verilən addır. Bu döyüş əməliyyatları Şərq cəbhəsinin 600 km genişliyindəki sektoru boyunca baş tutmuşdur və strateji əhəmiyyətli iki dövrə bölünür. Birinci dövr Sovet qüvvələrinin şəhəri alman hücumlarından müdafiə etməsindən, ikinci dövr isə almanlara qarşı əks-hücum əməliyyatından ibarətdir. Döyüşlər 1941-ci ilin oktyabrından 1942-ci ilin yanvar ayına qədər davam etmişdir. Bu şəhər Nasist Almaniyası və onun müttəfiqlərinin Sovet İttifaqının işğalı üçün əsas hərbi və siyasi obyektivlərindən biri idi. Almanların strateji hücum əməliyyatı olan "Tayfun əməliyyatı" iki cinah hücumundan ibarətdi. Belə ki, bu əməliyyatın planına əsasən almanların 3-cü və 4-cü tank orduları Moskvanın şimalındakı Kalinin cəbhəsinə, 2-ci tank ordusu Tulanın qərbinə, Moskva vilayətinin cənub istiqamətinə göndərilmişdi, 4-cü alman ordusu isə qərb istiqamətindən birbaşa Moskva şəhəri üzərinə hücuma keçməli idi. İlkin olaraq, Sovet qoşunları Moskva vilayətinin strateji müdafiəsini təşkil etmək məqsədilə üç müdafiə zolağı yaratdı və yenicə təşkil olunmuş ehtiyat orduları irəli çəkdi, həmçinin Sibir və Uzaq Şərq hərbi dairələrindən gələn yeni qoşun hissələrini cəbhə xəttinə göndərdi.
Moskva metrosu
Moskva Metropoliteni — Rusiyanın Moskva şəhəri və Moskva vilayətində nəqliyyat vasitəsi 15 may 1935-ci ildən fəaliyyətdədir. Moskva metropolitenində 185 stansiya vardır. Moskva metrosunda ilk silahlı terror aksiyalarını ermənilər həyata keçirib. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin uzun illər açıqlanmamış arxivindən əldə edilmiş məlumatlara görə, 1977-ci il yanvarın 8-də Stepan Zatikyan adlı erməninin İrəvandan idarə etdiyi millətçi qrup Dağlıq Qarabağ və Naxçıvanın Ermənistanın tərkibinə verilməsi iddiası ilə Moskva Metropoliteninin İzmaylovskaya və Pervomayskaya stansiyaları arasında partlayış törədib. Terror aksiyasında ölənlər barədə o vaxt ictimaiyyətə məlumatlar açıqlanmasa da, qəzetin yazdığına görə, hadisə nəticəsində 7 nəfər ölüb, 37 nəfər isə yaralanıb. Ölənlər arasında uşaqlar da olub. DTK-nın keçirdiyi əməliyyat tədbirləri nəticəsində terroru törətmiş Stepan Zatikkyan, Akop Stepanyan və Zaven Baqdasaryan adlı şəxslər yaxalanaraq edam olunub. İrəvan Texniki Universitetinin tələbəsi olan bu şəxslərin Ermənistan Beynəlxalq Birlik Partiyası adlı təşkilat yaratdıqları, "Paros" adlı qəzet nəşr etdirdikləri bəlli olub. 2014-cü il iyulun 15-də Moskva metrosunda qatarın bir neçə vaqonunun relsdən çıxması nəticəsində qəza baş verib. Qəza nəticəsində 22 nəfər ölüb, 160 nəfər xəsarət alıb.
Moskva yanğını
Moskva yanğını — 1571-ci ilin may ayında Krım xanı I. Dövlət Gərayın Livon müharibəsinə görə şəhəri müdafiəsiz, 6000 əsgərlə buraxan rusları məğlub etməsi, Moskvaya girib şəhəri talan etməsi və yandırmasıdır. Qorxulu İvanın (İvan Qroznı) yanında olan alman tarixçi Heinrich von Stadenə görə şəhər ətrafdakı qəsəbələr və Opriçnina sarayı 6 saata tamamilə yanır. İnsanlar kilsələrə və Moskva çayına doğru qaçmağa çalışırlar. Kreml sarayında silah-sursat anbarının partlamasıyla, kilsələrdə sığınanlar boğularaq; çaya tərəf qaçanlar da çayda boğularaq ölürlər. Yanğından sonra 10,000 ilə 80,000 arasında insan öldüyü təxmin edilir. Şəhər əhalisi azalır. Bu yanğından sonra Moskva Krım xanlığı tərəfindən işğal olunur. IV İvan Livon müharibəsində atəşkəs istəyib Moskvaya qayıtmağa məcbur olur. 1 il sonra 1572-ci ildə Molodiya müharibəsində Giray xan çoxsaylı orduya sahib olsa da ruslara məğlub olur. Madariaga, "Ivan the Terrible", 266.
