mübadiləsi sözü azərbaycan dilində

mübadiləsi

Yazılış

  • mübadiləsi • 99.1825%
  • Mübadiləsi • 0.8175%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hemproteidlərin mübadiləsi
Hemproteidlərin mübadiləsi – toxuma və hüceyrələrdə hemoqlobin və porfirinin sintezi və parçalanmasıdır. == Hemproteidlərin sintez edilməsi və parçalanması prosesi == Hemproteidlərin sintez edilməsi və parçalanması iki əsas səbəbə görə tədqiqatçıların və həkimlərin diqqətini cəlb edir. Birincisi — hemoqlobinin xlorofilləşməsində sitoxromlar olduqca geniş miqyasda bioloji vacib rol oynadıqlarına görə, başqa sözlə, porfirin halqası molekulda mərkəzi rol oynayır və metal ionları ilə koordinasion əlaqə əmələ gətirir. İkincisi, porfirinin sintezinin və parçalanması, onların zülal ilə kompleks əmələ gətirməsi insan orqanizminin funksiyalarını pozur və xəstəliyin inkişafına səbəb olur. İnsan orqanizmində 4,5–5 qram dəmir olur. Bunun 60–70 faizi hemoqlobinin payına düşür. 3–5% isə mioqlobinin, 20 faizi (17-dən 23%-ə qədər) ferritin, təxminən 0,18 faizi transferrinin və toxumalarının funksional dəmiri 5 faizə qədər olur. Orqanizmdə dəmirin miqdarı qida ilə daxil olanın bağırsaqlarda sorulma intensivliyindən asılıdır. Onun artıq miqdarı bağırsaqlar tərəfindən sorulmur. Müxtəlif anemiya hallarında dəmirə olan tələbat kəskin artır.
Karbohidrat mübadiləsi
Karbohidrat mübadiləsi — Karbohidrat mübadiləsi canlı orqanizmlərdə karbohidratların metabolik formalaşması, parçalanması və qarşılıqlı çevrilməsindən məsul olan bütün biokimyəvi proseslərdir. Karbohidratlar bir çox əsas metabolik yolların mərkəzidir. Bitkilər fotosintez yolu ilə karbon dioksid və sudan karbohidratlar sintez edərək, günəş işığından udulmuş enerjini daxildə saxlamağa imkan verir. Heyvanlar və göbələklər bitkiləri istehlak etdikdə, enerjini hüceyrələrə çatdırmaq üçün bu yığılmış karbohidratları parçalamaq üçün hüceyrə tənəffüsündən istifadə edirlər. Həm heyvanlar, həm də bitkilər sərbəst buraxılan enerjini müxtəlif hüceyrə proseslərində istifadə etmək üçün müvəqqəti olaraq ATF kimi yüksək enerjili molekullar şəklində saxlayırlar. İnsanlar müxtəlif karbohidratlar istehlak edə bilər, həzm mürəkkəb karbohidratları maddələr mübadiləsi üçün bir neçə sadə monomerə (monosaxaridlərə) parçalayır: qlükoza, fruktoza, mannoz və qalaktoza. Qlükoza toxumalardakı hüceyrələrə paylanır, burada parçalanır və ya qlikogen kimi saxlanılır. Aerob tənəffüsdə qlükoza və oksigen enerjini buraxmaq üçün metabolizə olunur, karbon dioksid və su son məhsuldur. Fruktoza və qalaktozanın çoxu qaraciyərə gedir və burada qlükoza və yağa çevrilə bilər . Bəzi sadə karbohidratlar, daha mürəkkəb karbohidratlardan yalnız bir neçəsi kimi öz fermentativ oksidləşmə yollarına malikdir.
