mübtəda sözü azərbaycan dilində

mübtəda

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mübtəda • 75.6757%
  • Mübtəda • 18.9189%
  • MÜBTƏDA • 5.4054%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mübtəda
Mübtəda — (ərəb. ‎ibtidai, baş, başlanğıc deməkdir) Cümlənin baş üzvü olub, hərəkət və əlaməti xəbərlə müəyyənləşən şəxsi, əşyanı və yaxud məkanı bildirir. Mübtəda "kim?", "nə?" bəzən də "hara?" suallarına cavab verir. İsmin adlıq halında olan sözlər və birləşmələrlə ifadə olunur. Mübtəda insan məfhumu ifadə etdikdə "kim?", digər canlı və cansız varlıqları ifadə etdikdə "nə?", məkan anlayışı ifadə etdikdə isə "hara?" sualına cavab verir. Məsələn: Humay (kim?) Şuşaya gedir. Onların evləri (nə?) Şuşadadır. Şuşa (hara?) gözəl və qədim şəhərimizdir. Onun (kimin?) gözəl paltarı var Mübtəda cümlənin ən müstəqil üzvü olub qrammatik cəhətdən heç bir üzvdən asılı deyil. Mübtəda ismin adlıq halında olan sözlər və söz birləşmələri ilə ifadə olunur.
Mübtəda budaq cümləsi
Mübtəda budaq cümləsi ya baş cümlənin buraxılmış mübtədası əvəzində işlənir, ya da baş cümlədə işarə əvəzliyi ilə ifadə olunur və mübtədanı izah edir. Məsələn: Hamıya məlumdur ki (nə?), payızda meyvə bol olur. Məktubda o da yazılmışdı ki (nə?), Çingizi xaricə göndərmək istəyir. Bəzən mübtəda budaq cümləsi baş cümlədən əvvəl gəlir və ona bağlayıcı sözlə bağlanır. Baş cümlədə mübtəda vəzifəsindən qarşılıq bildirən söz olur və ya təsəvvür edilir. Məsələn: İnsanın ürəyindən nə keçirsə, o gizlində qalmalıdır.

mübtəda sözünün leksik mənası və izahı

mübtəda sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 MÜBTƏDA (qram.) (iki əsas cümlə üzvündən birincisi) [Pərviz:] Cümlələrin gah xəbəri olurdu, mübtədası olmurdu, gah da mübtədası olurdu, xəbəri olmurdu (M.İbrahimov); SUBYEKT Beləliklə, hər bir cümlədə ..iki qütb müəyyənləşməlidir: mübtəda (subyekt) və xəbər (predikat) (N.Məmmədov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / mübtəda

mübtəda sözünün rus dilinə tərcüməsi

  • 1 грамм. подлежащее

    Azərbaycanca-rusca lüğət / mübtəda
  • 2 лингв I сущ. подлежащее: 1. главный член предложения, обозначающий предмет. Mübtədanın ifadə vasitələri средства выражения подлежащего, mübtəda budaq cümləsi придаточное предложение подлежащего 2. предмет суждения II прил. подлежащный

    Azərbaycanca-rusca lüğət / mübtəda

mübtəda sözünün inglis dilinə tərcüməsi

mübtəda sözünün fransız dilinə tərcüməsi

mübtəda sözünün ləzgi dilinə tərcüməsi

mübtəda sözünün türk dilinə tərcüməsi

"mübtəda" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mübtəda nədir? #mübtəda sözünün mənası #mübtəda nə deməkdir? #mübtəda sözünün izahı #mübtəda sözünün yazılışı #mübtəda necə yazılır? #mübtəda sözünün düzgün yazılışı #mübtəda leksik mənası #mübtəda sözünün sinonimi #mübtəda sözünün yaxın mənalı sözlər #mübtəda sözünün əks mənası #mübtəda sözünün etimologiyası #mübtəda sözünün orfoqrafiyası #mübtəda rusca #mübtəda inglisça #mübtəda fransızca #mübtəda sözünün istifadəsi #sözlük