Moskva zooparkı
Moskva zooparkı — Yaroslavl, Rostov-na-Don və Novosibirsk zooparklarından sonra Avropanın ən qədim və Rusiyanın dördüncü ən böyük zooparklarından biridir. 1864-cü ildə əsası qoyulub. İl ərzində sabit bir sayda- 3,5 milyona qədər insan ziyarətçi sayı var. İnsanların ziyarətinə görə dünya zooprklarınının ilk onluğuna daxildir. Zooparkın kolleksiyasında 1132 heyvan növü, canlı nümunələrin sayı 5000-dən çox fərddir. Rusiyanın əsas zooparkı statusunu daşıyır, həmçinin Avrasiya Zooparklar və Akvariumlar Assosiasiyasının qərargahıdır. Vahid növlərinin saxlanılması / öyrənilməsi (bərpası və reintroduksiya), nadir növ heyvanların əsirlikdə yetişdirilməsi üzrə beynəlxalq layihələrin fəal iştirakçıdır. Zoopark, Krasnaya Presnya, Bolşaya Gruzinskaya və Zoologicheskaya küçələri arasında Sadovoye Kolsonun yanında yerləşir. Əsas giriş, Barrikadnaya və Krasnopresnenskaya metro stansiyalarından uzaq olmayan Krasnaya Presnya və Bolşaya Gruzinskaya kəsişməsindədir. 2014-cü ilə qədər Moskva zooparkının simvolu bir yabanı tayqa pişiyi — manul idi.
Moskva çayı
Moskva çayı (rus. Москва-река) — mərkəzi Rusiyada, Moskva şəhəri, Moskva və Smolenks vilayətləri ərazisində yerləşən çay. Moskva vilayəti daxilindəki uzunluğu 473 km və ya ənənəvi olaraq 502 km, hövzəsinin sahəsi isə 17,600 km²-dir. Çay Smolensk-Moskva dağının yamacından başlayır və Kolomna ərazisindəki Oka çayına axır. Mənbədən ağıza ümumi düşmə 155.5 m-dir. Ən böyük çaylar Ruza (solda), Paxra (sağda) və İstra (solda). Çay suları Moskva şəhərinin su təchizatı üçün geniş istifadə olunur. Москва-река // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.).
Moskva şəhəri
Moskva (rus. Москва) — Rusiya Federasiyasının paytaxtı, ölkəsinin federal əhəmiyyətli şəhəri, Mərkəz Federal Dairəsinin inzibati mərkəzi və Moskva vilayətinin (tərkibinə aid olmasa da) mərkəzi. (2019) əhalisi ilə bu göstəriciyə görə Rusiyanın ən böyük şəhəri və subyektidir. Ərazisi bütövlüklə Avropada yerləşən şəhərlər içərisində ən çox əhaliyə maikdir, əhalisinin sayına görə dünya şəhərlərin onluğuna daxildir, dünyanın ən böyük rusdilli şəhəridir. Müasir Azərbaycan dilində işlənən Moskva sözü ruscada işlənən eyni tələffüzlü alınmadır. Şəhər Moskva çayının adına qoyulub. Tarixi Azərbaycan mənbələrində isə Məsko, Məskov (az-əbcəd. مسکو‎), Mosqov (az-əbcəd. مسقو‎), Mosqova (az-əbcəd. موسقوا‎) şəkillərində qeyd olunmuşdur.
Oko (Moskva)
OKO (rus. объединённые кристаллом основания) — Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən, 16 nömrəli binalar kompleksi. Kompleks iki tikilidən ibarətdir: 16A və 16B. OKO - sözü "Birləşmiş kristalların əsası" mənasının qısaltmasıdır. Cənubi qüllə kompleksi hündürlüyünə görə tikilib qurtaran binalar arasında Avropada ikinci yerdədir. Həm yaşayış, həm də ofis yerləri təxminən eyni ölçüdə binalarda yerləşdirilib: ofislərə 122493 m², mənzil üçün 122507 m² yer ayrılmışdır. Göydələnlərdən biri - Cənubi qüllə 354 metr və 85 mərtəbədən ibarətdir. Hər iki binanın hazırda yeraltı mərtəbələri mövcuddur. Şimali qüllə 49 mərtəbəli və 245 metr hündürlüyündədir. 16B nömrəli tikilidə üçulduzlu hotel , 330 otaq və 3740 avtomobil üçün dayanacaq yeri göydələn yerləşdirilmişdir. Otel 22 mərtəbədən ibarət və 79 metr yüksəkiyindədir.