Maddələr mübadiləsi
== Maddələr mübadiləsinin ümumi sxemi == Maddələr mübadiləsi, istehsal dağıtma (və ya assimilyasiya etmə) canlıda həyatın davam etdirilməsi əsnasında reallaşan bütün kimyəvi proseslərdir. Hər orqanizm, böyümə, inkişaf, istilik, hərəkət, artma kimi həyati fəaliyyətləri davam etdirə bilmək üçün xarici ətrafdan bəzi maddələr və enerji almaq məcburiyyətindədir. Bu maddələr və enerji, həyati fəaliyyətlərin davam etdirilə bilməsi üçün lazım olan orqanik molekulların sintezlənməsində istifadə ediləcək. Xarici ətrafdan alınan orqanik və ya qeyri-üzvi molekullar, ya əvvəl parçalanaraq, məhvə uğradılaraq ya da məhv gərək qalmadan lazımlı molekulların sintezlənməsində istifadə edilir. Daha kompleks quruluşdakı mollekullardan ibarət olan maddələrin orqanizmdə, daha sadə quruluşlu molekullara dağıtması proseslərinə maddələr mübadiləsinin katabolizma prosesləri deyirlər. Daha sadə quruluşdakı mollekulların, daha kompleks quruluşdakı mollekulların sintezində istifadə edilməsi isə anabolizma tepkimeleridir. Orqanizmdə bir reaksiyanın başlanğıc maddəsindən məhsula çevrilməsi müddətində meydana gələn kimyəvi dəyişikliklərə ara maddələr mübadiləsi, bu dəyişikliklər əsnasında meydana gələn ara məhsullara metabolitlər adı verirlər. Maddələr mübadiləsini şərti olaraq aşağıdakı mərhələlərə bölmək olar: Həzm mədə-bağırsaqda həzmedici fermentlərin (pepsin, tripsin, ximotripsin və s.) təsiri ilə mürəkkəb tərkibli qida kiçikmolekullu birləşmələrə çevrilir və müxtəlif metobolizmə uğrayır; Bağırsaqlarda sorulma gedir. Həzm edilmiş maddələr qana daxil olur və qan vasitəsi ilə müxtəlif üzv və toxumalara çatdırılır; Daşınan maddələrin qurulması və həmin orqanizm üçün xarakter olur; Daxil olmuş birləşmələr əlavə və son məhsullara parçalanır; Mübadilə olunmuş son məhsullar orqanizmdən xaric olur. == Orqanizmin əsas karbohidratları == Ən qiymətli bioloji karbohidratlar nişasta və qlikogen polisaxaridləridir.
Yağ mübadiləsi
Lipid metabolizmi hüceyrədə lipidlərin sintez və parçalanma reaksiyaları bütünüdür. Bu mexanizmlərə enerji əldə etmək üçün yağların parçalanması və ya ehtiyat olaraq saxlanması, membran kimi hüceyrəvi strukturlardakı lipidlərin, eləcə də, funksional lipidlərin biosintezi daxildir. == Ümumi == Ümumi "lipidlərə" neytral yağların bir qrupu və lipoidlər aiddir. Bu sinfə daxil olan birləşmələrin əsas fiziki xassəsi üzvi həlledicilərdə (benzol, petrolein efiri, xloroform, benzin, aseton, dietilefiri və s.) yaxşı, suda isə çox pis həll olmasıdır. Lipidləri kimyəvi tərkiblərinə görə aşağıdakı qruplara bölürlər:a) yağlar (neytral yağlar, yaxud triqliseridlər); b) böyükmolekullu alifatik turşular; c) fosfatitlər (fosfolipidlər); ç) serebrozidlər, sterin və steridlər; d)qanqliozidlər; ə) mum və mumabənzər maddələr. Yağlar və lipidlər insan və heyvan orqanizmində böyük rol oynayır. Ehtiyat yağları orqanizmin enerji mənbəyidir. Onlar hüceyrə protoplazmasının struktur komponentlərindən biridir. == Lipid metabolizmi == Yağların hidrolitik parçalanması bir neçə mərhələdə davam edir. Lipaza, əsasən, triqliserid molekulunun alfa-efir birləşməsinə təsir göstərir.
