Muğanna sözü azərbaycan dilində

Muğanna

Yazılış

  • Muğanna • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Muğanna
Muğanna (المقنع‎, «üzü bağlı»; VIII əsr, Mərv – 783) — Xorasanlı üsyançı, din xadimi. == Həyatı == Onun əsl adı Hakim ibn Haşim, bəzi mənbələrə görə Ata idi. Muğanna “niqabla örtülü” mənasını daşıyan ləqəbdir. O, ağ qiyafə geyinərək deyirdi ki, bədəninə ilahi ruh köçüb və o, insanların bərabərliyi uğrunda mübarizə aparır. O, Mərvdə doğulmuş və Əbu Müslümün hərəkatında iştirakına görə 15 il müddətinə həbs edilmişdi. O, həbsdən qaçıb gizli təşkilat yaratdı və panteizm ideyalarını təbliğ etməyə başladı, “Vəhdət əl-vücud” irəli sürərək şöhrət qazandı. Hərəkatın mərkəzi Buxara idi. Sonra o, Qaşqadərya və Zərəfşan vadisinə də yayıldı. Üsyançılar Buxaranı tuta bilməyərək hakimi Muğannanın tərəfinə keçən Narşah əyalətinə çəkildilər. 766-cı ildə onun dəstəsi Narşah yaxınlığında məğlub oldu, 700 nəfərdən çox adam öldürüldü.
Məhşər (Muğanna)
Məhşər — İsa Muğannanın tarixi-fəlsəfi romanı.Bu əsər müəllifin "Karvan" adlandırdığı roman və povestlər silsiləsinə daxildir.İsa Muğanna 2010-cu illərdə əsər üzərində yenidən işləyib və bu barədə bildirib: "Yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə mən ƏsƏrlərin hamısını yenidən işlədim. Oxucu altılığa daxil edilmiş bu ƏsƏrləri yalnız göstərdiyim ardıcıllıqla oxumalıdır ki, fayda versin: "İdeal", "Məhşər" ("Ənşər-mən şər"), "Qəbirstan", "GurÜn", "İsahəq, Musahəq", "Cəhənnəm"."."Məhşər" romanı ilə Azərbaycan nəsrində Nəsimi obrazının ilk, mükəmməl nümunəsi yaranır. == Məzmun == "Məhşər" tarixi-fəlsəfi romandır. XIV əsrdə Teymurləngin yürüşləri dövründə baş vermiş hadisələrdən, filosof Fəzlullah Nəiminin və böyük hümanist şair Nəsiminin insan uğrunda qeyri-adi mübarizələrindən, habelə məşhur Şirvanşah İbrahimin hakimiyyəti illərində Azərbaycanda, İranda və Yaxın Şərqdə geniş xalq kütlələrinin taleyindən bəhs edir. Əsərdə Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır. Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı məqamlara aydınlıq gətirilib. Dövrün bütün bu hadisələri İsa Muğanna tərəfindən özünəməxsus şəkildə əks olunub. == Nəşr == Roman ilk dəfə kiril qrafikalı Azərbaycan əlifbası ilə 1978-ci ildə, 2-ci dəfə isə 1982-ci ildə Bakıda, Gənclik nəşriyyatında, 296 səhifədə və 1989-cu ildə nəşr edilib.Əsər 2009-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İsa Muğannanın 6 cildlik Seçilmiş əsərlərinin 3-cü cildində Bakıda, Avrasiya press nəşriyyatında tam şəkildə 304 səhifədə nəşr edilib.Romanın müəllif tərəfindən edilən yeni düzəliş və əlavələrlə olan yeni forması 2013-cü ildə Hədəf Nəşrlərinin "XAN" (Xalqım, Azərbaycanım Naminə!) bədii ədəbiyyat layihəsi çərçivəsində 327 səhifədə nəşr olunub.2013-cü il mayın 18-də Bakıdakı Atatürk Mərkəzində İ. Muğannanın 85 illik yubileyi münasibətilə ədibin "Hədəf nəşrləri" tərəfindən çap olunmuş romanlarının təqdimatı keçirilib. Müəllifin özünün də iştirak etdiyi mərasimdə "İdeal" silsiləsində işıq üzü görmüş 6 əsəri — "İdeal", "Məhşər", "İsahəq, Musahəq", "Qəbiristan", "GurÜn" və "Cəhənnəm" romanları son əlavələrlə, yeni çap üslubunda, yeni formada, nəfis tərtibatda oxuculara təqdim olunub. Bu əsərlərin çapa hazırlanması və redaktəsi yazıçının razılığı ilə baş tutub.
İdeal (Muğanna)