Moskva prosesləri
Moskva prosesləri (rus. Московские процессы) — 1936–1938-ci illərdə Moskvada 1920-ci illərdə trotskist və ya sağçı müxalifətlə əlaqəli olan keçmiş Sov.İKP yüksək vəzifəli şəxsləri üzərində keçirilən üç açıq məhkəmə prosesinin ümumi adı. "Moskva prosesləri" adı əvvəlcə xaricdə qəbul edilmiş, lakin sonradan Rusiyada geniş yayılmışdır Moskva prosesləri bir çox müttəhimin edamına səbəb olmuşdur. Bu proses ümumiyyətlə Stalinin "Böyük təmizləmə"sinin bir hissəsi, partiyanı indiki və ya əvvəlki müxalifətdən, o cümlədən Rusiya inqilabı zamanı və ya ondan əvvəlki dövrlərdə formalaşmış, Stalinin iqtisadiyyatı düzgün idarə etməməsi nəticəsində sovet xalqında artan narazılıq səbəbindən ön plana çıxmış trotskistlər və aparıcı bolşevik kadr üzvlərindən təmizləmək üçün həyata keçirilən kampaniya kimi qəbul edilir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən mühakimə olunan müttəhimlər Stalini və digər sovet liderlərini qətlə yetirmək, SSRİ-ni dağıtmaq və kapitalizmi bərpa etmək, iqtisadiyyatın müxtəlif sahələrində təxribat təşkil etmək üçün Qərb kəşfiyyat orqanları ilə əməkdaşlıqda ittiham olunurdular. Moskvada qondarma “Trotski-Zinovyev terror mərkəzi”nin 16 üzvünün ilk məhkəməsi 1936-cı ilin avqustunda baş tutdu. Əsas müttəhimlər Zinovyev və Kamenev idi. Digər ittihamlarla yanaşı, onlar Kirovun qətlində və Stalinə sui-qəsddə ittiham olunurdular. 1937-ci ilin yanvarında ikinci məhkəmə ("Paralel antisovet Trotskist Mərkəzi" işi) Karl Radek, Yuri Pyatakov və Qriqori Sokolnikov kimi 17 az əhəmiyyətli funksioner üzərində baş tutdu. 13 nəfər güllələndi, qalanları uzun müddətə azadlıqdan məhrum edildilər.
Moskva müqaviləsi
Moskva müqaviləsi bu mənaları ifadə edə bilər:
Moskva–Pekin
Moskva–Pekin, həmçinin Ruslar və çinlilər əbədi qardaşdır və ya Stalin və Mao bizi dinləyir — Mixail Verşininin şeirləri əsasında bəstəkar Vano Muradelinin 1949-cu ildə yazdığı SSRİ mahnısı. Mahnı SSRİ–ÇXR dostluğunun zirvəsində yazılmış və onun simvolu kimi xidmət etmək niyyətində idi. Mahnı marş ritmində yazılmışdır.
Dinamo Moskva Qadın Voleybol Komandası
Dinamo Moskva Qadın Voleybol Komandası — 1926-cı ildə yaradılmışdır. Komanda 1992-ci ildə dağıdılsa da, 2004-cü ildə yenidən bərpa edildi. Hal-hazırda klub ev oyunlarını paytaxdakı "Drujba" idman sarayında keçirir.
Lokomotiv Moskva FK
Lokomotiv (Moskva) — Rusiyanın futbol klubu. Sovet zamanında bu komanda 2 dəfə SSRİ çempionatının qalibi olub. Daha sonra 1993/94 mövsümündə Rusiya premyer-liqasında çıxış etməyə başlayıb. Bu vaxt ərzində komanda Rusiyada bir çox titula sahib çıxır. Hal-hazırda Lokomotiv 3 qat Rusiya çempionu və 8 qat kubok qalibidir. Bundan başqa komanda 2 dəfə Rusiya Superkubokuna sahib çıxıb və 2005-ci ildə finalda Neftçi Bakı klubunu məğlub etməklə Birlik Kubokunun qalibi olub. 12 avqust 1923-cü ildə yaranmışdır. 13 dəfə Avropa kuboklarında iştirak edib.