İstilik mübadiləsi
İstilik mübadiləsi — İqlimin vacib cəhətlərindən olan atmosferin istilik rejimi atmosfer havası və ətraf mühit arasındakı istilik mübadiləsi ilə müəyyən olunur. Bu zaman ətraf mühit kimi kosmik fəza və qonşu hava kütləsi və yer səthi başa düşülür. İstilik mübadiləsi radiasiya yolu ilə, başqa sözlə havadan şüalanma və Günəş radiasiyasının hava ilə udulması yolu ilə reallaşır. Digər tərəfdən bu hava və yer səthi arasında istilikkeçirmə və atmosfer daxilində turbulentlik vasitəsilə baş verir. Yer səthi və atmosfer arasında istilik mübadiləsi həm də buxarlanma və növbəti kondensasiya zamanı baş verə bilər. == Turbulent istilikkeçirmə == Troposferdə günəş radiasiyasının birbaşa udulması çox azdır, belə ki, o havanın temperaturunu gün ərzində 0,50C qaldıra bilər. Havadan uzundalğalı şüalanma vasitəsilə istiliyin itməsi bir qədər daha çoxdur. Atmosferin istilik rejimi üçün istilikkeçirmə vasitəsilə yer səthi ilə istilik mübadiləsi həlledici əhəmiyyət daşıyır. Yer səthi ilə birbaşa təmasda olan hava kütləsi onunla molekulyar istilikkeçirmə yolu ilə istilik mübadiləsi edir. Atmosferdə daha effektiv istilik mübadiləsi turbulent istilikkeçirmə yolu ilə gedir.
Valyuta mübadiləsi
'Qalın mətn'Valyuta mübadiləsi — fərqli dəyər tarixləri olan eyni məbləğ üçün iki əks konvertasiya əməliyyatının birləşməsidir. Mübadiləyə gəldikdə, daha yaxın əməliyyatın icra tarixi dəyər tarixi adlanır və daha uzaq əks əməliyyatın icra tarixi mübadilənin bitmə tarixidir. Valyuta mübadiləsi əməliyyatlarının əksəriyyəti 1 ilə qədər müddətə bağlanır. Əgər tarixdə ən yaxın konvertasiya əməliyyatı valyutanın alınmasıdırsa (adətən əsas olan), daha uzaq olanı isə valyutanın satışıdırsa, belə mübadilə "alıb/satılmış" adlanır. Əgər başlanğıcda valyutanın satışı üzrə əməliyyat həyata keçirilirsə və əks əməliyyat valyutanın alınmasıdırsa, bu mübadilə "satılmış/alıb" adlanacaq. Bir qayda olaraq, valyuta mübadiləsi əməliyyatı bir qarşı tərəflə həyata keçirilir, yəni hər iki konvertasiya əməliyyatı eyni bankla həyata keçirilir. Bununla belə, mübadilə fərqli banklarla bağlanmış eyni məbləğə fərqli dəyər tarixləri olan iki əks konvertasiya əməliyyatının kombinasiyası adlandırmağa icazə verilir — bu qurulmuş mübadilədir. == Mübadilə xətti == Mübadilə xətti — müxtəlif ölkələrin iki mərkəzi bankı arasında sabit məzənnələrlə valyutaların qarşılıqlı mübadiləsinə dair razılaşmadır. Məsələn, Fed özü üçün avro götürür, AMB-yə dollar verir. Eyni zamanda, hər iki mərkəzi bank sadəcə olaraq öz milli valyutasını buraxır və dərhal dəyişdirirlər.
Əsir mübadiləsi
Əsir mübadiləsi — əsirləri – hərbi əsirlər, casuslar, girovlar və s. azad etmək üçün qarşıdurmada olan tərəflər arasında sövdələşmə. Bəzən cəsədlər mübadilənin bir hissəsi olurlar. == Cenevrə Konvensiyaları == Cenevrə Konvensiyalarına əsasən, xəstəlik və ya əlillik səbəbindən müharibə səylərinə töhfə verə bilməyən məhbuslar öz ölkələrinə geri qaytarılmaq hüququna malikdirlər. Bu, belə təsirə məruz qalan əsirlərindən sayından asılı olmayaraq qüvvədədir. Əsir götürən dövlət həqiqi tələbi rədd edə bilməz. 1929-cu il Cenevrə Konvensiyasına əsasən, bu, 68–74-cü maddələr və əlavə mətn ilə əhatə olunur. Ən böyük mübadilə proqramlarından biri Beynəlxalq Qızıl Xaç Cəmiyyəti tərəfindən İkinci Dünya müharibəsi zamanı bu şərtlər altında həyata keçirilirmişdir. 1949-cu il Üçüncü Cenevrə Konvensiyasına əsasən, bu, 109–117-ci maddələrlə əhatə olunur.