"İdeal" (əvvəlki adı: Yanar ürək) — İsa Muğannanın bədii-fəlsəfi romanı. Əsər yazıldığı ilk dövrlərdə müəllifə qarşı kəskin tənqid kampaniyası başlayır və İsa Hüseynov təqib və təzyiqlərə məruz qalır. Sonralar İsa Muğanna əsasən sovet dövründə yazdığı bir sıra əsərlərlə yanaşı "İdeal" əsərinin ilkin variantı hesab olunan "Yanar ürək"dən də imtina etmişdir.İ. Muğannanın həyatdakı ziddiyyətləri bütün kəskinliyi ilə göstərən "Yanar ürək" romanı özünün ictimai, vətəndaşlıq konsepsiyası ilə, mühüm sosial həqiqətlər barədə söz açmaq cəhdi ilə Azərbaycan ədəbiyyatının inkişafı üçün çox gərəkli hesab olunur. Bu əsərinin mövzusunu müəllif sonralar "İdeal" romanında bir qədər də dərinləşdirmiş, yeni bədii məzmunda zənginləşdirib. Azərbaycanın yaxın və uzaq keçmişindən tarixi hadisələrin, alim və filosoflarının vətənpərvərlik çarpışmalarının əks etdirildiyi "İdeal" əsərində yazıçı Azərbaycan xalqının qədim tarixi kökləri ilə müasir mənəvi problemlərini vahid süjet xəttində birləşdirib. Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq Azərbaycan romanının, postmodernizmin başlanğıcını İsa Muğannanın (Hüseynovun) "İdeal" romanı ilə əlaqələndirir. Ş. Sadiq xüsusi qeyd edir ki: "İsa Muğannanın 1980-ci illərdə yazdığı "İdeal" romanı və ilk dəfə 1993-cü ildə "Dünya" jurnalının 3-cü nömrəsində çap edilən "Cəhənnəm" romanı Azərbaycan ədəbiyyatının ilk postmodern əsərlərindəndir." Ş. Sadiq İ. Muğannanın Azərbaycan ədəbiyyatında postmodernin birinci dalğasının banisi hesab edir, ikinci dalğanı isə Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı ilə əlaqələndirir.Şəmil Sadiq İsa Muğannanın "İdeal" romanının üzərində 6 dəfə dəyişiklik etməsinə də toxunmuşdur: "Ehtimalımıza görə "İdeal" əsərinin üzərində müəllif 6 dəfə dəyişiklik etmişdir. İlk dəfə "Yanar ürək" adı ilə 1956-cı ildə yazılan əsər 1965-ci ildə nəşr edilərkən, 1979-cu ildə yenidən nəşr edilərkən, 1984-cü ildə "İdeal" adı ilə ilk dəfə çap edilərkən, 1997-ci ildə "Peyğəmbərin möhürü" hissəsi əlavə edilərək çap edilərkən. Bu variantda heç bir nəşr ili və ya nəşriyyat göstərilməmişdir."12 fevral 2014-cü ildə Kulis.az mədəniyyət portalı azərbaycanlı yazıçı, şair, tənqidçi və ədəbiyyatşünaslardan ibarət 78 şəxs arasında sorğu keçirib. Sorğuda iştirak edənlərdən "Azərbaycan ədəbiyyatının ən yaxşı üç romanı"nı seçmək xahiş edilib.
İsa Muğanna
İsa Muğanna (tam adı: İsa Mustafa oğlu Hüseynov; 12 iyun 1928, Muğanlı – 1 aprel 2014, Bakı) — Azərbaycanlı yazıçı, ssenarist və kinoredaktor, Azərbaycan SSR xalq yazıçısı (1988), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1976). == Həyatı == İsa Hüseynov (İsa Muğanna) 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa məktəb müəllimi olub. Orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Tibb Universitetinə daxil olsa da (1945) 4 ay sonra kəndə qayıdıb. Sonradan Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. 1952-ci ildə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952–1954), "Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri (1960–1964), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor (1964–1968), redaktor (1968–1974), Ssenari şurası üzvü (1974–1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb. == Yaradıcılığı == 1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.55 dəfə / 1 mln.
2003 •• 0.39
2006 •••• 0.90
2007 0.21
2009 ••••• 1.12
2011 ••• 0.69
2012 0.17
2013 •• 0.44
2014 •••••••••••••••••••• 4.98
2015 0.17
2017 0.16
2018 •• 0.45
2019 0.14
2020 0.13

Oxşar sözlər

#muğanna nədir? #muğanna sözünün mənası #muğanna nə deməkdir? #muğanna sözünün izahı #muğanna sözünün yazılışı #muğanna necə yazılır? #muğanna sözünün düzgün yazılışı #muğanna leksik mənası #muğanna sözünün sinonimi #muğanna sözünün yaxın mənalı sözlər #muğanna sözünün əks mənası #muğanna sözünün etimologiyası #muğanna sözünün orfoqrafiyası #muğanna rusca #muğanna inglisça #muğanna fransızca #muğanna sözünün istifadəsi #sözlük