Lomonosov adına Moskva Dövlət Universiteti
M. V. Lomonosov adına Moskva Dövlət Universiteti (rus. Московский государственный университет имени М. В. Ломоносова) və ya qısaca MDU (rus. МГУ) — Rusiyanın aparıcı və böyük ali məktəblərindən biri, qədim universitet ənənələrinə malik nüfuzlu elm və mədəniyyət mərkəzi. MDU doqquz elmi-tədqiqat institutu, 40 fakültə, 300-dən çox kafedra və çox sayda xarici ölkədə filial (o cümlədən, İsveçrə və Azərbaycanda). Universitetdə 32.5 min tələbə, 4.5 min aspirant, doktorant, tədqiqatçı və 10 min hazırliq şöbəsini dinləyicisi, ümumilikdə 47 min nəfər təhsil və elmlə məşğul olur. Fakültə və elmi-tədqiqat mərkəzlərində 4 min professor və müəllim, 5 minə yaxın elmi işçi çalışırır. Köməkçi və xidmətçi personalın sayı təxminən 15 000 nəfərdir. 1992-ci ildən MDU-nun rektoru fizika-riyaziyyat elmləri doktoru, akademik Viktor Antonoviç Sadovniçidir.
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və ya qısaca MDU Bakı filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Filialın yaranması haqqında razılaşma Rusiya Federasiyasının təhsil və elm naziri Andrey Fursenkonun 2007-ci ilin martında Azərbaycana səfəri zamanı əldə edilimişdı. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti rəhbərliyinin təklifi və Аzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvar 2009-cu il tarixli sərəncamına əsasən yaradılıb. Filial rəsmi surətdə 27 fevral 2009-cu ildə açılıb. Filialın açılması ölkə daxilində dünyanın ən nüfuzlu universitetlərinin birində təhsil almağa və Rusiyanın tanınmış almləri ilə Azərbaycan elminin sıx əlaqəsinə şərait yaradır. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru filologiya elmləri doktoru, professor Nərgiz Paşayevadır. 2023/2024 tədris ilində filialda 7 fakültə fəaliyyət göstərir: Filologiya Fizika Tətbiqi riyaziyyat Kimya Psixologiya İqtisadiyyat Menecment Gələcəkdə fakültələrin və tələbələrin sayının artacağı gözlənilir.
MOIK Moskva FK
MOİK Moskva (rus.
Mil Moskva Helikopter Zavodu
Mil Moskva Helikopter Zavodu (rus. Московский вертолётный завод им. М.Л. Миля) baş qərargahı Moskva vilayətinin Tomilino bölgəsində yerləşən helikopter dizaynı və istehsalı ilə məşğul olan şirkətdir. Şirkət adını Sovet mühəndisi Mixail Mildən alır. 1947-ci ildə Moskva vilayətinin Jukovski şəhərində yerləşən Mərkəzi Aerohidrodinamik İnstitutunun helikopter laboratoriyasında Mixail Milin rəhbərliyi altında "Mil" şirkətinin əsası qoyulmuşdur. Bu şirkət tərəfindən dizayn olunmuş Mil Mi-1 genişmiqyaslı şəkildə istehsal olunmuş ilk Sovet helikopteri olmuşdur. 1960-cı illərin əvvəllərində dizayn olunmuş həm hərbi, həm də mülki məqsədlər üçün uğurla istifadə olunan Mi-8 helikopteri isə hələ də dünyada ən çox istismar olunan helikopterlərdən biri hesab olunur. 2006-cı ildə Mil şirkəti özü kimi helikopter istehsalı ilə məşğul olan Kamov və Rostvertol şirkətləri ilə birləşdi nəticədə "Rusiya Helikopterləri"nin əsası qoyuldu. Mil Moskva Helikopter Zavodu fəaliyyətə başladığı müddətdən indiyə qədər 15-dən çox baza modeli və 200-dən çox helikopter modifikasiyası istehsalı həyata keçirmişdir. 2017-ci ilə olan məlumata əsasən istehsal olunan helikopterlərdən bəziləri aşağıdakılardır: Mil Mi-1 Mil Mi-2 Mil Mi-4 Mil Mi-6 Mil V-7 Mil Mi-8 Mil Mi-10 Mil Mi-12 Mil Mi-14 Mil Mi-24 Mil Mi-26 Mil Mi-28 Mil Mi-34 Mil Mi-38 Mixail Mil Helikopter Сайт вертолётов МИ LTd «Helitage» Arxivləşdirilib 2020-10-26 at the Wayback Machine Московский вертолётный завод имени М. Л. Миля.
Moskva-Bakı qatarı (film, 2005)
Filmdə hadisələr Moskvadan Bakıya yola düşən qatarda baş verir. Bu qatarın sərnişinləri bütün digər adi sərnişinlərdən fərqlənir… Filmdəki xoruzun adı "Şiri"dir. Azərbaycan kinosunda ilk dəfə bu filmdə heyvan və ya quş titrlərdə rol ifaçısı olaraq təqdim edilmişdir.