Verilənlərin elektron mübadiləsi
Verilənlərin elektron mübadiləsi – rabitə (məsələn, telefon) şəbəkəsində informasiyasının (məsələn, sifarişlərin və qaimələrin) bir kompüterdən başqasına ötürülməsi. EDI vasitələri insanları kağızlarla bağlı gərəksiz işlərdən azad edir və rabitədə poçta və daşıma xidmətlərinə xass olan gecikmələri azaldır. EDI-nin səmərəliliyini artırmaq məqsədilə informasiyanın formatlanması və ötürülməsi standartları işlənib hazırlanıb. Belə standartlardan biri X.400 protokoludur.
Şəbəkəarası paket mübadiləsi
Şəbəkəarası paket mübadiləsi (ing. Internetwork Packet eXchange, rus. межсетевой пакетный обмен) – Novell NetWare şəbəkələrində paketlərin server və işçi stansiyalar arasında ötürülməsini və yönləndirilməsi üçün istifadə olunan təməl protokol. İlk versiyası Xerox şirkətində işlənib hazırlanıb. IPX paketləri Ethernet və ona bənzər sistemlərin paketləri ilə uyğun gəlmir. IPX yeddi səviyyəli OSI modelinin şəbəkə səviyyəsinə uyğundur, ancaq kanal səviyyəsinin bir sıra funksiyalarını da özündə birləşdirir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnternet mübadiləsi nöqtəsi
İnternet mübadilə nöqtəsi (ing. Internet exchange point; IX və ya IXP) — IP şəbəkəsinin ümumi əsasları. Bu, iştirakçı internet servis provayderlərinə (ISP) öz şəbəkələri üçün nəzərdə tutulmuş məlumatların mübadiləsinə imkan verir. IXP-lər ümumiyyətlə bir çox fərqli şəbəkələrə, yəni məlumat mərkəzlərinə əvvəlcədən mövcud əlaqələri olan yerlərdə yerləşdirilir. Burada onların iştirakçılarını birləşdirmək üçün fiziki infrastrukturdan (sviçlər) istifadə edilir. Təşkilati cəhətdən əksər IXP-lərin hər biri öz tərkib hissəsi olan iştirakçı şəbəkələrinin (yəni, həmin IXP-də iştirak edən ISP-lərin dəsti) hər biri müstəqil qeyri-kommersiya birlikləridir. IXP-lərə əsas alternativ ISP-lərin öz şəbəkələrini bir-biri ilə birbaşa birləşdirdiyi özəl peering adlanan qarşılıqlı əlaqədir. IXP-lər provayderin yuxarı axın tranzit provayderləri vasitəsilə çatdırılmalı olan trafik hissəsini azaldır. Beləliklə, onların xidmətlərinin hər bit üçün orta çatdırılma dəyərini azaldır. Bundan əlavə, IXP vasitəsilə mövcud yolların sayının artması marşrutlaşdırma səmərəliliyini (marşrutlaşdırıcılara daha qısa yollar seçməyə imkan verməklə) və xətaya dözümlülüyünü artırır.
Türkiyə-Yunanıstan əhali mübadiləsi
Türkiyə-Yunanıstan əhali mübadiləsi — 1923-cü ildə Yunanıstan, Türkiyə və Bolqarıstan arasında məcburi əhali mübadiləsi. Yunanıstanın 1919-1922 İkinci Yunan-Türk müharibəsində məğlubiyyətinin və Lozanna Sülh Müqaviləsinin bağlanmasının nəticəsi idi. Yunanıstan ilə Türkiyə Böyük Millət Məclisi arasında 30 yanvar 1923-cü il tarixində imzalanan Konvensiya və Protokola uyğun olaraq 1 may 1923-cü ildən həyata keçirilir. Mübadilə təxminən 2 milyon insanı əhatə edir və xüsusilə Kiçik Asiya və Şərqi Trakyanın yunan əhalisi ilə əlaqəli bir məcburiyyət xarakteri daşıyır. Mübadilənin əsas məqsədi keçmiş Osmanlı İmperiyası ərazisində formalaşmış dövlətlərin milli tərkibini homogenizasiyalaşdırmaq və potensial etnik-dini azlıqlar tərəfindən separatizmin inkişafının qarşısını almaq olur. == Mübadilə şərtləri == Yunanıstan ilə Türkiyə arasında mübadilə dini (etnik deyil) əsaslarla həyata keçirildi. Beləliklə yunan dilində danışan müsəlmanlar Yunanıstan ərazisini tərk etmək məcburiyyətində qaldı (xüsusən Krit - Krit müsəlmanları), yarımadanın içərisindən gələn xristianların əksəriyyətinin onsuz da yunan dilini itirərək türk dilini ana dili bilməsinə baxmayaraq Türkiyəni tərk etdi. Yunanıstan və Bolqarıstan arasında mübadilə etnik xətt üzrə baş verdi. Bolqarıstan və Türkiyə məcburi əhali mübadiləsi aparmadı. Eyni zamanda, demək olar ki, bütün pravoslav bolqarlar Türkiyə ərazisini tərk etdi.