Moskva (raket kreyseri)
"Moskva" — Rusiya qvardiya raket kreyseri, 1164 "Atlant" layihəsinin baş gəmisi. Nikolayev şəhərində 61 Kommunar adına Gəmiqayırma Zavodunda tikilib, əvvəlcə "Slava" adını almışdır. O, Gürcüstanda (2008), Krımda (2014) , Suriyada (2015) və Ukraynada (2022) hərbi münaqişələrdə iştirak edib. 24 fevral 2022-ci ildə Ukraynaya Rusiya işğalı zamanı gəmi Zmeynıy adasının ələ keçirilməsində iştirak edib. Ukrayna hökumətinin nümayəndələrinin iddiasına görə, məhz "Moskva" raket kreyserinin ünvanına "Rus döyüş gəmisi, s***** get" ifadəsi səsləndirilib. 2022-ci il aprelin 13-dən 14-nə keçən gecə baş vermiş yanğın və partlayış nəticəsində gəmiyə ciddi ziyan dəyib. Ukrayna hakimiyyət orqanlarının nümayəndələri bəyan ediblər ki, gəmi iki "Neptun" gəmi əleyhinə raketi ilə hücuma məruz qalıb . Aprelin 14 — də Rusiya Müdafiə Nazirliyi bildirib ki, kreyser fırtınalı şəraitdə limana çəkilərkən yanğın zamanı döyüş sursatların partlaması nəticəsində korpusa ziyan dəydiyi üçün batıb. "Moskva" raket kreyserinin batması Ukrayna ilə müharibədə Rusiyanın ən bahalı hərbi itkisi olub. Təxminən 2 milyard dollar ilkin dəyəri ilə kreyserin qalıq dəyəri 750 milyon dollar idi.
Moskva 3-cü Tibb İnstitutu
Akademik İ.P.Pavlov adına Ryazan Dövlət Tibb Universiteti — Ryazanın ən iri ali təhsil müəssisələrimdən biri. 1943-cü ildə RSFSR Səhiyyə Nazirliyinin Moskva Tibb İnstitutu kimi yaradılıb. 1950-ci ildə Ryazana köçürülüb və akademik İ.P.Pavlov adına Ryazan Dövlət Tibb İnstitutu adlandırılıb. 1993-cü ildə universitet adını alıb.
Moskva Atəşkəs Müqaviləsi
Moskva Atəşkəs Müqaviləsi, Finlandiya ilə digər tərəfdən SSRİ və Birləşmiş Krallıq ilə 19 sentyabr 1944-cü ildə imzalanmışdır. Müqavilə ilə Davam müharibəsi başa çatmışdır. 1940-cı ildə Moskva sülh müqaviləsi ilə Finlandiya Karelia və Salla bölgələrini və Fin körfəzində bir çox digər adaları SSRİ-yə vermişdi. Yeni atəşkəs ilə 1940-cı il müqaviləsinə sadiq qalındı, ayrıca olaraq Petsamo bölgəsini Sovetlərə vermiş Finlandiya Porkkala bölgəsini də Sovet İttifaqına 50 il müddətinə verdi. (Bölgənin idarəsi 1956-cı ildə Finlandiyaya buraxıldı). Finlandiya Sovet İttifaqına müharibə təzminatı olaraq 6 il müddətinə 300.000.000 dollar ödəyəcəkdi.
Moskva Aviasiya Texnologiya İnstitutu
Rusiya Dövlət Texnologiya Universiteti (tam adı: K.E.Siolkovski adına Moskva Aviasiya Texnologiya İnstitutu (MATİ) - Rusiya Dövlət Texnologiya Universiteti; rus. ФГБОУ ВПО «МАТИ — Российский государственный технологический университет им. К. Э. Циолковского») — Rusiyada aviasiya və informasiya texnologiyaları üzrə ixtisaslaşan ali təhsil müəssisəsi. Müasir kosmonavtikanın əsasını qoyan rus alimi Konstantin Siolkovskinin adını daşıyır. Hal-hazırda universitetdə 6 000-dən artıq tələbə, təqribən 400 aspirant təhsil alır, 200-dən artıq elmlər doktoru və 450-dən çox elmlər namizədi maarifləndirici proqramların və elmi araşdırmaların həyata keçirilməsində iştirak edirlər. Ali təhsil ocağında avia - texnoloji, aerokosmik konstruksiyalar və texnologiyalar, informasiya sistemləri və texnologiyalar, materialşünaslıq və materiallar texnologiyası, tətbiqi riyaziyyat, mexanika və informatika,V.B.Rodinov adına mühəndislik – iqtisadi fakültələri, Gənclər siyasəti və sosial texnologiyalar İnstitutu fəaliyyət göstərir. Bununla yanaşı, universitetin tərkibinə Stupinski filialı, Yeni maarifləndirici texnologiyaların inkişafı İnstitutu, Təlimin elektron formaları İnstitutu, Hərbi hazırlıq İnstitutu, ixtisasın artırılması fakültəsi, avia-kosmik materiallar və texnologiyaların kollektiv istifadə resurs mərkəzi daxildir. Universitetin ilk yaradılan fakültələrindən biri olan avia-texnoloji fakültənin əsası 1940-cı ildə qoyulub. Fakültə aviasiya sənayesində metalların soyuq və isti emalı üzrə mühəndis-texnoloqların hazırlığının təşkili məqsədilə yaradılmışdı. Bu gün 1800 tələbənin təhsil aldığı fakültədə təzyiqlə metalların emalı texnologiyası, avtomatlaşdırılmış planlaşdırma sistemləri və tökmə istehsalı texnologiyaları, qaynaq istehsalı texnologiyası, elektronika və informatika, fizika, qeyri-üzvi toz, kompozisiya materialları və örtülər, Rosoboronstandart əsasında texniki nizamlama və xüsusi təyinatlı məmulatların keyfiyyət təminatı kafedraları fəaliyyət göstərir.
Moskva Beynəlxalq Biznes Mərkəzi
Moskva Beynəlxalq Biznes Mərkəzi (rus. Московский международный деловой центр "Москва-Сити") və ya Moskva-Siti — Moskva şəhərində biznes rayonu. Moskvada beynəlxalq üslubda bir iş yaratmaq üçün ilk planlar 1991-ci ildə ortaya çıxdı. Təşəbbüskar, beynəlxalq biznes mərkəzinin göydələnlərinin inşası təklifi ilə Yuriy Mixayloviç və Boris İvanoviç olmuşdur. Daha sonralar, xüsusən Moskva Siti MIBC-nin qurulması və istismarı üçün, Moskva hökumətinin fəal dəstəyi ilə Şəhər Səhmdar Cəmiyyəti daha sonra Moskva Siti MMDÇ layihəsinin yaradılması və inkişafı üçün idarəetmə şirkəti olaraq fəaliyyət göstərən "Siti" PAO-ya çevrildi. Moskva Hökuməti ilə imzalanmış müvafiq müqavilələr əsasında "Siti" PAO bütün layihənin sifarişçisi kimi çıxış edir və Moskva-Siti MMDÇ-nin nəzdində bir torpaq icarədarıdır. 2016-cı ildə, Moskva Sitidə bir kütləvi informasiya vasitəsi - əyləncə və işgüzar onlayn jurnal Moscow City Journal ("White Nation" nəşriyyatı) çıxdı. Bundan əlavə, Moskva Siti göydələnlərində xidmət və infrastrukturun kataloqu olan Moscitylife.ru və eyni adlı İnstaqram səhifəsi var. MMDÇ "Moskva Siti"nin paytaxtın mərkəzində yerləşməsi kompleksə rahat və asan girişi təmin edir. Moskva hökuməti tərəfindən təsdiqlənmiş müasir nəqliyyat sisteminin yaradılması proqramına aşağıdakılar daxildir: Moskva çayı boyunca qurulmuş Bagration piyada körpüsü; Mövcud yolların yenidən qurulması və tənzimlənməsi; MMDÇ-ni şəhərin əsas nəqliyyat arteriyaları ilə birləşdirən yeni avtomobil yollarının və çox zolaqlı ekspress yolların yaradılması (xüsusən, *3-cü nəqliyyat halqasının on zolaqlı körpü ilə Qərb giriş girişli ictimai nəqliyyat mərkəzi, Kutuzovski Prospekti, Moskva çayı üzərindəki avtomobil körpüsü ilə bir avtomobil körpüsü ilə birləşdirilməsi) Zveniqorod Prospektindən Moskva Beynəlxalq Uşaq Mərkəzinə qədər Moskva Dəmir *Yolunun Kiçik Halqası boyunca, Moskva Dəmir Yolunun Kiçik Üzüyü altında bir tunel ilə Krasnopresnenskaya sahilinin genişləndirilməsi); inşa edilən dörd metro stansiyası: Vystavochnaya, Solntsevskaya Xəttinin İş Mərkəzi və Moskva Beynəlxalq İş Mərkəzinin və Mezhdunarodnaya'nın *Mərkəzi Core'ndə bir qovşağı olan Böyük Ring Line'ın İş Mərkəzi; 2016-cı ildə halqa boyunca müntəzəm sərnişin daşımalarının yenidən qurulması və işə salınması çərçivəsində Moskva Mərkəzi Halqasının Biznes *Mərkəzi stansiyasının açılışı; yeni yüksək sürətli MMDC - Sheremetyevo sürətli nəqliyyat sisteminin yaradılması; Dəmir yolu, yol və çay nəqliyyat sistemləri ilə MIBC-yə malların çatdırılması üçün əsaslı yeni, səmərəli və təhlükəsiz bir sistemin yaradılması.