Türkiyə–Yunanıstan əhali mübadiləsi
Türkiyə-Yunanıstan əhali mübadiləsi — 1923-cü ildə Yunanıstan, Türkiyə və Bolqarıstan arasında məcburi əhali mübadiləsi. Yunanıstanın 1919-1922 İkinci Yunan-Türk müharibəsində məğlubiyyətinin və Lozanna Sülh Müqaviləsinin bağlanmasının nəticəsi idi. Yunanıstan ilə Türkiyə Böyük Millət Məclisi arasında 30 yanvar 1923-cü il tarixində imzalanan Konvensiya və Protokola uyğun olaraq 1 may 1923-cü ildən həyata keçirilir. Mübadilə təxminən 2 milyon insanı əhatə edir və xüsusilə Kiçik Asiya və Şərqi Trakyanın yunan əhalisi ilə əlaqəli bir məcburiyyət xarakteri daşıyır. Mübadilənin əsas məqsədi keçmiş Osmanlı İmperiyası ərazisində formalaşmış dövlətlərin milli tərkibini homogenizasiyalaşdırmaq və potensial etnik-dini azlıqlar tərəfindən separatizmin inkişafının qarşısını almaq olur. == Mübadilə şərtləri == Yunanıstan ilə Türkiyə arasında mübadilə dini (etnik deyil) əsaslarla həyata keçirildi. Beləliklə yunan dilində danışan müsəlmanlar Yunanıstan ərazisini tərk etmək məcburiyyətində qaldı (xüsusən Krit - Krit müsəlmanları), yarımadanın içərisindən gələn xristianların əksəriyyətinin onsuz da yunan dilini itirərək türk dilini ana dili bilməsinə baxmayaraq Türkiyəni tərk etdi. Yunanıstan və Bolqarıstan arasında mübadilə etnik xətt üzrə baş verdi. Bolqarıstan və Türkiyə məcburi əhali mübadiləsi aparmadı. Eyni zamanda, demək olar ki, bütün pravoslav bolqarlar Türkiyə ərazisini tərk etdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 230.42 dəfə / 1 mln.
2002 ••••••••••••••••••• 322.06
2003 ••••••••••••••••• 297.23
2004 •••••••••••••••••••• 352.71
2005 •••••••••••••••••• 301.63
2006 •••••••••••••••••••• 352.05
2007 ••••••••••••••••••• 322.85
2008 •••••••••••••••••• 301.11
2009 •••••••••••••••• 264.61
2010 ••••••••••••• 212.05
2011 •••••••••••••• 241.25
2012 •••••••••••••• 234.05
2013 ••••••• 111.30
2014 ••••••••••• 188.77
2015 ••••••••••••• 212.31
2016 •••••••••••••• 243.30
2017 •••••••••••• 211.04
2018 •••••••••••• 202.56
2019 •••••••••••••• 230.05
2020 •••••••• 135.92

"mübadiləsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mübadiləsi nədir? #mübadiləsi sözünün mənası #mübadiləsi nə deməkdir? #mübadiləsi sözünün izahı #mübadiləsi sözünün yazılışı #mübadiləsi necə yazılır? #mübadiləsi sözünün düzgün yazılışı #mübadiləsi leksik mənası #mübadiləsi sözünün sinonimi #mübadiləsi sözünün yaxın mənalı sözlər #mübadiləsi sözünün əks mənası #mübadiləsi sözünün etimologiyası #mübadiləsi sözünün orfoqrafiyası #mübadiləsi rusca #mübadiləsi inglisça #mübadiləsi fransızca #mübadiləsi sözünün istifadəsi #sözlük