Moskva Bəyannaməsi (2008)
Dağlıq Qarabağ Bəyannaməsində (və ya Azərbaycan Respublikası, Ermənistan və Rusiya Federasiyasının Bəyannaməsi) 2008-ci il noyabrın 2-də Moskva vilayətindəki Meyendorf qəsrində imzalanmış bəyannamə. Bəyannamədə Azərbaycan və Ermənistan prezidentləri “məsləhətləşməyə töhfə vermək və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və normaları əsasında və qəbul olunmuş qərar və sənədlər çərçivəsində siyasi həlli yolu ilə Cənubi Qafqazda daha sağlam vəziyyətin yaradılması və regional sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi" niyyətlərini bəyan ediblər. 29 noyabr 2007-ci il tarixli Madrid prinsipləri və sonrakı müzakirələr fonunda ATƏT-in Minsk qrupunun vasitəçilik səylərinin davam etdirilməsinin vacibliyi bir daha təsdiqləndi. Tərəflər “bütün aspektləri və mərhələləri üçün hüquqi məcburi beynəlxalq təminatla müşayiət edilməli olan sülh yolu ilə nizamlanmaya nail olmaq” barədə razılığa gəliblər.
Moskva Bəyannaməsi (2022)
Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə — Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmışdır. Sənəd üzərində iş 2021-ci ilin əvvəlindən davam edir. Vladimir Putinin sözlərinə görə, sənəd Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub və iki ölkə arasında münasibətləri yeni səviyyəyə çıxarır. İlham Əliyev öz növbəsində qeyd edib ki, Bəyannamə iki dövlətin birgə fəaliyyətinin ən mühüm sahələrini əhatə edir və ikitərəfli münasibətlərin gələcəyi üçün böyük əhəmiyyət kəsb edəcək. Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanovun sözlərinə görə, Moskva Bəyannaməsində ölkələrin müstəqilliyinin və ərazi bütövlüyünün tanınmasının xüsusi qeyd olunması regiondakı yeni düzən fonunda olduqca vacib məqamdırvəsənədin imzalanması tarixi hadisədir. Bəyannamənin imzalanmasının Azərbaycan üçün əhəmiyyətini və faydalılığını partiyanın üzvü Fəriz Axundov və bir çox digər Azərbaycan siyasətçiləri də bəyan ediblər. 22 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalanıb. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər. Rusiya Federasiyası və Azərbaycan Respublikası həm qlobal, həm də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması məqsədilə qarşılıqlı fəaliyyət göstərirlər.
Moskva Cihazqayırma İnstitutu
Moskva Dövlət Cihazqayırma və İnformatika Universiteti (rus. Федеральное государственное бюджетное образовательное учреждение высшего профессионального образования «Московский государственный университет приборостроения и информатики») — Rusiyada universitet; cihazqayırma, informasiya-ölçü və idarəetmə sistemləri, telekommunikasiya texnologiyaları, robot texnikası və digər maarifləndirici proqramlar üzrə Rusiya Federasiyasının aparıcı ali məktəblərindən biridir. Hazırda tədris və elmi-tədqiqat proseslərinin, o cümlədən elmi bazanın sürətlə inkişaf etdiyi bu ali təhsil ocağında mühəndislər, proqramçılar, professorlar, Rusiya əməkdar elm xadimləri, dövlət mükafatları laureatları, Rusiya və beynəlxalq akademiyaların üzvləri çalışır və 16 min artıq tələbə təhsil alır. Tədris əyani, əyani-qiyabi (axşam), qiyabi və distant təhsil formaları üzrə aparılır. Ali məktəbdə həmçinin universitetə qədər hazırlıq bölməsi, yuxarı sinif şagirdləri üçün pulsuz fizika-riyaziyyat məktəbi, orta peşə təhsili fakültəsi, ali məktəbdən sonrakı və əlavə təhsil, eyni zamanda ixtisasın artırılması və kadrların yenidən hazırlanması proqramları təşkil olunub. Universitet tərkibində doqquz fakültə, Moskva şəhərində, Tver, Yaroslavl vilayətlərində və Stavropol kənarında 41 kafedra və 10 filial yaradılıb. Ali məktəbin informatika fakültəsində ali riyaziyyat, tətbiqi riyaziyyat və informatika, fizika, fərdi kompüterlər və şəbəkələr, informasiyanın qorunması, idarə etmə və sistemlərin modelləşdirilməsi, avtomatlaşdırılmış idarəetmə sistemləri və informasiya texnologiyaları, informasiya-idarəetmə sistemləri kafedraları yaradılıb. Cihazqayırma fakültəsi cihazlar və informasiya ölçü sistemləri, metrologiya, sertifikatlaşdırma və diaqnostika, biotibb cihazları və kompüter texnologiyaları, elektrotexnika və elektronika, cihazqayırma, mikro və optoelektronikada innovasiya texnologiyaları, personal elektronika ixtisas istiqamətləri üzrə tədris həyata keçirilir. Texnoloji informatika fakültəsində isə texnoloji informatika və maşınqayırma texnologiyası, təzyiqlə emal üzrə informasiya texnologiyaları, materialların birləşməsi texnologiyalarının informasiya təminatı, kompüter dizaynı, ekologiya və həyat fəaliyyətinin təhlükəsizliyi, materialşünaslıq, material və örtü texnologiyaları, nəzəri mexanika, nanomateriallar, tətbiqi mexanika, mühəndislik və kompüter qrafiki, xüsusi avtomobillər və bort informasiya-idarəetmə sistemləri kafedraları fəaliyyət göstərir. İdarəetmə və hüquq fakültəsinin dövlət hakimiyyəti orqanlarında təşkilatı-kadr işi, cinayət hüququ, proses və kriminalistika, idarəetmə, tarix, fəlsəfə, sosiologiya və mədəniyyət, xarici dillər, bədən tərbiyəsi və idman, dövlət və beynəlxalq hüquq, vətəndaş hüququ kafedralarında sadalanan ixtisas istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.
Moskva Cümə Məscidi
Moskva Cümə Məscidi — Rusiyanın Moskva şəhərindəki ən böyük və əzəmətli məscidi. 2015-ci il sentyabrın 23-də məscidin yenidənqurma və bərpa işlərindən sonra açılışı olub. Açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Dövlət Başçısı Mahmud Abbas da iştirak edib. Tədbirə Tatarıstan prezidenti, Çeçenistan, Dağıstan, eləcə də Rusiyanın digər subyekt başçıları, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Moskva meri Sergey Sobyanin, Ümumrusiya azərbaycanlılar Konqresinin, Azərbaycandakı əfqan icmasının və tatar diasporunun nümayəndələri və digərləri də qatılıb. Məscidin sahəsi bərpadan sonra 20 dəfə artırılaraq 19 min kvadratmetrə çatdırılıb. Bərpadan sonra məsciddə eyni vaxtda 10 min möminin namaz qıla biləcək. Altı mərtəbəli məsciddə 7 lift var. Məscidin günbəzi 46 metr, diametri 27 metrdir. Məscidin minarələrində quraşdırılmış eyvanlardan bütün Moskva şəhərini seyr etmək mümkündür. Məscidin tikintisinə 170 milyon dollar xərclənib.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və ya tam adı Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) (rus. Московский государственный институт международных отношений (университет) Министерства иностранных дел Российской Федерации) — Rusiya Federasiyasında beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşmış ali təhsil müəssisəsi. İnstitutun nəzdnində 4 elmi-tədqiqat institutu, 8 fakültə fəaliyyət göstərir. Hazırda 6000 tələbəsi vardır. İlham Əliyev — Azərbaycan Respublikasının Prezidenti. Qasım-Comərd Tokayev — Qazaxıstan Respublikasının 2-ci prezidenti.

moskva sözünün fransız dilinə tərcüməsi

"moskva" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#moskva nədir? #moskva sözünün mənası #moskva nə deməkdir? #moskva sözünün izahı #moskva sözünün yazılışı #moskva necə yazılır? #moskva sözünün düzgün yazılışı #moskva leksik mənası #moskva sözünün sinonimi #moskva sözünün yaxın mənalı sözlər #moskva sözünün əks mənası #moskva sözünün etimologiyası #moskva sözünün orfoqrafiyası #moskva rusca #moskva inglisça #moskva fransızca #moskva sözünün istifadəsi #sözlük